banner banner banner
Sürətli oxu
Sürətli oxu
Оценить:
Рейтинг: 0

Полная версия:

Sürətli oxu

скачать книгу бесплатно


Zehin xəritələri buna qarşı olaraq xarıtlamağı və yaradıcı fikirlərin ortaya çıxmasını asanlaşdırmaq üçün səhifənin tam ortasına bir obraz yerləşdirərək, qıcıqlandırıcı şəbəkələrə yayılıb beynin daxili gücünü xaricə əks etdirərək onun qüvvəsini əhatəli bir şəkildə istifadə edir. Bu üsuldan istifadə edərək günlərinizi zəbt edən çıxışlarınızı bir neçə dəqiqədə hazırlaya, problemləri əhatəli və sürətli şəkildə həll edə, yaddışınızı sıfırdan başlayaraq gücləndirə və sonsuz sayda yaradıcı fikir ortaya çıxara bilərsiniz.

Çox sürətli və əhatəli oxu / Zehni iş birliyi

Zehin xəritələri üsulunu çox sürətli və əhatəli oxu texnikasıyla (başlanğıc mərhələdə mükəmməl başa düşmək şərti ilə dəqiqədə minə yaxın söz, daha sonra yüksək səviyyədə oxu sürətinə çatdıqda isə dəqiqədə on minə yaxın söz oxumaq texnikaları nəzərdə tututlur) birləşdirərək zehni iş birliyi yarada bilərsiniz.

Zehin xəritəsi üsulu ilə dörd və ya daha çox insanın yüksək sürətli səviyyədə oxuyaraq, kitabın və hissələrinin məğzini ətraflı şəkildə mənimsəmələri, öyrəndiklərini mübadilə edərək bir gündə dörd kitab dolusu məlumat qazanmaları, yadda saxlamaları, öz iş sahələrində istifadə etmələri mümkündür.

Artıq bu üsullar “Nabisko” və “Digital Computers” kimi beynəlxalq şirkətlər tərəfindən istifadə olunur. Adını çəkdiyimiz şirkətlərdə ardıcıl olmaqla qırx və yüz iyirmi yüksək vəzifəli idarəçi dörd qrupa ayrılır və bu qruplar içərisindəki hər bir şəxs seçilən dörd kitabdan birini sürətli və əhatəli oxu texnikalarından yararlanaraq iki saat ərzində oxuyur.

İki saatdan sonra qrup üzvləri toplanaraq oxuduqları ki-tablardan başa düşdüklərini, kitablar haqqında fikirlərini və reaksiyalarını bölüşürlər. Daha sonra isə hər alt qrup öz təmsilçisini seçərək yerdə qalan üç qrupun üzvlərinə seminar vermək üçün göndərir. Bütün bu proses dörd dəfə təkrarlanır və hər günün sonunda bu qırx və yüz iyirmi yüksək vəzifəli idarəçi seminar otağını beynində təkcə kitablar dolusu məlumatla deyil, həm də bu məlumatları bütünləşdirmiş, analiz etmiş və yaddaşına birdəfəlik yazmış şəkildə tərk edir.

Bu üsul eyni şəkildə ailə içərisində də istifadə oluna bilər necə ki dünyada bir çox ailə tərəfindən edilir.

Yadasalma texnikaları

Antik dövrlərdə yunanlar tərəfindən kəşf edilən yadasalma texnikaları o zamanlar “hiylə” adlandırılırdı. Bu gün isə artıq bilirik ki, bu texnikalar beynin fəaliyyətinə bağlıdır və düzgün istifadə olunduqda yaddaşın inkişafına güclü təsir edir.

Yadasalma üsulları zehninizdə təsiredici, rəngli, zövqlü, bir sözlə unudulmaz obrazlar yaratmaq üçün simvollaşdırma və əlaqələndirmə prinsiplərindən istifadəni zəruri edir.

Zehin xəritələri əslində beynin qurulmamış funksiyalarının, məlumat və göstəriciləri zehnə daha yaxşı qəbul etmək üçün istifadə edilən yadasalma texnikasıdır.

İş adamları yadasalma texnikasından yararlanaraq yeni tanış olduqları qırx adamı, yüzdən çox məhsulu, onlarla əlaqəli məlumat və göstəriciləri çox rahat bir şəkildə xatırlaya bilirlər. Bu texnikalar indinin özündə də “IBM”-in Stokholm şəhərindəki Təhsil Mərkəzində istifadə olunmaqda və on yeddi həftəlik təhsil proqramından sonra möhtəşəm bir uğur əldə edilməkdədir. Eyni texnikalardan son beş ildə Dünya Yaddaş Çempionatında, xüsusən də, son dünya çempionu və bu sahədə rekordun sahibi Dominik O.Brayn tərəfindən istifadə edilir.

Hər hansı bir dərs keçirilməmişdən əvvəl veriləcək təlimin yaxşı olacağına dair qüvvətli məlumatlandırma olmalıdır. Bu səbəblə də bir çox beynəlxalq təşkilatlar yadasalma texnikalarını bütün təhsil kurslarının əsas missiyasına çevirdilər. Sadə bir hesablamaya nəzər salaq: əgər təhsilə bir milyon paund (pul vahidi) xərclənir və öyrədilənlərin 80 -i iki həftə ərzində unudulursa, bu o deməkdir ki, eyni zaman ərzində səkkiz yüz min paund havaya sovrulur.

Öyrəndiklərimizin yaddan çıxması

Öyrəndikdən sonra məlumatların yaddan çıxması geniş yayılmışdır.

Öyrənmə mərhələsindən sonrakı bir saat ərzində beyin yeni məlumatlarla dolduğu üçün məlumatların xatırlanmasında az da olsa, irəliləyiş olur. İyirmi dörd saat sonra isə məlumatın 80-i unudulur.

Məlumatı əldə etmə müddətinin uzunluğundan asılı olmayaraq bu faiz eynidir. Buna görə də üç günlük kursun bitdiyi gündən etibarən əldə edilən məlumatlar iki və ya üç həftə sonra unudulur.

Bu dəhşətli rəqəmlərə baxın: əgər bir beynəlxalq şirkət təhsilə ildə əlli milyon paund xərcləsə və bu təhsillə əlaqədar uyğun bir nəzarət proqramı olmasa, bu o deməkdir ki, kurs bitdikdən bir neçə gün sonra xərclənən vəsaitin 40-i havaya sovrulacaq.

Yaddaşın ritmini tutmaqla həm bu məlumatların unudulmasının qarşısına keçmək, həm də yaddaşın miqdarını artırmaq olar.

Beyin hüceyrələri

Beyin hüceyrələri keçən beş il ərzində yeni bir elmi araşdırma sahəsinə çevrildi.

Hər kəsin beynində bir milyon hüceyrə var. Bu hüceyrələr arasındakı əlaqələr insanı heyrətə gətirəcək qədər model və yerdəyişmələr yaradır. Rus fizioloq Pyotr Kuzmiç Anoxin tərəfindən hesablanan hüceyrələrin sayı, standart ölçülü yazı ilə milyon kilometrlərlə uzanan sıfırlardan ibarətdir.

Beyin üzərində aparılan araşdırmalara görə, milyardlarla məlumatı bir yerə toplayan və onları həll edən hazırkı tutumumuzla, təbii kompüterimizin (beynimiz) uyğun bir şəkildə öyrədilməsi sayəsində problemləri aradan qaldırmaq, analiz etmək, yaratmaq və əlaqələndirmək bacarıqlarımız zamanla inanılmaz bir şəkildə sürətlənəcək və artacaqdır. (Kray kompüterlərinin bir saniyədə dörd yüz milyonluq hesablama sürətiylə yüz ildə edəcəyi hesablamanı beynimiz bir saniyə içində edir)

Zehni bacarıqlar və qocalma

“Qocaldıqca beyin hüceyrələrimizə nə olur?” sualına insanlar bir ağızdan qeyri-adi bir həvəslə “ölürlər” deyir.

Lakin Kaliforniya Universitetində işləyən Dr. Marion Daymondun beyin üzərində apardığı araşdırmaların nəticəsində məlum olduğu kimi normal, aktiv və sağlam beyin hüceyrələrinin insanın yaşlanma prosesi zamanı öldüyünə aid heç bir sübut yoxdur.

Əksinə, araşdırmalar göstərir ki, əgər beyin istifadə edilirsə, onun bir-biriylə əlaqəli qırışlarında bioloji artım əmələ gəlir. Yəni fərdin zəka səviyyəsi artır.

Statistika göstərir ki, altmış, yetmiş, səksən, doxsan yaşındakı insanların təlimlərə cəlb olunması sayəsində zehni performanslarında vacib və qalıcı proseslər baş verir.

Dünyanın əvvəllər heç bir zaman görmədiyi inqilabın astanasındayıq: insan beyninin inkişaf etdirilməsində çox vacib addımlar atılır.

Artıq laboratoriyalardan gələn məlumatlar qocalma müddətinin ayrılmaz hissəsi sayılan problemlərin həll edilməsində istifadə olunur.

Fərqinə varmışıq ki, beyinin ayrı-ayrı funksiyalarına aid məlumatlardan yararlanaraq, daxili proseslərimizi Zehin xəritəsi şəklində xaricə əks etdirərək yaddaşımızın yarandığı gündən indiyə qədər gəlib çıxan amillərdən, ritmindən faydalanaraq beyin hüceyrələri haqqındakı biliklərimizə və həyatımız boyunca daima zehni inkişaf imkanlarına baş vuraraq zəka müharibəsində qalib gələ bilərik.

********************************************************************

Saatı dayandırın

Müddət ........ dəqiqə

Sonra oxu sürətinizi və mətndəki söz sayını (bu nümunədə 1099 söz var) müddətə (dəqiqəyə) bölərək bir dəqiqədə neçə söz oxuduğunuzu hesablayın.

Oxu sürəti düsturu

1 dəqiqədə söz sayı (dss) = söz sayı × müddət

Hesabladıqdan sonra əldə etdiyiniz rəqəmi paraqrafın sonunda dss üçün ayrılmış yerə yaxud 305-ci səhifədəki İrəliləmə tablonuza və İrəliləmə qrafikinizə qeyd edin.

Oxuma sürəti ........

SINAQ İMTAHANI 1:

Anlama

Sualları cavablayarkən “Düz” və “Səhv”i dairə içinə alın, variantlarla verilən testlərdə isə doğru olduğunu düşündüyünüz cavabın qarşısına “” işarəsi qoyun.

1. Zirvəyə yüksəlmiş İngiltərə şirkətlərinin 10%-i təhsil üçün böyük miqdarda vəsait və zaman ayırır.

Düz/Səhv

2. Milli Olimpiya Komandaları zamanlarının

(a) 20 -i

(b) 30 -i

(c) 40 -i

(d) 50 -i

motivasiyaya, zehni müdafiə və canlandırmanın inkişafına ayırır.

3. Dövlət tərəfindən “Beyin Naziri” vəzifəsinə təyin edilən şəxs kimdir?

(a) Dr. Marion Daymond

(b) Dr. Luis Alberto Makado

(c) Dominik O’Brayn

(d) Plato

4. Rəqəmlərlə iş sol beyin yarımkürəsinin funksiyasına daxildir.                          Düz/Səhv

5. Albert Eynşteyn, İsaak Nyuton, Pol Sezan və Motsart uğur qazandılar, çünki onlar:

(a) saylarla məntiqi

(b) sözlərlə analizi

(c) rənglə ritmi

(d) analizlə simvolu

birləşdirdilər.

6. Zehin xəritəsində

(a) Ortaya bir obraz yerləşdirirsiniz

(b) Ortaya bir söz yerləşdirirsiniz

(c) Ortaya heç nə yerləşdirmirsiniz

(d) Ortaya hər zaman bir söz və obraz yerləşdirirsiniz

7. Yeni çox sürətli və əhatəli oxu texnikalarından istifadə edərək:

(a) dəqiqədə beş yüz sözdən

(b) dəqiqədə min sözdən

(c) dəqiqədə on min sözdən

(d) dəqiqədə yüz min sözdən

artıq normal oxu sürətinə çata bilərsiniz.

8. Kitab oxumaq üçün zehni iş birliyi yaradan iki şirkət

(a) IBM və Coca Cola

(b) Digital və Nabisko

(c) Nabisko və Microsoft

(d) IBM və ICL

9. Yadasalma texnikaları

(a) çinlilər tərəfindən

(b) romalılar tərəfindən

(c) yunanlar tərəfindən

(d) Plato tərəfindən

kəşf edildi

10. Bir saatlıq müddətin sonunda

(a) məlumatların xatırlanmasında az da olsa, irəliləmə

(b) məlumatların xatırlanmasında sabitlik

(c) məlumatların xatırlanmasında azalma

(d) məlumatların xatırlanmasında sürətli azalma

meydana gəlir.

11. Öyrənmə mərhələsindən sonrakı iyirmi dörd saat ərzində məlumatların

(a) 60-i

(b) 70-i

(c) 80-i

(d) 90-i

unudulur.

12. İnsan beynindəki hüceyrələrin sayı

(a) bir milyondur

(b) bir milyarddır

(c) bir trilyondur