скачать книгу бесплатно
Hə/Yox
4. Yüksək səslə tələffüz etmək oxu sürətini yavaşladır. Bu vərdişi ya azaltmaq, ya da ondan tamamilə qurtulmaq lazımdır.
Hə/Yox
5. Oxuduğunuz mətni 100 % başa düşməlisiniz.
Hə/Yox
6. Oxuduğunuz mətni 100 % xatırlamalısınız.
Hə/Yox
7. Oxuyarkən gözünüz daim sətir boyunca hərəkət etməlidir. Hə/Yox
8. Oxuyarkən gözdən qaçırdığınız yer olduqda daha çox məsafə qət etmədən həmin yeri başa düşmək üçün geri qayıtmalısınız.
Hə/Yox
9. Oxuyarkən sətri barmağınızla izləməniz oxu sürətinizi yavaşladır və buna görə də bu vərdişdən qurtulmalısınız.
Hə/Yox
10. Bir mətni oxuyarkən anlama və qavrama problemləri ilə qarşılaşırsınızsa, mütaliəni saxlamalı və sonra yazılanları başa düşmək üçün həmin problemləri həll etməlisiniz.
Hə/Yox
11. Vacib və maraqlı kitab səhifə-səhifə oxunmalıdır. Misal üçün, on doqquzuncu səhifəni oxumadan iyirminci səhifəyə keçməməli və kitabın əvvəlini oxumadan sonuna baxmamalısınız.
Hə/Yox
12. Oxuyarkən arada sözləri ötürmək tənbəllərin işidir və bundan qurtulmaq lazımdır.
Hə/Yox
13. Bir mətndə əhəmiyyətli məsələlərlə rastlaşdıqda onları yadda saxlamaq üçün mütləq qeyd etməlisiniz.
Hə/Yox
14. Motivasiya səviyyəniz gözlərinizlə beyninizin əlaqəsinə və oxu sürətinizə təsir etməz.
Hə/Yox
15. Qeydləriniz təmiz, səliqəli və bir-biriləriylə əlaqəli olmalı və oxuduğunuz məlumatlara uyğun cümlələrdən, səliqə ilə tutulmuş siyahılardan ibarət olmalıdır.
Hə/Yox
16. Yanınızda daima mənasını bilmədiyiniz bir sözlə qarşılaşdıqda onu anlamağınıza kömək edəcək lüğət olmalıdır.
Hə/Yox
17. Sürətli oxunun təhlükələrindən biri də mətni anlamaq səviyyənizi aşağı salmasıdır.
Hə/Yox
18. Hamımız özümüzə xas olan sürətlə oxuyuruq.
Hə/Yox
19. Oxuduqlarımızı və dilin ahəngini anlamaq üçün roman və şeiri yavaş-yavaş oxumalıyıq.
Hə/Yox
20. Əgər gözləriniz oxuduğunuz mətnə tamamilə hədəflənibsə, deməli, onu daha yaxşı anlayacaqsınız.
Hə/Yox
BAŞLANĞIC TESTİNİN CAVABLARI
Əgər bunlardan sadəcə “Dəqiqədə minə yaxın söz oxumaq mümkündür” sualına “Hə” cavabı vermisinizsə, demək olar ki, bizim sürətli oxu kursunun müəllimlərindən biri olmağa hazırsınız.
Digərlərinin cavabı isə “Yox” olmalıydı.
Yerdə qalan on doqquz sual oxu ilə bağlı doğru qəbul edilən, əslində isə səhv olan qənaətləri əhatə edir.
Əgər siz bu yanlış qənaətlərə inanırsınızsa, deməli təkcə səhv olan bir şeyə inanmaqla yetinmir, eyni zamanda oxu sürətinizi azaldan, oxu vərdişinizi pisləşdirən, anlama və qavrama cəhtlərinizi korşaldan fərziyyələrə təslim olursunuz.
“Sürətli oxu” kitabının səhifələri arasında irəlilədikcə bu səhv qənaətlərin bir-bir məhv olduğunu görəcək və özünüzü qarşınıza qoyduğunuz sürətli oxu hədəfinə çatmaq üçün düz bir yolda tapacaqsınız.
BİRİNCİ HİSSƏ
İndi hansı səviyyədəsiniz?
Normal oxu sürətinizi və anlama səviyyənizi müəyyən edin.
Hər hansısa bir öyrənmək və özünü inkişaf etdirmək fəaliyyəti zamanı, ən əsası düzgün başlanğıc nöqtəsini tapmaqdır. Düz və ya səhv, pis və ya yaxşı yoxdur; sadəcə indi içində olduğunuz mövqenin düzgün dəyərləndirilməsi vacib məsələdir. Bu mövqe nə olmasından asılı olmayaraq qarşınıza qoyduğunuz hədəfə çatmağınız üçün sağlam bir təməl yaradacaqdır.
ÖN SÖZ
Sizdən bu hissədə, digər hissələrdə istəyəcəklərimin tam tərsini etməyi istəyəcəm. Yəni sürətli oxumağınızı. Çünki kitab boyunca əldə edəcəyiniz irəliləməni düzgün hesablamaq üçün indiki sürətinizi hesablamağınız lazımdır.
Hissənin sonunda verilən xüsusi seçilmiş “Düz” və “Səhv” tipli suallarla anlama səviyyəniz ölçüləcək. Mətni oxuyarkən tam və qismən anlama səviyyəsinə çatmaq üçün əlavə cəhdlər etməyin; belə mətnləri normalda oxuyaraq necə anlayırsınızsa, o cür də davam edin.
Sürətli oxu və anlama səviyyəsində aşağı bal alacağınızdan qorxmayın. Bu kitabın oxu bacarığını inkişaf etdirmək istəyən insanlar üçün nəzərdə tutulduğunu və eyni zamanda ilk başlarda aşağı nəticə əldə olunmasını əvvəldən gözlədiyimizi unutmayın.
Yəni orta sürətdən daha tez oxumaq üçün çabalamaq, yüksək səviyyədə anlamaq üçün özünüzü əziyyətə salmaq və sonda alınan nəticəyə görə məyus olmaq lazım deyil. Saatı əlinizdə özünüz tutun və tək oxuyun. (Sizin üçün saat tutan və ya oxuyarkən başınızın üstündə duran olarsa, bu istər-istəməz mətni başa düşmək səviyyənizə təsir edəcək və bəziləriniz daha sürətli, bəzilərinizin isə daha yavaş oxumağına səbəb olacaq)
Məqaləni biritən kimi saatınıza baxın və sürətinizi hesablayın. Bunu necə etməli olduğunuza dair əlavə məlumatlar veriləcək.
Hazır olun və aşağıdakı məqaləni normal bir şəkildə oxuyun.
SINAQ İMTAHANI 1:
Beyin inkişafı cəbhəsindəki zəka müharibəsi
Yeni dünya trendləri
Birja mütəxəssisləri “Silikon Vadisi”ndə on nəfəri qartal kimi izləyir. Onlardan birinin “A” şirkətindən “B” şirkətinə gedəcəyinə dair yayılan söz-söhbətlər belə dünyadakı birja indekslərinə təsir edir.
Son günlərdə Böyük Britaniya İnsan Resusrları Komissiyası apardıqları bir araşdırmanın nəticəsini dərc etdi. Bu araşdırma nəticəsində məlum oldu ki, zirvəyə yüksəlmiş İngiltərə şirkətlərinin 10 %-i təhsil üçün böyük miqdarda vəsait və zaman ayırdığı halda, ən aşağıdakı şirkətlərin 10%-i isə təhsil üçün heç bir iş görmür.
Minnesota ştatının “Kompüter Təhsili” layihəsi indidən iki yüz min uşağın zehni və akademik səviyyədəki uğurlarına aid göstəricilərə sahibdir.
İnformasiya müharibəsi bir çox ölkənin silahlı qüvvələrində ənənəvi müharibə qədər önəm daşıyır.
Milli Olimpiya Komandaları zamanlarının 40 %-i motivasiyaya, zehni müdafiə və canlandırmanın inkişafına ayırır.
“Fortune 500”-ə daxil olan (ABŞ-ın ən çox gəlir əldə edən şirkəti) zirvədəki beş kompüter şirkəti işçilərinin təhsili üçün bir milyard dollar vəsait xərcləyir. Artıq müasir dünyamızda pul vahidinə çevrilən beyin sərmayəsinin inkişafı vacib əhəmiyyət daşıyır.
Dr. Luis Alberto Makado Venesuelada beynəlxalq düşüncəni artırmağa məsul “Beyin naziri” olaraq dövlət tərəfindən vəzifəyə gətirilən ilk insan oldu.
Bəşəriyyətin təkamül tarixində çox vacib bir prosesə şahidlik edirik – beynimizin heyrətamiz bir şəkildə yönləndirilməsinin fərqinə varırıq.
Bu möhtəşəm xəbərlər iş dünyasında meydana çıxan problemlərin həllində böyük dəstək göstərir.
Dünyanın beş qitəsində iyirmi il ərzində yüz mindən çox insanın iştirakı ilə anket sorğuları zamanı məlum oldu ki, insanlar iyirmi bir sahənin inkişafını istəyirlər:
1. Sürətli oxu
2. Oxuduqlarını anlamaq
3. Ümumi iş bacarıqları
4. İnformasiya axını ilə mabarizə
5. Yaddaş
6. Konsentrasiya
7. Şifahi ünsiyyət bacarıqları
8. Yazılı ünsiyyət bacarıqları
9. Yaradıcı düşünmək
10. Planlaşdırma
11. Qeyd aparma
12. Problemin analiz edilməsi
13. Problemin həll edilməsi
14. Motivasiya
15. Analitik düşünmə
16. İmtahan texnikaları
17. Prioritet
18. Zamanın idarə edilməsi
19. Məlumatın mənimsənilməsi
20. Fasilə verməmək
21. Qocalığın səbəb olduğu zehni korşalma
Beyin üzərində aparılan müasir araşdırmalar sayəsində bu problemlərin həlli yolları asanlaşmaqdadır. Bu araşdırmalar aşağıdakı sahələri əhatə edir:
1. Sağ və sol beyin yarımkürələrinin funksiyaları
2. Zehin xəritələri
3. Çox sürətli və əhatəli oxu / Zehni iş birliyi
4. Yada salmaq texnikaları
5. Öyrəndiklərimizin yaddan çıxması
6. Beyin hüceyrələri
7. Zehni bacarıqlar və qocalma
Sağ və sol beyin yarımkürələrinin funksiyaları
Bu gün beynimizin sağ və sol yarımkürələrinin müxtəlif funksiyalar daşıdığını çox gözəl bilirik. Sol beyin yarımkürəsi daha çox məntiq, sözlər, saylar, sıralanma, ardıcıllıq və cədvəl üzrə işlədiyi halda, sağ beyin yarımkürəmiz isə rənglər, yaradıcı düşüncə, xəyallar, kosmik əlaqələr və ölçü ilə məşğul olur. Sağ beyin yarımkürəsi gümanlar və duyğu ilə maraqlanmadığı kimi, sol beyin yarımkürəmiz də “akademik” deyil. Bir çox araşdırmaların nəticəsində məlum olmuşdur ki, akademik və yaradıcı uğurun əldə edilməsi üçün hər iki beyin yarımkürəsi bir-biriləri ilə qarşılıqlı əlaqədə olmalıdır.
Albert Eynşteyn, İsaak Nyuton, Pol Sezan və Motsart kimi dahilərin öz işlərində uğur qazanmaları buna əsaslanır.
Zehin xəritələri
Beynimizdən istifadə edərək problemli sahələri aradan qaldırmaq üçün insanları məlumatlandırmaq mümkündür və adətən, bu işdə 500%-lik uğur əldə edilir.
Bu cür uğur əldə etmək üçün istifadə edilən vasitələrdən biri də “Zehin xəritələri”dir.
Ənənəvi qeyd aparmaq üsulunda məlumatları xatırlamaq, yazılı və şifahi ünsiyyət saxlamaq, fikirləri sıralamaq, problemi analiz etmək, planlaşdırmaq və ya yaradıcı düşüncə üçün qeydlər aparılır. İstifadə olunan metod birmənalıdır: Ya cümlələr, ya da söz birləşmələrindən ibarət olub, rəqəmlər və ya hərflərlə sıralanır. Bu metod rəng, vizual ritm, görüntü və kosmik əlaqələrin əskikliyi səbəbi ilə beynin düşüncə tutumunu korşaldır və yuxarıda qeyd etdiyimiz zehni funksiyaların önünü kəsir.