Jorji Amadunun bu əsəri bir çox yazıçı müəllifləri tərəfindən XX əsrin ən yaxşı əsəri kimi qiymətləndirilib. Kitabda söhbət Joakin Soares da Kunya adlı şəxsdən gedir. Bir zamanlar nümunəvi ata, ştatın vergi kontorunun nümunəvi məmuru, hamının hörmət etdiyi Joakin Soares da Kunya artıq illərdir qazandığı hörməti itirmişdi. Övladlarını hər yerdə rüsvay etdiyi üçün uşaqlar ona nifrət edirdi. Onu artıq avara Su Kinkas adlandırırdılar. Ölüm xəbərini eşidən hər kəs sevinir, belə bir qara ləkədən canlarının qurtulduğuna görə Allaha şükür edirdi.
все жанры