Читать книгу Seçilmiş əsərləri (Мирза-Фатали Ахундов) онлайн бесплатно на Bookz
bannerbanner
Seçilmiş əsərləri
Seçilmiş əsərləri
Оценить:
Seçilmiş əsərləri

3

Полная версия:

Seçilmiş əsərləri


Mirzə Fətəli Axundzadə


A L D A N M I Ş K Ə V A K İ B


S E Ç İ L M İ Ş

Ə S Ə R L Ə R İ


Bakı – 2018


1


Mirzə Fətəli Axundzadə

Seçilmiş əsərləri – A L D A N M I Ş K Ə V A K İ B


Kitab Klubu, 2018, 430 səh.

Kitaba Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundovun (Axundzadə – 1812 Nuxa/Şəki – 1878 Tiflis – Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi) nəsr əsərləri, şeirləri, dramları və məqalələri daxil edilmişdir.


Kitabı bu nömrələrə zəng etməklə əldə edə bilərsiniz

www.kitabklubu.org (012) 4898469, (050) 4049113

Zəka Kitab Evi (012) 5990154, (050) 5190454


ISBN 978-9952-8260-4-3


© Kitab Klubu, 2018

2


NƏSR ƏSƏRLƏRİ


3

ALDANMIŞ KƏVAKİB

( H E K A Y Ə T İ – Y U S İ F Ş A H )

Səfəviyyənin Əvaili-səltənətində1 Qəzvin paytəxt idi.

Hadisati-mütənəbbiənin vüquundan sonra Məhəmməd şah Səfəvi səltənəti öz oğlu Şah Abbasi-əvvələ təslim etdi. Şah Abbasın cülusundan altı il keçib, yeddimci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu.

Baharın əvvəli idi; novruzdan üç gün keçmişdi; Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, kürnuş edib ərz elədi ki:

– Münəccimbaşı – Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü.

Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və

xacəyə buyurdu ki:

– Mirzə Sədrəddini çağır gəlsin!

Münəccimbaşı şahın hüzuruna daxil olub kürnuşdan sonra əl-əl üstə qabaqda durub, dua və səna etdi.

Şah soruşdu ki:

– Mirzə nə var?

Münəccimbaşı ərz elədi ki:

– Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki, novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı vaqe olacaq və bu qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-səltənətin vücuduna sədəmeyi-üzma yetişəcəkdir. Buna binaən mən ki, asitaneyi-səniyyənin müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti piş-əzhadisə qibleyi-aləmə məruz edim.

Şah bu vaxt çox cavan idi. Ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu sinndə həyat necə şirin və əzizdir.

Xüsusən ki, dərəceyi-ülyada və təxti-səltənətin üstündə! Bu səbəbə münəccimbaşının xəbəri şahi-cavanı qayətdə dəhşəti-1 Səfəvi dövlətində

4

üzmaya saldı. Haman saat rəngi qaçıb, guya ki, bihuş oldu. Bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki:

– Xub, mürəxxəssən, get!

Münəccimbaşı kürnuş edib qayıtdı. Şah yalqız qəsrdə yarım saat fikrə piçidə olub, sonra xacə Mübarəki avaz etdi. Xacə

hüzura daxil olduqda buyurdu ki:

– Fərraş göndər, bu saatda vəzir Mirzə Möhsünü və sərdar Zaman xanı və müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın!

Xacə çıxıb bir az vaxtdan sonra ehzar olunan əşxas gəldilər və lazimeyi-təzim əmələ gətirib müntəziri-fərmayiş oldular.

Şah bu- yurdu ki:

– Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. Çünki bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız.

Əşxas fərmayişi əmələ gətirdilər. Şah münəccimbaşının xəbərini ilqa etdikdən sonra buyurdu ki:

– Aya sizin rəyinizə görə mən nə qismi tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm?

Həzərat cümləsi heyran qaldılar. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa:

– Bu bəndeyi-kəminənin ixlası dövləti-əliyyəyə nisbət bədi-hiyyatdandır. Əlbəttə, qibleyi-aləmin xatirindədir ki, pədəri-büzurgüvarlarının əyyami-səltənətində bir para naqisüləql kimsənələrin vəzarətə mübaşirəti olmaq səbəbilə xəzineyi-amirə nə mərtəbədə nüquddan xali olmuşdu5. Bu keyfiyyətə

hali olduqda mən tədbirinə iqdam etdim və qərar qoydum ki, çakərani-dərgahdan hər kimsə ki, bir şüğlə və ya bir vilayətin hökümətinə mənsub olsa, fəraxuri-halına görə bir məbləğ

berəsmi-peşkəş xəzinəyə təslim etsin və əlavə hər zaman ki, qibleyi-aləm bir əmirin kaşanəsini təşrifi-qüdumu ilə mübarək etsə, sahibi-kaşana əqmişeyi-nəfisə payəndaz və bir miqdar pul peşkəş eləsin. Bu növ tədbirin vasitəsilə indi ki, qibleyi-aləmin cülusunun yeddimci ilidir, xəzineyi-amirə əlhəmdü lillahi-vəlminnə, nüqudi-vafirədən malamaldır. Ümuri-vəzarətin pişrəftində bəndeyi-kəminə tərəfindən bitəcrübəlik qeyri-5

mütəsəvvirdir, amma kəvakibin müğabilində tədbir göstərməyə

əlhəq acizəm.

Bundan sonra sərdar Zaman xan şüru elədi:

– Bu çakəri-xalis, saqqalımın tükünü dövləti-əliyənin xədə-matında ixlas və hünər ilə ağartmışam. Məsələn, on il bundan əqdəm ki, taifeyi-Osmaniyyə Bəkir paşa Dəmirçioğlunun sər-əskərliyi ilə yetmiş min nəfərə qərib xaki-İranə hücum gətirməyə müsəmməm olmuşdular: qibleyi-aləmin pədəri-büzurgüvarı İran qoşununun sərdarlığını mənə vagüzar etdi.

Əgərçi bizim qoşunumuz da hesab və ədəddə taifeyi-Osmaniyyədən kəm deyildi, nəhayət, mənim heyfim gəldi ki, firqeyi-naciyyənin qoşunun küruhi-zallənin müqabilində tələfə

verdirim. Ona binaən əmr etdim ki, Osmaniyyə sərhəddindən ta nəhayəti-mülki-Azərbaycan tamam dəhaqinin ziraətini xarab etsinlər və çarpalarını qovub gətirsinlər. Körpüləri dağıtsınlar və yolları pozsunlar. Vəqta ki, Bəkir paşa sərhəddimizə daxil oldu, əgərçi müqabilində bizim qoşundan bir nəfər görmədi, amma yollar bir mərtəbədə xərab olunmuşdur ki, əsla özü ilə

topxana gətirməyə qadir olmuyub, ancaq atlı və piyadəsilə

ənvai-zəhmətdə Təbrizə varid oldu və hər tərəfə dəstə göndərib zəxirə təhsilinə iqdam etdi. Əlinə bir həbbə və bir öküz və

qoyun düşmədi. Naçar üç gündən sonra üftan və xizan ac və

əfsürdə Təbrizdən kusi-rehlət döyüb qaçdı.

Bu tədbir ilə mülki-İran taifeyi-biganənin hücumundan məhfuz qaldı. Yolları pozmaq və körpüləri yıxmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti əliyyə Bəkir paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun, dübarə taifeyi-biganənin hücum gətirmək ehtiyatı ilə. Bu təriq ilə dövləti-əliyyənin qoşunundan bir nəfərinin dəxi burnu qanamayıb, əsakiri-mənsurənin cümləsi həmsayə düşmənlərin vəhşəti üçün salim qaldı.

Belə işlər xüsusunda asitaneyi-əliyyənin qoca iti tədbir göstərməkdən aciz deyil! Amma kəvakib ilə müxalifət etməkdə əqlim hər bir əlacdan qasir görünür…

Şahın vəhşəti qayətdə ziyadələnməyə başladı. Sonra müs-6

tövfi Mirzə Yəhya təkəllümə gəldi:

– Bu bəndeyi-həqir vəzirin əqrəbi və dəst-pərvərdəsi olduğum səbəbə və onun vücudu vasitəsilə bu mənsəbə yetiş-diyimə görə, ixlas və sədaqət göstərməkdə bilkülliyyə onun niyyəti-həsənəsinə və qaydasına peyrəvilik etmişəm. Müşəxxəsdir ki, qoşunun və əvasiti-sahibmənsəbanın məvacibi qibleyi-aləmin fərmanı mucibincə və mənim imzam ilə

vilayətlərin mədaxilindən həvalət olunur. Çünki xəzinəyi-amirədə nüquddan nöqsan görsənmişdi, necə ki, vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim.

Əgərçi mən fəramini-məvacibi imza edib vilayətlərə həvalə

etmişəm ki, məvaciblərin qəti ilə dövləti-əliyyə xalqın nəzərində bietibar görünməsin; amma məxfi hər bir vilayət hakiminə piş əz-vəqt məktub göndərmişəm ki, mənim tərəfımdən cüdaganə nəviştə olmamış məhz fərman mucibilə

məvacib icra etməkdən etiraz etsinlər. Həmin tədbir səbəbilə

xəzineyi-amirənin mədaxili çox təzayüd behəm edibdir və

qoşun xalqı və sahibmənsəblər əgərçi bivüsuli-məvacib qalıblar, amma sülh və asayiş zamanı olmaq səbəbilə və İranın kəmali ucuzluğuna görə, məvacibə ziyadə möhtac olmayıblar.

Belə işlər xüsusunda mənim zehni-dəqiqim-yədi-beyza göstərir; lakin kəvakibin təsirini rədd etmək üçün, doğrusu, heç bir çarəyə əqlim çatmır…

Növbət yetişdi mollabaşıya, təqrir elədi;

– Cənab əqdəsi-ilahi qibleyi-aləmin vücudi-mübarəkini əim-meyi-əthar hörmətinə cəmin-afati səmavidən və ərzindən məhfuz etsin! Bu daiyi-dəvami-dövləti-qahirənin ixlas və səda-qəti, silsileyi-cəlileyi-Səfəviyyəyə nisbət tövsifdən xaricdir.

Qibleyi-aləmin pədəri-büzürgüvarları zamanında mənsəbi-mollabaşılığa sərəfraz olduğumda nisfi-İran, hətta payitəxtin yarısı dəxi sünni məzhəb idi. Əvvələn, məvaizi-həsənə və

saniyən, təxvifati-kəsirə səbəbilə tamam sünni məzhəbləri rahi-rasti-məzhəbi-isna əşə- riyyəyə hidayət etmişəm.

İndi Allahın kərəmindən səfheyi-İranda beş-altı nəfərdən ziyadə sünni tapılmaz. Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var ki, bəmücərrədi-təklif qədimi ata və babala-7

rının məzhəblərindən əl çəkib hidayətə rağib oldular.

Hətta mən istədim ki, cühudlara və ermənilərə dəxi əl qatıb oları da şiə məzhəbinə döndərim, amma bir para xeyrəndiş

kimsənələr məsləhət görmədilər ki, lüzumi yoxdur. Çünki hər torpaqda cühuddan və ermənidən bir az var, bizim torpağı-mızda dəxi bir az olmaqları məsləhətdir.

Əlavə, müşəxxəsdir ki, əimmeyi-ətharın əhadisi-sərihəsi mucibincə islam mülkündə təxtə və taca malik olan kimsənə

zati-şərif və vacibüttaət məhsub olunmaz. Zira ki, bu dərəceyi-aliyə imama və ya onun naibi müctəhidi-ələmə mütəəlləqdir.

Ona binaən mən cəmi xütəbaya hökm yazdım ki, tamam vilayətlərin mənabirində xalqa elan etsinlər ki, haman əhadisin silsileyi-Səfəviyəyə şümulu yoxdur. Zira ki, xanədani-nübüvvətdən və dudimani-imamətdən zühur ediblər və vazehdir ki, əimmə haman əhadisi qeyrilərinin haqqında buyur-muşlar, nə öz övladlarının.

Bu övqat ki, qibleyi-aləmin vücudu təsiri-kəvakibdən məhəlli-xətərdədir, mənim ürəyim qüssədən, tabadakı balıq kimi büryan olur və qasir əqlimə belə yetişir ki, o məlun münəccimbaşınm özü bu işin çarəsini bizdən artıq bilir. O, qibleyi-aləmə xəyanət edibdir ki, kəvakibin təsirini bildirib, dəfinin əlacını izhar etməyibdir, əlbəttə, bir xəbis fikrə görə

necə ola bilər ki, zəhri göstərə, padzəhri göstərməkdən özünü kənar çəkə?

Peyğəmbər sələvatüllahi-əleyh buyurubdur ki: “küllü mü-nəccimin kəzzab!”2 Bu hədsi mən onların və əhvalına isnad edirəm, nə elmlərinə. Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar!

Qibleyi-aləm onun özünü çağırsın, bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər üzr gətirsə, boynunu vur-dursun.

Mollabaşının münəccimbaşı ilə ədavəti-sabiqəsi var idi. Bu keyfiyyət onun üçün çox yaxşı vəsilə göründü ki, onun və sair münəccimlərin guri-pədərini yandırsm.

Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox əhməq imiş. Nə


2 Bütün münəccimlər yalançıdır

8

lazım olmuşdu ki, belə vəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özün dəxi həlakətə sala?..

Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi ki:

– Mən qorxdum ki, əgər bu xəbəri şaha əqdəm yetirməsəm, özgə münəccimlər onu yetirərlər; mən şahın nəzərində xəri-nadan qələ- minə gedərəm, mənsəbdən məzul ollam.

Behər surət, şahın münəccimbaşıdan haman namübarək xəbərə görə zəhləsi getmişdi. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, xacə Mübarəki qaim sövt ilə səda etdi. Xacə hazır olduqda, buyurdu ki:

– Bu saat fərraş göndər, münəccimbaşını mənim hüzuruma gətirsin!

Xacə qayıdıb, bir saatdan sonra münəccimbaşı hazır oldu.

Şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb xitab etdi:

– Pədərsüxtə, kəvakibin afətindən məni qorxudarsan və

əlacını gizlərsən?! Cəllad!

Türfətül-eyndə cəlladi-mühib belində xəncər, əlində tənab içəri girdi. Biçarə münəccimbaşının ərvahı uçub başladı yarpaq kimi titrəməyə. Şah cəllada buyurdu ki:

– Apar bu səgin bu saatda boynunu vur!

– Sərdar Zaman xan əgərçi əhli-şəmşir idi, amma çox rəqiqülqəlb adam idi, münəccimbaşının halına tərəhhüm edib ayağa durdu, ərz eldəi ki:

– Təsaddüqün olum, bu səgin boynu vurulandan sonra hadisənin dəfi üçün kimdən əlac soruşacağıq? Bu bəndeyi-zəlil, istida edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə

onun qətlindən güzəşt edib, hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər müvafiqi-xahiş cavab verməsə, o vaxt müqəssir və müstövcibül-qətldir.

Şah cəllada buyurdu ki:

– Onu qoy get!

Sonra münəccimbaşıya rücu edib dedi ki:

– Məlun, bu saatda hadisənin dəfinə əlac göstər!

Biçarə münəccimbaşı yaman halda idi. Hadisənin dəfinə

heç bir əlac bilməyirdi. Amma ölüm qorxusundan izharına iqdam edə bilmədi; ərz elədi ki:


9

– Təsəddüqün olum, hadisənin əlacı mümkündür. Mənə bir saat möhlət verin, gedim “Zici-Uluğ bəy”ə mülahizə edim, qayıdım ərz eləyim.

“Zici-uluğ bəy”də hərgiz bu növ hadisələrin dəfi üçün bir şey mərqum deyil, amma münəccimbaşı istədi ki, bu bəhanə

ilə özünü ustadı mövlana Cəmaləddinin yanına salsın və ondan məşvərət soruşsun; çünki onu nücum elmində özündən artıq təcrübəli bilirdi.

Şah rüxsət verdi. Münəccimbaşı çıxmamış xacə Mübarək içəri girib ərz elədi ki:

– Mövlana Cəmaləddin hüzuri-mübarəkə müşərrəf olmaq istəyir.

Şah buyurdu:

– Çağır gəlsin!

Münəccimbaşıya dedi ki:

– Bir az hüzurda qal!

Mövlana otağa daxil olub şaha lazimeyi-sitayiş əmələ

gətirdi. Şahm işarəsilə oturub ərz elədi ki:

– Qibleyi-aləm sağ olsun, əgərçi bu bəndə pirlik səbəbilə

dərxanədən kənar olub guşəgirlik ixtiyar etmişəm, lakin bu övqat, yəni novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə

iqtiran etmələrindən qibleyi-aləmin zati-mübarəkinə ehtimali-sədəmeyi-üzma olduğu üçün vacibatdan bildim ki, hüzuri-pürnura şərəfyab olub, piş-əz-vəqt hadisəni elan edib, dəfinə

tədbir göstərim. Bu xatirə ki, məbada bu keyfiyyət cavan münəccimlərin bəsirətindən məxfi qala!

Şah nəhayətdə xoşhal olub buyurdu ki:

– Mövlana, biz elə o xüsusda göftgu edirdik. Hadisə

məlumdur. Tədbirini izhar edin.

Mövlana ərz elədi ki:

– Qibleyi-aləm bu əyyami-nühusətdə, yəni novruzdan on beş gün keçənədək gərək özünü səltənətdən xəl edə və təxtü-tacı təslim eyliyə bir mücrim və vacibül-qətl kimsənəyə və özü xəlqin nəzərindən napədid ola. O surətdə kəvakibin təsiri haman mücrimin başında çatlayacaq; çünki o vaxt İran padşahı odur.

Elə ki, hadisə vaqe olur və o mücrim ki, sahibi-təxtü tacdır, 10

həlakətə yetişir, o zaman qibleyi-aləm ixtifadan çıxıb genə

təxtü-taca malik olur və kəmali-iqbal və afiyətdə səltənət edər.

Amma gərək xəlqdən bir kimsənə bu tədbiri bilmiyə və

zənn etmiyə ki, qibleyi-aləm ariyətən təxtü-tacdan əl çəkir: ta ki, haman mücrimi ki, təxtə çıxacaqdır, müstəqillən padşah bilələr və gərək hərəmxanə xatunlarının da təlağı verilib kəbin kağızları yırtılva. Sonra olara təklif oluna ki, Abbas Məhəmməd oğluna ki, dəxi padişah deyil və bir fərddir, əfradi-nasdan dübarə mənkuhə olub fəqr və qənaətə razı olurlarmı? Hər birisi ki, razı olsa, ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər biri ki, razı olmasa, haman saat buraxıla…

Münəccimbaşı məhləkədən qurtardı. Şahın bəşərəsindən bilkülliyyə qorxu əsəri rəf oldu. Rəngi ağarımş ikən qırmı-zılığa təbdil tapdı.

Əfradi-məclisdən mövlananın əql və kəmalına afərin sədası səqfə bülənd oldu. Şah bəşaşət ilə mollabaşıya mütəvəcceh olub sual etdi ki:

– Əhkami-şərə mutabiq bir qayətdə mücrim və vacibülqətl kim- sənə nəzərdə varmı ki, səltənəti və təxtü-tacı ona vagüzar edək?

Mollabaşı cavab verdi ki:

– Pərvərdigari-aləm qibleyi-aləmə ömri-təbii kəramət etsin.

Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan mücrimtər və qətlə müstəhəq bir kimsənə

tapılmaz; adına Yusif Sərrac deyirlər. Məlum deyil ki, harada tərbiyət tapıbdır. Ancaq bu övqat şəhri-Qəzvində sakin olduğu üçün əcamir və övbaşdan özünə mürid cəm edib, həmişə

üləmayi-giramın və xüddami-şəriəti-qərranın zərbinə və zəm-minə zəbangüşadır.

Bu məlun həmişə öz müridlərinə sərahətən zikr edir ki, guya üləmayi-giram əvamə firib verirlər. Məsələn, onun əqidəsilə, guya ictihad lazım deyil və xüms və imam malı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində

qalmağı o cəhətdən əvama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun. Və bundan əlavə, dövləti-əliyyəyə dəxi bəhslər 11

varid edir, deyir ki, kətxudadan tutmuş padşa- hadək küll ərbabi-mənasib əhli-zələmə və qüttaüttəriqdirlər, mülk və millətə hərgiz bulardan bir mənfəət aid deyil, həmişə öz həvai-nəfsləri ilə biçarə xalqı cərimə və müaxizə və müaqəb edirlər, öz rəftarlarında heç bir qanun və qaydaya mütəməssik deyillər, bu gunə rəftar ancaq əhli-zülmün və qüttaüttəriqlərin əməlidir.

Və dəxi zikr edirlər ki, məzhəbi-tənasüxə qaildir.

Bu daiyi-dəvami-dövləti-qahirə belə səlah görürəm ki, qibleyi- aləm səltənəti və təxtü-tacı bu məluna təslim etsin ki, kəvakibin təsirindən öz cəzasına yetişib dərəki-əsfələ vasil olsun.

Əfradi-məclis küllən bu rəyi təsdiq edib qaim sövt ilə

dedilər ki:

– Yusif Sərrac pədərsüxtə bilkülliyə qətlə səvar və bəlayi-asima- niyə müstəhəqdir.

Şah xoşhal olub buyurdu ki:

– Razıyam onun həlakına! Sabah bu tədbir tamam və kamal mücra olunacaqdır.

Əfradi-məclisi mürəxxəs etdi. Məclis dağıldı.

Olur ki, xanəndələr bu güzarişin vüquunda şübhə edib onu kizbə həml edələr; bu surətdə mən olardan təvəqqə edirəm ki,

“Tarixi-Aləm-Ara”da Şah Abbasın cülusunun yeddinci ilində

sadir olan vəqayiə mülahizə etsinlər.

İndi bizə lazımdır ki, Yusif Sərracı tanıdaq ki, kimdir?

Şəxsi-məzkur Qəzvinin qəryələrindən Kərbəlayı Səlim adlı bir dehqanın oğlu idi. Çünki Kərbəlayı Səlim bir mömin və

müttəqi adam idi, istədi ki, oğlu molla olub üləma silkinə daxil olsun. Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində mək-təbə qoydu. Bir neçə ildən sonra Yusif Sərrac ki, həddi-büluğa yetişib, asari-rüşd özündə mülahizə elədi, təhsili-elm üçün İsfahana getdi. Oradan dəxi bir neçə ildən sonra Kərbəlaya rəvanə olub, böyük alimlərin məclisində təkmili-ülumə şüru etdi.

Müddəti-mədid orada məks edib tamam ülumi-islamiyyəyə

vaqif oldu. Çünki üləmanın əksəri-ümurda təqəllübünü müşahidə edirdi, ona binaən bu sinfə nifrət bəhəm edib, istəmədi ki, özünü oların zümrəsinə daxil etsin.

12

Kərbəladan qayıdıb varid oldu Həmədana; orda usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində

öyrənib Qəzvinə müraciət etdi. Zira ki, bu şəhər paytaxt olduğu üçün onun sənətinin rəvacı burada artıq görünürdü.

Qəzvinə varid olandan sonra təəhhül ixtiyar edib dükan açdı, öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu.

Çünki bir mərdi-səlimünnəfs və nikukar idi, həmişə üləmanın və ərbabi-mənasibin hərəkəti-naşayistəsi onun xatirinə

toxunub, oların zəmmindən və zərbindən dilini saxlamağa qadir ola bilmirdi. Əgərçi bu növ cangüdazlıq ona sadiq və

xeyrəndiş dostlar bəhəm etdi, nəhayət, axırda bədbəxtliyinə

bais oldu.

Sabahı gün şahın buyruğu ilə günortaya iki saat qalmış

tamam əyan və əşraf və ərkani-dövlət və üləma və sadat və

cümlə ərbabi-mənasib, kətxudadan tutmuş vüzəraya dək dərbari-şahidə hazır olub, hər kəs öz yerində durub kəmali-sükut və biistehzarlıq ilə şahın hüzuruna müntəzir idilər. Bu halda şah başında tac və əlində cəvahir nişan toppuz, qolunda cəvahir bazubəndlər, belində kəmər və şəmşiri-mürəssə zahir olub dərbar otağında ki, bir arşın yerdən rüfətli və xalqa baxan tərəfi bilmərrə açıq və bihaildi, təxtə çıxıb oturdu və üzün hüzzari-dərbara tutub xitab elədi:

– Cəmaət, imdi yeddimci sənədir ki, mən cənabi-əqdəsi-ilahinin məşiyyəti ilə sizə padişaham və bəqədri-imkan sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm və sizdən dəxi çox razı və xoşnudam; çünki Səfəviyyə ocağına olan iradət səbəbi ilə həmişə mənə ixlas və sədaqət göstəribsiniz.

İndi bir para səbəblərə görə ki, kəşfini mən sizə lazım görmürəm, mən məcburam ki, səltənətdən əl çəkib təxtü-tacı bir kimsənəyə vagüzar edim ki, bu rütbəyə məndən əlhəq və

şayistədir. Haman şəxsi mollabaşı və sərdar Zaman xan və

vəzir və müstövfi və mövlana Cəmaləddin və münəccimbaşı sizə göstərcəklər. Gərək küllən gedib kəmali-şükuh və təntənə

ilə onu gətirib, bu təxtin üstündə oturdub, müstəqillən özünüzə

padişah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərmayi-13

şimdən təxəllüf edib, o şəxsin itaətində qüsur göstərə!

Şah bu sözləri tamam edib, tacı başından götürüb təxtin üstünə qoydu və tamam libasi-faxirini soyunub, şəmşir və

kəmərini açıb, bir mündəris libas əyninə geydi və xalqa mütəvvəcceh olub dedi ki:

– İndi mən əfradi-nasdən bir mərdi-fəqirəm: Abbas Məhəmməd oğlu. Dəxi məni axtarmayın ki, görə bilməzsiniz!

Xudahafiz! – deyib, təxtdən düşüb hərəmxanaya rəvanə oldu.

Hüzzari-məclis heyran qaldılar. Bilmədilər ki, bu keyfiyyəti nəyə həml etsinlər…

Hərəmxanədə cümlə hərəmlər şahın fərmayişi ilə bir otağa hazır olub qüdumuna müntəzir idilər. Şah mündəris libasda haman otağa daxil oldu. Xubani-hərəm onu bu heyətdə

görəndə az qaldılar qəhqəhə etsinlər, amma şahın mühib baxışı və qaşqabağı olara bu hərəkətdən mane oldu. Şah haman saat xacə Mübarəkə buyurdu ki:

– Molla Rəsulu özünün iki yoldaşı ilə hüzura gətir!

Mollalar dişqarıda piş-əz-vəqt hazır olmuşdular. Hüzura daxil olduqda şah oturmağı işarə etdi. Sonra üzün hərəmlərə

tutub xitab elədi:

– Mənim

əziz həmfiraşlarım! Mən kəmali-əfsus ilə

məcburam ki, bir yaman xəbər sizə elam edim. Sizə məlum olsun ki, indi mən dəxi İranın padişahı deyiləm, dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi zinət və zivərdə və alişan otaqlarda saxlıyam. Mən əfradi-nasdan bir fəqir və biçiz kimsənəyəm. Ona binaən labüddəm ki, sizin təlağınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, onu ixtiyar edəsiniz.

Sonra üzün Molla Rəsula tutub buyurdu ki:

– Buların siğeyi-təlaqlarını cari eylə!

Molla Rəsul hamısının təlağını

yanındakı ədleyn

hüzurunda oxudu.

Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xövfə

və iztiraba düşdülər, heç keyfiyyətdən hali olmadıqları üçün bilmədilər ki, bu necə qəziyyədir. Cümləsi heyran qaldı…

Təlaq tamam olduqda şahın buyruğu ilə oların kəbin kağızlarını xacə Mübarək yırtdı. Şah dübarə xubani-hərəmə

14

mütəvəcceh olub dedi ki:

– Əgər sizdən hər biriniz fəqrə və qənaətə razı olub, məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram.

Hərəmlərin küllisi təzədən razı oldular ki, şaha mənkuhə

olsunlar; çünki şah çox cavan və göyçək oğlan idi və bir də

hərəmlər bu əmri zarafat kiml bir şey qiyas edirdilər və hərgiz əqillərinə çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. Amma oların cümləsindən iki nəfər dilbəri-xubru ki, xilafi-rizaları ilə şahın hərəmxanəsinə düşmüşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər ki:

– Biz padişaha mənkuhə olmuşduq və öz bəxtimizdən və

dərəcəmizdən çox xoşnud idik; bu bəxtəvərlikdən mərhum olduq, Abbas Məhəmməd oğluna ərə getməyi qəbul etmirik.

Haman saat bu iki nəfər mürəxxəs olundu. Oların birisi gürcü qızı idi ki, Gürcüstan valisi şaha peşkəş göndərmişdi; haman günün sabahısı öz əmisi oğlu ilə tamam cəvahiratın və

məlbusatın götürüb, ziyadə pul ilə vətəninə müraciət etdi.

Gürcüstanda onun nəqlinə bavər etməiyb belə fərz edirdilər ki, guya o qaçıbdır və istəyirdilər ki, onu geri qaytarsınlar.

Amma bilmirəm ki, nə əmr vaqe oldu ki, onu unutdular və bu qız bir cavan gürcüyə ərə gedib axır ömrünədək Gürcüstanda qaldı.

O birisi dilbər Qəzvin əhlindən bir tacirin qızı və bir cavan və xoşru oğlana namzəd idi. Xubru olmaq üçün qəflətən şahın dəllallarının çuğulçuluğu ilə atasından mütalibə olunub şahın hərəmxanəsinə daxil olmuşdu; zikr olunan keyfiyyəti öz arzusuna yetişməyə vəsilə bilib atası evinə qayıtdı və namizədinə vasil oldu.

Sair hərəmlərin nikahı mücəddədən Abbas Məhəmməd oğluna oxunub xacə Mübarəkə əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan bir evə piyadə götürüb yetirsin, özü dərbari-şahiyə

qayıtsın. Sonra Abbas Məhəmməd oğlu hərəmxanədən çıxıb uzaqlaşdı, napədid oldu.

Yusif Sərracın dükanı şah məscidinin meydanının məşriq 15

səmtində vaqe idi. Günortadan iki saat keçmişdi. Yusif Sərrac fərizeyi-zöhrü əda edib, oturub, əlində bir cilovu tikib tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola.

Yanında dostlarından iki nəfər dəxi var idi ki, onun söhbətinə

qulaq asırdılar. Yusif Sərrac bahalıqdan şikayət edirdi ki, biçarə fəqir kəslər haman il çox iztiraba düşmüşdülər; çünki keçən il nəhayətdə quraqlıq olmaq səbəbilə və Qəzvinin ətrafında suyun qilləti cəhətilə əksəri-məhsulat yanıb əmələ

bannerbanner