
Полная версия:
Avropa. Türklər. Böyük Çöl
Lakin dağlılar düzəndə yaşamağı öyrənmək üçün onilliklərlə inanılmaz səy göstərməli və zəhmət çəkməli oldular. Burada heç nə onlar üçün dağlarda adət etdikləri kimi deyildi, çöl hər şeyin başqa cür olduğu yeni təbii şərait idi! Bu, bütün türk tarixini dərk etmək üçün açar, fövqəladə coğrafi müqəddimədir.
Meşənin yoxluğu, məsələn, yeni inşaat materialları, iqlim isə başqa cür yaşayış evləri, məişətin yeni formalarını axtarmağı tələb edirdi. Su, yanacaq, otlaqlar, ehtiyatların saxlanması və bir çox şeylər haqqında indi yenidən düşünmək lazım gəlirdi. Yalnız güclü, fərasətli və zəhmətsevər xalq çölü qəbul edə bilərdi. Əvvəllər burada insanlar tək-tək hallarda məskunlaşırdı, çünki düzənlikdə həyat həddindən artıq çətin idi, onun özünəməxsus sərt təbiəti var idi.
Düzü, çölü görməyən bəzi tarixçilər çox asanlıqla müxtəlif xalqları minlərlə kilometr məsafədə yerləşən düzənə “köçürürlər”. Onlar hətta fikirləşmirlər ki, nabələd adam çöldə bir addım da ata bilməz, məhv olar.
İndinin özündə belə atsız orda yüz kilometr də getmək olmaz. Birincisi, ayaqqabın davam gətirməz. İkincisi, istiqaməti müəyyənləşdirməyi bacarmayan və çöl həyatı vərdişləri olmayan adam burada sağ qala biməz, bura insan üçün Yerin ən çətin təbii zonasıdır. Səhrada bundan asandır, heç olmasa, şaxtası, qarı olmur.

N.Oqaryov
«Şəcərədə qeyd edilir ki, Oqaryovlar nəslinin əsasını qoyan Kutlamamet adını daşıyan Oqar ləqəbli murza xristianlığı qəbul etdikdən sonra Panteleymon adını aldı və Qızıl Ordadan böyük knyaz Aleksandr Yaroslavoviç Nevskinin yanına gəldi». Oqar ləqəbi türk dilində «hündür, böyük» deməkdir.
Çölə isə bizim alimlər bütöv xalqları (heyvanları, yükləri ilə birlikdə) “köçürmüşlər”. Onlar – bu “kabinet sakinləri” bilmirlər ki, çöl dözülməz boranları olan şiddətli qış deməkdir, çöl yandırıcı susuzluğu ilə qızmar yay deməkdir, tam tənhalıq, istiqaməti müəyyənləşdirməyin mümkün olmaması deməkdir. Çöl türklərin qarşısına məhz belə qorxunc halda çıxmışdı.
Qıpçaqlar çölə doğmalaşana qədər onilliklər keçdi və onlar dedilər: “Bizim çöl”. Və çöllə qərbə sarı getməyə başladılar.
Xalqların Böyük köçü möhtəşəm bir hadisədir. Lakin bu nə idi? O necə görünürdü? Bunun qeyri-mütəşəkkil bir izdihamın harasa irəlilədiyi bir proses olduğunu demək düzgün olmazdı. Çöldə insanların heyvanlar üçün otlaq axtararaq avara-avara dolaşdığını hesab edən “köçəri sivilizasiya” nəzəriyyəsi çox ibtidai və sadədir. O, həyatın reallığını nəzərə almır. Yüksək inkişaf etmiş türklər üçünsə bu, ümumiyyətlə, yaramır. Həyat bundan qat-qat mürəkkəb idi.
Ola bilər ki, xalqların köç etməsinə yeni – quru yol nəqliyyatının ixtira edilməsi təkan verdi. Yüngül gəzinti arabası, ağır arabalar, təkər üstündə koma… Ola bilər ki, hər şey başqa cür olub, heç ixtiralardan başlamayıb. Həqiqətdə nə olduğunu biz heç vaxt bilməyəcəyik, nəyin əvvəl, nəyinsə sonra baş verdiyini öyrənməyimiz mümkün olmayacaq. Aydın olan odur ki, II əsrdə qərbə sarı nə izdiham, nə insan toplusu, nə də köçərilər ordusu hərəkət edib.
Arxeoloqların tapıntılarının sayəsində məlum olmuşdur ki, çöldə yeni yaşayış məskənlərinin, şəhərlərin və stanitsaların əsası qoyulur, yollar çəkilir, çaylar üzərindən körpülər salınırdı… Ərazinin mənimsənilməsi prosesi gedirdi, bu, ləng gedən, əziyyətli işdir. Məskunlaşmaq, çoxlarının təsdiq etdiyi kimi, “hunların yürüşü” deyil. Hətta süvarı yürüşü də deyil. Türklər çölün dərinliyinə doğru ildə qırx kilometr (!) irəliləyirdilər. Bu, atın bir gündə gedə biləcəyi məsafəyə bərabərdir. Düzdür, ildən-ilə də fərq var idi və bu, təbiidir. Altaydan Atlantik okeanına qədər gəlib çatmaq üçün türklərə iki əsr yarım vaxt lazım olmuşdu.
Bu əzablı yol iki əsr yarım çəkmişdi. Adamlar yeni yerə gəlir, onu məskunlaşdırır, sonra onların böyük övladları irəli gedirdilər ki, hər şeyi yenidən başlasınlar. Kiçik uşaqlar isə o dövrün adət və ənənəsinə görə valideynləri ilə qalırdı (yeri gəlmişkən, bu qədim adət xalq arasında indiyə qədər qalır).
Nə deyirlərsə desinlər, Xalqların Böyük köçü irəliyə doğru düşünülmüş hərəkət idi. O, qəflətən, heçdən yarana bilməzdi. Ona yeddi əsr hazırlıq getmişdi! Türklər metal əritmək üçün kürəni icad etdiyi andan. Böyük Çölə yollar birdən-birə salınmadı, suvarma kanalları çəkilmədi. Bir an içərisində yaşayış məskənləri arasında rabitə (yamlar) yaranmadı. Zəhmətə və düzgün qərarın axtarılmasına onilliklər sərf edildi… O vaxta kimi ki, Çöldə Şambkalanın prototipi olan, çiçəklənən Yeddisu və digər vahələr meydana gəldi. (Akademik A.X.Marqulana onları tədqiq etməyə imkan vermədilər.)
Onlar sehrli çubuğun hərəkəti nəticəsində meydana gəlmədi. Onları insanlar tikdilər, özü də bu adamlar nə tikdiklərini və necə tikdiklərini bilirdilər.
Əlbəttə, bütün bunlar “köçəri vəhşilər” nəzəriyyəsinə uyğun gəlmir… Lakin Böyük Çöldə o türk sivilizasiyasının qalıqları hələ də qalmaqdadır. Ondan əlavə, türk mədəniyyətindən bəhs edən Çin, fars, ərəb salnamələri də vardır.
İki min il əvvəl Altaydan qərbdə özünəməxsus mədəniyyəti olan möcüzəli bir ölkə yaranmağa başladı. Tez bir zamanda o, dünyanın mənəvi mərkəzinə çevrildi. Bu fakt dünya tarixində artıq müəyyən edilmişdir.
Bura təhsil almağa gəlirdilər!.. Görünür, Tenqri-Tauya gələnlərdən biri də Yeşua adlı yəhudi olmuşdur. Onun Allahın göndərdiyi süvarilərin gəlməsinin qaçılmaz olduğu haqqında xatirələri xristianların qədim kitabı olan “Apokalipsis”də qeyd olunub. Sonralar “Yeşua” adı “İisus Xristos”a çevrildi… O, Altaydan başqa heç bir yerdə atlı qoşun və Göy Allahına qulluq edən ruhanilər görə bilməzdi.
Nə mənəvi, nə maddi cəhətdən, nə də hərbi sahədə qıpçaqlar kimdənsə zəif idilər. Bu fikri nəinki Şərqin qədim salnamələri, həm də digər xalqların əfsanə və nağılları təsdiq edir; məsələn, “Aktaş” dastanı türklərdən birinci olaraq Volqa sahilinə gələn və “İdeldən Qafqaza qədər torpaqları özünə tabe edən” əfsanəvi Aktaş xandan bəhs edir. Qonşular onunla ittifaq bağlamağa çalışırdı… Keçmişi qiymətli daşlarla işıqlandıran digər əsərlər də var.
Lakin türklərdən kimsə bu gün o dövrün böyük xadimlərinin adını çəkə bilərmi? Onların yürüşləri və nailiyyətləri haqqında harada oxumaq olar?
Məşhur Britaniya ensiklopediyasında türklərin ölkələri haqqında məlumat var. Lakin Avropanı türk (qıpçaq) mövzusu avromərkəzçilik ideyası imkan verdiyi qədər maraqlandırır. Onlara (öz ideyalarına görə) bütün dünya Avropaya əlavə kimi görünür.
Buna görə də biz Balamir xanın nə etdiyini bilmirik. Çar Xaratonun necə yüksəldiyindən də xəbərimiz yoxdur. Arif şəxs olan Donat özünü nə ilə əbədiləşdirmışdir? “Köçərilər” barədə monoqrafiyalarda onlar haqqında bir sətir də yazılmayıb.
Görünür, müəllifləri məhz qıpçaq xanları Balamir, Xaraton və Donatın çöl sakinlərini Avropaya gətirdikləri, Bizans və Roma dövlətlərinin türklər qarşısında baş əydikləri barədə düşünmək belə dəhşətə gətirir. Türklərin içərisində böyüklərdən böyük olan, bizim xalqın fəxri olan Attila haqqında hələ tarixi həqiqət söylənilməmişdir.
Türklərin Böyük köçünü Attila başa çatdırdı, Avropa onun ayaqları altında idi, xərac ödəyirdi… Lakin indi o hadisələr haqqında tamam başqa cür danışırlar. Türklər öz tarixlərini bilmirlər və bu tarixi onlardan gizlədirlər.
Məğlubedilməz Attilanı Roma ordusu deyil, Avropanın birləşmiş ordusu deyil, öz böyüklüyü məğlub etdi. Bu, ağır yük idi. O, Attilanı əzdi. Attila xalqının əlindən sülhü və əmin-amanlığı aldı! Sərkərdə öləndən sonra yüz səksən dörd (!) oğlu qaldı, qızları saymırdılar. Atanın taxtına namizədlər, damarlarında Attilanın qanını daşıyanlar sakit otura bilərdilərmi? Əlbəttə yox. Şiddətli daxili müharibələr başlandı… Türklər özləri ilə vuruşurdular. Boyunlarına qul xaltası taxana qədər…
Xalq parçalandı.
Onlardan, bu qəlpələrdən burqundların, savoyalıların, xorvatların, bavariyalıların, saksonların, katalonların, serblərin, çexlərin, bolqarların və Avropanın digər “kiçik xalqlarının”, Avropa tarixçilərinin “xəstə” dünyagörüşünə görə, birdən-birə heç nədən meydana çıxan xalqların tarixi başlandı. Elə bil göydən düşmüşdülər.
Attiladan sonra Böyük Çöl bir-biri ilə düşmənçilik edən xaqanlıqlara, uluslara, ailələrə bölündü… Hamının hamıya qarşı müharibəsi başlandı. Daxili müharibələr heç vaxt səngimək bilmirdi. O, indi də davam edir. Hər yeni nəsil dünyaya qonşuya nifrətlə gəlir, nifrətlə də dünyadan köçürdü.
Qardaşlar bir-biri ilə mübahisə etdilər,Polad qılınclarını həvəslə itilədilər.Ölənə qədər bir-birini doğradılar,Qılınclaşdılar, döyüşdülər, söyüşdülər.Qardaş-qardaşı yalançı adlandırdı,Nəhayət, sonuncu da məhv olub getdi.İndiyə qədər nəvələri də döyüşür,Hamı həqiqət uğrunda vuruşur.Əvəzində özləri ölür, məhv olur.Bu sözləri şair Aleksey Konstantinoviç Tolstoy yazıb getmişdir. Onun türk mənşəyi haqqında ailə şəcərəsi, ailə gerbi və əlbəttə ki, qədim çöl əfsanələrini öz dərinliyi ilə, riqqətlə təsvir etdiyi şeirləri xəbər verir.

K.Timiryazev
«Timiryazevlər soyadı 1408-ci ildə Qızıl Ordadan böyük knyaz Vasili Dmitriyeviçin yanına gəlmiş İbrahim Timiryazevdən gəlir… Timiryazevlər soyadı «dəmir döyüşçü» xüsusi isminə gedib çıxır».
Bizim mənəvi sərvətimiz
Hunlar, yəni qıpçaqlar haqqında çox yazılıb, guya onlar vəhşi dalğa kimi Avropadan keçib və yoxa çıxıblar… Bəs bu vəhşi ordular necə yaranmışdı? Onları kim böyütmüş, kim geyindirmiş, kim yedizdirmişdi? Hərb sənətini kim öyrətmiş, nəhayət, silahlandırmışdı? Axı bütün bunlara ciddi məbləğdə maddi xərc tələb olunurdu.
Düz yerdə dünyanın ən güclü ordusu meydana gələ bilməz! Türk atalar sözündə deyilir: “Dayça yetişdirməyən ata minə bilməz”. Qıpçaqlar “öz dayçalarını” yeddi yüz il yetişdirmiş, sonra onlar süvari olaraq dünyanı yerindən oynatmışdılar… İki min il tarixi olan səhifələri açmaq üçün xeyli suallar vermək lazım gəldi.
Altayın geologiyası ilə maraqlanandan sonra mən dərk etdim ki, yeni metalişləmə texnologiyası niyə məhz orda meydana gəlmişdir, sən demə, buranın filizinin tərkibi dəmir və digər qiymətli qarışıqlarla çox zəngindir. Sonra Çin salnamələrinin qoruyub-saxladığı “Bahadur Tenqri” yazısındakı sözlər məni cəlb etdi. Məhz türklər iki min il yarım bundan qabaq onlara dəmirin sirrini açanı Göy Allahı adlandırmışlar.
Burada sual meydana çıxır: ümumiyyətlə, biz qədim türklərin mənəvi mədəniyyəti haqqında nə bilirik? Çox çətinliklə Tenqri xan haqqında məlumat toplanıldı.
Yeni Allaha sitayiş, görünür ki, dəmirlə əlaqədar idi. Bəs görəsən, niyə? Təsadüfi deyil ki, qədimdə dəmiri “səma metalı” adlandırırdılar… Bəlkə, bu sitayişin “yaranmasına” meteoritlər kömək əli uzadıb? Səma daşları qədim insanları “Göydən gələn metalla” tanış etdi! Bu, səma metalının gücünü dərk edən insanlarda inkişaf edərək inama çevrildi və onlar sonradan yaranan Dəmirçi Allahına sitayiş etməyə başladılar… Yalnız konkret hadisədən din, Səma Allahına, onun cəzalandıran və müdafiə edən polad qılıncına inam yarana bilər!..

Lev Tolstoy
Tolstoy nəslinin əsasını qoyan şəxsin adı… «İndris» ərəb sözü olan «kişi, igid» sözündən yaranmışdır. Tols toyların soyadının gerbində də heraldik işarə olan ox və yatağan (əyri xəncər) bu nəslin çöl əsilli olmasından xəbər verir.
Türklər əvvəllər bütpərəst idilər. Lakin yeni Allah onları dəyişdirdi. Tenqri türk mənəvi mədəniyyətinin mərkəzinə çevrildi. Uca Yaradan xalqı məğlubedilməz etdi.
Türklərə ruh və Səma Allahını bəxş etmiş Altay türk xalqının müqəddəs yeridir! Əcdadlarımız Vətəni müqəddəsləşdirir, onu yer üzünün cənnəti adlandırırdılar. Bu kəskin hiss qıpçaqların qanında hələ də qalmaqdadır. Xiffət, vətən həsrəti türklərə məxsus xəstəlikdir. O, hələ türk dilinin olmadığı və danışıq dilinin tədricən yarandığı dövrdə də mövcud olmuşdur. Adamlar hələ o vaxt Altayın uca zirvələrinə həsrətlə baxır və onlarsız yaşaya bilmirdilər.
Qədim türklər üç zirvəsi olan Üç Sumer dağına ehtiram bəsləyirdilər. Onun haqqında əfsanələr yaranmışdı. Dünyanın mərkəzi! Burada dua oxuyur, bayramlar təşkil edirdilər… Bu dağın ətrafında yerli əhali indi də ov etmir, yüksəkdən danışmır, bura müqəddəs yerdir. Maraqlıdır ki, buddizm mifologiyasına görə, Sumeru dağı universal kosmoqonik rəmzdir.
Altayda sonralar digər yüksəkliklərə – Xan-Tenqriyə, Borusuya da sitayiş edirdilər. Onlara, müqəddəs dağlara daş üzərində şəkillər, sonra isə ilahi mətnlər həsr olunurdu. Daş üzərində söz ilə təsvir bir yerə gəldi və uzun əsrlərboyu mənəvi ənənə olaraq qaldı. İbadətin təntənəli, məbədlərin bəzəkli olması, təmizliyi də məhz buradan gəlir… Kitabların və salnamələrin illüstrasiyası da buradan qaynaqlanır…
Yüksəkliklərin içərisində Tibetin Kaylas dağına daha çox ehtiram göstərilirdi. O, minlərlə adam üçün ziyarət yeri idi. Deyilənə görə, səmadan Tenqri xan Kaylasa enmişdi.
Səma Allahına sitayiş edənləri müqəddəs Kaylas, Üç Sumer dağlarının görünüşü belə vəcdə gətirir və onlara xüsusi zövq verirdi. Bu dağlar, görünür ki, türklərə məbəd memarlığının ideyasını vermişdi… Bütün bunlar Altayda başlayan bir zəncirin halqasıdır.

Kuşan döyüşçüsü
Çöldə dağlara sitayişetmə ənənəsi, əlbəttə, yaddan çıxmır, düzənlikdə adamlar müqəddəs dağların “oxşarını” yaradırdılar! Əvvəlcə torpaqdan kurqanlar yaradır, onun yanında yığışıb dua oxuyurdular. Sonra məbəd müqəddəs dağların rəmzi oldu. Ancaq yenə də məbədin yanında, xüsusi meydanlarda dini ayinləri icra edirdilər… Çöldə hər şey əvvəllər Altayda olduğu kimi qalırdı, ənənəni qoruyur və əlavələr edirdilər.
Qıpçaqlar Səma Allahını qəlblərində yaşadır və onun təsvirini daş üzərinə həkk edirdilər. Bu, daim Allahı xatırlama idi; o, ruhu təmizləyir, Yaradanla təmasa yönəldirdi. Buradan da “ikona” və yaxud “aykone” yarandı… Əcdadlarımızın fikirlərinin dərinliyi və genişliyi adamı heyrətləndirir, mahiyyətinə görə onları əhatə edən dünya, Daimi Göy Səma – Tenqri günbəzi altında olduğu üçün məbəd idi.
Tenqri xanın obrazını türklər nə qədər dərindən anlayırdılarsa, ona daha çox adla müraciət edirdilər: Uca Yaradanı “Boq”, “Alla”, “Xoday”, “Qospodi” deyə çağırırdılar… Hər birinin də öz mənası vardı. Sonra bu türk sözləri yüngülcə dəyişdirilərək başqa xalqların və dinlərin lüğətinə daxil oldu.
…Yaddan çıxmış, təhqir edilmiş Vətəni mən tədricən dərk etməyə başladım. Mənim vətənimi!.. Getdikcə o daha sevimli olurdu. Yadıma gəlir, İvan Alekseyeviç Buninin sözləri mənə çox təsir etmişdi. Onun şeirində mən hamımızı, o cümlədən özümü tanıdım.
Vətən, onlar sənə lağ edir,Sənin sadəliyinə,Kasıb daxmalarınaBaxıb səni qınayır.Sanki ədəbsiz oğul,Şəhər dostlarının yanında,Utanır anasından, onunYorğun, utancaq, qəmli baxışlarından.Görmək üçün onun simasını,Yüz verst yol gəlmiş anasını,Son qəpiyini onunçün gətirmiş bu qadınıQarşılayır o, istehzalı bir gülüşlə.Təəssüf ki, biz əsrlərlə Çölə “istehzalı gülüşlə” nəzər salmış, onun bizim Böyük Vətənimiz olduğunu dərk etməmişik. Onun haqqında az məlumatlı olduğumuzdan savayı, yalanlara inanmış və onun “son qəpiyindən” də üz çevirmişik… Mən dəyişiklik istəyirəm, arzu edirəm ki, mənim xalqım duzsuz süddən yenə də canlandırıcı kumısa çevrilsin. Qoy onda Qürur oyansın.
Türklərin kökü minilliyin dərinliyindən uzanıb gəlir. Qədim türk bədii ədəbiyyatından parçalar gəlib bizə çatıb. Onların dillərinin dərinliyindən və obrazlılığından adam zövq alır. Bəs kitablar özləri hanı? Onlar müəmmalı surətdə yoxa çıxıb. Lakin onların geri qaytarılması qaçılmazdır; məsələn, Ermənistan və Gürcüstanın arxivləri xeyli qiymətli materialları qoruyub-saxlayır. Orada erməni hərfləri ilə, lakin türk dilində yazılmış irihəcmli qədim kitablar var.
Hindistanda, Tibetdə, İranda da nəsə qalmalıdır, axı bu ölkələr uzun illər Böyük Çöllə münasibətdə olmuşdur. Brahma yazısı ilə qeydə alınmış türk mətnlərinin mövcudluğu elmə məlumdur. Buddistlər onları müqəddəs əşyalar kimi qoruyub-saxlayırlar.
Avropada da hər hansı bir tükroloqu sevindirəcək arxivlər vardır, məsələn, Balkanlarda XIX əsrə qədər türk run yazıları hələ yaddaşlarda idi. Monaxlar ondan gizli yazışmalar vaxtı istifadə edirdilər.
Rusiya mədəniyyətində qıpçaq ənənələri hələ də axıradək tədqiq olunmamışdır. Onlar isə kifayət qədərdir. Heç olmasa, Derjavinin sözlərini yada salmaq kifayətdir: “Tatar mahnılarını masa altından işıq şüası kimi nəsillərə ötürəcəm”.
Məsələn, Aleksandr Sergeyeviç Puşkin məhz türk nağılları danışırdı, çar Saltanın çarlığının və Buyan adasının çox dəqiq coğrafi məkanı vardır, bu, Kazan xanlığıdır. Lukomorye isə Krımdır… Puşkin yaradıcılığının, gördüyümüz kimi, dərin, iki min illik kökləri var. Hələ o dövrdə türklərin yüksək səviyyəli poeziyası mövcud idi. Puşkinin tərcüməsində o, indi də adamı vəcdə gətirir.
Türk ənənələri Derjavinin, Aksakovun, Qoqolun, Turgenevin, Tolstoyun, Tütçevin, Buninin, Nabokovun, Bulqakovun, ümumiyyətlə, nəsilləri Böyük Çöldən çıxmış digər böyük klassiklərin yaradıcılıqlarını fərqləndirirdi. Bu isə sırf ədəbiyyatşünaslığın araşdırma predmetidir.
Avropa qıpçaqları
Coğrafiya xəritəsi çox ciddi tarixi sənəddir, o özündə heç də qalın kitabdan az məlumat daşımır. Onu oxumağı bacarmaq lazımdır. Xalqların Böyük köçü xəritədə öz izini qoymuşdur. O zaman, yəni II–V əsrlərdə öz şəhərləri, yaşayış məskənləri, stanitsaları, yol məntəqələri olan Böyük Çöl ölkəsi – Dəşt-i Qıpçaq yarandı.
Baykaldan Alp dağlarına qədər geniş bir ərazidə türk mədəniyyəti aparıcı rol oynayırdı. Bütün çöllük ərazidə. O dövrdə Avropa Sibirdən “başlanırdı”! Əsrlər keçdi, hər şey sanki yoxa çıxdı. Lakin… xəritə insanların yaddaşından çıxanları qoruyub-saxlamışdır.
Bunu Nikolay Rerix də qeyd edib:
Biz bilmirik, lakin onlar xatırlayır.Daşlar bilir, bilir ağaclar daVə xatırlayır.Kimlərin dağlara, çaylara ad verdiyini,Keçmiş şəhərləri kimlərin qurduğunu.Qədim ölkələrə kimlərin ad verdiyini.Bizə məlum olmayan sözlər,Hərəsinin geniş bir mənası var.Məsələn, götürək Dəşt-i Qıpçağın sərhədini. Olduğu kimi durur! Məşhur toponimik E.M.Murzayev rus dilində olan “kurqan” sözünə belə izah verir ki, əvvəllər o, “sərhəd”, “mərz” mənasını daşıyırdı. Niyə? Ona görə ki birinci növbədə kurqanlar türk torpağını fərqləndirirdi. Kurqanların arxasında ruslar üçün yad torpaq başlayırdı.
Şimalda Dəşt-i Qıpçağın sərhədi Moskva çayından keçirdi, çayın şimal sahili finlərə və uqorlara, cənub sahili isə türklərə məxsus idi[16]. Təkcə Moskva ərazisində bir neçə kurqan qrupu məlum idi, onun da çox hissəsi cənub (sağ) sahildə yerləşirdi. Belə kurqanlar keçmiş “türk” Moskva ətrafı ərazilərdə də var, toponimika bunu təsdiq edir; məsələn: Kolomenskoyenin qədim adı Kollomadır, türk dilində “gözətçılik”, “təchizat” deməkdir. Kapotnya – “Yüksəklikdə yerləşən məskən” (və yaxud “Hündür ot”), Kuntsevo – “Sığınacaq” və yaxud “Karvansara”… Sözlər açıqca slavyan mənşəli deyil… Moskva çayından şimalda isə kurqanlar yoxdur, orda başqa xalq yaşayırdı, başqa mədəniyyət var idi, burada toponimlər yenə də slavyan olmayan digər köklərə malikdir.
Cənubda isə türk ölkəsinin hüdudları İrana gedib çatırdı, buna isə yenə də kurqanlar şahidlik edir. Sərhəd, demək olar ki, dəyişiklik olmadan indi də qalır, əvvəlki kimi orda türklər yaşayır, indi onlar İran azərbaycanlıları adlanırlar.
Dəşt-i Qıpçağın şimalı və cənubu arasında indi minlərlə türk coğrafi adları var, bu, toponimika üçün xəzinədir! Məsələn: Moskva Kremli ilə üzbəüz, sağ sahildə Balçuq yerləşir. Rus dilində belə söz yoxlur, türk dilində isə bu, “bataqlıq”, “palçıq” deməkdir. Təmiz türk toponimidir.

II Nikolay – Romanovlar sülaləsinin sonuncu nümayəndəsi. Onun da ulu babaları Böyük Çöldən gəlmişdilər.
Oxşar nümunələr kifayət qədərdir. Bir qayda olaraq, Rusiyanın çöl hissəsinin köhnə şəhərlərinin əksəriyyətinin adları türk kökənindən çıxarılıb: məsələn, Oryol – “yüksəkliyə qalxan yol”, Tula – “dolğun”, Bryansk (Birinçi, Bryaneçsk) – “birinci”, “əsas”, Saratov (Sarıtau) – “sarı dağ”, Simbirsk (Simbir) – “tənha qəbir”… Kaşira, Kolomna, Kaluqa, Voronej, Penza, Çelyabinsk, Kurqan… Çoxlu bu cür adlar ki, onların hər biri unutqan qıpçaqlara Vətənləri haqqında məlumat verir.
Coğrafi xəritələr İvan Qroznının və I Pyotrun işğalçı müharibələrinin izlərini özündə həkk edib. Onlar Rusiyanın qonşu torpaqları hesabına necə genişləndiyini göstərir. Xəritə çox qaranlıq tarixi hifz edir, amma sonradan yazılmış salnamələr onu ağartmaq istəyir. Başa düşürsən ki, Avropa xəritələrində qədim türk şəhəri kimi göstərilən Kipenzayın rus şəhəri Penzaya, Şapaşkarın Çeboksara, Buruninejin Voronejə, Sarıtaunun Saratova, Çelyabanın Çelyabinskə dönmələri heç də təsadüfi deyil…
Altaydan ən uzaq torpaqlar Attilanın dövründə “alman”, yəni türk dilində “uzaq” adlandırıldı. Buradan da Almaniya toponimi yarandı. Bir çox “alman tayfaları” göygöz, enlisifət, əsl qıpçaq görünüşlü idilər və türk dilində danışırdılar, bunu run yazıları, qədim adətlər və xalq yaddaşı təsdiqləyir. Onlar uzaq Altaydan çıxıb gələnlər idi.
Fransa, İtaliya, İngiltərə, Avstriya, Yuqoslaviya və Çexiya əhalisinin bir hissəsinin erkən tarixi də eynilə belədir. Əgər arxiv sənədlərinə diqqət etsək, görərik ki, XVI əsrin sonlarınadək bu ərazilərdə türk dili işlək idi. Doğrudur, inkvizisiya vaxtı Qərb kilsəsi bu arxivlərdə “böyük təmizləmə” apardı, ancaq xoşbəxtlikdən bəzi sənədlər xilas ola bildi. Onlar qeyri-adi olan fikri təsdiq etməyə imkan verir: Mərkəzi Avropada türklər yaşayırdı… Özlərini unudan türklər burada qaldılar…
Əlbəttə, türk coğrafi adları Avropa xəritələrində qorunub-saxlanıb. Onun vasitəsilə bir çox ölkə və xalqların tarixini oxumaq olar.
Budur, burqund tayfasının marşrutu. Burqund ulusu Avropaya Baykal silsilə dağlarının yarğanlarından gəlmişdir, “burqund” toponimi oranın ən şərq nöqtəsində yaranmışdır. Sonralar Xəzəryanı düzənliklərdə yaşamış, bir hissəsi Qafqaz dağətəyi ərazidə, Qaraçayda məskunlaşmışdı; orada Burqund kəndi var. 435-ci ildə isə Attilanın atası tərəfindən aparılmış ulus müasir Fransaya çataraq Burqundiyanı, Burqund yurdunu yaratmışdır… Fransız-burqundlar türk milli mətbəxinin yeməklərini, bəzi geyim və məişət əşyalarını qoruyub-saxlamışlar, adət və ənənə də yaddan çıxmayıb. Lakin ana dilini itirmişlər.
Savaoy ulusunun izləri ilə də getmək olar. Bu toponim də görünməz tellərlə coğrafi xəritədə əks olunur, o da Altaydan gəlib… Gəldiyi vaxt isə Xalqların Böyük köçü ilə üst-üstə düşür. “Terinq” sözü də bu cür tarixi səyahətdə kompas rolunu oynaya bilər.
“Terinq” türk dilində “nəsə bol” deməkdir; məsələn, geniş, bərəkətli vadi haqqında belə deyirdilər. Balxaşdan (əvvəllər bu göl Terinq-göl adlanırdı) Mərkəzi Avropayadək bu toponim nəzərə çarpır. Təsadüfdürmü? Qərbi Avropa ədəbiyyatına görə, Attilanın müttəfiqləri məhz terinqlər (türinqlər), burqundlar və digər “alman tayfaları” olmuşlar. Onların hamısı bacarıqlı süvarilər idi, üzərində xaç çəkilmiş bayraq altında vuruşurdular… Artıq tarixçi İordanın terinqlər, onların atçılıq sənəti haqqında olan sözləri təəccüblü səslənmir… Yerli avropalılar o dövrdə at yetişdirmirdilər! Və kumıs da içmirdilər. Bu, türklərin sevimli məşğuliyyətidir.
Dunayın xəritəsinə nəzər salaq – əsl qıpçaq adları meşəsidir. Sözgəlişi, “balkanlar” türk dilində “meşə ilə örtülü dağ silsiləsi” deməkdir. Azərbaycanın rayonlarından biri belə adlanır və meşə ilə örtülü əsrarəngiz gözəl dağları var.
Deyirlər ki, qaradağlılara Balkanlarda “karatayevlilər” deyib sataşırlar, niyə? Türk dilini bilmədən cavab verə bilməzsən. Cavab isə çox sadədir. “Kara” – qara, “tau” – dağ deməkdir. Deməli, “karatayevlilər” və “qaradağlılar” eyni sözdür.
Avrasiyanın xəritəsində türk toponimləri göydəki ulduzlardan bir qədər azdır. Lakin onlar haqqında haradasa oxumaq çətindir. Düzdür, bu mövzuda kitablar nəşr olunub, lakin xaricdə. Çox az alimin onlardan xəbəri var. Onlardan biri tanınmış coğrafiyaçı Eduard Makaroviç Murzayevdir. O, ola bilər ki, həyatının ən əsas işini görmüş, “Türk coğrafi adları” kitabını yazmışdır… Kitab gülünc bir tirajla (cəmi beş yüz ədəd) buraxılmışdır.
Böyük Çölün sərhədləri İngiltərədə də pis sezilmir. Onlar V–VI əsrlərdə türklərin (sakların ulusu və yaxud saksların?) rəhbərliyi altında olan anqlosakson yürüşləri haqqında xatirələrdir.
Aborigenləri məğlub edən qıpçaqlar özlərinin “ada” dövlətlərini yaratdılar, əvvəl yurta, sonra isə krallığa ad verən Kent şəhərini saldılar. “Kent” türkcə “daş qala” deməkdir. O, adanın içərisinə doğru irəliləmək üçün meydan rolunu oynamalı idi. Onun əks tərəfində, qitədə Kale[17] şəhərini saldılar, buradan da məlum olduğu kimi, anqlosakson yürüşləri başlandı, burada Pa-de-Kale boğazından keçid hazırlanırdı. Xəritə bu məlumatı təsdiq edir.