скачать книгу бесплатно
XI əsrdə Bizansın ulduzu sönməyə başladı; ölkə sürətlə zəifləyirdi. Xristian kilsəsinə rəhbərlik etmək üçün gedən mübarizə Romanın xeyrinə başa çatdı, siyasətdə və iqtisadiyyatda da bu özünü göstərdi. Bizansda hakimiyyət tədricən yararsız hala gəlirdi. Yunanlar çox şeydən imtina etməyə məcbur oldular; məsələn, rusların onların ölkəsini təmin etdiyi bəzək əşyalarından. Kölə slavyanlar da pula getmirdilər.
Ev xoruzunun sevimli təsviri. Onlara qədim Altayın kurqanlarının əşyalarında tez-tez rast gəlinir və Böyük Çölün xalqlarının yadda şından çıxmır, məsələn, Fransanın.
Rusların cavab reaksiyasını çox gözləmək lazım gəlmədi, onların da bizanslılara olan marağı söndü. “Varyaqlardan yunanlaradək” gedən yol tez bir zamanda zəiflədi və onunla birlikdə ruslar da kasıblamağa başladı. Həmin vaxtadək onlar artıq özlərini türklər vasitəsilə İranla apardığı ticarətdən məhrum etmişdilər. İndi isə Bizansın itkisi ruslar üçün ölümcül zərbə idi.
Kiyev (varyaq) knyazlarının yoxsullaşmasını təsdiq edən faktın biri də o idi ki, artıq XII əsrin ortalarından onlar pul zərb etmirdilər… Ancaq bu xaos və zəifləmənin qalın qatlarından tədricən yeni həyat əlamətləri gözə dəyirdi. Xalq içərisində deyilir: “Müqəddəs yer heç vaxt boş qalmır”.
Məhz bu vaxt slavyanlar keçmiş “varyaqlardan yunanlaradək” olan yolun üstündə yerləşən boşalmış varyaq şəhərlərinə doluşmağa başladılar. Pskov, Smolensk, Novqoroda… Keçmiş varyaq şəhəri Xolmqard[25 - Xolmqard və Novqorodun eyni şəhər olduğu rus elmi tərəfindən qəbul edilmir. Görünür, onun öz izahı var. Lakin inad edərək heç kəs özünə zəhmət verib demir ki, bəs Xolmqard hara yoxa çıxdı? Yuxarı Dneprin ərazisinin ələ keçirilməsi üçün varyaqlara meydan rolunu oynayan şəhər necə yox oldu? Heç bir şəhərsalma bacarığı olmayan slavyanlar Novqorodu necə tikdilər?] məhz o zaman Novqoroda çevrildi. Əlbəttə, slavyanlar Polotsk knyazlığında da, uzaq Kiyevdə də göründülər.
Kiyev knyazları Ruotsidən – Skandinaviyadan əvvəllər aldıqları dəstəkdən məhrum oldular. Bundan da qonşular faydalandılar, zəif Novqorod knyazı Kiyevə hücum etdi və onu asanlıqla ələ keçirdi. Kiyev artıq yox idi! Çökməkdə olan şəhər müqavimətsiz təslim oldu. Hər şey limandakı körpüdə baş verən kiçik döyüşdə həll edilmişdi, şəhərin yeni sahibi məhz orada müəyyənləşdi.
Salnamədən gələn, “vəhşi kimi” yaşayan slavyanlar haqqında olan ifadə maraq doğurur. Görünür, “katsap”, türk dilində “saqqallı keçi” ifadəsi məhz o vaxt, Kiyevin “yeni” və “köhnə” sakinləri arasında tez-tez baş verən toqquşmalar zamanı dilə daxil olmuşdur. “Vəhşi həyat tərzi” və onlardan gələn qoxuya görə slavyanları belə adlandırırdılar. Cavabında isə “xoxol” sözü eşidilirdi, guya söyüş kimi səslənirdi, lakin bu sözün həqiqi mənasını slavyanlar, əlbəttə ki, bilmirdilər.
Zaman və hadisələr dayanmadan slavyanların xeyrinə işləyirdi, tale onların üzünə gülürdü, baxımsız qalmış ölkədə onların qızıl dövrü gəlib çatmışdı! Ətrafda vəziyyət nə qədər çətin idisə, onlar üçün bir o qədər əlverişli idi. Xüsusilə Kiyevdə hakimiyyətə novqorodluların adamı, qanına görə varyaq, ruhuna görə slavyan olan Vladimir gələndən sonra. Meşədən gələnlər rusların yaratdığı, sonra onlar üçün tərk etdikləri ictimai boşluğu tezliklə doldurdular. Varyaqlar Rusu slavyanlara qoyub getdilər. “Sadəcə, elə-belə” qoyub getdilər. Daha doğrusu, əvvəlki itaətkarlıqları və köləlikləri müqabilində onlara təhvil verdilər.
Lakin Kiyev Rusunun əhalisində xalq birliyi hiss olunurdumu? Orada, rus alimlərinin inandırmağa cəhd etdikləri kimi, rus xalqı formalaşa bilərdimi?
Reallıq bunun əksini göstərir: XII əsrdə Kiyev dövləti ayrı-ayrı knyazlıqlara bölündü. Hansılara, necə və niyə? Bu başqa məsələdir. Lakin fakt faktlığında qalır – dövlət parçalandı və buxarlandı! O, bir neçə on il güclə müqavimət göstərərək əzablı ölümə düçar oldu.
Novqorodun tozağacı qabığı üzərindəki yazıları bunu inandırıcı şəkildə sübut edir. Akademik V.L.Yanin yazır ki, bu fərmanlar “əvvəllər sanki mübahisəsiz qəbul edilən bir sıra problemlərin həllinə yenidən baxmağa imkan verdi”.
Həqiqətən, qədim Rus dövlətinin yaranma mexanizminə indiki baxış köklü surətdə dəyişilməlidir. Ümumiyyətlə, bu, iki müxtəlif mədəniyyətin, türk və slavyan mədəniyyətlərinin birləşdirilməsi cəhdi idi. Kiyev və Novqorod mədəniyyətləri bir çox əlamətlərinə görə bir-birindən fərqlənirdi; məsələn, novqorodluların dili, Yaninin “Cənubi Baltik slavyanları” adlandırdığı venedlərin dialekti idi. Yerli kiyevlilərin dili tamamilə başqa idi.
XII əsrdə tozağacı qabığı üzərində yazılmış slavyan yazıları. Yazı run ilə mü qa yisədə tamam başqadır.
Gördüyümüz kimi, slavyanlara miras kimi qalmış Kiyev Rusu onların siyasətinin məhsulu deyildir. Ona görə də o, daimi ola bilməzdi: kometa kimi səmada parıldadı və sönüb yoxa çıxdı.
Rus çox sürətlə söndü, o, sadəcə olaraq parçalanmadı, düşmənçilik edən knyazlıqlara bölündü: hakimiyyətdəkilər və xalq qarşılıqlı öhdəliklər olmadan birgə yaşaya bilməzlər. Hakimiyyəti ələ keçirmək böyük əziyyətdir. Lakin onu əldə saxlamaq yüz dəfə artıq ağır zəhmət tələb edir.
Belə olmuşdur… Lakin nəyə görəsə ənənəvi Rusiya tarixində olan məntiqsizlik heç kəsi narahat etmir; məsələn, niyə ukraynalılar novqorodlulardan, voloqdalılardan, vyatiçilərdən fərqlənirlər? Təkcə xarici görünüşləri ilə fərqlənmirlər. Elə götürək geyimlərini, mətbəxlərini, mahnılarını, tikililərini və s. Hər şeydə fərq var!
Burada təəccüblü heç nə yoxdur, çünki Rus və Ukrayna heç də bir ölkə demək deyil. Onların arasında münasibət çox qısa, XIII əsrin ortalarına qədər, cəmi yetmiş[26 - Rəsmi Rusiya elmi iddia edir ki, məhz bu yetmiş ildə rus xalqı formalaşıb (?!). Qəribədir və ağlasığmazdır.] il olmuş, sonra isə tamamilə kəsilmişdir. 1620-ci ildə onu bərpa etmişlər. Ancaq necə?
Ukraynanın Rusiyaya yenidən birləşməsi haqda sənədlər onu göstərir ki, “birləşən” tamamilə müxtəlif xalqlar idi, onar heç bir-birini başa düşmür, tərcüməçi tolmaçların köməyi ilə ünsiyyət qururdular. Belə ki, V.Buturlinin başçılığı ilə Ukraynaya gələn ilk Moskva səfirliyinin tərkibində iki tərcüməçi – türk Bilal Baytsa və Stepan Konçinski var idi. Onlar “yadelli-çerkasların” (Rusda kazakları belə adlandırırdılar) və “litvinlərin” (yəni qərbi ukraynalıların) yanına gedirdilər. Birincilər türkcə, ikincilər isə “rus” slavyanlarının o qədər də başa düşmədiyi slavyan dilinin dialektlərinin birində danışırdılar.
İki xalqın “birləşməsi” çətin, demək olar ki, açıq qarşıdurma şəraitində başlandı. Bu “birləşmənin” mahiyyətini isə II Yekaterina öz göstərişlərindən birində belə izah edirdi: “Yumşaq üsullarla elə vəziyyətə gətirib çıxarmaq lazımdır ki, onlar ruslaşsınlar və meşədəki canavarlar kimi baxmasınlar…” Bu, Ukraynanın müstəmləkələşdirilməsi deyilsə, bəs nədir?
Getman hakimiyyətini ruslar ləğv etdilər “…ki, əsrlərboyu getman adı yox olsun, heç bir şəxs bir daha bu səviyyəyə qaldırılmasın”. Ukrayna kilsəsini də başsız qoydular, çünki ruslar ona da şübhə ilə baxırdılar, belə ki, Rus kilsəsinin rəhbərləri xoxolları öz dindaşları hesab etmirdilər. Lakin kilsə xadimlərini qovmadılar, onları dini rütbələrindən məhrum etmədilər, öz yanlarında kilsə vəzifələrinə təyin etdilər (Matskeviç və başqalarını).
“Əbədi ittifaqa” çar II Aleksandr son qoydu: onun 30 may
1876-cı ildə verdiyi fərmana görə, ukrayna dilində danışmaq, kitab buraxmaq, onu məktəbdə tədris etmək, hətta bu dildə mahnı oxumaq da qadağan olunurdu… Beləliklə, ukrayna dili ildən-ilə daha başadüşülən, ruslar üçün qulağa yatımlı olurdu.
Əgər ukraynalılar, həqiqətən də, başqa yox, məhz slavyan kökənlidirlərsə, onda niyə digər “rus” slavyanları, məsələn, novqorodlular türklər kimi başlarına papaq qoymurlar, türklər kimi çəkmə, şalvar, yanyaxa köynək geymirlər? Niyə onlar türklər kimi həzin mahnılar oxumur, türklər kimi qızğın və təsirli rəqs etmirlər? Niyə novqorodlu üçün at sadəcə yabı, nəqliyyat vasitəsidir, amma qıpçaq üçün (qoy ukraynalı, rus və ya başqa cür adlansın) at onun ruhunun, bədəninin davamıdır, onun ikinci “mən”idir?
Suallar minlərlədir, lakin onlar hamısı tarixin qərəzli surətdə saxtalaşdırılması haqqındadır.
Yalan o qədər ayaq tutub ki, indi heç kəs həqiqətin və cəfəngiyyatın harada olduğunu fərqləndirə bilmir. Baxmayaraq ki hər şey göz qabağındadır, Ukraynada qıpçaq mədəniyyəti qorunub-saxlanılmışdır!
Moskva Rusu ilə Ukrayna arasında XVII əsrdə meydana gələn münasibətlər elə ilk gündən ikimənalı xarakter aldı. Bu, günümüzə qədər davam edir: bir şey danışılır, digər hərəkət edilir. Moskva və onun yüksək dairələri həmişə “kozak torpağının” əhalisinə öz düşmənləri kimi baxmışdır; V.N.Tatişşevin sözlərinə görə, onlardan “Rusiya dövlətinə dəfələrlə qiyamlar və ziyanverici hərəkətlər törənmişdi”. Məhz buna görə ruslar həmişə Ukraynanı “çar əli altında saxlamağa çalışmış”, onlar isə, öz növbəsində, müqavimət göstərmişlər.
Siyasi mədəniyyətdə olan fərqlərə görə iki “qardaş” xalqın yuxarı dairələri bir-birini sadəcə olaraq başa düşmür, bir-birinə etibar etmirdilər. Bu haqda V.N.Tatişşev və V.O.Klyuçevski də yazıblar. Məgər Ukrayna ilə Rusiyanın birləşməsindən sonra “bir getmanın[27 - Getman – keçmişdə Ukraynada kazak qoşunları başçısı, hakim] da axıradək öz həyatını təhlükəsiz başa vurmaması və onların heç birinin Kiçik Rusiyada qəbrinin olmaması bunu açıq-aşkar sübut etmir?” Sözgəlişi, “getman” sözü türk dilində “ruhun daşıyıcısı”, xalqın “qeyrətinin daşıyıcısı” deməkdir!
Buna daha aydın bir sübut isə “çerkaşin”, yəni “ukraynalı” ləqəbinin Moskva rəhbərlərinin şüurunda uzun müddət “xain” mənasını daşımasıdır. II Yekaterina öz təlimatında “Kiçik Rusiyanın baş komandanı” Pyotr Rumyantsevə yazırdı ki, rus xalqı “Kiçik rusiyalılara gözəgörünməz nifrət hissi bəsləməyə adət edib”. Sonuncular da eyni hiss ilə cavab verirdilər[28 - Əlbəttə, cəmiyyəti daxildən parçalanmış Ukraynanın çıxılmaz vəziyyətdə olduğunu göstərən digər tarixi dəlillər də var. Lakin bu, ayrıca bir kitabın mövzusudur.]…
Bu iki “qardaş xalqın” qarşılıqlı antipatiya hissini XIX əsrdə alman səyyahı İohann Kol çox dəqiq ifadə etmişdir: “Malorossiya[29 - Malorossiya – Ukraynanın keçmiş adı] xalqının Velikorossiya[30 - Velikorossiya – Rusiya] xalqına bəslədiyi ikrah hissi o qədər böyükdir ki, düzü, bunu ancaq milli nifrət kimi xarakterizə etmək olar”[31 - Xəlvətcə dinlənilən söhbətdən: “Sən bilirsən, moskallar “pıvo” sözünü necə tələffüz edirlər?” ‒ “Necə?” – “Pi-i-vo!” – “Nifrət edirəm”.].
Yaddaşsızlıq – dəhşətli xəstəlikdir, Rusiya bu xəstəlikdən əziyyət çəkir. Özü də tək o yox. Məşhur fransız tarixçisi Mark Ferro “Dünyanın müxtəlif ölkələrində tarixi uşaqlara necə danışırlar” adlı maraqlı bir kitab yazmışdır. Aydın olur ki, özləri haqda hər şeyi uydururlar. Bu, “rəsmi” tarixin ümumi qəbul edilmiş qaydasıdır.
Mark Ferronun fikrincə, məsələn, Hindistanda tarix mahiyyətdən məhrumdur, özünün əsasına görə isə o, mifikdir. Ərəblərin tarixi “şəkillərdə çəkilmiş tarixdir”. Farslar ölkələrini dünya sivilizasiyasının mərkəzi yerinə qoyurlar. “Bir sıra məğlubiyyətlərə düçar olan Ermənistan həvəslə öz tarixini yüksəldir, ona işıqlı əzabkeş obrazı verməyə çalışır”. Demək olar ki, hər bir ölkə uşaqlara ÖZ tarixini danışır! Buna görə rus tarixçilərini çox da günahlandırmaq olmaz: onlar özləri haqqında başqalarından çox uydurmayıblar. Ola bilər ki, bir az çox.
Lakin… keçmişsiz gələcək olmur, belə ki, məhz keçmiş gələcəyə keçir: zaman bir-biri ilə əlaqəlidir. Tarix – zaman haqqında qeydlərdir və orada baş verən hadisələrdir. Qeydlərdə hadisəni təhrif etmək, hadisəni kəsməklə insanlar zamanı dəyişdirmir, hadisəni dayandırmırlar, onlar öz nəslini yaddaşsızlığa düçar edirlər; deməli, yeni nəsil gələcəyə baxmağı bacarmayacaq.
Lakin bəzən yaddaşsızlıq – yaxşıdır. O, dərmandır, düzdür, zəhərlə qarışıqdır, müsibət yaşamış xalqın ruhi yaralarını sağaldır. Sonralar, zaman keçdikcə zəhər yaddaşda toplanır və ziyan etməyə başlayır… Əlbəttə, keçmişi yada salmaq ağırdır, lakin xalq olaraq qalmaq istəyirsənsə, qonşuların arasında itib-batmaq istəmirsənsə, bu lazımdır.
Qədim türk hikməti öyrədir: “Özgəsininkinin ardınca getsən, özününkünü itirəcəksən”. Qıpçaq xanı Kurya məhz bu sözləri Böyük Çölə yürüşü rüsvayçılıqla başa çatmış və ələ keçmiş rus knyazı Svyatoslavın kəlləsindən düzəldilmiş piyalənin üzərinə yazmağı əmr etmişdi.
Xalqı yaratmaq olmaz. On kitab əsasında bir kitab tərtib etmək olar, lakin on “etnik parçadan” bir xalq yığmaq olmaz: tarixi kök və ənənələrindən məhrum olmuş kütlə xalq deyil. Bu həm Amerika xalqına, həm də istənilən “yeni” xalqa aiddir. O, ideya əsasında yaranmış birlik, ya da siyasi (dövlət) icma olacaqdır. Lakin bundan artıq heç nə ola bilməyəcək.
Dünya xalqları təkcə xarici görünüşləri, mədəniyyətləri, adət-ənənələri, vərdişləri, əxlaqları ilə fərqlənmirlər. Onlar, bioloqların da təsdiqlədiklərinə görə, genetik səviyyədə də bir-birindən fərqlənirlər. Odur ki zəncilərdən çinlilər doğulmurlar. Bu səbəbdən də bir xalqa bir mədəniyyət, digərinə isə başqa mədəniyyət xasdır. Bu səbəbdən də dünyada dörd min xalq var. İlk baxışdan hamısı bərabər olsa da, əslində, müxtəlifdirlər.
Hələ qədim dövrdən adamları xalq kimi birləşdirən əlamətlər məlumdur. Bu barədə bütöv traktatlar yazılıb. Bioloji xüsusiyyətlər insanları irqlərə, irqləri xalqlara ayırır. Hər birimizin təbiəti (və yaxud cinsi?) bizə nəsildən-nəslə, gedənlərin ardınca gələnlərə ötürülüb… Bu hər zaman və hər yerdə məlum həqiqətdir.
Kişi şalvarının ilk «modeli». Onları 2 min il bundan əvvəl qədim Altayda yun və ipəkdən tikirdilər.
Lakin təkcə Rusiyada belə deyil. Burada insanı tədqiq etmək qəbul olunmur, baxmayaraq ki bu sahədə əldə edilmiş uğurlar çox maraqlıdır. Görünür, buna siyasi ehkamlar mane olur. İsraillilər isə özlərini, öz genetik köklərini öyrənən zaman barmaqlarının ucunda, dərinin üzərindəki şəklə görə heyrətamiz kəşf etdilər. Aydın oldu ki, nəinki hər bir adam, eyni zamanda bütöv xalq da bu əlamətlərə görə fərdi xüsusiyyətə malikdir. Beləliklə, dəri üzərində şəklə görə yəhudi olub-olmamağı müəyyənləşdirməyi öyrəndilər.
Zbruç bütü (X əsr, Qərbi Ukrayna). O, Böyük Çöldə onlarca, yüzlərcə rast gəlinən qıpçaq «qadınlarının» «qardaşıdır».
Bu, irqçiliyə doğru atılmış bir addımdır? Qətiyyən yox, heç kimi irqçiliklə qorxutmaq lazım deyil. Söhbət tamam başqa şeydən gedir: biz hər şeydən əvvəl canlı məxluquq, sonra isə cəmiyyətin üzvü. Biri ilkin, digəri isə ikinci gəlir. Öz təbiətimizi, fərdi xüsusiyyətlərimizi dərk etmək biz insanlara imkan verir ki, həyatın ictimai və başqa hadisələrinin mənbəyini başa düşək. Onlardan nəinki xalqların tarixi, həm də bütün ictimai proseslər başlayır.
“Bioloji sima” hökmdarların hakimiyyətindən asılı deyil; məsələn, türklərin hətta toxumalarının zülalları və sümükləri slavyanlarınkından, vepslərinkindən və digər meşə zonasının xalqlarınkından fərqlənir. Altayın və Çölün təbiəti minilliklərlə özünəməxsus sağlamlığı, özünün dünyagörüşü, özünün ənənəsi və mədəniyyəti olan xüsusi tip insan yaratmışdır. Çox inadkar tipdir. Məhz bu elə qıpçaq xalqıdır! O, fərdidir. Onun bu fərdiliyi təkcə xalqın mədəniyyətində əks olunmur, hətta barmağının ucundakı şəkildə də görünür. Qıpçağı necə adlandırırsan adlandır (qumuq, rus, ukraynalı və s.), onun “bioloji siması” genetik cəhətdən dəyişməzdir… O hər bir şəxsi öz valideynlərinə, əcdadlarına oxşar edir. “Toxum necədirsə, tayfa da elədir”, – hələ qədimdə insanlar bunu fərqləndirə biliblər. Bu gün bu qaydanı dəyişmək istəyirlər; belə hesab edirlər ki, sivil xalqlar özlərinə qapanmalı deyillər… Çox mübahisəli mövqedir, lakin təəssüf ki, o mövcuddur.
Etnoqrafiyada da fizikadakı kimi hər şey öz qanunlarına tabedir, hətta xalqlarda olan fərqlər, onların rəftarı, bu və ya digər xörəyə, içkiyə bağlılığı da qanunlara bağlanır… Bir sözlə, xalqların həyatında təsadüflər olmur.
Məhz etnoqrafiyanın bioloji qanunlarının qəbul edilməməsi üzündən içərisində adamların etnik icmalara (istənilən iri bir şəhərdə italyan, Çin və digərlərinin məhəllələri vardır) bölündüyü və sürətlə yaradıldığı Amerika “xalqının” uğursuzluğu başlanır. Kədərli də olsa, oxşar hadisə ruslar arasında da (həmin məhəllələrə burada da rast gəlmək olar) müşahidə olunur.
İvan Qroznının dövründən Moskva Rusunda adamlar arasında öz yeni məsləkdaşlarına, həmvətənlərinə inamsızlıq, təcavüz, hörmətsizlik hökm sürməyə başlayıb; məsələn, opriçninanı[32 - Opriçnina – İvan Qroznının padşahlığı dövründə: dövlətin, bilavasitə padşahın idarəsində olan və güclü mərkəzi hakimiyyət yaratmaq uğrunda mübarizədə onun üçün dayaq təşkil edən hissəsi] “ruslar” sırasına qəbul edilən türk-qıpçaqlar həyata keçirirdilər. Belə nümunələr minlərlədir. Təəssüf ki, keçmiş xəstəliyin əlamətləri indi də özünü göstərir. 1993-cü ildə Ağ evlə Ostankino qarşısındakı qırğını buna ən son nümunə kimi göstərmək olar. Bu həm 1937-ci il repressiyası və Vətəndaş müharibəsi, tarix pilləkənləri ilə aşağı ensək, Puqaçovun, Bolotnikovun, Bulavinin, Razinin, streleslərin üsyanı və digər xalq hərəkatlarının vəhşicəsinə darmadağın edilməsidir. Bu həm də opriçninadır, xeyli belə epizodlar göstərmək olar ki, çox böyük məmnuniyyət və zövqlə rus rusu qırırdı. Öldürərkən doğma qanı belə hiss etmədən, düşmən kimi məhv edirdi. Dünyada heç bir xalq – heç biri! – özünə belə əzab verməmişdi.
Baxın görün etnoqrafik təcrübələr nə ilə nəticələnir. Onlar xalqın özünüməhvinə aparır. Özünə qarşı amansız təcavüzə.
…Əlbəttə, bu sətirlər bir çoxlarının xoşuna gəlməyəcək. Bəzi oxucuların vətənpərvərlik hissinə və əhvalına toxunmayaraq demək istəyirik: inanın, bu sətirlər sizi alçaltmaq üçün yazılmayıb. Lakin qədim Kiyevin nə tikilmiş və hazır şəhəri ələ keçirmiş varyaqlara, nə də slavyanlara aidiyyəti var. Kiyev – türk tarixinin bu parlaq səhifəsi sonralar Rusiya tarixinə də çevrilmişdir. Onun tarixi həm run yazıları ilə, həm də kirillə yazılmışdır.
İlk rus salnaməçiləri bunu gözəl bilirdilər, ona görə sonrakı hakimlər salnaməni cidd-cəhdlə yenidən redaksiya edirdilər.
IX əsrdə kiyevlilər “çudovoye move” dilində, yəni öz dillərində danışırdılar, axı onlar türk-qıpçaq idilər. Kiyev türkcə tərcümədə “kürəkənin şəhəri” deməkdir. V əsrdə salınıb, əvvəlcə onu Baştau adlandırmışlar. Sonra o, Ukrayna xaqanlığının ərazisindən keçən, “varyaqlardan yunanlaradək” gedən yolun üstündə gömrük şəhəri oldu. Orada xaqan hökmdarlıq edirdi[33 - Lakin istisna deyildir ki, şəhərin adı “kıya” və yaxud da “kiya” sözündən götürülmüşdür. Türk dilində, görürsünüz, yenə də türk dilində, bu söz “məhdudlaşdıran”, “sərhəddə yerləşən” mənasını daşıyır. Yəqin ki, bu söz şəhərin dəqiq adını göstərirdi; V əsrdə o, çay üzərində yerləşir, sərhəd və gömrük funksiyasını daşıyırdı. O, türk ölkəsi olan Dəşti Qıpçağın şimal qapısı idi və ölkənin xaqanlığından biri də “kənarda” və ya “kənarında yerləşən” mənasını ifadə edən Ukrayna xaqanlığı idi. Maraqlıdır, “Kiy” toponiminə tez-tez rast gəlinir; məsələn, Xəzər dövləti ilə Böyük Bulqariyanın arasında yerləşən şəhər də belə adlanır, o da sərhəd funksiyasını daşıyır və indi orada Kiyevskaya stanitsası yerləşir. Bəs Ağ dənizdə, Solovets monastırı yaxınlığında yerləşən ad? O da Kiy adlanır. Onun da sərhəd funksiyası vardır. Monastırı, məlumdur ki, türklər tikmişlər.].
Qonşu xaqanlıqların: Avar, Böyük Bulqar, Xəzər, Volqa Bulqarının hökmdarları da məhz bu titulu daşıyırdılar. Bütün bu xaqanlıqların hamısı Dəşt-i Qıpçaq (qıpçaqların çölü və ya poloves düzənliyi) ölkəsini təşkil edirdi. Xoşbəxtlikdən bu, yaddaşlardan silinməyib.
Bu yaxınlarda müstəqil Ukraynada Kiyevin əsasının qoyulmasının 1500 illiyi keçirilirdi. Şükür Allaha, həqiqət yada düşdü! Radio ilə qədim Kiyev Rusunun duaları eşidilirdi, moizə oxuyan aşağıdakı sözləri deyirdi: “Xoday aldında beten adem açıq bulsun”. Təəssüf ki, hansısa ağıllı həmin duanı slavyan-kilsə dilində izah etməyə başladı… Sadəlövh bir müqəddəslik!
Hər bir türk uşağı bu “qədim slavyan” mətnini izahsız da tərcümə edə bilər: “Hər bir adam Allah qarşısında açıq qəlblə dayanmalıdır”. Burada digər tərcümə ola da bilməz. Kiyev Rusunda, həqiqətən də, üzü şərqə tərəf, səmaya baxaraq türk dilində dua edirdilər. Kiyevin və Ukraynanın qədim məbədlərinin üzərindəki türk run yazıları, qədim dualar indiyədək qalır… Ukraynalı qıpçaqlar onları qorudular.
Dəşt-i Qıpçaq ölkəsi V əsrdə – 370-ci ildə Don uğrunda güclü alanlarla möhtəşəm döyüşdən sonra yarandı və türklər Avropa düzənliklərinə çıxdılar. Elə onda qıpçaq tarixinin Avropa səhifəsi açıldı. Bu ölkə Xalqların Böyük köçünün coğrafi nəticəsidir. XVIII əsrədək, I Pyotrun Azov yürüşündən sonra Malorossiyanın istilasına qədər mövcud olub. Çöl sakinlərinin indiki nəsilləri isə hətta onun adının anlamını belə tam başa düşə bilmirlər. Niyə?
Ensiklopedik lüğətdə rusiyalıların ilk vətənləri haqqında, demək olar ki, heç nə ifadə etməyən bir arayış verilir: “Dəşt-i Qıpçaq (Qıpçaq Çölü) deyəndə XI–XV əsr ərəb və fars mənbələrində İrtış çayından Dunayadək, Krımdan Böyük Bolqara qədər geniş ərazidə köçəri həyat keçirən qıpçaqların (poloveslərin) yaşadığı yer nəzərdə tutulur. XIII əsrdə monqol-tatarlar tərəfindən ələ keçirilib. XVI–XVIII əsrlərdə onun ancaq şərq hissəsi (indiki Qazaxıstanın ərazisi) bu cür adlanırdı”. Sərhədi Moskva çayından keçən türk ölkəsi haqqında olan məlumat təkcə budur.
Çöl daş heykəlləri, bu məşhur poloves «qadın ları» mon qolla rın yürüşünə qə dər çöl mədə niy yə tinin fərqləndirici nişa nə si idi.
Hətta “dəşt” sözü də nə üçünsə, məlum olduğu kimi, düzənliyi olmayan İrana aid edilib. Ensiklopediyanı tərtib edənlərin heç ağıllarına gəlməyib ki, öz Vətənlərini adlandırmaq üçün qıpçaqlar fars sözünü neynirdilər.
Bəli, söz türklərə sanskritdən[34 - Sanskrit – hind-Avropa dillərinə mənsub olan qədim hind ədəbi dillərindən biri] keçib, lakin onlarda tamamilə yeni məna, daha dərin, daha obrazlı şəkil alıb. Qədim türk dilində “taşta” sözünün bir neçə mənası var idi, o cümlədən həm də “xaricdə” deməkdir. Öz qədim Vətənindən, Altaydan getmiş, tanış olmayan çölə düşmüş, xaricdə olan xalq daha dəqiq söz tapa bilməzdi.
Məhz xaric türk-qıpçaqların yeni Vətəni oldu, beləcə, Dəşt-i Qıpçaq adı yarandı. Başqa cür demək də olmaz… Buradan isə indiyədək də qıpçağın qəlbini isidən step[35 - Step – qədim türk sözü, “isitep”, yəni “qızdıran”, “sığınacaq verən”] (rusca “çöl”) sözü peyda oldu.
Salnamə səhifələrindəki şəkillər
Rusun və Kiyev şəhərinin qəribə tarixi var… Lakin həqiqətin izləri burada da qalıb, özü də ən görkəmli yerdə. Bu izlər – salnamələrdəki şəkillərdir, onlar sözlərdən də çox şey deyir. Ancaq onları düzəltmək heç kəsin ağlına gəlməyib. Rus tarixinin redaktorları daha çox mətnin qayğısına qalıblar, şəkilləri isə sadəcə olaraq gözdən qaçırıblar.
Akademik B.A.Rıbakovun kitabları buna əla nümunədir. Onlar əla poliqrafik görünüşə malikdir və gözəl illüstrasiya ilə fərqlənir; kitabların qiymətli olmasını, bəlkə, elə bu təşkil edir. Salnamə üzərində olan şəkillərdə adamlar qıpçaq geyimində, qıpçaq zirehində, əllərində qıpçaq silahı, qıpçaq memarlığına aid binanın yanında dayanmış, qıpçaq mebeli üstündə əyləşmiş, qıpçaq məişət əşyalarından istifadə edən vəziyyətdə təsvir edilmişlər. Şəkillərdə adamlar tipik qıpçaq kimi enlisifət çəkilib. Onları heç kimlə səhv salmaq olmaz. Lakin müəllif heç düşünmədən onlara ukraynalı da yox, rus deyir.
Axı bir insanın da, bir xalqın da portretini onun əşyaları ilə, həmin əşyaların detalları ilə yaradırlar. Hərdən tanımağa bir kiçik ştrix kifayət edir. Geniş şlyapa ilə meksikalını, kimono ilə yaponu tanımaq mümkündür.
Əlbəttə, o cür adlı-sanlı alimi etnoqrafiya tarixinin əlifbasını bilməməkdə təqsirləndirmək olmaz. Müxtəlif sənədlər üzərində apardığı təhlillər və gəldiyi nəticələr onun işin mahiyyətini dərindən bildiyinə inam yaradır. Buna misal olaraq Radzivil (Lavrenti)[36 - Radzivil salnaməsini Köniqsberq salnaməsi də adlandırırlar. Ən qədim şəkilli salnamələrdən sayılır. Günümüzə iki nüsxəsi gəlib çatıb. Adı XVII əsrdə onun ilk nüsxəsinin sahibi voyevoda Yanuş Radzivilin və XVIII əsrə qədər bu nüsxənin saxlanıldığı Köniqsberq şəhərindən götürülüb.] salnaməsini, daha dəqiqi, onun illüstrasiya ilə zəngin rus nüsxəsini göstərmək olar. Mətn 1130–1140-cı illərə aiddir. Burada onlarca miniatür mövcuddur, necə deyərlər, bütöv bir xəzinədir.
B.A.Rıbakov təsdiq edəndə ki rəssamın qarşısında “Kiyev rəssamları tərəfindən illüstrasiya ilə dopdolu işlənmiş, daha zəngin bir əsər dururmuş”, əlbəttə, haqlı idi. Görünür, belə də olub. Lakin Vladimirdə mətni qısaltdılar və ya yandırdılar. Amma köçürülmüş şəkillər qaldı.
Məgər rus tarixi arxivinin rəflərində ancaq slavyan dilində yazılmış Şimali Rusa aid sənədlərin qalması adamı şübhələndirmirmi? Bəs türk sənədlər toplusu hanı?
Guya onların ümumiyyətlə mövcud olmadığına dair fikirlər isə sadəcə gülüncdür. Nədir, yoxsa Rusiyanın cənub torpaqlarında monastırlar olmayıb? Ya da savadlı adamlar yox idi? Bəlkə, şəhərlər mövcud deyildi?.. Novqorod, əlbəttə, yaxşıdır, bəs Bryanskın (Birinçi) ondan nəyi geri qalır? Novqoroddan xeyli əvvəl, IV–V əsrlərdə meydana gələn bu qədim qıpçaq şəhərinin mədəni ənənələri zəif araşdırılıb. Şəhər Böyük Çölün mənəvi mərkəzi, onun paytaxtı idi. Avropa burada “öz universitetlərini” keçirdi.
Əlbəttə, gec-tez Rusiyanın cənubundakı şəhərlər öz sözünü deyəcək, Böyük Çöl danışacaq. Onun susması artıq ayıbdır, çünki mədəni qatı çox nəhəngdir. Böyük Çölü açmaq mütləq lazım gələcəkdir; yeni ölkələr yaranıb, onlar qoca qıpçaq ağacının cavan pöhrələridir. Azərbaycan, Özbəkistan, Ukrayna, Qazaxıstan, Qırğızıstan özlərinin həqiqi tarixlərini öyrənmək istəyəcək. Onların əcdadları dünya mədəniyyətinə böyük töhfə veriblər, axı bunu gizlətmək nəyə lazım?
Rıbakov yazır ki, X əsrdən ruslar öz salnamələrini rəngli miniatürlərlə bəzəməyə başladılar… Çox incə müşahidədir! Belə çıxır ki, 997-ci ilə qədər rus salnamələri rəngli miniatürlərlə bəzədilməyib.
Altaydan Mərkəzi Avropaya qədər hər yerdə rast gəlinən çöl heykəltəraşlığının çoxtərəfli və ifadəliliyinə təəc cüb-lən məmək olmur.
Ümumiyyətlə, rus salnamələri olubmu? Bu haqda müəllif susur.
Bax belə, akademik bircə sözlə oxucuları sanki əsas fikirdən uzaqlaşdırır: X əsrdə rus salnaməsi olmayıb və heç nəyi də bəzəmək lazım deyildi. Qədim Kiyev (daha dəqiq: Ukrayna və bütün Böyük Çöl!) Moskva tarixçilərini həqiqəti öyrənmək üçün yox, onu gizlətmək üçün maraqlandırırdı.
Xarici və yerli alimlər Kiyev Rusundan cidd-cəhdlə təmizlənmiş rus arxivlərini görəndə çaşıb-qalırlar. Nə qədər sənəd məhv edilib! Məsələn, M.İ.Karger özünün ikicildlik “Qədim Kiyev” əsərində həyəcanla yazırdı ki, arxeoloqlar tərəfindən tapılan nə varsa hamısı müəmmalı şəkildə harasa yox olub.
Deyək ki, Vladimirəqədərki dövrə aid, eynilə Altaydakı kimi atla, nökərlərlə, məişət əşyaları ilə birlikdə dəfn edilmiş kimlərinsə qəbrini tapırdılar. Lakin onları tədqiq etmir, onlar haqqında az yazmağa və danışmağa çalışır, sonra isə tamamilə unudurdular. Sanki heç nə tapmayıblar.
Bir dəfə arxeoloqlar Desyatina kilsəsinin cənub mehrabının altında bu vaxtadək çox yaxşı qalmış qəbir tapdılar. Görünür, bura nə vaxtsa kurqan olmuş, sonra üzərində Kiyevdə ən qədim olan kərpic məbəd ucaldılmışdı. Qəbir çox zəngin idi. Atın yüyəni üzərində (Altayda arxeoloqlara belə bəzək əşyaları tez-tez rast gəlirdi) qıpçaqlar üçün ənənəvi olan və aydın görünən gözəl ornament var idi. Qəbirdən bir vaxtlar türklərdən mənimsənilmiş müxtəlif bərabərtərəfli xaçlar və çoxlu digər əşyalar tapıldı… Lakin bütün bu tapıntılar Moskva tarixçilərinə inandırıcı görünmədi.
Hətta qədim məbədlərin üzərindəki türk run yazıları da onları inandırmadı!..
Budur, akademik Rıbakov da Kiyev miniatürləri haqda açıqca qərəzli yazır. Qədim Kiyev xronikalarında onlar, əlbəttə, mövcud idi. Mövcud olmaya bilməzdi. Qıpçaqlar üçün təsvir xoşməramlı ənənə idi. Bu ənənə qayalar üzərindəki şəkillərdə də özünü göstərir: özlərinin; özlərinə məxsus üsulla çəkdikləri; məhz türklərə aid şəkillərdə… Qeyd etmək lazımdır ki, bu şəkillər salnamələrdəki şəkillərlə eyni üslubda çəkilib.
Bu şəkilləri indinin özündə də qıpçaqların Dneprə, Dona, Dunaya, Mərkəzi və Qərbi Avropaya gəldikləri Cənubi Sibirdə – Altayda qayalar üzərində görmək olar. Onlar arxeoloqların kurqanlardan tapdıqları qızıl əşyaları üzərində də var. Yoxa çıxmayıb! Qaraçaylı elmlər doktoru Soslan Bayçorov “Avropanın run abidələri” adlı tədqiqat əsərini nəşr etdirib, orada çoxlu maraqlı məlumatlar var.
Bir sözlə, Kiyev kitablarında varyaqlardan xeyli əvvəl əsrlərlə, minilliklərlə cilalanmış türk mədəniyyəti ənənələri yaxşı görünür, bu, inandırıcıdır. Salnamə miniatürləri onunla qiymətlidir ki, Kiyevin həyatı, qədim cizgiləri barədə ətraflı təsəvvür yaradır; məsələn, silah, zireh, baş geyimləri, mebel, paltar və digər şeyləri rəssam nəzərdən qaçırmayıb, axı onları özü həyatda görüb, necə deyərlər, bütün bu əşyaları naturadan çəkib.
Çerniqovdakı məşhur Qara Məzar kurqanı (X əsrin ortaları). IV–V əsrlərdə Böyük Çölün tipik qəbri; onda dəfnin qıpçaq ənənəsi dəqiq görünür. Vaxt var idi ki, Kiyevdə xanları Altayda olduğu kimi atlarla, ev əşyaları və qullarla birlikdə dəfn edirdilər.
Naturadan çəkilmiş şəkillər dəfələrlə dəyişdirilmiş mətnlərin düzgün məlumatlar çatdırması haqda şübhə yaradır; məsələn, Kiyevdən çox uzaqda yerləşən kurqanlardan tapılmış silah və zirehlər salnamələrdə çəkilmişlərə eynilə oxşayır.
Deməli, şəkil mətnə uyğun gəlmir. Bu həqiqətən belədir, çünki “rus” slavyanlarının (knyaz drujinalarından başqa) silahları başqa idi: onlar piyada döyüşçülər üçün nəzərdə tutulmuşdu! Qıpçaqlar isə, bildiyimiz kimi, piyada döyüşmürdülər… Demə, şəkillərdə böyük qüvvə var imiş! Tədqiqatçılardan birinin dediyi kimi, salnamə miniatürləri “itmiş dünyaya pəncərədir”. Gözəl bənzətmədir. Əgər pəncərə varsa, demək, oradan baxmaq olar.
Əvvəlcə şəkillərin süjetinə nəzər salaq. Şərq ənənələrinə uyğun olaraq süjetlərdə ən mühüm məqamlar təsvir edilirdi. Onlarda müəllifin (yaxud sifarişçinin) bu və ya digər hadisəyə münasibəti, rəssamın əhvali-ruhiyyəsi aydın görünürdü. Məhz bu keyfiyyət – vacib olanı seçmək! – bütün Şərq, o cümlədən türk mədəniyyətinə xas xüsusiyyətdir. Şəklin mərkəzində süjetin əsas məqsədi qabardılır, izləyicinin diqqəti onun üzərində cəmləşir. Çox qədim ənənədir.
Radzivil salnaməsindən olan şəkil. Dəşt-i Qıpçağın şərq torpaqlarından çıxan adam baş geyimi və qablar (korçaqlar) diqqəti özünə cəlb edir. Bütün bunlar indi də Çöl xalqlarının məişətində istifadə olunur.
Kiyev salnaməsindəki şəkildə də başlıca olan mərkəzdə yerləşdirilib ki, izləyici yalnız ona baxsın. Baxsın və mətnlə müqayisə edib fikirləşsin.
Rusun slavyanlaşdırılması dövründə sənədi pozub təzədən yazmaq peşəsinə ilk yiyələnən, gününü, bir növ, saray nəşriyyatını xatırladan skriptoriumda[37 - Skriptorium – orta əsrlərdə əl ilə yazılan kitabların çap olunduğu və üzü çıxarıldığı emalatxana] keçirən knyaz Mstivlav oldu. O bu işə dərindən girişdi, sözəbaxmayan rahibləri üzüyola dünyəvi adamlarla əvəz etdi. Tac sahibi olan atası “Kiyev” tarixinin gələcək konspektini cızdı (Monomax öyrətdiyi kimi). Əmrə müntəzir oğlu isə cəfəngiyyatı kağız üzərinə köçürdü.
Bununla da Mstislav yeni salnamə yazmağın xüsusi üsulunu yaratdı. Ona görə də salnamələrin, o cümlədən Rusiya tarixinin ancaq qələbə və qəhrəmanlıqlarla, hətta uydurmalarla belə dolu olduğuna təəccüblənmək lazım deyil. Qalan nə varsa, heç birindən söz açılmır. Təəssüf ki, bu da ənənədir.
Məlum olduğu kimi, qələbələr bəzən hay-küylü və müxtəlif olur. N.M.Karamzinin bəhs etdiyi qələbələrdən biri: “1095-ci il. Qələbə. Nəhayət, Böyük knyaz və Vladimir qələbələri ilə xalqının kədərli ruhunu yüksəltdilər… Poloves rəhbərləri İtlar və Kitay Monomaxla sülh müqaviləsi bağlayaraq oğlu Svyatoslavı girov götürdülər. Kitay şəhər divarının yanında təhlükəsiz yerdə, düşərgədə qalırdı, İtlar Pereyaslavlda kübar adam olan Rotiborun qonağı idi”.
Elə bu vaxt Kiyev knyazı yaranmış vəziyyətdən istifadə etmək qərarına gəldi. Fevralın 24-də, gecənin bir aləmi ruslar Kitay xanın düşərgəsinə girdilər və yatmış xanı öldürdülər. “Heç nədən xəbəri olmayan İtlar isə mehriban ev yiyələri ilə səhər yeməyinə hazırlaşırdı, elə bu vaxt Rotiborun oğlu Olbeq otağın yuxarı hissəsində əvvəlcədən hazırlanmış oyuqdan oxun yayını çəkdi. Bədbəxt İtlar və onun məşhur yoldaşları alçaq sui-qəsdin qurbanı oldular. O vaxt bu hərəkət Rusiya knyazlarının tez-tez əl atdıqları hiyləgərlik idi”.
Həmin dövrdə “knyazların ən yaxşıları” belə hərəkət edirdilər.
Həyatın reallığından üz çevirmək mümkün deyil. Faktlar sözlərdən güclüdür. Məhz faktlar həmişə rus hakimlərindən hadisələrin başqa cür təsvirini yaratmağı tələb edirdi. Uydurmaçılıq tələb olunurdu! Burada Vladimir Monomaxın sözəbaxan oğlu ciddi səy göstərdi: o, salnaməni səhifə-səhifə yenidən işləməyə başladı.
Mstislavı istedadsızlıqda günahlandırmaq olmaz, o çox ustalıqla həyatın cod hissəsini cilalamağa başladı. Hər halda, Rusda ilk redaktor idi! O, illüstrasiyalı salnamə yaratdı: hər şəklə əlavələr edilirdi. Əfsanə rəmzlərinin dövrü başlandı. Bu belə edilirdi:
1111-ci il. Monomaxın Şimali Dona və Salnitsaya yürüşü. Adətən, süvarilər, yanlarında isə qaçan itlər təsvir olunurdu, guya itlər qaçan qıpçaqlardır.
1112-ci il. Svyatopolkun oğlu yatvyaqlara qalib gəlir. Səhifənin qırağında Litva Polesyesinin rəmzi olan döyülmüş ayı təsviri əlavə edilib.
1120-ci il. Torklar[38 - Torklar – türk tafyası] və berendeylər[39 - Berendeylər – Peçeneq və Qarabörk tayfa ittifaqına daxil olan qədim türk tayfası] Rusa hücum çəkirlər və qaçırlar. Ənənəvi şəklə qorxmuş meymun əlavə edilib.
1127-ci il. Mstislav Polotska qoşun yollayır. Onun oğlu İzyaslav knyaz Bryaçislavı əsir götürür. Qədim miniatürə siçan tutan pişik şəkli əlavə olunub…
Radzivil salnaməsinin səhifələrinə əlavə çəkilmiş şəkillər
“Rus” salnaməsi bax budur, o, düz hədəfə vururdu. Şəkillər ictimai rəyə təsir göstərirdi: adamlar savadsız idilər, ya da türkcə oxuya bilmirdilər; onlar mətnə yox, şəkillərə reaksiya verirdilər. Qorxaq meymunla siçan tutmuş pişik, əlbəttə ki, tarixi həqiqətlər baxımından salnaməni irəli aparmadı, lakin aydın və cəsarətli rəmzlər öz işini görürdü.
Mstislavın ölümündən sonra salnaməçilikdə Ezop dilindən[40 - Ezop dili – fikrin örtülü, eyham şəkildə ifadəsi] imtina etdilər, amma qıpçaq kitab ənənəsindən yox[41 - Əsassız danışmayaq deyə xatırladaq ki, “kniqa” (yəni kitab) sözü türk sözüdür, qıpçaqlara çinlilərdən keçmişdir, hərfi mənası “kağız bükülüsü” və ya “əlyazmada” deməkdir.]; məsələn, şəhərciyi yenə də qüllə şəklində təsvir edirdilər, ancaq onu hansısa rəmz, şəhərin gələcək gerbi fərqləndirirdi. Döyüşçüləri yenə də əllərində əyri Şərq qılıncları olan süvari kimi təsvir edirdilər, lakin onların yanında əllərində uzunsaplı baltalarla silahlanmış piyadalar da olurdu.
Sonra isə salnamənin səhifələrində heyvanların yerinə insanlar göründü. Çox ifadəli adamcıqlar. Onlar sanki sirli surətdə susur, elə bil sezilmirlər, amma hadisələrin iştirakçısıdırlar. Rusda baş verən hadisələrin gözəgörünməz ilham verənləri, siyasi teatrın pərdələri arxasında gizlənən rejissorları, ideoloqları olan ruslar belədirlər, həm də hər yerdə belədirlər. Onlar özgə xalqın içində müstəmləkə hakimləridir: sanki həmin xalqın yanındadırlar, amma onunla bir yerdə deyillər.
Radzivil salnaməsindəki şəkillərin çoxlu sirləri var. Bəzən məlum olmur kim kimdir. Rəssamı sanki rus və qıpçaq döyüşçülərinin xarici görünüşlərindəki fərqlər, öz şəkillərinin bəzi detalları maraqlandırmayıb. Döyüşçülər, heç olmasa, rənginə, geyiminə görə bir-birindən fərqlənməlidirlər, axı düşməndirlər, müxtəlif mədəniyyətin nümayəndələridirlər. Lakin bu yoxdur! Hamısı oxşardır. Uyğunsuzluqdur? Deyəsən, elədir. Lakin… türk kurqanlarındakı qazıntılar türkün xarici görünüşü, onun silahı, atının yüyəni haqqında təsəvvürün yaranması üçün kifayət qədər arxeoloji material verir. Çöldə yaşayan döyüşçünün xarıci görünüşü haqqında məlumat hələ salnamə səhifələrində görünməmişdən xeyli əvvəl bəlli idi. Rus döyüşçüsünün obrazı da arxeoloqlara məlumdur. Onları hər kəs müqayisə edə, düzgün nəticəni isə hətta uşaq da çıxara bilər.