Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – «Unutmaq sözünün şəkli». 2005-ci ildə ikinci şeirlər kitabını – «Sizin eradan əvvəl» i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib.
Beş kitabın – «Unutmaq sözünün şəkli» (2000), «Sizin eradan əvvəl» (2005), «Cənnətdə terror aksiyası» (2009), «Yüz qırx yeddi dənə sən» (2012), «Məbədin sükutu» (2013) və yüzdən artıq məqalənin müəllifidir.
"Cənnətdə terror aksiyası" (2009) adlı kitabda «Göləqarğısancan» adlı roman, «Cənnətdə terror aksiyası» adlı hekayə və «Xəstə şərqin Rafiq Tağıya dedikləri» adlı şeri toplanıb. Əsərin əsas mövzusu Azərbaycanın üzləşdiyi və çıxmağa heç bir yol qalmayan mənəvi böhrandır.
"Yüz qırx yeddi dənə sən" (2012) A.Yeniseyin sayca dördüncü kitabıdır. Son illərdə yazdığı və əvvəlki kitablarında çap olunmamış şeirləridir. İlk dəfədir ki, oxuculara təqdim olunur.
все жанры