Əlimizdəki “başla” siqnalını verən fiti çalmamışdan qabaq da ilk diqqət etdiyimiz nüans yarış iştirakçılarının start xəttində eyni xətdə durmasıdır. Amma görürük ki, iştirakçıların biri iyirmi metr arxada, biri beş metr, başqa birisi on metr arxada dayanıbdır. Başlama fitini vermədən öncə onları eyni xətt üzərində gətirəcəyik. Satışı da buna bənzədirəm. Satışa başlamadan öncə bir start xəttində dayanmalıyıq. Dayanana qədər də özümüzü hazır hiss etməliyik və bunun üçün də yalnız satış üçün deyil, ümumi inkişafımız istiqamətindən bir çox xüsusiyyətlər mövcuddur ki, bunlara sahiblənməyimiz zəruridir. Məhz bu baxımdan bu kitabda şəxsi inkişafımız üçün də mövzulara həssaslıqla toxunaraq satış sistemindən çox satışa yanaşmadan, bir məhsulun satışından çox satış prosesinin satışına fokuslanmaqdan, uğurlu bir satış təmsilçisi olmaqdan danışacağıq ki, bu da biznesin irəliləməsi üçün ən böyük faktordur.
Kitabı oxuduğunuz və dəyərləndirdiyiniz üçün sizə şəxsən dərin təşəkkürümü bildirirəm.
все жанры