Romanın oxucuları arasında mənim doğulub-böyüdüyüm, gəzdiyim, göz zilləyib baxdığım məlum coğrafiyanı relyefindən – dağından, düzündən, eniş-yoxuşundan, yaxud toponimindən, adamları yerişindən-duruşundan, ağrısından tanıyanlar da olacaq. Ancaq bir həqiqət var: bu, nə bioqrafik, nə də sənədli əsərdi.
Artıq kitabın cildinə baxmış oxucu bilir: “Mən yoxam”.
Planetin harasında olur-olsun, üzərinə min bir yerdən kamera tuşlanan, hər guşədə, hər bucaqda videogörüntü pusqusu altında olan, birbaşa və dolayı üsullarla daim göz qoyulan müasir insana birisinin yox olmaq istəyi, zənnimcə, qeyri-təbii və təxəyyül mətahı kimi görünməyəcək.
все жанры