скачать книгу бесплатно
– Hiss olunur… – mən yanağımla onun saçlarına toxunaraq dedim.
O yenidən gülümsündü:
– Mənim ətirlərim xoşunuza gəlir?
– Onlardan bihuş oluram.
– Qəribədir, elə əmin idim ki, tövlənin, yaxud kazarmanın iyi daha çox xoşunuza gəlir.
– Xahiş edirəm, mənə damğa vurmayın. Günahkar deyiləm ki, bu cür sağlamam və zahiri görkəmim mələyə bənzəmir.
– Oho! Mələkləri görmək belə istəmirəm, ancaq tövlə həvəskarlarına qarşı daha çox dözümsüzəm.
– Elələrini mən də xoşlamıram. Sizi bir də nə vaxt görə bilərəm?
– Hələlik heç yerə getmirəm. Sizin ixtiyarınızda isə bütöv bir axşam var.
– Ancaq bu elə azdır ki…
– Hər şey sizdən asılıdır.
Bu vaxt musiqi bitdi və o məndən aralandı. Onun ardınca heyranlıqla baxdım. Bədəninin xətləri Konqres binasındakı mərmərləri xatırladırdı. Qız müxtəlif cütlüklərin arasından sivişib keçdi, sonra geriyə döndü və gülümsündü. Yeri gəlmişkən, bu, ruhlandırıcı təbəssüm idi.
Mən bara qayıtdım. Dik və Ciki burada idilər, martini içirdilər. Sifətlərindən görünürdü ki, ziyafət onları əməlli-başlı bezdirib.
– Dik! – mən dedim. – Sən lap çox gülürsən; bu sənin zahiri görünüşünü korlaya bilər.
– Hə, pıtraq, indi nə edəcəksən? – Ciki dedi. – Hansısa zənci qızı çırpışdıracaqsan, yoxsa daha qəşənglərinin ovuna davam edəcəksən?
– Pıtraq üçün, – dərhal etiraz etdim, – mənim svinq[2 - Svinq (ing. swing – yırğalanma) – cazın əsas ifadə vasitələrindən biri] barədə biliklərim çoxluq edərdi. Gəlin buradan sürüşüb gedək, özümüzlə yaraşıqlı qız da götürək, bax o vaxt nəyə qadir olduğumu görərsiniz.
– Pişik gözlü və paltarının çiyin bağı olmayan birisini, eləmi?
– Ciki, sevincim mənim, – ona yaxınlaşıb dirsəyindən tutaraq dedim, – gözəl qızlardan xoşlandığıma görə sən heç vaxt məni məzəmmət etməzsən, elə deyilmi?
Onu bir qədər özümə sıxıb gözlərinə baxdım. O, ürəkdən güldü.
– Düzünü de, Li, bizim dəstəmiz artıq səni bezdirir, hə? Elə düşünmə, mən də sənə pis tay deyiləm. Atamın illik qazancı iyirmi mindir.
– Bəsdir. Hələ bir de ki, burada sənə xoşdur. Yaxşısı budur, çoxlu içki götürüb aradan çıxaq, yoxsa burada elə ədəblidirlər ki, sadəcə, boğulmaq mümkündür.
– Səncə, bu, Deksterin xoşuna gələcək?
– Deksterə elə bizsiz də darıxdırıcı deyil.
– Bəs gözəlçələr? Fikirləşirsən ki, onlar bizə qoşulacaqlar?
– Ümumən, Dik onlarla tanışdır… – bunu söyləyib Dikə qıyğacı baxdım.
Adətən, olduğundan daha az axmaq kimi görünən Dik budlarını şappıldatdı:
– Əhsən sənə, Li. Vaxtı hədərə vermirsən.
– Bəs mənə kim pıtraq deyirdi?
– Görünür, sən elə də ziyansız bitki deyilsən.
– Ondansa o zərif məxluqları axtar və buraya gətir. Onları mənim, ya da istəyirsənsə, özünün sınıq-salxaq arabana mindirə bilsən, daha yaxşı.
– Hansı bəhanə ilə?
– Dik, yəni o yelbeyinləri dilə tutmaq üçün, doğrudanmı, sənin heç bir uşaqlıq xatirən yoxdur?
O, bir qədər məyus oldu, ancaq yenə də özünü o yerə qoymadı və irişərək binaya yollandı. Ciki isə, sadəcə, dinləyir və mənə gülürdü. İşarə ilə çağırdım, o yaxınlaşdı.
– Qulaq as, Cudini və Billi tap, özünlə yeddi-səkkiz şüşə içki də götür.
– Hara yollanacağıq?
– Ona baxarıq.
– Bu gün valideynlərim evdə olmayacaq, – Ciki dedi. – Təkcə kiçik qardaşım evdədir. O da ki artıq yatıb. Gedək bizə.
– Ciki, sən bu işlərdə ustasan. Hindu sözü deyirəm.
O, səsini azaltdı.
– Bəs səninlə mən məşğul olacağıq?
– Nəylə?
– Necə yəni nəylə, Li?
– Hə, başa düşdüm. Əlbəttə, Ciki, əlbəttə! – mən dedim.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: