banner banner banner
On beş yaşlı kapitan
On beş yaşlı kapitan
Оценить:
Рейтинг: 0

Полная версия:

On beş yaşlı kapitan

скачать книгу бесплатно

– Bu, əsl balina deyil! – deyə qışqırdı. – Əsl balinaların yaratdığı fontanlar daha hündür və daha nazik olur. Dik, sən nə deyirsən?

– Mənə elə gəlir ki, bu, zolaqlı balinadır. Suyu havaya çox böyük təzyiqlə sovurur.

– Düz deyirsən, Dik. Orada – dənizin qırmızı hissəsində zolaqlı balina var.

– Nə yaxşı! – deyə balaca Cek qışqırdı.

– Elədir, balaca! Özü də sakitcə yeməyini yeyir, ovçuların onu izlədiklərindən isə xəbərsizdir!

– Əla! – deyə bosman qışqırdı. – Altı dənə bu cür balina tutsaq, anbarımızı doldura bilərik.

– Elədir, altı dənə bəs edər, – deyə kapitan Qul ah çəkdi.

– İki yüz çəlləyimiz boşdur, – deyə bosman əlavə etdi. – Bu balinanı tuta bilsək, yüzə qədər çəlləyi piylə doldura bilərik…

– Haqlısınız, – deyə Dik Send də söhbətə qoşuldu, – amma bu qədər böyük bir balinaya hücum etmək asan iş deyil.

– Düzdür. Çox çətindir. Ancaq risk etməyə dəyər.

VII fəsil

Ova hazırlıq

“Səyyah”da bir adi, üç balinaovlayan qayıq vardı. Ancaq gəminin heyətində matros az idi. Odur ki kapitan balinanı ovlamaq üçün yalnız bir qayıq göndərə bilərdi. Balinaovlayan qayığı idarə etmək üçün yalnız təcrübəli matroslar tələb olunurdu. Ona görə də o, işə qoşulmağa hazır olan zəncilərin köməyindən imtina etmişdi. Digər tərəfdən kapitan hər ehtimala qarşı gəmidə, heç olmasa, bir təcrübəli matros qoymadan onu tərk edə bilməzdi.

Qayıqda güclü adamlara ehtiyac olduğundan Qul gəmini Dik Sendə tapşırdı. Dik Send ovda iştirak etməyi çox istəyirdi. Amma onu da başa düşürdü ki, təcrübəli balina ovçularının getməsi daha faydalıdır. Gəmidə isə kapitan Qulu yalnız o əvəz edə bilər. Odur ki gənc matros gəmidə qalmağa etiraz etmədi.

Beləliklə, “Səyyah”ın heyəti ova hazırlaşmağa başladı. Zolaqlı balina “Səyyah”dan beş mil aralıda üzürdü. Hava ov üçün əlverişli idi, külək əsmirdi. Bosman Qovik qayığa iki nizə, bir neçə itiuclu mizraq, elastik və möhkəm kəndir qoydu. Matroslar da qayıqdakı yerlərini tutdular.

Kapitan Qul “Səyyah”da hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra Dik Sendi yanına çağırdı:

– Dik, səni gəmidə tək qoyuram. Çox uzağa üzəcəyimiz təqdirdə, ola bilər ki, “Səyyah”ın yanımıza gəlməsinə ehtiyac olsun. Onda Tom və yoldaşları sənə yelkəni açmaqda kömək edərlər.

– Kapitan Qul, – deyə Tom dilləndi, – mister Dik bizə güvənə bilər.

– Əmr edin! Əmr edin! – deyə Bat qışqırdı.

– Bir də ki, nə olursa olsun, gəmini tərk etmə!

– Oldu, kapitan!

– Çox uzaqlaşsaq və “Səyyah”ın bizə yaxınlaşmağına ehtiyac olsa, bayraqla sizə işarə edəcəyəm.

– Arxayın olun, kapitan. Gözümü qayıqdan çəkmərəm.

– Əla, oğlum. İndi səndən soyuqqanlılıq və cəsarət tələb olunur! Unutma ki, sən artıq kapitan köməkçisisən. Hər adama bu yaşda bu adı daşımaq qismət olmur.

Zolaqlı balina hələ də dənizin qırmızı hissəsində üzürdü. Kapitan Qul qayığın burnundakı yerini tutdu. “Səyyah”ın sərnişinləri ova tamaşa etmək üçün gəminin burnuna toplaşmışdılar.

Qayıq “Səyyah”dan bir neçə yüz fut uzaqlaşmışdı. Birdən Dinqo yazıq-yazıq ulamağa başladı. Xanım Ueldon diksindi:

– Sus, Dinqo! Ayıb olsun! Dostları ova belə yola salarlar?

İt susdu. O, yavaş-yavaş yaxınlaşıb xanım Ueldonun əlini yalamağa başladı.

– Dinqo boş yerə ulamaz, – deyə Tom pıçıldadı. – Pis əlamətdir!.. Pis əlamətdir!

Birdən it tüklərini qabardaraq qəzəblə nərildədi. Xanım Ueldon arxaya baxdı. Neqoro kayutundan çıxmışdı. Görünür, o da ov prosesinə tamaşa etmək istəyirdi.

Dinqo qəzəblə özünü müdafiə etməyə çalışan aşpazın üstünə atıldı. Sonra isə onun boğazını dişləməyə çalışdı.

– Dinqo, geriyə! – deyə Dik qışqıraraq irəli atıldı. Xanım Ueldon da iti sakitləşdirməyə çalışırdı. Dinqo axırda könülsüz şəkildə aşpazdan əl çəkdi.

Neqoro heç nə deməsə də, rəngi ağappaq olmuşdu. O, kayutuna qayıtdı.

– Herkules! – deyə Dik Send nəhəng zənciyə müraciət etdi. – Aşpaza nəzarət etməyi sənə tapşırıram.

– Oldu.

Xanım Ueldonla Dik Send yenidən gəmidən sürətlə uzaqlaşan qayığa baxmağa başladılar.

O artıq ucsuz-bucaqsız dənizdə balaca bir nöqtə kimi görünürdü.

VIII fəsil

Zolaqlı balina

Kapitan Qul zolaqlı balina ovunun çətin iş olduğunu yaxşı bilirdi. Odur ki bütün təhlükəsizlik tədbirlərini görmüşdü.

Qayıq balinanın olduğu qırmızı sahəyə yaxınlaşdı. Qayığı idarə edən bosman Qovik sol tərəfdən balinaya yaxınlaşmağa, eyni zamanda onun güclü quyruğundan bir qədər uzaq olmağa çalışırdı. Məməli quyruğunu zərbə ilə endirsəydi, qayığı darmadağın edə bilərdi.

Kapitan Qul əlində nizə ilə qayığın burnunda gözləyirdi. Nizənin iti olmayan ucuna kəndir bağlanmışdı. Kapitan:

– Hazır ol, – deyə pıçıldadı. – Yaxınlaş!

Bosman əmri yerinə yetirdi. Artıq balina ilə qayıq arasında cəmi on fut[1 - Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi] məsafə vardı.

Heyvan tərpənmirdi.

– Tərpənmir! Qəribədir! – deyə kapitan Qul fikirləşdi. – Çətin ki yatmış olsun… Yox, burada nəsə var!

Bosman da Qulla eyni fikirdə idi. Ancaq götür-qoy eləməyə vaxt yox idi – hərəkətə keçmək vaxtı çatmışdı.

Kapitan Qul nizənin ortasından tutaraq var gücü ilə balinaya atdı və dərhal qışqırdı:

– Geriyə! Geriyə!

Matroslar qayığı yaralanmış balinadan qorumaq üçün geriyə doğru sürdülər.

Elə bu vaxt Qovik:

– Bala! – deyə qışqırdı.

Yaralı balina çapalayıb yanı üstə çevriləndə qayıqdakı hər kəs onun balasını gördü.

Kapitan Qul bilirdi ki, balinanın balası varsa, ov daha da təhlükəli keçəcək. Çünki dişi balina həm özünü, həm də balasını qorumaq üçün ikiqat qəzəblə müdafiə olunacaqdı.

Ancaq balina gözlənilənin əksinə olaraq qayığa hücum etmədi. O, suya baş vuraraq sürətlə uzaqlaşmağa başladı. Balası da anasının hərəkətini təkrar etdi.

Uğurlu başlanğıcdan sonra bu cür ovdan imtina etmək düzgün olmazdı. Odur ki matroslar heyvanı izləməyə başladılar. Kapitan Qul gözünü ovundan çəkmə- dən eyni sözləri təkrarlayırdı:

– Diqqətli ol, Qovik! Diqqətli ol!

Bosman onsuz da ehtiyatla hərəkət edirdi. Balina isə nə dayanır, nə də sürətini azaldırdı. Kapitan Qul ikinci və üçüncü ehtiyat kəndirləri də nizəyə bərkidilmiş kəndirə əlavə etməli oldu.

Heyvan durmadan irəliləyirdi. Görünür, nizə onun həyati əhəmiyyətli orqanlarını zədələyə bilməmişdi. Kəndirin getdikcə aşağıya doğru əyilməsindən görünürdü ki, balina suyun dərinliklərinə doğru üzür.

– Deyəsən, kəndirin hamısını işlətməli olacağıq! – deyə kapitan Qul qışqırdı.

– Bizi “Səyyah”dan uzaqlaşdırır, – deyə bosman əlavə etdi.

– Hər halda, nəfəs almaq üçün üzə çıxacaq. Axı balina balıq deyil. İnsan kimi ona da hava lazımdır.

– Sürətlə üzmək üçün nəfəsini saxlayır, – deyə matroslardan biri gülə-gülə dilləndi.

Kəndir əvvəlki sürətlə dartılmaqda davam edirdi. Bir azdan üçüncü kəndirə dördüncü, ona isə beşinci kəndir qoşuldu.

Beşinci kəndirin yarısı suya girdikdən sonra dartılma yavaşıdı.

– Ura! – deyə kapitan Qul qışqırdı. – Kəndir boşalır – deməli, balina yorulub!

Bu vaxt qayıq “Səyyah”dan beş mil aralıda idi.

Kapitan Qul bayrağı qaldırdı. Bununla o, yaxınlaşması üçün gəmiyə işarə edirdi. Bir dəqiqə sonra “Səyyah”ın yelkəni açıldı. Amma külək zəif əsirdi. Odur ki gəminin qayığa çatması asan olmayacaqdı.

Kapitan Qulun gözlədiyi kimi, qəfildən balina nəfəs almaq üçün üzə çıxdı. Yaralı məməli bir müddət hərəkətsiz halda suyun üzündə dayandı. O özündən geri qalan balasını gözlədi.

Kapitanın əmri ilə qayıq yenidən balinaya yaxınlaşdırıldı. Artıq matroslardan ikisi də mizraqlarla silahlanmışdı.

– Diqqət! – deyə kapitan Qul qışqırdı. – Düz nişan alın, uşaqlar! Hazırsan, Qovik?

– Hazıram, kapitan! Ancaq bu cür qaçışdan sonra balinanın birdən-birə sakitləşməsi məni narahat edir!

– Bu mənə də şübhəli gəlir.

– Ehtiyatlı olmaq lazımdır.

– Bəli. Ancaq ovu da qoyub qaçmaq olmaz! İrəli!

Qayıq yerində fırlanan balinaya yaxınlaşdı. Balası yanında deyildi və bəlkə də, heyvan onu axtarırdı.

Qəfildən heyvan quyruq üzgəcini yelləyərək birdən-birə otuz fut irəli atıldı.

– Ehtiyatlı olun! – deyə kapitan Qul qışqırdı. – O, sürət yığır, indi üzərimizə atılacaq. Döndər, Qovik! Döndər!

Həqiqətən, balina qayığa tərəf dönərək üzgəclərini suya çırpıb qayığın üzərinə atıldı.

Bosman qayığı kənara çəkib balinanın zərbəsindən yayındıra bildi. Kapitan Qul və əlində mizraq olan iki matros fürsətdən istifadə edərək silahlarını işə saldılar.

Balina dayanıb havaya iki qanlı fontan püskürdükdən sonra yenidən qayığın üzərinə atıldı. Ancaq Qovik bu dəfə də zərbədən yayınmağa müvəffəq oldu.

Balina qayığın yanında olanda ona üç dərin yara da vuruldu. Heyvanın quyruğu suya elə zərblə çırpıldı ki, nəhəng dalğa əmələ gəldi. Qayıq az qala batacaqdı. O, yarıya qədər su ilə doldu.

– Vedrə! Vedrə! – deyə kapitan Qul qışqırmağa başladı.

Matroslar sürətlə qayıqdakı suyu boşaltmağa başladılar. Kapitan Qul isə kəndiri kəsdi: ağrı çəkən heyvan artıq qaçmaq fikrində deyildi. O, üçüncü dəfə qayığa tərəf döndü. Bu dəfə qayıq suyun təsiri ilə ağırlaşdığından zərbədən qurtulmaq çətin olacaqdı.

Artıq özünümüdafiə haqqında fikirləşmək lazım idi.

Qovik üçüncü zərbənin qarşısını ala bilmədi, sadəcə, onu zəiflətməyə müvəffəq oldu. Balina bu dəfə qayığa nəhəng kürək üzgəci ilə zərbə endirmişdi. Bosman təkanın təsirindən kürəyi üstə yıxıldı. Ayaq üstə güclə dayanan kapitan:

– Qovik! Qovik! – deyə qışqırdı.

– Buradayam, kapitan, – deyə bosman ayağa qalxdı.

O, birdən avarın ortadan bölündüyünü görüb başı ilə onu Qula göstərdi.

– O birini götür.

– Oldu.

Elə bu vaxt su elə bil qaynamağa başladı. Balinanın balası yaxınlıqda idi. Onu görən dişi balina balasına tərəf üzməyə başladı.

Kapitan Qul bayrağı ikinci dəfə yellədi.

Ancaq Dik Send hələ birinci işarədən sonra əlindən gələni eləmişdi. Yelkən qaldırılsa da, “Səyyah”ın sürəti az idi. Dik, hər ehtimala qarşı, dənizə yedək ipi ilə gəmiyə bağlanmış bir qayıq da saldı.

Elə bu vaxt balina yenidən hücuma keçdi. Bosman qayığı döndərmək istəsə də, bacarmadı.

Öləcəklərini başa düşən matroslar ayağa qalxıb qışqırmağa başladılar. Balinanın güclü quyruq zərbəsi qayığı havaya qaldırdı. Qayıq üç yerə bölünərək balinanın yaratdığı burulğana düşdü.

Zavallı matroslar ağır yaralansalar da, qayığın parçalarından yapışa bilərdilər. “Səyyah”dan görünürdü ki, kapitan bosmana taxta parçasından tutmaqda kömək edir… Ancaq balina qəzəblə quyruğunu suya çırpmaqda davam edirdi.

Bir neçə dəqiqə ərzində burulğandan, su damcılarından və köpükdən başqa heç nə görünmədi. Dik Send zəncilərlə birlikdə qayığa minsə də, onlar hadisə yerinə çatanda orada canlı heç nə yox idi. Qandan qızarmış suyun üzündə ancaq taxta parçaları üzürdü.

IX fəsil

Kapitan Send