Süleyman Vəliyev 1916-cı ildə Bakının Ramana kəndində fəhlə ailəsində anadan olmuşdur. Yazıçı hələ uşaqlıqdan ədəbiyyata böyük maraq göstərmiş, rus və Azərbaycan yazıçılarının əsərlərini həvəslə mütailə etmişdir. O, ilk gənclik illərində Ramana kəndində yazıçı Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyində, sonra Bakıda təşkil olunmuş fəhlə müəllifləri dərnəyində fəal iştirak etmişdir. Bu dərnəklər onun bir yazıçı kimi yetişməsinə böyük kömək etmişdir. Onun respublikamızda çıxan qəzet və jurnallarda dərc olunmuş “Sədaqət”, “Rütbə”, “Fotoqraf”, “Hədiyyə” hekayələri və neftçilər həyatından yazdığı “Qaladan – Buzovnaya” oçerki oxucular tərəfindən maraqla qarşılanmışdır. Bundan başqa yazıçının uşaqlar üçün yazdığı, kitab halında nəşr edilmiş “Molla Məmiş və sandıq” əsəri ilə yanaşı
1938-ci ildə qələmə aldığı “Şor cüllütü” povesti də ayrıca kitab şəklində nəşr edilmişdir. “Şor cüllütü” povesti, inqilabdan əvvəlki Bakı fəhlələrinin və uşaqlarının ağır, məşəqqətli həyatı, onların ictimai quruluşa qarşı apardıqları inqilabi mübarizədən bəhs edir.
все жанры