banner banner banner

TREYSİ BİKERİN HEKAYƏSİ – Жаклин Уилсон

Оценить:
Рейтинг: 0
Описание книги:

Jaklin Vilson İngiltərə uşaq ədəbiyyatının ən məşhur yazıçılarından biridir. Onun əsərlərində, əsasən, valideynləri ayrılmış, övladlığa götürülmüş və ruhi xəstəlikdən əziyyət çəkən uşaqlardan bəhs edilir. Dörd əsəri, BBC-nin hazırladığı anketə əsasən, Birləşmiş Krallıqda oxunan yüz ən məşhur kitab siyahısına daxil olmuşdur. Treysi Biker yazıçının ən çox sevilən obrazlarındandır. “Treysi Bikerin hekayəsi” əsərində Treysi və dostlarının uşaq evindəki macəralarından bəhs olunur. Treysi Biker obrazı qısa müddətdə o qədər məşhurlaşmışdır ki, onun haqqında serial, tamaşa çəkilmiş, kompüter oyunları hazırlanmışdır. Həmçinin üstündə Treysi Bikerin şəkli olan geyimlər, məktəb ləvazimatları uşaqlar arasında çox məşhurdur. Treysi Biker indiyə kim yaratdığım obrazlardan ən məşhurudur. Kaş özü də bunu bilərdi! İndi onun haqqında üç kitab, uzun müddətdir davam edən populyar bir serial, jurnal, tamaşa və piyamadan tutmuş qələm qutularına qədər hər növ mallar olduğunu eşitsə, çox sevinərdi. Treysi həmişə mənim ən sevimli obrazım olub, çünki “Treysi Bikerin hekayəsi” Nik Şarrat tərəfindən şəkilləri çəkilmiş ilk kitabımdır. Mən mətnin içərisində sanki Treysi öz hekayəsini yazarkən özü tərəfindən çəkilmiş kimi görünən ağ-qara şəkillər olmağını istəyirdim. Redaktorum əla bir rəssam tanıdığını dedi və məni Niklə görüşdürdü. Niklə bir-birimizi nəzakətlə salamladıq və bir az söhbət etdik. İkimiz də özümüzü utancaq hiss edirdik. Nikdən çox xoşum gəldi, amma yenə də onun mənim qəribə Treysim kimi şəkil çəkəcək qədər çılğın və dəlisov olduğunu düşünmürdüm. Ancaq sonra çantamdan yaylığımı çıxartmaq üçün əyiləndə Nikin gözqamaşdırıcı sarı rəngdə corablar geydiyini gördüm və başa düşdüm ki, əsl rəssamı tapmışam! Niklə sənət yoldaşı olduğum üçün çox şanslıyam. Əminliklə deyə bilərəm ki, onun kitabın üz qabığı üçün çəkdiyi yaradıcı şəkilləri və ağ-qara illüstrasiyaları kitablarımın bu qədər uğurlu olmağının əsas səbəblərindən biridir. “Treysi Bikerin hekayəsi” böyük nailiyyət əldə etdi. Qəzetdə yetimxanada yaşayan uşaqların övladlığa verilməsi ilə bağlı şəkilləri görəndən sonra bu kitabı yazmağa qərar verdim. Adamın ürəyini dağlayan bu şəkillərə baxdım və bu şəkildə elan edilməyin necə bir hiss olacağını düşündüm. Əgər nəticədə mükəmməl, qoruyucu bir ailə tapılarsa, əla olardı, amma heç kim sizinlə görüşmək istəməzsə, onda özünüzü necə hiss edərdiniz? Ona görə də qəzetdə elanı çıxmış, uşaq evində yaşayan, heç kimlə yola getməyən çılğın, balaca qızcığaz haqqında hekayə yazmaq qərarına gəldim. Demək olar, dərhal onu “Treysi” adlandıracağımı bilirdim. Bu, əsl müasir çılğın, şəhərli gənc qız adı idi. Bu ada uyğun soyad tapmağa çətinlik çəkdim. Bir səhər vannada uzanıb bu barədə düşünürdüm. İlham almaq üçün buxarlı otağı süzürdüm. Hamam otağında elə də çox şey yox idi. Ağlıma Treysi Dəsmal, Treysi Sabun, Treysi Kran, Treysi Diş Fırçası, Treysi Tualet kimi adlar gəlirdi və qərara gəldim ki, heç vaxt ürəyimcə soyad tapa bilməyəcəyəm. Saçımı yuyurdum və vannanın yan tərəfində saxladığım, üstündə Snupinin şəkli olan köhnə plastik bir bikerə1 əlimi uzatdım ki, şampunu təmizləmək üçün başıma su töküm. Bikerə bir az baxdım və birdən düşündüm: Treysi Biker! Bəli, nəhayət, istədiyim soyadı tapmışdım. Brayoniyə, Deyvidə, Mirandaya, Ceysona və Rayana

Информация о книге:

  • Язык книги: азербайджанский
  • Язык оригинала: русский

Полная версия:

Поделиться:

Комментарии к книге и рекомендации пользователей:

Вместе с этим произведением обычно скачивают книги:

О скачивании, разархивировании, чтении книг можно прочитать здесь.
В этот день...
19 декабря 1860 года скончался Константин Сергеевич Аксаков (родился в 1817г.), публицист, историк, филолог, поэт.
Новый отзыв
скачать книгу 'Когда-нибудь и я взмахну крылом'
limo7:
книга отличная!...
Новая подборка книг
В тренде
Детство. Время открытий. Время удивляться всему в мире. Радоваться, грустить, искать себя...