Roman paralel süjet üzərində qurulub. Romanın müasir dövrdən bəhs edən süjeti yazmaqdan imtina edən yazıçı haqqındadır. Tarixi süjetdə isə gənc sufinin azadlıq arzuları əks olunub.
Romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb. “Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub.
Birinci şəxsin dilindən yazılan roman “əsarət-azadlıq” xətti üzrə inkişaf etdirilsə də, əsər boyu “inanc-şübhə”, “sevgi-nifrət”, “yazmaq-yazmamaq”, “yaddaş-yaddaşsızlıq” kimi yan mövzular da romanın əsas xətti ilə iç-içə keçib.
Qan Turalının ilk romanı “Mustafa” 2011-ci ildə çap olunub.
все жанры