Kitabın bir neçə üstünlüyü var. Ən başlıcası müəllif özü dünyanın ən qabaqcıl natiqlərindən biridir. Eyni zamanda, fərdi uğur eksperti kimi məşhurdur. Üçüncü üstün cəhəti ideal instruktor olmasıdır. Deməli, bildiklərini öyrətmək onun üçün çox asandır. Həm də zamanın sınağından keçmiş üsullarla… Güclü təqdimat edə bilmək, istənilən auditoriya qarşısında inamlı, pozitiv və rahat olmaq, tutarlı nitq söyləmək böyük avantajdır. Əslində, işin incəlikləri çoxdur: ilk başdan insanların diqqətini cəlb etmək və bu diqqəti uzun müddət özündə saxlaya bilmək, bədən dilindən, vokal üsullardan istifadə etmək və s. Qarşınızdakı kitabın sayəsində bütün bunları siz də öyrənə bilərsiniz. Mütaliəyə başlamağınız kifayətdir.
Kitabın Təsviri
İnamla danışmaq bacarığı və uğurlu təqdimat etmək karyeranızı sürətləndirə, insanların rəğbətini qaza və sizin ən böyük, mümkünsüz görünən məqsədlərinzə nail olmağa imkan verər. Lakin çox adam, hər kəsin avtomobil və ya velosiped sürməyi öyrəndikləri qədər asanlıqla dahi natiq ola biləcəyinin fərqinə varmır!
все жанры