скачать книгу бесплатно
Cırcırama qonaqlıqda müğənnilik edir, qarışqa balası sapsağlam ayaqları üzərində rəqs edir, Günəş hər yana öz nurunu səpələyir, parabüzən isə qarışqa yuvasının üzərində dövrə vururdu.
DƏRZİ FİNLANDİYANI İSVEÇƏ NECƏ TİKDİ
Onun adı Tikka idi. Bu şən, balacaboy dərzi düymələri elə tikirdi ki, kəndlilər bəzən partlayana qədər yeyəndə belə düymələri qırılmırdı. Hamı səliqəli, xeyirxah və içki içməyən bu dərzinin xətrini çox istəyirdi. Bundan yaxşı dərzi tapa bilməzdin! Düzdür, bu fağırın bir eybi var idi. Kənddə ondan balacaboylusu yox idi. Xeyirxah olduğu üçün onun boyuna lağ edənlərlə birlikdə gülürdü. Amma Tikka çox qürurlu idi. Bir dəfə nəhəng və kobud Haryus Morten onu gödəkçəlik parçasından oğurlamaqda günahlandırdı. Tikka dərhal onu evindən qovdu və arxasınca odun parçasını elə ustalıqla atdı ki, Morten gözünü açmamış qar yarğanında eşələndiyini gördü.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: