“Uşaqlıq” romanı ilk dəfə 1852-ci ildə “Sovremennik” jurnalında çap olunmuşdur. Bu zaman Lev Tolstoyun iyirmi dörd yaşı vardı. Azca sonra Tolstoyun “Yeniyetməlik”, Qafqaz haqqında hekayələri, məşhur Sevastopol hekayələri kimi yeni əsərləri çıxdı. Tolstoy o zamanın ən görkəmli yazıçıları sırasında özünə mövqe qazandı, onun haqqında rus ədəbiyyatının böyük bir ümidi kimi danışmağa başladılar. Bu kitaba yazıçının “Uşaqlıq”, “Yeniyetməlik” və “Gənclik” əsərləri daxil edilmişdir.
все жанры