banner banner banner
Drakula
Drakula
Оценить:
Рейтинг: 0

Полная версия:

Drakula

скачать книгу бесплатно

(Mənim gündəliyimdə hər şey “Ərəb nağılları”nda olduğu kimidir: xoruzlar banlayan vaxt söhbət bitir.)

12 may

Dünən axşam qraf yenə məni İngiltərədəki işləri ilə əlaqədar sorğu-suala tutdu. Ondan yaxşı hüquqşünas çıxardı, heç bir xırdalığı nəzərdən qaçırmırdı. Bütün məsələləri ayırd edəndən sonra ayağa qalxdı:

– Dostumuz Houkinsə məktub yazmısınızmı?

İçimdəki qəzəbi boğub heç kimə heç nə yazmadığımı söylədim.

– Onda yazın, gənc dostum, – qraf əlini çiynimə qoydu. – Houkinsə və gəlişinizi gözləyənlərə yazın ki, burada daha bir ay qalacaqsınız.

– Belə uzun müddət qalmağımı istəyirsiniz?

– İstəyirəm və heç bir etiraz qəbul etmirəm. Buraya mənim işimə kömək etmək üçün göndərilmisiniz, elə deyil? Mənim işim isə hələ qurtarmayıb.

Razılıq əlaməti olaraq təzim etməkdən savayı mənə nə qalırdı? Qrafın baxışı da, duruşu da mənə bu qəsrdə məhbus olduğumu xatırladırdı.

Qraf mənə 3 vərəq və 3 zərf verdi.

– Xahiş edirəm, məktubda işdənkənar mövzulara toxunmayasınız. Sağ-salamat olduğunuzu və tezliklə evə dönəcəyinizə ümid bəslədiyinizi biləndə, şübhəsiz, dostlarınız da sevinəcəklər.

Houkinsə və Minaya iki məktub yazdım. Ehtiyatlı idim, nəzərə alırdım ki, qraf onları oxuya bilər. Drakula məktubları götürdü.

– Bağışlayın, bu gecə şəxsi işlərim var. Ehtiyac duyduğunuz hər şeyi özünüz qəsrdə tapa biləcəksiniz. Məsləhət görürəm, yox, xəbərdarlıq edirəm ki, istifadənizdə olan otaqlardan kənara çıxmayasınız. Yuxunuz qaçsa, burada oturun, onda təhlükədən uzaq olarsınız. Köhnə, qaranlıq qəsr ağır xatirələrlə, pis yuxularla doludur. Yox, əgər bu otaqları tərk etsəniz…

Son cümləsində qraf əllərini yuyurmuş kimi bir-birinə sürtdü. Mən onu başa düşdüm. Amma hansı yuxu bu qorxunc və sirli gerçəklikdən daha dəhşətli ola bilərdi?

Sonra

Qraf gedəndən bir az sonra mən də otaqdan çıxdım. Daş pilləkənin başında şərqə baxan açıq pəncərə var idi. Təmiz hava və yumşaq ay işığına bürünmüş gözəl təbiət mənzərəsi əsəblərimi xeyli sakitləşdirdi. Başımı pəncərədən bayıra çıxaranda sağ tərəfdə tərpəniş hiss etdim. Gördüyümdən dəhşətə gəldim. Qraf kərtənkələ kimi sürünə-sürünə qala divarları ilə uçuruma doğru irəliləyirdi. Külək çiyinlərinə saldığı örtüyü yellədir, nəhəng qanada bənzədirdi.

Bu necə insandır, ya insanabənzər məxluqdur? Mən qorxuram və xilas olacağıma ümidim getdikcə azalır.

15 may

Bu gün yenə qrafın kərtənkələ kimi süründüyünün şahidi oldum. O, divarboyu sürünə-sürünə gözdən itdi. Qrafın qəsrdən çıxmasından istifadə edib bütün qapıları yoxladım. Hamısı bağlı idi. Nəhayət, pilləkənlərdən birinin başında azca aralı bir qapıya rast gəldim. Var gücümlə itələyib onu açdım.

Otaq toz içində idi, küncdə yerləşdiyi üçün pəncərələrinin biri qərbə, digəri cənuba açılırdı. Aşağı baxanda başa düşdüm ki, qəsr hündür qayanın üstündə tikilib və üç tərəfdən uçurumla əhatə olunub.

Yırtıq və köhnə pərdələr nə zamansa burada insan yaşadığından xəbər verirdi. Bu otaq mənim xoşuma gəlirdi. Tozlu masanın arxasına keçib gündəliyimi çıxardım və yazmağa başladım.

Daha sonra… 16 may, səhər

Dünən yazımı bitirdikdən sonra gündəliyi cibimə qoydum. Məni yuxu basırdı. Qrafın istifadəmə verilmiş otaqlardan kənara çıxmamaq barədə xəbərdarlığı yadıma düşdü, amma onun göstərişinə tabe olmamaqdan zövq alırdım. Otağıma qayıtmadım. Divanı pəncərənin qabağına çəkib uzandım. Pəncərədən görünən gözəl mənzərə və süzülən ay işığı məni uydurdu. Deyəsən, yuxuya getdim. Hər halda, ümid edirəm ki, həmin otaqda baş verənlərin hamısı yuxuda olub.

Hiss etdim ki, otaqda tək deyiləm. Gözümü açanda başımın üstündə üç qadın gördüm. İkisi qarabuğdayı idi, qrafın gözləri kimi iri gözləri, sərt baxışları vardı. Üçüncü qadının qızılı saçları solğun bənizinə dağılmışdı, al-qırmızı dodaqları ay işığında parıldayırdı. Üçünün də ağappaq iti dişləri vardı. Qadınlar pıçıldaşıb gülürdülər. Solğunbənizli qadın başını silkələyirdi.

Birinci qarabuğdayı qadın dedi:

– Get! Sən başla, biz davam edərik.

İkinci qarabuğdayı qadın rəfiqəsinin sözünə qüvvət verdi:

– O, gənc və sağlamdır. Üçümüzə də öpüş çatar.

Mən dinməzcə uzanmışdım. Nəhayət, qızılı saçlı qadın üstümə əyildi. Üzünü sifətimə o qədər yaxınlaşdırdı ki, nəfəsini duydum. Dilinin ucu ilə al-qırmızı dodaqlarını, ağ dişlərini yalayırdı. Sonra dodaqlarının, ardınca iti dişlərinin təmasını boynumda hiss etdim. Ləzzətdən gözlərimi yumdum, ürəyim döyünə-döyünə o xoşbəxt anı gözləməyə başladım.

Birdən mənə elə gəldi ki, qraf da buradadır. Gözlərimi açdım. Drakula güclü əli ilə qadının nazik boynundan yapışıb onu geri çəkdi. Qıpqırmızı gözlərindən qəzəb yağırdı, sifətində əsl qəddarlıq ifadəsi var idi.

– Nə cürətlə ona toxunursuz? Bunu sizə qadağan etmədimmi? O mənimdir!

Solğunbənizli qadın güldü.

– Sən özün heç vaxt sevməmisən və heç vaxt da sevməyəcəksən!

Qarabuğdayı qadınlar da ona qoşulub gülüşdülər, dəhşətli qəhqəhə qopdu.

Qraf diqqətlə mənə baxdı, sonra nəvazişlə dedi:

– Yox, mən də sevə bilirəm. Keçmişdə özünüz bunun şahidi olmusunuz. Söz verirəm, onunla işimi qurtarandan sonra istədiyiniz qədər öpməyinizə icazə verəcəyəm. İndisə gedin! İş çoxdur!

IV hissə

Conatan Harkerin gündəliyinin davamı

Oyananda özümü yatağımda gördüm. Əgər gecə gördüklərim yuxu deyildisə, məni buraya qraf gətirmişdi. Paltarlarım səliqə ilə qatlanmışdı. Ciblərimə əl dəyilməmişdi, hətta gündəliyim də yerində idi. Bütün bunların yuxu olduğuna inanmaq istəyirdim. Əks-təqdirdə qanımı sormağa imkan axtaran o üç qadından özümü gözləməliyəm.

18 may

Şübhələrdən azad olmaq üçün həmin otağa yenə getdim. Qapı elə bağlanmışdı ki, onu sındırmadan açmaq mümkün deyildi. Deməli, ogecəki əhvalat yuxu deyilmiş…

19 may

Gecə qraf mənə üç məktub yazdırdı. Məktublardan biri işimin bitməyinə az qaldığı və tezliklə evə dönəcəyim barədə idi. İkincisində bir gündən sonra qəsri tərk edəcəyimi, üçüncüsündə isə artıq qəsrdən çıxıb Bıstritsə çatdığımı yazdım. Bu məktublar yaxınlarımın narahatlığını aradan qaldırmaq məqsədi güdürdü. Əvvəl etiraz etmək istədim. Amma qrafı şübhələndirmək olmazdı. Başa düşərdi ki, mən artıq çox şey bilirəm və dərhal işimi bitirərdi. Məktublara hansı tarixi qoymaq lazım olduğunu soruşdum. Bir az fikirləşdikdən sonra dilləndi:

– Birincisi – iyun ayının 12-si, ikincisi – 19-u, sonuncusu – 29-u…

Öləcəyim günü bilirəm. Tanrı, mənə kömək ol!

28 may

Buradan qaçmağın, ən azı gizli məktub göndərməyin yolunu tapmışam. Qəsrin həyətində qaraçı dəstəsi məskən salıb. Pəncərəmdən onlarla əlaqə qurmuşam.

Nişanlım Minaya stenoqrafik işarələrlə məktub yazdım. Hər şeyi olmasa da, əsas mətləbi ona anlatdım. Bütün ürəyimi açsaydım, yazıq qız huşunu itirərdi. Houkinsə isə yazdım ki, dərhal Mina ilə görüşsün. Məktuba qızıl sikkə bağlayıb pəncərəmin dəmir barmaqlıqlarından aşağı atdım. Ümid edirdim ki, qaraçılar nə istədiyimi başa düşdülər.

Bir azdan qraf gəlib yanımda oturdu. Əlində iki məktub var idi.

– Bunları mənə qaraçılar verdilər. Biri sizdən əziz dostumuz Piter Houkinsədir. Digəri… – qraf ikinci məktubu açarkən kağızda qəribə simvollar gördü və möhkəm qəzəbləndi. – …digəri isə dostluqdan və qonaqpərvərlikdən sui-istifadənin bariz nümunəsidir. Amma imza qoyulmayıb. Deməli, bizə aidiyyəti və ziyanı yoxdur.

Qraf ikinci məktubu çırağın alovunda yandırdı.

– Houkinsə məktubunuzu isə göndərəcəyəm. Ancaq gərək bağışlayasınız, bilmədən məktubu açdım. Təzədən yapışdırmazsınız? – deyərək o, zərfi mənə uzatdı. Sakitcə yapışdırdım və geri qaytardım.

Qraf otaqdan çıxdı. Açar səsi eşitdim. Bir az gözləyib qapını dartdım: kilidlənmişdi.

İki saat sonra qraf qayıtdı. Divanın üstündə mürgülədiyimi görüb olduqca nəzakətlə:

– Yuxunuz gəlir, dostum? – dedi. – Bu gecə söhbətə qala bilməyəcəm, işim var. Ümid edirəm ki, sakit yatacaqsınız.

Qəribədir, bütün ümidini itirmiş adam necə rahatlanır! O gecəni çox gözəl yatdım.

31 may

Bu gün oyananda istədim çantamdan vərəq və zərfləri çıxarıb cibimə qoyum ki, üstümdə olsunlar, imkan düşəndə məktub yazım, qeydlər aparım. Sürpriz dalınca sürpriz! Bütün sənədlərim və kağızlarım itmişdi. Dolabı açdım ki, gələndə əynimdə olan pencəyimin ciblərinə baxım. Pencəyim də yox idi. Qraf hamısını götürmüşdü.

17 iyun

Səhər həyətdən at ayaqlarının tappıltısı gəldi. Sevincdən yerimdən sıçrayıb qapıya tərəf qaçdım. Qapım bayırdan bağlanmışdı. Pəncərənin qabağına cumub var gücümlə qışqırdım. Həyətdəki adamlar mənə baxıb gülüşdülər. Sonra arabalardan 50 nəhəng yeşik götürdülər, həyətin bir küncünə yığdılar və pullarını alıb getdilər.

24 iyun

Dünən gecə qraf öz otağına tez getdi, qapısını da bağladı. Tez pilləkənin başındakı pəncərənin qabağına qaçdım və gözləməyə başladım. Bir azdan qraf otağının pəncərəsindən çıxdı. Mənim kostyumumu geymişdi, əlində isə qara torba vardı. Başa düşdüm ki, şəhərə gedir. Mənim paltarımı geyib ki, hamı elə bilsin şəhərdə gəzən, poçt qutusuna məktub salan özüməm.

Otağıma qayıtdım. Bir neçə saatdan sonra qrafın otağından tükürpədici nalə səsi gəldi. Dərhal da kəsildi. Ardından dərin sükut çökdü. Dəhşətdən ürəyim partlayırdı. Otaqdan çıxmaq istədim, qapım bağlı idi. Yenə həbs olunmuşdum. Çarəsizlikdən oturub ağladım.

Həyətdən iztirab dolu qışqırıq eşidildi. Pəncərədən baxanda darvazanın ağzında saçları sifətinə dağılmış bir qadın gördüm. O da məni gördü, diz çöküb əllərini uzatdı, dəli kimi bağırdı: “Bədheybət, uşağımı qaytar!”

Qadın saçlarını yolur, sinəsinə döyür, hönkürürdü. Birdən yerindən sıçrayıb giriş qapısına tərəf atıldı, daha onu görə bilmədim, ancaq çığırtısını eşidirdim.

Qalanın başından qrafın soyuq, amiranə səsi gəldi. Nə dediyi anlaşılmırdı. Canavarlar ulaşdılar və açıq darvazadan həyətə doluşdular. Qadın susdu. Ona yazığım gəlmirdi, ölsə yaxşı idi. Çünki uşağının başına nə gətirildiyini bilirdim.

Bəs mən nə edim? Bu qəsrdən necə qaçım?

25 iyun, səhər

Hələ bir dəfə də gündüz qrafı görməmişəm. Ancaq gecələr peyda olur. Bircə otağına düşə bilsəydim… Necə? Qapısı həmişə bağlıdır.

Pəncərədən çıxıb kərtənkələ kimi divarla süründüyünü görmüşəm. Bəlkə, mən də onun kimi edim, pəncərəsindən içəri girim? Riskə gedəcəyəm. Ölümdən betər məni nə gözləyir ki? Tanrım, kömək ol! Qayıtmasam, əlvida, Mina!

Həmin gün, sonra

Birtəhər, daşlardan tuta-tuta qrafın pəncərəsinə çatdım. Otaq boş idi. İçəri girdim. Bir küncə çoxlu sayda qədim qızıl əşyalar yığılmışdı. O biri küncdə gözümə qapı dəydi. Açıq olduğuna təəccübləndim. Qapının kandarından aşağı pilləkən düşürdü. Ehtiyatla endim.

Kəskin iyli tuneldən keçib balaca kilsəyə oxşayan bir yerə çatdım. Məzarlığa bənzəyirdi. Qaraçıların gətirdiyi yeşiklər burada idi. Hamısının içinə torpaq doldurulmuşdu. Birində isə qraf uzanmışdı! Nə yatana, nə də ölənə bənzəyirdi. Donuq gözləri açıq qalmışdı, nəfəsi gəlmirdi, ürəyi də döyünmürdü.

Otağların açarları üstündə olduğunu düşünüb ciblərini axtarmaq istəyirdim ki, ilan vurmuş kimi əlimi geri çəkdim. Qraf mənim burada olduğumu bilmirdi, amma donuq gözlərindəki dərin nifrətdən vahimələndim. Tələsik geri qayıdıb pəncərədən çıxdım və gəldiyim yolla otağıma döndüm.

29 iyun

Bu gün axırıncı məktubu “yazmaq” günümdür. Axşam yenə qrafın pəncərədən çıxıb divarboyu süründüyünü gördüm. Sözsüz, mənim məktubumu poçta salmağa getdi.

Oturub kitab oxuya-oxuya yuxuya getmişdim. Qrafın gəlişinə oyandım.

– Sabah, əziz dostum, yollarımız ayrılır. Siz öz İngiltərənizə qayıdacaqsınız, mən isə işlərimə. Sabah burada olmayacam. Faytonum sizi həyətdə gözləyəcək, Borqo keçidində başqa bir faytona oturub Bıstritsə gedəcəksiniz. Ümid edirəm ki, nə vaxtsa yenə görüşəcəyik.

Onun səmimiliyini yoxlamaq üçün birbaşa soruşdum:

– Niyə bu gecə gedə bilmərəm?

– Çünki atlarım və faytonçum burada deyil.

– Mən piyada da gedərəm.

– Bəs baqajınız?

Qrafın üzündəki şeytan təbəssümü şübhələrimi artırdı.

– Baqajımın dalınca sonra fayton göndərərəm.

– Siz ingilislərin yaxşı bir məsəli var: gələni xoş qarşıla, gedəni tələsdir. Mənim evimdə öz iradənizin əleyhinə bir saniyə belə qalmayacaqsınız! Gəlin!

Biz pilləkənlərlə aşağı endik. Birdən o dayandı.

– Qulaq asın!

Bayırda canavarlar ulaşırdı.

Qraf nəhəng giriş qapısına yaxınlaşdı, zəncirləri və sürgüləri açdı. Qapı aralananda canavarların səsi lap yaxından eşidildi. Yox, qrafın iradəsinin əksinə getmək mənasız idi. Axırda canavarlara yem olacaqdım.

– Bağlayın qapını, səhəri gözləyərəm.

Qraf qapını çırpdı.

Otağıma qayıdıb yatağa girməyə hazırlaşırdım ki, qapının arxasından qrafın səsini eşitdim:

– Gedin! Qayıdın yerinizə! Vaxtınız hələ çatmayıb. Səbirli olun! Bu gecə mənimdir, sabahkı gecə sizin.

Doğrudanmı, sonum çatıb? Sabah! Sabah! Tanrım, mənə də, əziz nişanlıma da kömək ol…

30 iyun

Səhəri dirigözlü açdım. Ölüm bu gecə gələcəksə, qoy məni hazır görsün.

Hava işıqlaşan kimi otaqdan çıxıb giriş qapısına tərəf qaçdım. Tələsik sürgüləri, zəncirləri açdım və böyük ümidlə qapını dartdım. Tərpənmədi. Dünən mən otağıma gedəndən sonra qraf qapını kilidləmişdi.

Mən bu açarları tapmalı idim!

Otağa qayıdıb pəncərədən çıxdım, yenə daşlardan tuta-tuta qrafın otağına çatdım və içəri girdim. Küncdəki qapıdan məzarlığa düşdüm. Qraf öz qutusunda uzanmışdı, ancaq yeşiyin qapağı bağlı idi. Qapağı qaldırıb divara söykədim və açarları axtarmaq üçün əyildim. Dəhşətə gəldim.