“Uğurlu satış üçün 55 məsləhət” adlı bu kitab, peşəkar bir satıcının illər ərzində qazanmış olduğu bilgiləri paylaşma arzusundan yaranmışdır. Burada satış deyərkən, hər bir məhsulun birbaşa satışı və müxtəlif xidmətlərin daha yüksək səviyyədə göstərilməsi üçün çox sadə üsullar nəzərdə tutulur. Həmçinin müxtəlif sahələri əhatə edən satıcı-müştəri münasibətlərinin tənzimlənməsi, müştərinin hər bir xidmətdən razı qalmasını təmin edəcək vasitələr və bu münasibətlərin uğurlu sonluğa çatdırılma yolları göstərilmişdir. Məmnun müştəriləri yola salmaq istəyən hər bir xidmət obyekti və hər bir satıcı bu kitabdakı məlumatlardan faydalana bilər!
все жанры