Erik Emmanuel Şmittin 1960-cı illərdə Parisdə başlayıb Anadoluda bitən bu duyğu dolu bioqrafik romanı, fərqli dinlərə mənsub və aralarında böyük yaş fərqi olan iki insanın, on iki yaşındakı yoxsul Musəvi uşaq Momoyla (Musa), altmış yaşlarındakı Müsəlman-Türk baqqal İbrahim bəyin arasında yaranan sevgi və xoş görüşlərə söykənən dostluqdan bəhs edir.
Bu iki insanın adlarının (Musa və İbrahim) mənsub olduqları dinlərin hər ikisinin də kitablarında eynilə mövcud olması romanın humanist bir mesaj ehtiva etdiyini oxucuya əvvəlcədən çatdırmış olur.
Romandakı hadisələr 1960-cı illərdə Parisin müxtəlif etnik və dini qruplara mənsub aşağı təbəqə insanların yaşadıqları qarışıq bir məhəllədə baş verir. Yoxsul Yəhudi bir yeniyetmə olan Musanın anası və qardaşı evi tərk edib getmişdir. Musa atası ilə yaşayır. Ancaq atasının da psixoloji problemləri vardır və onunla bir elə də maraqlanmır. Həyatın qoynuna yeni-yeni atılan, yaşıdlarından elə də dostu olmayan Musa sevgi və qayğını ətrafındakı fahişələrdə axtarmağa başlayır.
Romanın digər qəhrəmanı isə məhəllənin yaşlı müsəlman baqqalı Müsyö İbrahimdir. O da ən azı Musa qədər tənha bir insandır, heç kimi yoxdur və gecə yarıya qədər öz dükanında ömrünü keçirir. Fransada müsəlman və ərəb sözləri eyni məna kəsb etdiyindən, hamı İbrahimi ərəb deyə zənn edirlər və “Ərəb baqqalı” olaraq çağırırlar. Əslində Müsyö İbrahim türkdür. İbrahim bəy Qurani-Kərimə ürəkdən bağlı olan inanclı bir insandır və sufidir. Sakit xarakteri olan İbrahim bəyin sadə görünüşünün altında əslində böyük bir fəlsəfi təcrübə gizlənməkdədir…
Erik Emmanüel Şmittin ən çox satılan bu romanı 2001-ci ildə “Fransız akademiyası” mükafatına layiq görülmüşdür.
все жанры