Hüquqşünas ixtisası üzrə ali təhsil proqramlarına uyğun yazılmış dərs vəsaitində təhqiqat və ibtidai istintaq aparılmasının prosessual qaydalarından bəhs olunur. Kitabda ibtidai araşdırmanın anlayışı və mahiyyəti, formaları, cinayət prosesinin ilk mərhələsi kimi cinayət işi başlanması, ibtidai istintaqın ümumi şərtləri və əsasları, konfidensiallıq, sübutların toplanması, təqsirləndirilən şəxs qismində cəlb etmə, qətimkan tədbirlərinin tətbiqi, bəzi kateqoriyalı şəxslər barəsində ibtidai istintaqın xüsusiyyətləri, cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi, ittiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi kimi məsələlər şərh edilir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası zəminində hazırlanmış bu vəsaitdə ibtidai istintaq sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və istintaq təcrübəsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun müddəalarına uyğunluğu məsələləri araşdırılmış, müqayisəli təhlillər aparılmış, konkret normaların tətbiqi ilə əlaqədar müvafiq şərhlər, təkliflər və izahlar verilmişdir. Vəsait hüquqşünas ixtisası üzrə təhsil alan tələbələr üçün yazılmışdır. Ondan təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının işçiləri də istifadə edə bilərlər.
все жанры