Sevinc Aslanova oxuyub-yazmağı kiçik bacısından, ev şəraitində öyrənən, çox-çox zərif qəlbli bir qızdır. Amma həyat müşahidələri, dünyaya baxışı, insan-cəmiyyət anlayışı, vətənpərvərlik, saf və təmiz məhəbbət duyğusu onun qəlbində, düşüncələrində poetik hisslər oyadıb və bir gün misralara çevrilib. Sevinc kiminsə nəvəsi, kiminsə övladı, kiminsə bacısı yaşındadır – oxucu ilə səmimi ünsiyyəti, şeirlərinin bədii çəkisi isə bizə bəzi mətləbləri ahəstəcə çatdıra bilir. Müəllifin bir amalı, bir ideyası oxucunu daim ayaqda saxlayır: həyat bir dəfə verilir, onu ləyaqətlə yaşa!
все жанры