banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

Hekayələr
Ernest Seton-Tompson

Hekayə ustaları
Heyvanlar haqda yazdığı əsərlərlə tanınan Ernest Seton-Tompsonun dovşanlar, marallar, ayılar, atlar, itlər, pişiklər haqda qələmə aldığı hekayələri olduqca təsirli və həyəcanlandırıcıdır.

Ernest Seton-Tompson

Seçmə hekayələr

YORĞA MUSTANQ

1

Co Kalon yəhəri tozun içinə tullayaraq atları azadlığa buraxdı və səs-küylə evə girdi.

– Nahar hazırdır? – deyə soruşdu.

– On yeddi dəqiqədən sonra, – aşpaz lap dəmir yolu stansiyası rəisinin əhəmiyyətli görkəmi ilə saata baxıb cavab verdi.

Aşpaz sözdə həmişə çox dəqiq idi, amma əməldə bu dəqiqlikdən əsər-əlamət yox idi.

– Hə, işlər necədir? – deyə yoldaşı Skrat Codan soruşdu.

– Əla, – Co cavab verdi. – Mal-qaranın vəziyyəti, deyəsən, yaxşıdır, xeyli buzov var. Mən bir ilxı mustanq gördüm, su içməyə Antilop bulağına gəlir. Aralarında bir neçə dayça da var. Bir dənəsi – qara rəngdə olanı yaman gözəldir, lap anadangəlmə yorğadır, qaçanda addımının birini eyni zamanda hər iki sol ayağı ilə, o birini isə hər iki sağ ayağı ilə atır. Düz iki mil dalınca qarabaqara düşdüm, bircə dəfə də löhrəm yerişinə haram qatmadı. Məzə üçün atımı da dəhmərlədim, amma yenə bir şey çıxmadı!

– Bəlkə, yolda bir az çox vurmusan?

– Buna bax ey, guya dünən sərxoşluqdan iməkləyən özü deyildi!

– Nahara! – deyə aşpaz qışqırdı və söz-söhbət o dəqiqə kəsildi.

Ertəsi gün kovboylar sürülərini başqa otlağa sürdülər və mustanq ilxısı yaddan çıxdı.

Bir ildən sonra mal-qaranı yenidən Yeni Meksikanın elə həmin yerlərinə sürdülər və kovboylar yenə o mustanq ilxısını gördülər.

Qara dayça artıq nazik, düz ayaqlı, sağrıları parıldayan qara ata dönmüşdü və kovboylar onun qəribə xüsusiyyətini artıq öz gözləri ilə görə bilərdilər: o, həqiqətən də, anadangəlmə yorğa idi.

Co da orada idi və elə o dəqiqə ağlına gəldi ki, bu atı tutmaq heç də pis olmazdı. Şərq ştatlarının sakinini bu fikir təəccüb qoymazdı, lakin qərbdə – atların çox ucuz olduğu yerlərdə vəhşi mustanq tutmaq fikri heç bir kovboya cəlbedici gəlməzdi. Mustanqı tutmaq asan deyil, hətta buna nail olsan belə, o, axıra kimi vəhşi, tamamilə faydasız, ipəyatmaz olaraq qalacaq.

Əksər maldarlar mustanq öldürməyi özlərinə peşə eləyiblər, çünki bu atlar təkcə otlaqları korlamır, həm də bəzən çobanların əhliləşmiş atlarını özləri ilə aparır, həmin heyvanlar da vəhşi həyata tez öyrəşir, həmişəlik itib-batırlar.

Vəhşi Co Kalon atlara, onların bütün xüsusiyyətlərinə əla bələd idi. O belə deyirdi:

– Mən ömrümdə üzüyola olmayan ağ at görməmişəm! Ya da kəhər ola, kəhgir olmaya… Qara at isə həmişə eşşək kimi tərs, iblis kimi kinli olur. Caynağı olsa, şirin də öhdəsindən gələr!

Beləliklə, əgər mustanq tam xeyirsiz heyvandırsa, qara mustanq ikiqat faydasızdır. Skrat Conun biryaşar mustanqa yiyələnmək, onu əhliləşdirmək arzusunda heç bir məna görmürdü.

Lakin Co bu istiqamətdə ikinci il də heç bir addım ata bilmədi.

Co adi çoban idi, ayda iyirmi beş dollar məvacib alır, boş vaxtı, demək olar ki, qalmırdı.

Kovboy yoldaşlarının çoxu kimi o, bir zamanlar ranço sahibi olmaq, özü üçün mal-qara saxlamaq arzusu ilə yaşayırdı. Onun Santa Fe şəhərində lazımi qaydada qeydiyyatdan keçirdiyi şəxsi damğası da vardı. Lakin sürüsündə bu damğanı basa biləcəyi yeganə iribuynuzlu heyvan bir qoca inəkdən doğulmuş buzov idi.

Damğası olmayan hər bir heyvana öz damğasını vurmaq Conun qanuni haqqı idi. Lakin payızda əməkhaqqını alanda o, şəhərdə kef etməyə yaman şirniklənirdi. Odur ki Conun bütün əmlakı elə qabaqkı kimi yəhərdən, yatacaqdan və həmin qoca inəkdən ibarət idi. Amma o heç vaxt haçansa bir oyun çıxarıb varlanacağına ümidini itirmirdi. Bir dəfə necə oldusa, ağlına belə bir fikir yerləşdirdi ki, həmin qara mustanq ona mütləq xoşbəxtlik gətirəcək və atı tutaraq ona yiyələnmək üçün əlverişli fürsət gözləməyə başladı.

Lakin artıq güclü, üçyaşar ata dönmüş, gözəlliyi ilə lap gözə girən qara mustanq barəsində nə qədər eşitsə də, Co özü ona heç vaxt tuş gəlməmişdi.

Antilop bulağı düzənlikdə, hər tərəfdən açıq çöllükdə yerləşirdi. Bulaq çağlayıb daşanda ətrafını qumotu basmış kiçik gölə dönürdü. Suyun səviyyəsi düşəndə isə bulağın ətrafında səthi qara lillə örtülmüş, adda-budda ağ duz ləkələri parlayan, ortasındakı çuxurdan isə bulaq qıjıldayan böyük bir düzənlik qalırdı. Bulağın suyu təmiz, içməli idi. Ətrafdakı neçə millik ərazidə başqa bulaq da yox idi.

Bu çöllük qara ayğırın sevimli oylağına çevrilmişdi, hərçənd ki mal-qara da, ev atları da elə burada otlayırdı.

Burada, əsasən, damğalı sürülər olurdu. Sürü sahiblərindən biri, fermanın işlər müdiri Foster işgüzar adam idi. Hamını inandırmağa çalışırdı ki, bu yerlərdə ev heyvanlarının yaxşılaşdırılmış cinslərini artırsalar, gəlirlər mütləq çoxalacaq. Özünün artıq qarışıq cinsdən olan on dənəyə yaxın qamətli, düzgün bədən quruluşlu, ceyrangöz madyanı da vardı. Onların yanında tük basmış adi atlar lap tör-töküntüyə bənzəyirdi.

Bu gözəl madyanlardan biri həmişə iş üçün tövlədə qalırdı, digər doqquzu isə dayçalara süd verəndən sonra, adətən, sərbəst gəzib-dolaşırdı.

Atlar ən yaxşı otlaqların yolunu həmişə tapır. Doqquz madyan da Antilop bulağına aparan yolu çox asan tapdı. Sonralar, yayda Foster öz yoldaşı ilə onları axtarmağa gedəndə atlarını lap tez tapdı. Amma heyvanların yanında olan kömür kimi zil qara ayğır bu sürünü lap sahibi kimi qoruyurdu. O, sürünün ətrafında çaparaq atları bir yerə toplayırdı və onun parlaq qara rəngi madyanların qızılı dərisindən çox kəskin fərqlənirdi.

Madyanlar yumşaqxasiyyətli idi və təbii ki, əgər qara ayğır olmasaydı, onları qovub evə qaytarmaq çox asan iş olardı. Görünür, heyvan öz vəhşi xisləti ilə bu madyanları da xəstələndirmişdi. Onlar da belində süvarilər olan yöndəmsiz atları lap geridə buraxaraq dördnala qaçıb uzaqlarda gözdən itdilər.

Atların bu hərəkəti hər iki maldarı özündən çıxardı. Onlar tüfənglərinə əl ataraq andıra qalmış ayğırı vurmaq üçün fürsət gəzməyə başladılar. Lakin əgər açılan güllələrin madyanlara dəymək ehtimalı onda doqquzdursa, necə atəş açasan?

Bütün gün atı vurmaq üçün göstərilən faydasız cəhdlərlə keçdi. Ayğır mustanq – bəli, o idi – ailəsini gözündən qoymurdu və elə onlarla bir yerdə də cənubdakı qum təpələrinin o üzündə yoxa çıxdı.

Dilxor maldarlar uğursuzluqlarının baiskarından mütləq intiqam alacaqlarına söz verərək əldən düşmüş atlarının belində evlərinə döndülər.

Qara yallı, yaşılımtıl, parlaq gözlü nəhəng ayğır isə bütün əyalətin çöllərinə sahiblik edir və müxtəlif yerlərdəki madyanları özü ilə apararaq ilxısını durmadan böyüdürdü. Nəhayət ki, onun ilxısı, azı, iyirmi atdan ibarət oldu.

Onun dalınca düşən madyanların əksəriyyəti sakit, arıq atlar idi və onların arasında ayğırın ilk dəfə apardığı doqquz cins madyan boy-buxunu ilə yaman fərqlənirdi.

Bu kiçik ilxı elə cidd-cəhdlə, elə qısqanclıqla qorunurdu ki, ora düşən istənilən madyan maldar üçün birdəfəlik itirilmiş sayılırdı və maldarlar özləri də tezliklə başa düşdülər ki, onların yerində məskunlaşmış mustanq hamıya əməlli-başlı ziyan vurur.

2

Bu hadisə 1893-cü ilin dekabrında baş verdi. Furqonla Pinyavetitosdakı rançodan Kanada çayına tərəf yola düşəndə ölkəyə təzəcə gəlmişdim.

Foster məni yola salanda dedi:

– Bura baxın, əgər o lənətə gəlmiş mustanqı görsəniz, əliniz əsməsin, təpəsinə bir güllə sıxın.

Bu mənim ayğır haqda eşitdiyim ilk sözlər oldu və sonra yolboyu bələdçim Berns həmin atın tarixçəsini mənə danışdı. Maraqdan ölürdüm. O məşhur ayğırı görməyi yaman istəyirdim və ertəsi gün Antilop bulağına gələndə nə ata, nə də onun ilxısına burada rast gəlməyəndə bir az pərt oldum.

Səhərisi gün Alamozo Arroyo çayından keçib yenə dalğalı düzənliyə tərəf qalxanda irəlidə gedən Cek Berne birdən atının boynuna sinib mənə sarı çöndü və dedi:

– Tüfəngini hazırla! Bu da ayğır!

Mən tüfəngi qapıb irəli tələsdim. Aşağıdakı yarğanda at ilxısı otlayırdı. Madyanların arasında iri, qara bir mustanq da vardı.

O, yəqin ki, bizim səsimizi eşidib təhlükəni duymuşdu. Başını, quyruğunu qaldırıb durmuşdu. Burun pərələri geniş açılmışdı.

Bu mustanq mənə vəhşi gözəlliyin idealı kimi, nə vaxtsa bu çöllərdə çapan ən nəcib at kimi gəldi və bu qənirsiz gözəlliyin cansız bir leşə çevriləcəyi barədə fikrin özündən belə məni dəhşət bürüdü.

Cek istəyirdi ki, tez atəş açım, mən isə ləngiyirdim.

Mənim cırtqoz yoldaşım ləng tərpənməyimə görə deyindi. Əsəbi bir tərzdə donquldandı: “Tüfəngi mənə ver!” – və lüləsindən yapışdı, mən isə tüfəngin lüləsini yuxarı yönəltdim deyə güllə qeyri-iradi açıldı.

İlxı diksindi. Qara mustanq kişnəyib fınxırdı və çaparaq ilxının ətrafına dolanmağa başladı. Madyanların hamısı bir-birinə sıxıldı və çaparaq başçılarının dalınca düşdü. Yerdən qalxan toz dumanı atları görünməz etdi.

Ayğır dəstənin gah bu, gah da digər tərəfində çapırdı. Hər madyana ayrılıqda göz qoyurdu. Mustanq atları lap uzaqlara apardı.

İlxı tamam yox olana kimi gözümü onlardan çəkmədim və söyləyim ki, deyəsən, ayğır yorğasına bir dəfə də haram qatmadı.

Cek, təbii ki, mənim ünvanıma atdığı sərt sözlərdə xəsislik etmədi, mən isə bu qara ayğırın gözəlliyi və gücü barədə sevinc içində düşünürdüm. Yox, qaçırdığı madyanlara görə mən onun atlaz dərisini korlaya bilməzdim!

3

Vəhşi atları tutmaq üçün bir neçə üsul mövcuddur. Həmin üsullardan biri bundan ibarətdir ki, gərək gülləni elə atasan, heyvanın peysərini yalayıb keçərək onu bir anlıq huşdan etsin və həmin dəqiqə kəməndi tez boynuna salasan. Bu üsula “atı əzmək” deyirlər.

– Hə, hə! Bunu etmək istəyən adamların öz boynunu sındırmasının, azı, yüz dəfə şahidi olmuşam, amma bir dənə də mustanq görməmişəm ki, belə üsulla əzilsin, – Vəhşi Co kinayə ilə deyirdi.

Hərdən şərait imkan verirsə, ilxını bəndə salırlar. Əlində yaxşı atlar olsa, bəzən ilxıya çatmaq da mümkündür, amma ən sadə üsul, ilk baxışdan nə qədər qəribə görünsə də, mustanqı əldən salmaqdır, yəni yorulanadək qovmaq.

Yorğa qaçışını bircə dəfə də dördnala yürüşə dəyişməmiş məşhur mustanqın şöhrəti getdikcə genişlənirdi. Onun özü, sürəti, addımını atması və inkişaf etmiş duyuqluğundan ən ağlasığmaz əhvalatlar danışırdılar. Üçbucaq rançosundan olan qoca Montqomeri Uelsin Uleytondakı yeməkxanasına gələrək şahidlərin yanında deyəndə ki qıfıllı furqona salınmış bu mustanqa görə min dollar verməyə hazırdır, on nəfərədək cavan çoban iş müqavilələrinin vaxtı bitən təki bəxtlərini sınamaq arzusu ilə alışıb-yandı.

Vəhşi Co onların hamısını qabaqlamaq qərarına gəldi. Daha vaxt itirmək olmazdı. Hərçənd ki hələ xidmət müddəti başa çatmamışdı, o, bütün gecəni ova hazırlıqda keçirdi.

Dostlarından bir qədər borc götürüb iyirmi yaxşı minik atından, mətbəx furqonundan və üç nəfər – özü, yoldaşı Çarli və aşpaz – üçün ikihəftəlik ərzaq ehtiyatı da daxil olmaqla ekspedisiya təşkil etdi.

Hazırlığı başa çatdırıb Kleytonu bu yorğa, ecazkar mustanqı əldən salmaq əzmi ilə tərk etdi. Artıq səfərinin üçüncü günü Antilop bulağına çatdı və günortaya yaxın olduğundan qara mustanqın bütün dəstəsi ilə bir yerdə su içməyə enməsi onu təəccübləndirmədi.

Co gizləndi və atların hamısı sudan içib doyana kimi özünü büruzə vermədi, çünki susuzluq hiss edən heyvanın içdiyi sudan ağırlaşmış heyvana nisbətən daha yaxşı qaçdığını gözəl bilirdi.

Bundan sonra Co pusqudan çıxaraq sakitcə irəlilədi. Mustanq həyəcan siqnalını onun ilxıya çatmasına təxminən yarım mil qalmış verdi və o dəqiqə də dəstəsini cənub-şərq tərəfdəki meşəliyə apardı. Co da atını ilxının dalınca çapdı və onları yenidən görən kimi geri qayıdıb həm də arabaçılıq edən aşpaza tapşırdı ki, cənuba, Alamozo Arroyo çayına tərəf yollansın. Özü isə yenə də cənub-şərqə, mustanqın dalınca getdi.

İki mil gedəndən sonra yenidən yorğanı gördü. Atını addım-addım sürüb ilxıya o qədər yaxınlaşdı ki, atlar qorxub cənuba tərəf qaçdılar. Lakin Co kəsə yolla getdi və bir saatdan sonra təzədən ilxını gördü. Ehtiyatla atlara yaxınlaşdı və hər şey yenidən təkrar olundu: yenidən həyəcan və qaçış. Bütün gün belə keçdi.

Mustanqlar dövrə vura-vura cənuba tərəf hərəkət edirdilər və artıq günəş üfüqə enəndə ilxı yenə də Alamozo Arroyo çayının yaxınlığında idi, elə Co da buna ümid bəsləyirdi. Mustanqlar yenə də əlinin altında idi və Co onları bir də qorxudub furqonun yanına döndü. Həmin vaxta kimi yaxşıca dincələn yoldaşı təqibi başqa atla davam etdirdi.

Şam yeməyindən sonra furqon, əvvəlcədən qərarlaşdırdıqları kimi, Alamozonun üst keçidinə tərəf hərəkət etdi və Co orada gecələməyə qaldı.

Həmin vaxt isə Çarli ilxının dalınca gedirdi. Artıq vəhşi atlar təqib başlayanda olan kimi sürətlə qaçmırdılar, çünki onların dalınca düşmüş atlı hücuma keçmək istədiyini heç büruzə vermirdi və heyvanlar yavaş-yavaş onun yaxınlıqda olmasına öyrəşməyə başladılar. İlxını alaqaranlıqda tapmaq daha asan idi, çünki dəstədəki madyanların birinin rəngi başqalarından xeyli açıq idi, aydın seçilirdi. Təzə çıxmış ay da ilxını təqib etməkdə bir kömək idi və Çarli öz atının duyğusuna əminliklə cilovu buraxdı və heyvan açıqrəngli madyanın bir kabus kimi seçildiyi ilxının dalınca çaparaq getdi. Nəhayət ki, ətrafdakı hər şey gecənin zülmətində qərq oldu. Onda Çarli də atdan endi, yəhərini çıxarıb onu otlamağa buraxdı, özü isə yorğanına bürünərək tezliklə yuxuya getdi.

Dan yeri söküləndə Çarli də artıq ayaqda idi və həmin açıqrəngli madyanın köməyi ilə ilxını tez tapdı; aralarında heç yarım mil də məsafə yoxuydu. Onu görən kimi yorğa ucadan kişnədi və ilxı qaçmağa başladı.

Lakin elə ilk təpədə atlar ayaq saxladılar ki, onları belə israrla təqib edənin kimliyinə baxsınlar. Bir dəqiqədən sonra mustanq artıq özünə lazım olan hər şeyi öyrəndiyini düşünərək yalını yelə verdi və özünün yorulmaz, nizamlı yorğası ilə qara meteor kimi irəli cumub bütün ilxını dalınca apardı.

Atlar qərbə tərəf çöndülər və həmin oyunun – qaçış, təqib, görüş və yenə də qaçış – bir neçə təkrarından sonra günortaya yaxın qədim hindu qülləsinə çatdılar. Co ilxını orada gözləyirdi. Çarli yüksəklərə qalxan nazik tüstüdən bildi ki, yolunu gözləyən var və elə həmin dəqiqə günəş şüalarını əks edən cib aynası ilə cavab siqnalı verdi. Co at belinə qalxıb təqibə başladı, Çarli isə yemək, dincəlmək üçün oturdu.

Bütün ertəsi gün Co mustanqları tən ortasında furqon hərəkət edən böyük bir çevrə ətrafında saxlamağa çalışaraq qovurdu. Gün batana yaxın o artıq Çarlinin təzə at və yeməklə gözlədiyi keçidə yaxınlaşdı. Co təqibi bütün axşam, hətta gecənin bir qismi də davam etdirdi. Vəhşi ilxı, görünür ki, tanımadığı, amma onlara ziyansız gələn adamlara alışırdı. Bundan başqa, yorğunluq da özünü göstərirdi. İlxı artıq yaxşı, sulu otlu çöllərdə deyildi, təqibçilərin atları isə yulaf yeyirdi. Daimi əsəb gərginliyi də özünü büruzə verirdi. Bu gərginlik vəhşi atların iştahasını küsdürür, yanğısını isə artırırdı. Təqibçilər atların tez-tez, uzun-uzadı su içməsinə imkan verirdilər. Bolluca su içmiş at isə çətin qaçır: onun ayaqları sanki ağaca dönür, nəfəsi təngiyir. Elə buna görə də Co öz atına, demək olar ki, su vermirdi. Nəhayət ki, gecələmək üçün dayananda nə özü, nə də atı yorulmuşdu.

Dan yeri söküləndə Co mustanqları asanlıqla tapdı. Onlar əvvəlcə çaparaq, sonra isə addım-addım getdilər. Artıq bu qarşıdurmada qələbə, demək olar ki, lap yaxın idi, çünki belə təqibdə ən çətin iş ilk iki-üç gün ərzində, mustanqlar hələ yorulmamış onları gözdən itirməmək idi.

Bütün səhəri Co ilxını gözdən qaçırmır, demək olar ki, daim atların yaxınlığında olurdu. Saat ona yaxın isə Çarli onu Xoze dağının ətəyində əvəz etdi. Həmin gün mustanqlarla aralarındakı məsafə cəmi dörddəbir mil idi və atlar artıq əvvəlki kimi yüngül getmirdilər.

Axşam Çarli yenə atını dəyişib təqibi davam etdirdi.

Ertəsi gün mustanqlar artıq başlarını aşağı dikib gedirdilər və qara yorğanın bütün səylərinə baxmayaraq, təqibçilərlə aralarındakı məsafə bəzən yüz addımdan artıq olmurdu.

Dördüncü və beşinci gün də eyni qayda ilə keçdi. İlxı artıq yenə Antilop bulağına çatırdı. O zamana kimi hər şey elə nəzərdə tutulduğu qayda ilə davam edirdi: təqib böyük çevrə ətrafında davam edir, furqon isə çevrənin daxilində çox qısa yol gedirdi. Vəhşi ilxı bulağa yaxınlaşanda tamam əldən düşmüşdü, ovçular isə dincəlmişdilər, atları təzə idi.

Bütün gün ərzində, düz axşama kimi mustanqları suya yaxın buraxmadılar, heyvanlar Antilop bulağına çatanda isə doyunca içmək imkanı verdilər. Burada atları yulaf yeyən və güc yığan təcrübəli ovçular üçün belə uzun təqibin gözlənilən kulminasiyası gəlirdi. Çoxlu su içmiş atı tutmaq da, onu cidarlamaq da asandır.

O vaxta kimi hər şey gözəl gedirdi. Lakin qara ayğır sanki poladdan döyülmüşdü. Onun müntəzəm, incə addımları dəyişməmişdi və ovun ilk günündə olduğu kimi idi. O, daim ilxının böyrü ilə irəli-geri çapır, kişnərtisi ilə, öz nümunəsiylə atları qaçmağa həvəsləndirirdi. Lakin qüvvələr artıq tükənirdi. Ovçulara ilxını qaranlıqda tapmağa kömək olan açıqrəngli madyanı dəstə artıq bir neçə saat qabaq tərk etmişdi, onun artıq son nəfəsi idi. Qalan madyanlar, görünür, artıq süvarilərdən heç qorxmurdular da və aydın idi ki, onlar çox tezliklə Conun qənimətinə çevriləcəkdilər.

Bütün bu əziyyətlərin mənası saydıqları ayğır isə elə əvvəlki kimi əlçatmaz olaraq qalırdı.

Conun yoldaşları onun tez qızışan adam olduğunu yaxşı bilirdilər və əgər günlərin birində o, qəflətən qəzəblənib məğlubedilməz qara ayğırı güllə ilə vurmağa cəhd etsəydi, təəccüblənməzdilər. Lakin Co bu fikirdən tamam uzaq idi.

Bir həftə ərzində onu təqib edərkən bir dəfə də görməmişdi ki, qara ayğır dördnala çapsın. Conun içində heyranlıq vardı – yaxşı at sürən adamın belə qeyri-adi heyvan qarşısındakı heyranlığı və bu hiss durmadan artmaqda idi; o, indi ona güllə atmaqdansa, özünün ən yaxşı atını vurmağa hazır idi.

Yorğanın tutulması üçün təyin olunmuş mükafatı almağa heç dəyərdi? Co artıq tərəddüd keçirirdi. Məbləğ az deyildi, lakin bu atın özü də bütöv bir sərvət idi, çünki təzə, yorğa cinsin yaradıcısı ola bilərdi.

Amma başına mükafat təyin olunmuş at hələ də azad idi. Ovu sona çatdırmaq lazım idi.

Co özünün ən yaxşı atını yəhərlədi. Bu, damarlarında Şərq qanı axan, preriyada[1 - Preriya – Şimali Amerikada geniş çöl, düz] böyümüş bir madyan idi. Əlbəttə, əgər bu atın çox qəribə bir qeyri-adiliyi olmasaydı, Co heç vaxt belə gözəl heyvana sahiblənə bilməzdi. Buralarda loko adlı zəhərli bir ot bitirdi. Mal-qara həmin otu heç vaxt yemirdi, amma hər hansı bir heyvan təsadüfən onun dadına baxsa, mütləq hər yanda onu axtaracaqdı. Bu otun təsiri bir az morfinin təsirinə bənzəyirdi və onu yeməyə dadanmış at da iki ildən sonra quduzluqdan ölməliydi. Belə heyvana yerli əhali loko düşkünü deyirdi. Conun da ən yaxşı atı gözlərindəki vəhşi parıltı ilə fərqlənirdi və həmin bu parıltı məsələnin nə yerdə olduğunu anlamaq üçün bütün bilicilərə ipucu verirdi. Lakin bu at güclü, zirək heyvan idi və Co da ovun son mərhələsi üçün məhz onu seçmişdi.

Co atını irəli, ilxıya sarı çapdı. Kəməndini yerə atıb bir xeyli sürüdü ki, kəndir düzəlsin, sonra da onu sol əlinin ətrafına səliqə ilə halqa-halqa yığdı və bu günlər ərzində ilk dəfə atını mahmızlayıb birbaş ayğırın üstünə sürdü.

Dəli bir qovhaqov başlandı. Ürkmüş madyanlar yoldan çəkilərək müxtəlif səmtlərə qaçdı. Yaxşıca dincəlmiş at çöllüklə dördnala gedirdi, irəlidə isə aralarındakı məsafəni qısaltmağa imkan verməyən ayğır həmişəki kimi özünün məşhur yorğa yerişi ilə qaçır, qətiyyən çaşmırdı.

Bu, sadəcə, ağlasığmaz idi. Co öz atını həm qışqırıqları ilə, həm də mahmızlarla qovurdu. At lap quş kimi səkir, lakin ayğırla arasında olan məsafə bircə düym belə qısalmırdı.

Qara ayğır düzənliyi, ot basmış təpəni keçdi, marmotların hürüşdüyü qumsal çöldən ötdü. Co ondan əl çəkmirdi. İndi o, gözlərinə inana bilmirdi. Aralarındakı məsafə nəinki azalmamışdı, hətta elə bil bir az artmışdı da. Co taleyinə nifrinlər yağdırır, bədbəxt atını mahmızlayır, onun üstünə çığırırdı. Nəhayət, heyvanı lap dəli olmaq dərəcəsinə çatdırdı. Atın gözləri az qala hədəqəsindən çıxır, başı oyan-buyana yellənirdi, o artıq yerə baxmır, yolunu seçə bilmirdi və birdən qabaq ayağı porsuq yuvasına girdi. At yıxıldı və onunla bir yerdə süvari də yerə sərildi.

Co möhkəm əzilmişdi, amma yenə də ayağa qalxdı, çaşqın atını qaldırmağa da cəhd göstərdi. Yazıq ayağını sındırmışdı.

Co yüngülayaq heyvanın əzablarına revolverdən açılan atəşlə son qoyaraq yəhəri çiyninə alıb geriyə – düşərgəyə apardı. Yorğa isə öz qaçışını tamam gözdən itənə kimi davam etdirdi…

Amma bunu, hər halda, məğlubiyyət saymaq olmazdı, çünki artıq onların əlində madyanlar vardı. Çarli ilə birlikdə atları sahibinin ağılına apararaq ondan yaxşı mükafat istədi.

Amma bu, Coya azlıq edirdi. O, ayğıra yiyələnmək arzusu ilə alışıb-yanırdı, indi bu atın bütün məziyyətlərini görəndən sonra o nəsə təzə bir plan qurmağa çalışırdı.

4

Bu səfərdə aşpaz Bets idi – kimsənin ona yollamadığı məktub və pul dalınca müntəzəm olaraq gəldiyi poçt şöbəsində özünü təqdim etdiyi kimi desək, mister Tomas Bets. Kovboylar ona Hindquşu İzli Tom deyirdilər, çünki damğasında hindquşu izi çəkilmişdi. Bets hamını inandırmağa çalışırdı ki, şimaldakı nəhayətsiz düzənliklərdə otlayan saysız-hesabsız mal-qara sürüləri, at ilxıları yanbızlarında onun damğasını daşıyırlar.

Betsə bu ekspedisiyada şəriklik təklif edəndə o, kinayə ilə söyləmişdi ki, indi atların bir düjününə on iki dollar verirlər. Həqiqətən də, həmin il atın qiyməti yaman düşmüşdü deyə o, az da olsa, bəlli bir maaş almağa üstünlük vermişdi.

Lakin bu yorğa ayğırı bircə dəfə görmüş hər hansı bir şəxs ona biganə qala bilməzdi. Elə Hindquşu İzinin də başına bu gəldi. İndi artıq o özü də mustanqa yiyələnmək istəyirdi, amma bilmirdi ki, bunu necə etsin. Lakin bir dəfə damğası at nalı şəklində olduğundan daha çox Nal Bill ləqəbiylə tanınan Bill Smit adlı birisi ilə rastlaşdı. Çörəklə ət yeyərək üstündən də keyfiyyətsiz qəhvə içərkən Nal Bill dedi: