“Doqquz hekayə” kitabına daxil olan əsərləri Selincer “New York” jurnalının 1948-1953-cü illərdə çıxan nömrələrində çap etdirmişdi. Lakin bu hekayələrdən bəzilərinin yazılma tarixi müharibə dövrünə gedib çıxır. Mətnşünaslıq təhlili nəticəsində müəyyənləşdirilmişdir ki, gənc Selincerin II Dünya müharibəsi illərində çap etdirdiyi bir sıra hekayalər sonralar “Çovdarlıqda uçurumdan qoruyan” povestinin tərkib hissəsinə çevrilmişdir. Bütün bunlar Selincer fenomeninin artıq 40-cı illərin birinci yarısında formalaşmağa başladığını ehtimal etməyə əsas verir.
все жанры