banner banner banner
Uzaq sahillərdə
Uzaq sahillərdə
Оценить:
Рейтинг: 0

Полная версия:

Uzaq sahillərdə

скачать книгу бесплатно

– Niyə?

– Guya sənin qonağın ona az qala bir milyona qədər pul təklif edib. Deyirmiş ki, pulu alıb bizi 11-ci kvadrata aparsın. Qonaq planının pozulduğunu görəndə qaçmaq fikrinə düşüb. Bərk bir şeylə Karrantini vurub. O da qonağını öldürüb.

– Karranti yaralıdır?

– Hə, başından, yüngülcə… Məsələ ondadır ki, Ferrero «P» yoldaşdan almanların 11-ci kvadrata cəza diviziyası göndərəcəyi haqqında məlumat alıb.

– Deməli, Karranti doğru deyir?

– Belə çıxır ki, doğru deyir.

Sergey Nikolayeviç qalxıb getməyə hazırlaşdı.

– Daha gecdir, sabah əməliyyata gedəcəyik.

– Mən də sizinlə gedəcəyəm, – Mehdi qəti səslə bildirdi.

– Yox, sən dincəl.

– Mənə inanmırsınız, Sergey Nikolayeviç? – Mehdi gülümsündü. – Qorxursunuz, əməliyyatı korlayam!

– Sənə inanıram, Mehdi. Hamıdan çox sənə inanıram. Məhz ona görə də burada qalmalısan. Karranti də burada qalacaq. Başa düşürsən?

– Aydındır, Sergey Nikolayeviç, – Mehdi cavab verdi. – Demək, siz Karrantidən şübhələnirsiniz?

– Bəli, amerikalının başına gələn hadisənin arxasında nə gizləndiyini gərək aydınlaşdıraq.

– Karranti onun yanında nə üçün qaldığımı başa düşməzmi? Axı yaxşı bilir ki, böyük əməliyyatlara gedəndə məni həmişə özünüzlə aparırsınız.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)