Avropanın güneyində, Adriatik dənizinin sahilindəki Albaniya dövləti ilə Qafqaz Albaniyasını 1100 ilə yaxın bir tarix ayırır. Adları oxşar olan bu ölkələrdə insanlar soyca bir-birinə bağlı olmasalar da görünüşlərində, davranışlarında bir yaxınlıq var. Balkanlardakı bir çox ölkələrlə müqayisədə Albaniyanın Azərbaycanla iqtisadi, siyasi əlaqələri zəifdir. Buna baxmayaraq 20-ci yüzildə Azərbaycanda albanlar yaşamış və ölkənin ictimai-siyasi həyatında izlərini qoymuşlar. Kitaba yol qeydlərim, Azərbaycanda yaşamış Nafiə Abid (Tanur), Əhməd Bedi Triniç, İsmail Farka haqqında bəhs edən məruzə-məqalələr daxil edilib.
Скачать книгу Albaniya və Azərbaycandakı Albanlar в fb2, epub, txt (14 форматов) в нашем Интернет-магазине.
все жанры