Kənd mühitində böyümüş Kənan Bakı şəhərindəki universitetlərin birinə qəbul olur. Elə birinci kursda ikən Arzu adlı qrup yoldaşından xoşlanmağa başlayır. Arzuya sevgisini açmaq istəyən Kənan qrup yoldaşları ilə birgə film izləmək üçün sinemaya gedir. Orda gördüyü mənzərə ilə qıza olan hisslərini gizli saxlamağa məcbur qalır. Bu mənzərə ilə onun qəlbində Arzuya qarşı olan sevgisinin yerini nifrət hissi alır.
Kənan qarşılaşdığı hadisəni unutmaq üçün düşünülməmiş addımlar atır… dəyişik yollara girir. İkinci semestr zamanı danışıq klubunda Günay adlı bir qızla tanış olur. Onunla sevgi münasibətləri yaşayaraq Arzunu unutmağa çalışan Kənan qısa müddət də olsa xoşbəxt olmağı bacarır.
Və nəhayət, yaşadıqlarından sarsılmış qəhrəman məhv olmuş sandığı arzularına yetə bilir…
все жанры