скачать книгу бесплатно
Dərbənddən başlanan əzablı yol
Ağababa Rzayev
Milli ədəbiyyat #17
1823-cü il ilin iyul ayında Məhəmmədəli xristianlığı qəbul etdi və beləliklə, dönüb Aleksandr Kazımoviç oldu. Amma Məhəmmədəlinin qəlbində qaynayan burulğanlar susmaq bilmirdi… “Atamın Dərbənddə düşməni çoxdur, eşitsələr ki, onun oğlu kafir olub, Allaha dua edəcəklər”… – deyirdi. Kitab Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin şərəfli və çətinliklərlə dolu həyatından bəhs edir.
Ağababa Rzayev
Dərbənddən başlanan əzablı yol
3
Kazan və Peterburq universitetlərinin professoru, Peterburq universitetində Şərq fakültəsinin yaradıcısı və ilkdekanı, Şərq filologiya elmləri üzrə fəxri doktor, əməkdarprofessor, Azərbaycan dilinin ilk elmi qrammatikasınınmüəllifi Mirzə Kazımbəy həmçinin bir çox xarici ölkə
akademiyalarının və elmi cəmiyyətlərin ‒ LondondaBritaniya Kral Asiya Cəmiyyəti, Kopenhagen Kral ŞimalAntikvariyaları Cəmiyyəti, Parisdə Asiya Cəmiyyəti, Amerika Elmlər Akademiyası, Berlində Almaniya ŞərqşünaslıqCəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasınınmüxbir üzvü seçilmişdir.
Kitabda Mirzə Kazımbəyin Dərbənd, Həştərxan, Kazan,Peterburq şəhərlərindəki elmi fəaliyyətindən söhbət açılır,Azərbaycan alimlərinin Berlində, Parisdə, Londonda apardığı tədqiqatlardan danışılır. Həmçinin KazımbəyinL.İ.Toystoy, İ.Nekrasov, İ.Q.Çernışevski, A.Humbolt,P.İ.Melnikov (Andrey Peçerski), A.S.Puşkin, M.D.Topçubaşov, Şeyx Şamil və başqaları ilə görüşlərindən söhbətgedir.
4
5
Proloq
Böyük alim can üstəydi. Çarpayısının başında sevimli qızı Olqa ayaqlarına qədər uzanan qara libasda heykəl kimi durmuşdu. Mirzənin oğlu da buradaydı. Onun sərt üzündən, nüfuzedici baxışlarından ürəyin təlatümü oxunurdu. Çar-payının sol tərəfində Rusiya Maarif naziri ucaboy, enlikürək qraf Dmitri Tolstoy dayanmışdı.
O, gah xəstəyə, gah da xəstəyə doğru əyilmiş
qocaya heyrətli nəzərlərlə göz gəzdirirdi. Qoca məşhur həkim idi.
Peterburq universitetinin professoru, altmış
səkkiz yaşlı Mirzə Kazımbəy can verirdi. Ölümün ağırlığı altında yumulmuş gözlərini aça bil-6
mirdi, amma huşu özündə idi, ətrafdakı ehtiyatlı, həyəcanlı pıçıltıları belə eşidir, həkimlərin latınca dediklərini özlüyündə götür-qoy edir və
düşünürdü ki, həyat dedikləri bu iztirab də-nizindən insanı asanlıqla çıxmağa qoymayan nədir? Birdən xəstə gözlərini açdı və dumanlı ba-xışlarını dolandırıb qraf Tolstoyun üzündə saxladı. Hamı otağı tərk etdi. Qraf Mirzənin ya-tağına yaxınlaşıb oturdu, astaca xəstənin əlini əlinə aldı. Mirzə ağır-ağır nəfəs alırdı.
‒ Mən əminəm ki, siz sağalıb ayağa duracaqsınız, qabaqda sizi çox işlər gözləyir, ‒ deyə
qraf, nəhayət, sözə başladı.
Mirzənin üzündən xəfif bir kölgə keçdi.
‒ Başa düşürəm, qraf, amma ölüm ayağında kişiyə təskinlik verməzlər. Ölüm haqdı və haqq olduğu üçün qorxulu deyil… Əbədiyyətə gedən yollar iztirab dağlarından keçir… Və bir ömür əbədiyyətə qovuşursa… qorxulu deyil. Yaxşı olardı ki, yaxanı ölümün əlinə verməyəsən, amma…
‒ Yox, professor, sizi böyük işlər gözləyir.
Qraf bir məmur kütlüyü ilə dərk edə bilmirdi ki, ölən adama xoşbəxtlikdən, bəxtəvərlikdən dəm vurmaq olmaz.
7
‒ Yox, qraf, mən bir də qalxmayacağam…
Ölüm qorxulu deyil. Qorxulu olan nəsillərin məhkəməsidir. Gərək elə yaşayasan ki, gələcək nəsillər səni dar ağacına çəkməsin. Mən Rusiya imperiyası üçün az işlər görməmişəm…
‒ Siz ki, çox gözəl həyat sürmüsünüz, Aleksandr Kasimoviç, hər əsəriniz bir abidədir…
‒ Mən həmişə havayı keçən günlərimi dü-şünmüşəm, qraf… Həştərxandan Kazana getmək üçün səmərəsiz keçən illər… Peterburqa getmək üçün neçə-neçə nazirin icazəsi… Qabağıma kimlər çıxmayıb… Yermolov… Nesselrode…
Lanski… Qolitsin… Nə bilim, daha kimlər…
‒ Sizin gözəl yaddaşınız sübut edir ki, mütləq ayağa duracaqsınız. Ölümdən danışmaq qəba-hətdir, professor, ‒ deyə Dmitri Tolstoy söhbətin istiqamətini dəyişmək istədi.
‒ Yaddaşımdan heç vaxt şikayət etməmişəm, qraf… Məni narahat edən yarımçıq qalmış
işlərimdir… Peterburqda Mərkəzi Asiya institutunun layihəsi məsələsində siz də yaxanızı ələ vermədiz, qraf. İngilislər bütün Şərqi əllərinə
keçirdiyi bir zamanda, mənim Şərqi öyrənməkçün atmaq istədiyim kiçik bir addıma heç kim yaxın durmadı… Böyük Rusiya impe-riyasının 8
mənafeyi keşiyində duran xarici işlər nazirliyi, onun məmurları Senyavin, Demezon özlərini elə
apardılar ki, guya maarif nazirliyi onlar üçün ya Buxara əmirliyidir, ya da Kazan xanlığı… Nə siz, qraf, nə sizdən əvvəlki nazirlər bu işə yaxın durmadınız… Bir əsrdən sonra Şərq dünya siyasətinin bir nömrəli probleminə çevri-ləcək.
Biz yüz ildən sonra bugünkü kütbeyin mə-murların ucbatından bu siyasətdən kənar qala-cağıq.
Mirzə dərindən ağır-ağır nəfəs aldı, sözünün arxasını deməyə gücü çatmadı.
Qraf Dmitri Tolstoy xəstənin yanından çox məyus getdi… Amma bir şeyə ürəyində sevindi ki, onların söhbətini eşidən olmadı… Qraf nə biləydi ki, pərdənin arxasında göz yaşı tökən Mirzənin qızı Olqa bunları öz gündəliyinə yazacaqdı…
Gecəyarı xəstənin halı tamamilə dəyişdi. Qız-dırmasını ölçmək istədilər, qoymadı. O, artıq heç bir şey eşitmirdi ‒ nə bayırda qiyamət qoparan tufanı, nə otaqda ürək yandıran hıçqırıqları ‒ heç nəyi. “Bircə dəfə balalarımın üzünü görə bil-səydim” ‒ fikri bir də Mirzənin xəyalından keçdi.
Və birdən, onun üzündə təbəssüm göründü.
9
Qulağına anası Şərəfnisənin səsi gəldi… Yox, Mirzə səhv etmirdi, bu onun anasının səsiydi…
Səhv edə bilməzdi. Şərəfnisə oğluna laylay deyirdi: “Lay-lay dedim yatasan…” Şərəfnisənin səsi heç dəyişməmişdi, təravətliydi. Altmış illik ayrılıqdan sonra anası yenə də onun yanına gəlmişdi… Necə gəlmişdi? Dərbənd hara, Peterburq hara… Amma gəlmişdi. “Yəqin ki, anam köməyimə çatar” ‒ fikri Mirzənin ağlına gəldi.
Amma Şərəfnisə bu çox qəmli idi, layladan başqa oğluna bir kəlmə də söz demədi. Mirzə gücünü toplayıb anasına dedi ki, “yox, ana, layla demə, indi yatsam, bir də oyanmaram”. Sonra Şərəfnisə
oğlunun qolundan tutub qəmgin-qəmgin, ağır addımlarla harasa getdi. Məhəmmədəli də
anasının arxasınca yollandı, uşaq həvəsiylə… Onlar getdikcə yol daralır, hava qaralır, nəfəs təng-ləşirdi… Bir anlığa çox uzaqda tüstünün içiylə
gedən atası Hacı Qasımı gördü. O, boğuq səslə
Şərəfnisənin dalınca qışqırıb deyirdi: “Burax onun əlini, əl çək o kafirdən, o bizi bütün Dərbənddə biabır edib”. Sonra daha nə isə dedi, qa-tılaşan tüstünün içində yol oldu…
Dayan! Dayan! Bəs o çilçıraq nədir belə? Yoxsa, göydən qəlbimə işıq süzülür? O çay kimi axan 10
xəyal nədir? Hə… O ki, Gülnardır… Mənim nişanlım. Gözəllik ilahəsi Gülnar… O, üzünü yana çevirib Mirzəyə tərəf baxmadı, tüstünün içində yox olub getdi. Onun əlindən yerə düşmüş yaylığı Məhəmmədəli qaldırmaq istədi, gü-cü çatmadı…
Qəflətən Şərəfnisənin gözlərindən axan yaş
ulduza dönüb yerə tökülməyə başladı. Mirzə işıq selinə qərq oldu. Bu işıq selində Şərəfnisə gözdən itdi. Mirzə gözlərini açıb anasını axtardı… Başı üstündə durmuş oğlunu, ağlayan qızını gördü.
Nəzərləriylə başa saldı ki, ağlamasınlar.
Bu, Mirzə Məhəmmədəli Kazım bəyin dünyaya son vida baxışı idi.
11
Əlvida, Dərbənd
Uşaqlıq dünyasının bəxtiyarlığı arxada qalmışdı. Məhəmmədəli nə biləydi ki, anası Şərəfnisənin ölümündən başlayan qəm karvanı onu ömrünün sonuna qədər təqib edəcək… İndi isə
ömrünün on səkkizinci baharına qədəm qoyub və ömrünün on səkkizinci baharında uşaqlıq illərinin acılı-şirinli xatirələrini araşdırırdı.
Bayırda isə payız gecəsinin soyuq, şiddətli küləyi şəhəri ağzına alıb Dərbənd küçələrində
meydan sulayırdı. Məhəmmədəli şamın işığında başqa aləmə dalmışdı… Anası Şərəfnisə ona doğru gəlirdi… Onun üzündə həmişə qəmgin bir təbəssüm olardı, amma bu qəmgin təbəssüm o 12
qədər işıqlıydı ki, Məhəmmədəliyə qanad verirdi. Həzin səsində bir ümid, kədərli gözlərinin şirin baxışlarında dalğın bir həsrət… Hələ anasının laylaları…
Şərəfnisə öləndə Məhəmmədəlinin səkkiz yaşı vardı. Anasını dəfn edəndə atası Hacı Qasım icazə vermişdi ki, Məhəmmədəli də qəbiristanlığa getsin. Şərəfnisənin yerdən götürərkən verilən azan səsləri, mollaların oxuduqları “əl-rəhman”
indi də qulaqlarında səslənirdi. Bu oturduğu otaq, otağın səliqə-sahmanı, bu pərdələr, bu yor-ğan-döşək, bu palazlar, yerə salınmış, divardan asılmış xalçalar ona anasını xatırladırdı.
…Məhəmmədəli Qubadan Dərbəndə bu gün axşamüstü qayıtmışdı.
Müəllimi Əbdüləziz onu çox tərifləmiş, hətta məntiq dərslərini ona tapşırmışdı. Məhəmmədəlinin sonuncu dərsini dinləyən Əbdüləziz tələbəsinə demişdi: “Nə gözəl danışırsan! Səni dinlədikcə mənə elə gəlirdi ki, söz yox, dənizin dibinə baş vurub oradan mirvari çıxarırsan”.
Ondan bir gün qabaq da Molla Saleh Bilici Məhəmmədəlinin yazdığı “Ərəb qrammatikası üzərində təcrübələr”ini oxuyub ona parlaq bir gələcək vəd etmişdi. Müsəlman qanunlarından 13
dərs verən Şeyx Məhəmməd Bəhreyn isə Dərbənd məclisində Cümə namazından sonra Hacı Qasımı inandırmağa çalışmışdı ki, Məhəmmədəli bütün gələcəyini müsəlman qanunçuluğu ilə
bağlamalıdır.
Məhəmmədəli Quranın 28 surəsini, peyğəmbərlərin 30 min hədisini, Kərbəla faciəsi he-kayətlərini, neçə-neçə mərsiyəni əzbərdən bilir, onların məğzini açır, izah edir, müqayisələr aparır, yeri gəlmişkən öz münasibətini yazırdı. Əli oxuduğu kitabların, onları yazan alimlərin əsiri ola bilmirdi. O, tarixə öz ağlının, zəkasının gözüylə baxırdı.
Gecə səhərə kimi oxuduğu kitablar, əfsanələr, nağıllar yaddaşında ömürlük həkk olurdu. Onun yaddaşı da müəllimlər üçün bir sirr idi. Bir dəfə
gördüyünü heç vaxt gözlərindən qaçırmır, bir dəfə eşitdiyini qulağında ömürlük sırğaya çevi-rirdi…
Xaqaninin “Mədain xərabələri”, Nizaminin
“Sirlər xəzinəsi”, Füzulinin “Leyli və Məcnun”u, Firdovsinin “Şahnamə”si, Sədinin “Gülüstan”ı dilindən düşmürdü.
Bu dahilər dünyası və gündə 14-16 saat oxumaq onu elə yüksəklərə qaldırmışdı ki, o, ətraf-14
dakı mühit üçün bir sirr, bir müəmma ol-muşdu.
Görəsən, onu bu yüksəklərdə nə göz-ləyirdi?
Mədrəsədə bu gözəl, ucaboy, vüqarlı gənc bütün
müəllimlər
üçün
bir
müəmmaya
çevrilmişdi. Bu gənc… Aman Allah!.. Nə qədər ağıllı gözləri vardı. Səsi qətiyyətli idi. Bu, yalnız qüdrətli xarakterlərə məxsus bir qətiyyət idi.
…Məhəmmədəli atası ilə söhbət etmək ehtiyacı duydu. O, atasının otağının qapısını azca aralayıb baxdı.
Hacı Qasım bayaqdan pəncərə önündə dayanmışdı. Dərin düşüncələrə dalmışdı…
Dərbənd şeyxülislamı Dərbənd xalqının gözündə o qədər hörmət və ehtiram qazanmışdı ki, bu, rus generallarını narahat etməyə bilməzdi.
Hacı Qasım dünyanın min fitnə-fəsadlı oyununu görmüşdü və yaxın günlərdə fırtına qopacağı bəlli idi.
…Ata ilə oğulun söhbəti gecəyarıya kimi çəkdi. Hacı Qasım qəlbindəki narahatlığı büruzə
verməmək üçün yenə də Dərbəndin tarixindən söhbət açdı.
‒ Deyirlər, bu yerlərdə altun çağlar olub. Hər adamın, hər ailənin öz yeri, yurdu, öz heyvanı, öz daxması olub. Hamısı işlək olub. İnsanlar bir-15
birinə sevgi ilə baxarmış. Qəlblərində vicdan, damarlarında qəhrəmanlıq qanı… İndi isə damar-lardan çirkab axır. Amma çox sonralar əli qələmli adamlar gəldi. Əkin yerlərini çərək-çərək böldülər. Heyvanları hesaba, ağacları, meynələri qələmə aldılar. Az qala salxımları da saydılar, daxmaları ölçdülər, quyulardakı suları hesaba saldılar. Hamısını haqq-hesaba vurdular: dax-maya vergi bu qədər, hər mala, hər qoyuna bu qədər, su pulu bu qədər… Vergi yazana da ver.
Bu pullar getsin xəzinəyə, hökmdar da oğlan-larımızı yığıb aparsın qırğına, özünü, hərəm-lərini qorumaqçün qala divarları tikdirsin…
Zəkat ver, fitrə ver… Ramazanda ver, orucluq qurtaranda ver… Nəzir ver, sədəqə ver, xərac ver… Belədir, oğul, eşitdiyin ədalət belə yaranıb.
Mən bunların çoxunu kitabdan oxumuşam, çoxunu da özüm görmüşəm… Sən də oxu, çox oxu, amma gördüklərinə inan, kitablardakı hər yazıya inanma. Onlarda həqiqətdən uzaq şeylər də çoxdur… Oxu, sonra da çalış mümkün olanı gözünlə
görəsən… Oxu, ancaq öz vicdanının səsinə qulaq ver. Ehtiyac üzündən sənə uzanan əlləri boş qay-tarma. Çörəksizə çörək ver, xəstəyə dərman. Eh-16
tiyac ağır şeydir. Ehtiyac ən böyük qəhrəmanlara diz çökdürür, dahilərə baş əydirir.
Məhəmmədəli bu sözlərin sehrindən qopa bilmirdi, amma atasının baxışlarında nə isə vardı ki, oğul yerindən qalxdı. Yorğun və kədərli baxışları ilə atasını oxşayaraq: