скачать книгу бесплатно
‒ Bağışla, ata, bəs yalanlar bəzən niyə çox güclü olur? Yalanlar öz gücünü-qüdrətini hardan alır?
Hacı harasa, uzaqlara baxaraq danışırdı:
‒ Yox, oğlum, yalanlar bir dərya olsa da, bir damla həqiqətə güc gələ bilməz. Nə olursa-olsun, həqiqəti daşlama, həyatda düz həqiqətin gözünün içinə bax. Çünki həqiqətlə ədalət bir xə-mirdən yoğrulub. Onu da bil ki, ədalətli söz acı olur, amma o da dərman kimi şəfavericidir…
Ədalətli sözlə dərmanın bir fərqi var ki, dərman vücudu müalicə edir, ədalətli söz isə qəlbi, ruhu, vicdanı… Müalicə uzun sürə bilər, sən ümidini itirmə, səbirli ol, özünə güvən… İnsanlara güvən… İnsanlardan ümidini kəsmə. İnsan tab gə-tirməyən qüvvəyə nə dağlar, nə də qalalar tab gətirə bilər.
17
Hacı Qasım acı həqiqətlərlə cavan oğlunun qəlbini alt-üst etmək istəmirdi. Ona görə də söhbəti elə burdaca bitirmək istədi:
‒ Vaxtını çox aldım, oğul, ‒ deyə Hacı Qasım oğlunun başını sığalladı, ‒ gecdir, gecə yarıdan keçib.
‒ Yox, ata, mən səninlə fəxr edirəm.
‒ Mən istərdim ki, səninlə fəxr edəm. Bir adama deyəndə ki, kimsə səndən ağıllıdır, acığı gələr, amma ataya desən ki, oğlun səndən ağıllıdır ‒ sevinər… Bugünlük kifayətdir. Vaxt gedir. O, qızıla bərabərdir… Amma bunların bir fərqi var: qızılı yığıb saxlamaq olur, vaxtı isə sax-lamağa heç kimin hünəri çatmır… At deyil ki, yəhərləyib saxlayasan… Hər günün bir quşdur, əlindən buraxdın, geri qayıtmaz. Keçən gecə mən sənə Dədə Qorquddan bir boy söylədim. Qış gecələri uzun olur, insan ömrü isə qısa…
Məhəmmədəli yataq otağına keçdi. Gözlərinə
yuxu getmirdi. Atasının dediklərini çox götür-qoy elədi…
Gecə yarıdan çoxdan keçmişdi.
Vıyıldayan külək aramsız olaraq evin pən-cərəsini döyəcləyirdi. Atasının gərginliyi (bunu nurani çöhrəsindəki müdrik təbəssümlü gizlətsə
18
də) oğlunun qəlbini didirdi. “Görəsən, nə olub?”
‒ deyə Məhəmməd yatağında qovrulur. Elə bu vaxt uzaqdan at ayağının tappıltısı eşidildi. Səs get-gedə yaxınlaşdı və nəhayət, qalın, taxta darvazanın yanında kəsildi. Məhəmmədəli yerindən sıçradı. Pəncərəyə tərəf atıldı. Bayırda göz gözü görmürdü. Elə bu zaman darvazanı bərk-bərk döyməyə başladılar. Kiminsə amiranə, hökmlü səsi qapının açılmasını tələb edirdi.
Cümə
namazından
yorğun
gəlmiş
və
bayaqdan oğlu ilə dünyanın gəlişindən-ge-dişindən söhbət açan Hacı Qasım yerindən qalxdı, geyinib-kecindi. Bayıra atılmaq istəyən oğlunun qabağını kəsib, əli tüfəngli əsgərlər həyətə
doluşdu. Qısa sorğu-sualdan məlum oldu ki, quldur kimi gecə xalqın evinə soxulan əsgərlər imperator həzrətləri adından Hacını həbs etməyə
gəliblər. Hacının sifətini nurani bir təbəssüm bürüdü.
‒ Gündüz qəlbimə çökən narahatlıq bu imiş.
Bütün haqsız və alçaq işlər gecənin qaranlığında görülərmiş.
Məhəmmədəli dəstənin dalınca yola düşdü.
Dəstə qalaya tərəf yol aldı. Narınqalanın önündə xeyli adam toplanmışdı. Əsgərlər adam-19
ları yara-yara Hacı Qasımı Narınqala qapısından içəri saldılar.
Məhəmmədəlinin ürəyi partlayırdı, amma bu fəryaddan kim xəbər tuta bilərdi, kim ona həmdəm ola bilərdi. Nə biləsən… “Gecənin xeyrindən səhərin şəri yaxşıdır”, ‒ deyə Məhəmmədəli kor-peşman evə qayıtdı.
Gecə həbsə alınmış Hacı Qasımın və onun on dörd nəfər yoldaşının məhkəməsi səhər, Qalanın divanxanasında başlandı.
Məhkəmə rus dilində aparılırdı. Hakimlərin hamısı hərbi paltardaydı. Nə Hacı Qasım, nə
Məhəmmədəli, nə də divanxanada ayaq üstə dayanmış camaat rus dilini bilirdi. Hakimlər öz-ləriylə üz-gözündən kütlük tökülən bir tərcüməçi də gətirmişdilər və Allah da bu başa-bəla tər-cüməçinin dediklərindən bir şey anlaya bilməzdi.
Hakim Yermalovun əmri ilə Dərbəndə gəlmiş
komissiyanın tərtib etdiyi sənədləri oxudu. Komissiyanın başçısı artilleriya podpolkovniki Mi-şenko yazırdı ki, Hacı Qasımın keçmiş Dərbənd xanı Şıxəlibəylə əlaqəsi var.
Hacı Qasımı İranın xeyrinə, Rusiya imperiyasının əleyhinə apardığı fəaliyyətdə təqsir-20
ləndirdilər. Hacı Qasım özünü “öldürdü”, əlin-dəki Qurana əl basıb and içirdi ki, bu yalandır, ağ yalan! Özü də, nəsli də Rusiya dövlətinin tərəfində olublar, can qoyublar, rusların Dərbənddə və Azərbaycanda hökmran mövqeləri üçün canlarını əsirgəməyiblər. Hacı Qasımın fər-yadlarına məhəl qoyan olmadı.
Məhkəmə çox tez qurtardı. Hacı Qasımın və
on dörd yoldaşının sürgün edilməsi barədə hökmü oxudular. Bütün əmlakı da müsadirə edilmişdi.
Divanxanadan Hacını həbsxanaya apar-madılar. Hacı Qasım Dərbənd camaatının gözü idi və rus despotizmi xalqın gözündə əziz olanları sürgünə də hörmətlə yola salırdı. Bu, rus imperiyasının Qafqaz xalqları qarşısında duyduğu qorxu və vahimə idi.
Hacı Qasımı yoldaşlarından ayırıb Narın-qalanın qapısından dənizə tərəf apardılar.
Camaat Dübarə küçəsi ilə axın-axın dəniz sahilinə tərəf üz tutdu. Hacı Qasımı Həştərxana aparmaq üçün göndərilmiş hərbi gəmi sahildə
gözləyirdi.
Əsgərlər Hacı Qasıma bircə Məhəmmədəli ilə
görüşməyə icazə verdilər. Ata-oğul bir-birinə sa-21
rıldı. Qəhərləndiklərindən danışa bilmirdilər.
Hacı Qasım bircə onu deyə bildi: ‒ “Özünü qoru.
Sən böyük bir nəslin son yadigarısan”.
Bəli, Məhəmmədəli tək idi və böyük bir nəslin son yadigarı idi.
Babası Hacı Məhəmməd xan çoxdan ölmüş, əmisi İsmayıl bəy vətəndən uzaqlarda, yad ölkələrdə itkin düşmüşdü. Nə ölüsündən xəbər verən vardı, nə dirisindən. O biri əmisi İbrahim bəy Dağıstan dağlarına çəkilmişdi. Elə bil, dağlarda qeyb olmuşdu. Kiçik əmisi Məhəmməd Cəfər bəyi isə tayfalar arasında gedən vuruşmalarda öldürmüşdülər. Fətəli xan sağ olsaydı, belə olmazdı. Əmiləri Fətəli xanın nazirləri olub, onun bütün fikirlərinə şərik çıxıblar. Rusiya dövlətinə sədaqət göstəriblər, qüdrətinə arxalanıblar.
Bəs bu məhkəmə nədir? Atası da ruslara bel bağlayıb. Ona deyirdi ki, Rusiya bizə əmin-amanlıq gətirib, o xalqımızı dağılmaqdan qoruyacaq. Bəs bu məhkəmə nədir? Bu nə rəzalətdir? Bu nə
zülmdür? Bu nə ədalətdir?! Bu nə müsibətdir!
Məhəmmədəli gəmi gözdən itənə kimi sahildə
dayandı. Yoldaşları aralı, atların yanında onu gözləyirdilər. Məhəmmədəli sahildən uzaqlarda duman içində görünən Dərbənd qalasına baxdı.
22
Nələri, kimləri görməmisən, möhtəşəm qala! Nələrə sinə gərməmisən, nələr eşitməmisən, möhtəşəm qala divarları! Bu nəhəng qapılar dost üzünə açılıb, düşmən üzünə bağlanıb. Bu dağlarda insanların qanı sel kimi axıb, torpaqlar göz ya-şıyla suvarılıb.
Məhəmmədəli doğma şəhərinin tarixini yaxşı bilirdi, o bu tarixə bağlı idi. Çox sonralar “Dərbəndnamə” kitabını çap edərkən yazacaq ki:
“Dərbəndnamə” mənim öz vətənimə olan münasibətin sübutudur və mənim bu vətənə
olan hislərimin təcəssümüdür… Yaxşı yadım-dadır, mənim on dörd yaşım olanda qış
axşamları yaşıdlarımla yığışıb qədim əlyazmaları oxuyuruq, atalarımızın, babalarımızın əfsa-nələrdəki,
dastanlardakı
qəhrəmanlıqlarına
həsəd aparırdıq”.
Məhəmmədəli Xəzərin coşğun dalğaları arasında itib-batan gəmini axtarırdı. Amma gəmi, elə bil, dalğaların qəzəbində qərq olmuşdu.
Gənc coşğun sularda itib-batan son ümidini, arxasını ‒ atasını görməyib yenə doğma şəhərin qaranlıq tarixlərinə daldı. Ona elə gəlirdi ki, Xəzər nə qədər qədimdirsə, Dərbəndin də bir o qədər tarixi var, ikisi də bir yaranıb, əkiz do-23
ğulublar… Oxuduqlarından, eşitdiklərindən on-da elə bir təsəvvür yaranmışdı ki, sanki dünyada Dərbənd qədər saysız-hesabsız hücumlara məruz qalan ikinci bir şəhər olmayıb. Viranələri fəryad qoparan, yana-yana külün içindən qalxıb yenidən şöhrətlənən başqa bir şəhər yoxdur. Neçə-neçə nəhənglərə sinə gərmiş, Romanın, Par-fiyanın dəhşətlərindən qorxmamış, İranın, Vizan-tiyanın mühasirələrini dağıtmış, ərəb xilafətinin, Səlcuq dövlətinin, Qızıl Ordanın, Səfəvilərin, Türkiyənin ona qarşı apardıqları müharibələrdə
sarsılmamış bu möhtəşəm şəhərə o bütün varlığı ilə bağlı idi… Bu məğrur şəhər Ərəb xəlifələrinin ən görkəmli sərkərdələri Müslümə və Mervanın, Səlcuq sərkərdələri Say-Teqinin və Pağmanın, Çingiz xanın cəngavərləri Subudayın və Cəbinin, möhtəşəm Teymurun, Qızıl Orda hakimi Toxtamışın, Türkiyə Sultanlarının, İran hakimi Nadir şahın qılıncları qarşısında baş əy-məmişdi… Dünyanın ən görkəmli alimləri, şairləri ‒ Heredot, Strabon, Pliniy, Sekund, Qay Sve-toniy, Ptolomey, Kassiy, Dion, Tasit Dərbəndi vəsf etmişlər. Böyük Nizami “İsgəndərnamə”də
bu möhtəşəm şəhərin qəhrəmanlığını nəzmə çək-mişdir. Məhəmmədəli yaxşı bilirdi ki, onun doğ-24
ma şəhəri neçə-neçə nəsillərin yaranmasının, məhv olmasının şahidi olmuşdur.
İndi onun da ailəsi ağır bir müsibətə düçar olmuşdu.
Hacı Qasım sonralar, Həştərxanda sürgündə
olanda yanına gəlmiş oğluna hamısını nəql edəcək, başında oynaşan qara buludların sirrini aça-caqdı. Hacı Qasım Dərbənddə hakimiyyəti ələ
almaq üçün gecən çəkişmələrdən çox yaxşı xəbərdar idi. O, yaxşı bilirdi ki, onu sürgünə məhkum edənlərdən biri Lütərəlibəy idi. Lütərəli bəy Yermolov üçün casusluq edir, buna görə də yaxşı pul alır. Madam ki, casus var, deməli, cinayətkar da olmalıdır. Yermolov Tiflisdən Quba ma-halının rəisi general Vredaya göstəriş vermişdi ki, Lütərəli bəyi yaxşı qorusun, elə qorusun ki, müsəlmanlar onu öldürməsinlər, çünki müsəlmanlar arasında casus tapmaq çox çətindir. Bu məhkəmə oyunu da Lütərəli bəyin işidi, Hacı Qasımdan Yermolova yalan məlumatları da o yazmışdı, Hacı Qasımı Rusiyanın düşməni kimi qələmə verən də o idi. Çünki Dərbənd camaatı Şeyxülislamı çox sevirdi, onun dedikləri bir qanun idi. Hər yerdə, hər zaman yalnız həqiqəti söylər, dilinə yalan söz gətirməzdi. Hacı Qasım 25
deyəndə ki, ruslar Azərbaycana əmin-amanlıq gətirəcək, camaat buna inanırdı. Deyəndə ki, Ağa Məhəmməd şah isə xalqımızı dəhşətə, aclığa, zülmə məhkum edir, camaatın qəlbində İran şah-larına qarşı qəzəb tufanı qoparırdı.
Siyasət aləmində bu cür şəxslərin yüksəklərə
qalxması və xalq arasında hörmət kəsb etməsi təhlükə doğurmaya bilməz. Bu, xainlərin düşün-cəsi idi və Şeyxülislamı böhtan çirkabına atıb aradan götürmək lazım idi.
Sonralar, Həştərxanda sürgündə olarkən Hacı Qasım bu xəyanətin kökünü oğluna anladacaqdı.
…1759-cu ildə Fətəli xan Dərbənd xanlığını Quba xanlığı ilə birləşdirdi. Bu birləşmə könüllü deyil, silah gücünə başa gəlmişdi. Bu vuruşmalarda Qaraqaytaq hakimi, Fətəli xanın qaynı Əmir Həmzə onun müttəfiqi olmuş, ona kömək etmişdi.
Sonralar Fətəli xanla Əmir Həmzənin arası pozuldu. Əmir Həmzə Fətəli xana qarşı Azərbaycan və Dağıstan bəylərinin ittifaqını təşkil etdi. 1774-cü ilin iyul ayında Xudat yaxınlığındakı Gavduşan düzündəki döyüşlərdə Əmir Həmzə Fətəli xana qalib gəldi. Rusiya imperiyasının Şərq siyasətində Azərbaycanın işğalı ən 26
mühüm nöqtələrdən biri idi. Gələcəkdə Azərbaycanda öz mövqelərini möhkəmləndirmək üçün ruslar, Fətəli xanın köməyinə can atdılar.
1775-ci ildə qardaş qırğınları nəticəsində zəfər çələngi yenə Fətəli xanın başında parladı.
Amma Fətəli xan qalibiyyət çələngini başında çox saxlaya bilmədi.
Hər addımbaşı dəhşət, xəyanət, fitnəkarlıq…
Əmir Həmzə Dərbəndi Qubadan ayırıb özünə
tabe etmək istədi… Bu zaman Fətəli xan Salyanda idi, şəhərin hakimiyyəti arvadı Tuti Bikənin əlində idi. Bundan istifadə edən Əmir Həmzə
fitnəyə əl atdı, bacısı Tuti Bikəyə xəbər göndərdi ki, Gavduşan düzündəki vuruşmalarda Fətəli xan həlak olub… Bir tabut düzəltdirib, qo-şunlarıyla Dərbəndin qapılarına yaxınlaşdı. Tuti Bikə qardaşının hiyləsini başa düşdü, özü Qala qapısından bayıra çıxdı, öz doğma qardaşının qoşunlarına atəş açmaq əmrini verdi…
Bu cəsur qadın Dərbəndi xilas etdi…
Amma Fətəli xanın oğlu Şıxəli xan hakimiyyət başına gələndə fəlakət dumanları Dərbəndin başından çəkilməlidi. Bu həmin Şıxəli xandır ki, Ağa Məhəmməd şahla əlaqə saxlayır, ona qiymətli hədiyyələr göndərir, Dərbəndin qapı-27
larıı onun üzünə açmağa hazır olduğunu bildirirdi. 1796-cı ildə rus qoşunları Dərbəndə
ya-xınlaşanda o, Ağa Məhəmməd şaha xəbər göndərib ondan kömək istəmişdi…
Amma ruslar şəhəri işğal edəndə Şıxəli qılıncı boynundan asılmış vəziyyətdə qraf Zubovun qabağında başını əyib dayanmışdı. Xanın yaxın adamlarından Qədir bəy qrafa yalvarmışdı ki, Şıxəli xanla işi olmasın, onu öldürməsin, cavandır… Vuruşmalarda həlak olmuş minlərlə cavanın qanı isə heç kimin yadına düşmədi…
Fətəli xanın qızı Pəricə xanım qraf Zubovun yanına gəlib qardaşını ölümdən qurtardı…
Fətəli xanın ruslara sədaqəti öz rolunu oynadı və qraf Zubov şöhrət və hökmranlıq çələngini Pəricə xanıma bəxş etdi. Şıxəli xan isə
keşikçilərin sayıqsızlığından istifadə edib həbs-dən qaçdı. Qraf Zubova xəbər göndərdi ki, bacısını xanlıqdan götürüb, Şıxəli xanın xanlığını təsdiq etsin…
Qraf Zubov onun tələbini rədd etdi… Rədd cavabını alan Şıxəli xan qoşun düzəldib rusların əleyhinə hücumlar təşkil etdi. Hakimiyyət üstündə gedən vuruşmalarda min-min cavanın qanı Dərbənd qapılarında töküldü…
28
Dərbəndin başına gələn sonrakı hadisələr gözlənilməz oldu. 1796-cı ildə II Yekaterina öldü, yeni imperator I Pavel rus qoşunlarını Dərbənddən geri çağırdı… Şıxəli xan yenidən hərəkətə gəldi, 1799-cu ildə yenidən ruslardan xahiş etdi ki, onun xanlığını təsdiq etsinlər. 1803-cü ildə o, Dərbəndə sahib oldu. Bu həmin Şıxəli xandır ki, indi mən onun bəlasına düçar olmuşam.
Şıxəli xan çox ədalətsiz, çox kobud adamdı.
Nə edəsən, insan daş deyil ki, yonub düzəldəsən.
Bəzən daşı da yonub qurtarana yaxın bir də görürsən bir parçası qopub düşdü. Deməli, daşın özü qəlp imiş. Amma yonmaq lazımdır. Necə