Читать книгу Yağışlar şәhәrinin kitabxanası vә digәr hekayәlәr / Библиотека города дождей и другие рассказы ( Сборник) онлайн бесплатно на Bookz
Yağışlar şәhәrinin kitabxanası vә digәr hekayәlәr / Библиотека города дождей и другие рассказы
Yağışlar şәhәrinin kitabxanası vә digәr hekayәlәr / Библиотека города дождей и другие рассказы
Оценить:

3

Полная версия:

Yağışlar şәhәrinin kitabxanası vә digәr hekayәlәr / Библиотека города дождей и другие рассказы

Yağışlar şәhәrinin kitabxanası vә digәr hekayәlәr. Tәrtibatçı Şahnaz Kamalova

Библиотека города дождей и другие рассказы. Составитель Шахназ Камалова

Книга для чтения на азербайджанском и русском языках

© Камалова Ш., сост., 2026

© Каро, 2026

* * *

Tәrtibçinin ön sözü / Предисловие

С большинством переводчиков, тексты которых опубликованы в этом сборнике, я познакомилась, когда они учились на четвёртом курсе, были студентами кафедры тюркской филологии Восточного факультета Санкт-Петербургского государственного университета (СПбГУ). Благодаря усилиям и высокому профессионализму преподавателей кафедры эти студенты уже владели турецким языком на достаточно высоком уровне и были знакомы с турецкой литературой. Полученные знания помогли им в освоении азербайджанского языка. Как известно, турецкий и азербайджанский языки относятся к огузской ветви тюркской языковой группы, – это очевидная причина, по которой их нередко изучают вместе. В то время я преподавала на кафедре азербайджанский язык.

Удостоверившись, что им хватит знаний, лингвистических навыков и общего кругозора, я решила познакомить студентов с образцами новейшей азербайджанской литературы, а также на практике изучить грамматические и лексические различия между азербайджанским и турецким языками. Схватывая всё налету, залпом выучив наизусть несколько стихотворений, студенты скоро могли блеснуть знанием азербайджанской поэзии и приступили к чтению прозы. В процессе совместного чтения рассказов у меня возникла идея: почему бы им не перевести короткую прозу современных азербайджанских авторов самостоятельно? Будущие переводчики с радостью согласились.

Мы вместе разбирали переведенные произведения, проводили семинары, обменивались мнениями. В ходе чтения особое внимание уделяли тонкостям и приемам художественного перевода.

Когда я убедилась, что переводы выполнены добротно, родилась новая идея – издать эти тексты. Таким образом мы, с одной стороны, познакомили бы русскоязычного читателя с новейшей азербайджанской литературой, а с другой – у тех, кто изучает азербайджанский язык, появилась бы возможность изучить актуальную лексику и грамматику азербайджанского языка, сравнив текст на двух языках. Учитывая, что подобных книг на азербайджанском языке на российском рынке крайне мало, мы решили, что наша инициатива окажется удачной и востребованной.

Студенты согласились и продолжили работу с еще большим энтузиазмом.

К этому проекту, начатому вместе со студентами-бакалаврами, я захотела привлечь и моих бывших студентов – Валерию Колотову и Альфреда Шульца, специализирующихся в области изучения истории Азербайджана и продолжающих обучение в магистратуре по направлению «Азербайджановедение». Они также с готовностью приняли моё предложение, и каждый из них перевёл по одному рассказу.

Что касается выбора рассказов – мы обратились исключительно к новейшей азербайджанской литературе. Принимая во внимание, что переводчики – молодые студенты, я уверена что и им, и читателям будет интересно узнать как пишут молодые авторы в современном Азербайджане.

В процессе отбора мы также следили за тем, чтобы рассказы относились к разным жанрам. На страницах этой книги вы встретите образцы как реализма, так и постмодернизма. Написанные в разном духе и стиле, эти рассказы помогут вам сформировать определённое представление об обобщённом облике современной азербайджанской литературы.

Мы не ставили перед собой задачи собрать исчерпывающую антологию – подобная задача потребовала бы значительно больших усилий и иного методологического подхода. Наша цель скромнее и вместе с тем не менее существенна: предложить читателю достаточно репрезентативную выборку текстов, позволяющую составить первое представление о богатстве и разнообразии современной азербайджанской прозы, её проблематике, стилистических поисках и художественных достижениях.

Хочется надеяться, что эта книга послужит не только введением в современную азербайджанскую литературу для тех, кто с ней незнаком, но и станет поводом для более широкой дискуссии – о путях национальных литератур в совеременном мире, о природе культурной памяти, о том, что значит писать и читать сегодня.

Выражаю глубокую благодарность преподавательскому составу кафедры тюркской филологии СПбГУ под руководством Н. Н. Телицина – людям, чей непосредственный труд воплотился в этой книге! Благодаря полученным от профессионалов знаниям студенты, освоившие турецкий язык на высоком уровне, смогли в короткие сроки овладеть тонкостями азербайджанского языка.

Сердечная благодарность издательству «КАРО» за поддержку нашей идеи! В то время, когда интерес русскоязычных читателей к азербайджанскому языку и культуре возрастает, наша книга станет своеобразным компасом для тех, кто только открывает для себя пространство азербайджанской литературы.

К.ф.н. Камалова Шахназ

Sevinc Nuruqızı. Telefon köşkündәki pişik

Bu telefon köşkü çox köhnәydi… Rәngi bozarmışdı. Qapısı güclә örtülürdü. Telefon dәstәyi dә yerindә deyildi… Sallanmışdı. Köşk gecәlәr sәhәrәdәk kimisә gözlәyirdi. Amma neçә vaxt idi ki, qapısını açan, içәri girib onun sallanan dәstәyini qaldırıb yerinә qoyan, içinә qәpik salıb, hәyәcanla nömrә yığan bir kimsә yox idi.

Gecә külәk әsәndә aşağı sallanan dәstәyi o tәrәf, bu tәrәfә yellәnir, әtrafa sәs salırdı. Külәk kәsәndә isә sakitlәşir vә günlәrlә yerindәn tәrpәnmirdi…

Gecәlәr sәmada ulduzlar parıldayanda köhnә köşk yadına keçәn günlәri salırdı… Bir vaxtlar o tәptәzә idi. Hündür, yaraşıqlı. Qırmızı rәngdә… Parıltılı. Qapısı bir dәqiqә bağlı qalmazdi. İçinә o qәdәr insan girib-çıxırdı ki. Hәtta bәzәn növbә gözlәyәnlәr dә olurdu. Kimsә içәri girir, әvvәlcә dәliyә qәpik qoyur, sonra rәqәmlәrin üstündәki dairәni fırladır vә «çıqq» – qәpik düşürdü. Hәr qәpik düşәndә köşk sevinirdi. Demәli, nömrәsi yığılan ünvandan cavab gәldi.

– Alo, alo, tәcili tibbi yardımdır?! Tez gәlin, xahiş edirәm…

Dut-dut-dut…

– Alo, salam Leyla, mәnәm,әsmәr. Sәn bügünkü mәsәlәni hәll edә bilmisәn? Mәndә cavabı alınmır…

– Alo, bizim binanın işığı yanmır…

– Alo, yanğınsöndürәndir? Tez olun… Özünüzü çatdırın. Qonşu evdә yanğın var….

Köşk etdiyi xeyirxahlıqları düşünәndә hәmişә gülümsәyirdi… Bilirsiniz, onun telefon cihazı nә qәdәr insanların hәyatını xilas etmişdi?! Tәcili yardım, yanğınsöndürәn, polis çağıran, dostu, tanışı ilә söhbәtlәşәn, xәbәr alan, xәbәr verәn…

İnsanlar hәr dәfә onun yanından keçәndә minnәtdarlıqla gülümsәyir vә deyirdilәr: «Sağ ol, sevimli telefon köşkü».

Sonra illәr keçdi. Bütün mәnzillәrә telefon xәtti çәkildi. İndi insanlar çox gec-gec onun qapısını açırdılar. Yol keçәndә tәcili hara isә zәng etmәk istәyәn kimsә gәlir, zәng edir vә gedirdi… Daha növbәyә duranlar da yox idi…

Getdikcә gec-gec gәlәnlәr heç gәlmәdi. Çünki daha çevik bir әlaqә cihazı – mobil telefon ixtira edilmişdi. Mobil telefonlar… İndi insanlar telefonu ciblәrindә daşıyırdılar… Tәcili zәng üçün nә köşkә girirdilәr, nә evә gedirdilәr. Çünki telefonlar onlarla birlikdә işә, mağazaya, parka gedirdi. Sonra kompüter, internet, onlayn yazışmalar…

Artıq bәzi yerlәrdә yeni, daha müasir küçә telefon cihazları quraşdırılmışdı.

Vә günlәrin bir günü insanlar gәldi. Zәng etmәyә yox… Köşkü çıxardıb aparmağa. Qaldırıcı kranla onu yerindәn götürüb şәhәrdәn çox uzağa, dәmir parçaları, köhnә avtomobil, tramvay vә traktorlar, lazımsız soyuducu vә televizorlar atılan yerә qoydular. Necә qoydularsa, o, müvazinәtini saxlaya bilmәdi vә böyrü üstә yerә yıxıldı vә belәcә qaldı.

İllәr keçdi. Onun üstünә gecәlәr yağışlar yağdı. Sәhәrlәr Günәş çıxıb qurutdu. Qar әlәndi. Bәzәn o qәdәr qar yağdı ki, telefon köşkü günlәrlә әtrafa baxa bilmәdi. Yalnız bir rәng gördü – ağ rәng…

Bu gün dә qar yağırdı. Sәhәr açılandan başlamışdı. Ulduz-ulduz qar dәnәlәri onun şüşәsinә qonur, işıldayır, sayrışırdı. Telefon köşkü hәr yeni qar dәnәsinә gülümsәyir vә deyrdi: «Gәldin?! Sәn nә gözәlsәn… Tam fәrqlisәn..»

Qar dәnәlәri sevinclә uçuşur vә bir-birini qova-qova onun üstünә әlәnirdi..

– Myao… Myaooo…

Köhnә telefon köşkü hәyәcanlandı. Sәs yaxından gәlirdi.

– Myaooooooo…

«Pişik sәsidir. Bu soyuqda… Şaxtada». Telefon köşkü titrәdi. Üstündәki qar dәnәlәri әtrafa sәpәlәndi.

O, diqqәtlә baxdı. Ağ qarın üstündә iki parıldayan göz görünürdü. Başqa heç nә.

Amma miyoltu kәsilmirdi.

– Myaooooo…

Köşk bir dә baxdı. Bir dә… Vә gördü. Agappaq, qar rәngindә pişik balası idi. Soyuqdan titrәyirdi. Başını ora-bura gәzdirir, girmәyә yer axtarırdı…

«Necә balacadır. Bayırda qalsa, sәhәrә qәdәr donacaq. Mәn ona kömәk etmәliyәm. Kömәk… Mütlәq!»

İllәrdir asılıb qalmış telefon dәstәyi yellәndi. Köşk cırıldadı. Pişik sәksәndi. Amma qaçmağa gücü çatmadı. Telefon köşkü bir dә tәrpәndi. Bir dә cırıldadı. Vә o istәdiyini etdi. Qapısı azca aralandı. Pişik başını ona sürtdü. Bir dә, bir dә… Vә aralı qapıdan içәri girdi. Minnәtdarlıqla gülümsәdi. Ağzını geniş açıb lәzzәtlә әsnәdi. Çәhrayı burnunu qırışdırdı. İllәr öncә köşkdә unudulmuş bir uşaq yun köynәyinin içinә girdi. Ağ yumaq kimi büküldü. Az sonra bala pişiyin mışıltıtısı köşkü başına götürdü…

Köhnә telefon köşkü elә xoşbәxt idi ki… O, kiminsә kömәyinә çata bilmişdi…

Nәrmin Kamal. Әylәncә

Elә elәyin ki, sabah dividi tapa bilim. Xahiş elәyirәm, әlinizdәn gәlәni elәyin! Bir dә heç nә istәmәrәm, söz verirәm, tәki indi xilas elәyin mәni. Әgәr sabah hansısa dükanda o divididәn tapa bilәcәyәmsә, onda mәnә nә isә bir işarә verin…

O gecә üzümü sәmaya tutub belә sözlәr dedim. İstәyimi deyәndәn sonra göz-qulağımı gәrib nәhәng kәhkәşanı dinşәdim. Gözlәdim bәlkә bu aydın gecә sәmasında bir ulduz axa, bәlkә xәfif nәfәs kimi tәkcә mәnim hiss edәcәyim bir sәs, bir tәrpәniş ola… Heç bir işarә yox idi. Düzdü, ulduzlar say-say sayrışırdı, ancaq ki, o sayılmır. Çünki mәnim sözlәrimdәn әvvәl dә sayrışırdılar. Qollarım süstlәşdi, qayıdıb girdim evә.

Sәhәr sübhdәn qapını astaca örtüb şәhәrә çıxdım. Ardımca anam ağ saçlı başını qapıdan çıxarıb hirslә «Dividi!» qışqırdı.

Günortaya qәdәr bütün mağazaları әlәk-vәlәk elәdim, hәr yanı gәzib dolaşdım. Hamısı eyni sözü deyirdi: «Yoxdur». Arada birini tapdım, amma o, qara rәngdәydi.

Şәhәrdәn ümidimi üzüb şәhәrlәrarası qatara mindim, bizim şәhәrlә qonşu şәhәrin arasında tәzә salınan Çin bazarına yola düşdüm. Yanımda anam yaşlarında bir qadın gәlib oturdu. Bir anlıq istәdim başımı ona söykәyim, o da sakit durmasın, mәni bağrına bassın. Amma hakimin sözlәrini yada salıb özümü yığışdırdım.

* * *

Söz vaxtına çәkәr, onda da günortaydı. Nahar fasilәsinә az qalmış hakim atamla anamın boşanma qәrarını oxuyandan sonra gözünü kağızdan qaldırıb ağızucu dedi:

– Azyaşlı olsaydı, qәrarda övladınızı da nәzәrә alardıq. Amma ehtiyac yoxdur, Svetanın otuz yaşı var, özü öhdәsindәn gәlәr.

Onda da yay idi, tatuları mәhkәmә camaatından gizlәtmәk üçün o istidә uzunqol pencәk, boyunlu köynәk geymәyә mәcbur olmuşdum. Hakim çıxan kimi hamıdan әvvәl özümü atdım mәhkәmәnin parkına. Saçıma-başıma bir az meh dәydi. Çәmәnliyin balaca fәvvarәsi fırlana-fırlana şalvarımın әtәyini isladıb keçdi.

Restorandan qab-qaşıq cingiltisi, gülüş sәslәri, içkilәrin qoxusu parka yayılırdı. Atamla anam bir-birinin üzünә dә baxmırdılar, atamın vәkili olan kişiylә anamın vәkili olan qadınsa birlikdә deyә-gülә mәhkәmәdәn çıxdılar, bircә әl-әlә tutmaqları qalmışdı, qabağımdan keçib restorana girdilәr. Sonra anam çıxdı mәhkәmәdәn, gәlib yanımda oturdu, çantasını yerә qoydu:

– Sveta, heç kәdәrlәnib elәmә. Ananın ömrü uzanacaq bundan sonra. Çox şey var, sәn bilmirsәn. Gәrәk mәni başa düşәsәn. Bu gen dünyanı başıma sәnә görә dar elәdim ki, elә bilәsәn xoşbәxt ailәdә böyüyürsәn. Bir-iki ay bundan әvvәl öz-özümә dedim, daha nә gözlәyirәm?! İndi daha Sveta da böyüyüb, – hakim içәridә çox danışmağa icazә vermәmişdi, o da parkda ürәyini boşaldırdı, – öz hәyatın, öz işin-gücün var. Qoşanağaradı, çalırsan. Başqa min dәnә iş-peşә seçә bilәrdin, özün musiqini istәdin, musiqini seçdin. İstәyәndә çaldın, istәmәyәndә aylarnan çalmadın, aylarnan mәşqlәrә getmәdin. Yәni özün bilirsәn istәk nәdir. Mәn dә istәmirәm. Daha dözә bilmirәm. Sәn sevinmәlisәn ki, biz ayrıldıq. Başqa cür dә ola bilәrdi, atan ananı öldürә dә bilәrdi… Sveta, niyә danışmırsan?

İçindәn sәnәdlәrin ucları görünәn çantasını yerdәn qaldırdı, «Eybi yox, sәni tәk qoyum, rahatlan, sonra danışarıq» – deyib getdi. Kiçik fәvvarә yenә şalvarımın әtәyini yalayıb keçdi.

«Sәbiş, yaxşısan? Nәsә pis görünürsәn, üzün tutulub» – xalaqızım gәldi.

Onu başımdan edәndәn bir az sonra atam çıxdı mәhkәmәdәn, gәlib yanımda oturdu. Sifәti elә idi, elә bil bir maşın daş daşımışdı:

«Anan hәyatımı mәhv elәdi. Hәyatımın harasına baxsam, görürәm anan mәnim qabağıma çıxmasaydı, filan şey başqa cür olardı, bәhmәn şey ayrı cür olardı. Çәtindi. Neçә gündü baxıram dama, divara, özümü asmaq istәyirәm. Bircә sәnә görә yaşayıram».

Hәrәsi bir çiynimdә ağladı.

Üstündәn altı ay sonra özüm dә Әzizdәn ayrıldım. Bilmirәm necә oldu. Adamlar var, başlarına nә gәlsә, başa düşürlәr niyә oldu, nәdәn oldu. Bәxtәvәrdilәr. Mәn heç nәyi başa düşmәdim. Üç ildi mehriban yaşayırdıq. Yәqin indi yenә oturub pәncәrәnin qabağında, yanbızları taburetdәn pırtlayıb çıxıb. Әyilib kasaya od hazırlayır.

Müştәri olmayanda ya öz bәdәninә döyürdü, ya mәnim bәdәnimә. Qollarıma әqrәb döydü. Boynuma ilan. Sinәmdә «Fuck» yazmağını istәmirdim. Qayıtdı ki, bәs bu bәdәn mәnimdi deyirdin?! Nәsә, xәtrinә dәymәdim. Fürsәt düşәn kimi pozduracam. Hәrdәnbir müştәri düşәndә necә sevinirdi!

– İşlәr yaxşı gedir, sәnәtkar? – müştәri deyirdi.

– Zülümdü. Müsәlman ölkәsindә bu iş getmir, qardaş. Yoxdu gәlәn – deyirdi, – Bәzәn biri gәlir, deyir, elә tatu çәk ki, sonra silinsin. Deyirәm ona, qurban olum sәnә, müvәqqәti tatu olmur. Elә-belә tatu olmur. Qәrarını ver! Qәrar verә bilmir.

Elә ki müştәriylә söhbәtә başladı, iş çәkirdi gecәyarıya. Onda mәn aradan çıxırdım.

– Evdә tapılmırsan, – gecә mәn qayıdanda deyirdi.

– Sәn bilirsәn hara gedirәm. Yenә atamı teatra aparmışdım.

– Atamı teatra aparmışdım. Öz hәyatını, işini-gücünü atıb atasını teatra aparır. Biz görmüşük ata balaca uşaqlarını yığıb teatra aparar. Sizdә tәrsinәdi. Sizdә hәr şey tәrsinәdi. Adamın ata-anası boşanar. Amma uşaq vaxtı. Daha bu yaşda yox, – әvvәl elә bilirdin boğazdanyuxarı deyinir, sonra sәsini get-gedә qaldırırdı, – Sәnin indi mәnimlә teatra gedәn vaxtındı. Qıznan yaşayıram, ya yox? Әgәr hә, onda niyә hәr axşam burda tәk otururam, hәr gecә tәk yatıram. Gözdә, teatr qurtarar, Sveta xanım atasını, anasını ayrı-ayrılıqda әylәndirәr, ondan sonra evә gәlәr.

– Kefimdәn aparmıram onu teatra. Fikrini saxlayıram. Ata mәnimdi, tanıyıram onu. Hәyatdan bezib. Özü diliylә dedi, özünü öldürmәk istәyir. Başını qatıram.

– Bәs mәnә әylәncә lazım deyil? Nә vaxt yaxınlaşsam, deyirsәn, indi yox. Vırhavır inşaat da bu yandan baş-beynimi aparıb.

Onu düz deyirdi. Hәyәtdә gecә-gündüz iki betonqarışdıran maşın yanaşı durub hәşirlә fırlanırdı. Pәncәrәdәn hәr baxanda krançı orda olurdu. Üç-beş aya tәzә evlәrdә hәyat kölgәlәr kimi pәrdәlәr arxasında gizlәnәcәkdi, hәlә ki, içlәri tamam görünürdü. Hәr mәrtәbәnin döşәmә-tavanı hazır olduqca kabinә yuxarı qalxırdı. Qalxa-qalxa Әzizin pәncәrәsi bәrabәrinә – on yeddinci mәrtәbәyә çatmışdı.

Krançı yemәyini kabinәsindә yeyir, yemәk artıqlarını ordan büküb aşağı tullayırdı. Nahardan sonra oturduğu yerdә ayaqlarını aralayıb başını qollarının üstündә kabinәnin pәncәrәsinә qoyurdu, günortasını yatırdı. Axşam iş qurtaranda kranın pillәlәriylә asta-asta aşağı düşürdü. Düşüb yerә baxırdı, әgәr hәlә külәk aparmayıbsa, gün boyu tulladıqlarını tapıb zibilqabına aparırdı. Әziz demişdi bir pişik dә kranın pillәkәnlәriylә yuxarı qalxırmış, ancaq mәn görmәmişdim. Yemәk verib dadandırıbmış ora.

Mәnә dә kabinәnin içi maraqlıydı. Kaş dırmaşaydım ora. Çıxsaydım, gәrәk elә günün ortası çıxaydım, fasilә vaxtı. Orda krançıyla yan-yana oturardım, vaxtın daha asan keçmәsiyçün bir-birimizә kömәk edәrdik. Fikirlәşirdim, amma gedib dırmaşmırdım. Yәqin onun öz kabinәsindә tәk qalmaqdan xoşu gәlir. Ora çıxdığımı görsә, acıqlanardı bәlkә. Lap acıqlanmasa da, nә mәnası? Nә barәdә danışacaqdım onunla? Krançı nә danışsa, mәn atamdan, anamdan danışacaqdım. Krançı da Әziz kimi deyәcәkdi: «Otuz-qırx yaşında uşağı olan da boşanar? Bu nә işdi gәlib başına?!» Axırda krançı başqa adamlar kimi deyәcәkdi: «Fikir elәmә, balaca uşaq deyilsәn ki, hәr şeyi başa düşәn yaşındı».

Әzizlә axırıncı dәfә günorta dalaşıb evdәn çıxanda hәyәtdә düz biraddımlığımda yerә pivә bankası düşüb danqıltıyla sıçradı. Bircә addımın söhbәti vardı ki, başım partlamadı. Bu, krançıyla son ünsiyyәtimiz oldu.

Hәmin gün anamgilә köçdüm. Anamgildә hәr sәhәr gözümü açan kimi öz-özümә deyirәm: «Görәsәn, bu gün ilk nә eşidәcәyәm, günüm dә elә keçәcәk…».

«Boğub qızı, zorlayıb, öldürüb, alçaq…» – ilk eşitdiyim bunlar olur. Anam bütün axşamı televizorda cinayәt verilişlәrinә baxır, sәhәr sübhdәn telefonda bunları bekar qohumlarına danışır. Bәzәn sәhәri gözlәmәyib axşam da danışır. Mәn dә uzunqol pal-paltarda gәzirәm evin içindә. Gәrәk vaxt tapıb tatuları sildirәm.

* * *

Çin şәhәrciyinә çatanda gün günortaya gedirdi. Günәş şәhәrlәrarası qatarları, qızıl qum tәpәciklәrini, içәrisi min cür xırdavatla dolu çadırları, burada qarışqa sürüsü kimi qaynaşan adamları qovururdu. Öz әlimlә bura qoyubmuşam kimi, gümüşü nazik uzunsov dividi qutumu axtarmağa başladım. Dal-dalı düzülüb sәbrlә addımlayan izdihamın dәvә ayaqları kimi zәrbәlәrini eşidirdim.

Barmaqlarım eşitdiyim zәrbәlәri tәkrarlamaq üçün qıc olurdu. Sәrt çantamı götürsәydim, çantanın müstәvisindә onları azad buraxardım, asta-asta tıqqıldadardılar. Barmaqlarımın mәndәn ayrı olduğunu heç kәsә başa sala bilmәdim. Onlar şәn çalsa da, mәnә nә. Onların nә çalmağının mәnә dәxli yoxdu. O vaxt mәktәbdә oturduğumuz yerdә birdәn әdәbiyyat müәllimәsi qaşını çatıb demişdi: «Bu nә sәsdi!» Mәni küncә dә qoymuşdular buna görә, direktorun otağına danlamağa da aparmışdılar.

Birinә demişdim o vaxt, özümdәn asılı deyil. Direktorun katibәsi idi. Demişdi, nә nәğmәli ürәyin var. Cavab qaytarmışdım ona. Nәğmә, yox bir! Karate kimi bir şeydi, amma әşyaları döyürәm. Әslindә günә altı saat әylәşib әmәlli-başlı qoşa çalsam, yaxşı olar, barmaqlar yorular, daha dama-divara vurmazlar özlәrini. Amma oturub ciddi çalmağa vaxt yoxdu. İstәk dә yoxdu. Barmaqlarımı belә, ayaq üstә lәlә-gülәylә dolandırıram. O gün teatrda qabağımdakı oturacaqda çalırdım. Adam hiss elәdi, bir döndü, iki döndü. Heç nә deyә bilmәdi.

Atam daha teatr da xoşlamır.

«Aktyorlar sәhnәdә kablukla yeriyirlәr, sәhnәdә ayaqqabıları gumbuldayır, әsәblәşirәm» – teatrdan çıxanda deyir.

Mәn heç eşitmirәm kabluk-mabluk sәsi. O demәsә, heç bilmәrәm. Bir dәfә istәdim deyim «sәn onun sözlәrinә qulaq as, dabanlarının sәsiylә nә işin?!» Amma demәdim. Bilmirәm. Ona qarşı getmәkdәn qorxuram. Birdәn gedib özünü asar.

Onsuz da hәr gün anamla bir-birini görmәyә-görmәyә dalaşırlar.

«Musiqi sәnә mәndәn keçib» – atam o axşam mağazaların jalüzlәri şaqqaşaraqla çәkilәn vaxtı biz teatrdan evә qayıdanda dedi.

Mәn dә bunu anama dedim, elә bildim körpü atacam aralarına, elә bildim yaxşı söz dedim.

Cavabında anam mәni balaca kos kimi götürüb atamın qapısına çırpdı:

«Get ona de ki, bircә dәfә sәni musiqi dәrsinә aparıb? Ya bәlkә evdә qoşa nağaranı qabağına qoyub sәnә bir zәrb öyrәdib? Ondan sәnә musiqi necә keçә bilәr?!»

İstәdim deyim qanla keçib, amma dәrinә getmәdim. Söz gülәşdirmәk nәyә lazımdı, axı hәyatda әsas mәsәlә o deyil. Әsas mәsәlә odu ki, anam telefonla danışıb yenә dә birtәhәr öz başını saxlayırdı, atamınsa insan ünsiyyәti ilә arası yox idi. Bütün günü uzanıb dama baxırdı. Axırıncı dәfә güclә gedib evindәn çıxarmışdım. Heç yana getmәk istәmirdi. Onu istәmәdiyi bu hәyatda necә saxlayacaqdım?! Teatra getmәyi xoşlamırsa, başqa әylәncә tapmalıydım. Hәtta mümkün olsa әylәncәni onun otağına gәtirmәliydim.

Anamın otaqlarında elә bu fikirlә var-gәl edirdim ki, gözüm nazik uzunsov gümüşü bir qutuya sataşdı. Üstündә yazılmışdı: «Shivaki» DVD player. Hәr gün telefonda danışdığı qardaşı qızı bu yaxınlarda Amerikaya gedib gәlmişdi. Bu dividini dә ordan gәlәndә hәdiyyә gәtirmişdi. Anam ancaq hәftәdә bir dәfә tozunu silirdi onun. Heç içinә disk salıb bircә filmә baxmamışdı. Baxmaq da istәmirdi. Bu әşyanın ondan ötrü içindә sıxılmış qaranlıq gizlәdәn mücrüdәn fәrqi yox idi.

Bir axşam yemәkdәn sonra, cinayәt verilişi başlamazdan әvvәl anama dedim:

– Olar dividini bir hәftәlik ataya verim? Bir-iki tamaşa almışam onun üçün, baxsın, qaytarsın.

– Olar, niyә olmur?! Bir hәftәyә qaytaracaqsa, olar – anam dedi.

«Bir hәftәyә o dividi sәnin yadından çıxacaq» – öz-özümә dedim. Sәhәri gün dividini qoltuğuma vurdum, satıcının seçdiyi bir neçә gülmәli tamaşa diski dә aldım, atamın qapısını döydüm.

– Sәninçün hәdiyyә gәtirmişәm. Bundan sonra nә qәdәr istәsәn, evdә otur tamaşalara bax. Ana deyir, onsuz da baxmıram, lazım deyil bu dividi mәnә, apar ver atanda qalsın – mәn belә dedim.

Bir müddәt başı qarışdı. Tamaşalar evә gәldi! İnsan cocuq, hәyat ona әylәncә.

Bir hәftәnin tamamında anam dedi:

– Bәs hanı dividi?

Hәyәcanımı necә lazımdırsa gizlәtdim, dedim, sabah qaytaracaq.

– Nә oldu dividi? – anam sәhәri gün dә dedi.

Onda daha mәcbur oldum, gedib atama dedim ki, dividini bir-iki günlük anaya aparmaq istәyirәm, bir film var, baxıb sonra qaytaracaq sәnә. Onsuz da daha atama da gәrәk deyildi dividi. Onu götürüb çarpayısının altına qoymuşdu. Bu әylәncәli dünyanın üzәrindә uzanıb yenә gözlәrini bәyaz damdakı sonsuzluğa zillәyirdi.

– Başa düşmәdim, mәnә vermәmişdiz bunu? – atam dedi.

– Hә, әlbәttә, sәnә verib. İndi sadәcә bir filmә baxıb qaytaracaq. Yenә sәnә qaytaracaq. Bәs o filmә harda baxsın?

– Mәnә vermisizsә, mәn qaytarmıram. Gedib harda istәyirsә, baxsın. Vecimә deyil. Get ona belә çatdır! – atam dedi.

Mәn niyә anamın sözlәrini olduğu kimi, heç bir әlavәsiz vә heç bir dәyişikliksiz atama, atamın sözlәrini olduğu kimi anama çatdıra bilmirdim?!

– Huşsuz başım! Dedi, gedәndә apararsan, yadından çıxmasın. Söhbәtә baş qarışdı, ikimizin dә yadından çıxdı. Sabah mütlәq, necә olsa, gedib gәtirәcәm…. Amma neynirsәn ki, bu dәqiqә nәyәsә baxırsan? – mәn dedim.

Әn pis halda necә olmalıydısa, elә oldu:

– Baxıram, baxmıram, öz işimdi. Sabah dividi burda, bu masanın üstündә olsun. Yoxsa atanı polisә verәcәyәm.

* * *

Çin bazarından qayıdanda axşam idi. Anam telefonla danışırdı. «…poçtalyon adıyla girib, qocanın әl-ayağını bağlayıb, bütün pulları yığışdırıb, aparıb…»

Әlimdәki dividini ehtiyatla televizorun altındakı şkafa yerlәşdirdim. Görәsәn, anam bu yeni qutunun onun öz qutusundan bir balaca qısa olduğundan duyuq düşәcәk?! Sonra özümü taleyin ixtiyarına verdim. Anam dividiyә ötәri baxıb başıyla mәnә «hә» dedi, qulağındakı telefonla danışa-danışa yanaşı otağa keçdi: «Әvvәllәr 20 qocanı öldürübmüş. Amma bunu öldürmәyib. Yәqin ona görә ki…» Anam, deyәsәn, bilmәdi. Qutunun üzәrindә «Shivaki» әvәzinә «Shavaki» yazıldığına da fikir vermәdi.

İndi bizim ailәdә iki dividi vardı. Biri atamda, o birisi anamda. Biri әsil idi, o biri surәt. Bu gümüşü qutular heç birinә gәrәk olmasa da, uzun illәr onlarla bir damın altında yaşayacaqlardı.

Axşam çiynimә jaket salıb küçәyә çıxdım. Gecәyarı dizlәrim ağrıyana qәdәr gәzdim. Әzizin pәncәrәsindә işıq yanırdı. Bir qaranlıq sәkidә kolların dibindә oturdum. Yoldan keçәn kişi mәni görüb ona qısılan balaca oğluna dedi: «Qorxma, it dәyil».

Gecәnin qatranı qaraldıqca göydәn yerә tәrtәmiz hava töküldü. Buludlar ulduzları gizlәtmişdi. Görünmәsәniz dә, sağ olun. Uzaq olsanız da, yer üzündәki adamlardan yaxınsınız. Bircә bilim ki, ordasınız, bilim ki, başımın üstündәsiniz, orda fır-fır fırlanırsınız. Ana şübhәlәnmәsә, sabah hәyatımın sakit bir günü olacaq. Nә işim olacaq ki, sabah?! Bu bir fürsәt, gedib tatuları sildirәrәm.

İlqar Rәsul

Dovşan

Dünәn barmağımı әzmişәm. Bu gün yaman ağrıyır. Gecә yaxşı yata bilmәdim. İndi yuxum gәlir…

Әslindә, mәn qoçaq adam deyilәm, qorxağam yәni. Lap Dovşan kimi qorxaq.

Hәr şeyә diksinәn, hәr şeydәn hürkәn bir Dovşan yәni. Әvvәl belә deyildim. Yox, әvvәl belә deyildim. Әtrafdan ehtiyatlanmaq nә demәkdir? Gözümü qırpmadan gedәrdim hәr şeyin üstünә. Lap elә rәqiblәrimin dә, lap elә düşmәnlәrimin dә, lap elә ölümün dә…

Sonradan…

Sonradan belә oldum. Qәfildәn yәni. O qәzadan sonra. Sonrası olmayan qәzanı deyirәm. İndi qorxağam. Lap Dovşan kimi qorxaq. Amma bunu özümdәn başqa, heç kim bilmir. Yәni nә binamızda, nә dә hәyәtimizdә. Heç kim bilmir. Heç kim. Bilmir…

bannerbanner