“Baron Münhauzenin sərgüzəştləri» əyləncəli-yumoristik əsəridir. Əsərin qəhrəmanı Baron Münhauzen real personajdır. O, XVIII əsrdə yaşamış, rus ordusu sıralarında Türkiyə ilə iki dəfə müharibədə iştirak etmişdir.
Almaniyaya qayıtdıqdan sonra Münhauzen ağlagəlməz sərgüzəştlər uyduran məzəli bir gopçu kimi tanınıb. Axşamlar buxarı başında dostlarını ətrafına toplayıb onlara məzəli-duzlu söhbətlər edir, onlar da gəncliyində Baronun başına gələn macəraları dinləyib gülüşürlərmiş. Gopçu Baronun öz kürkünün quduz olması, özünün top gülləsinə minib aya uçması barədə məzəli söhbətləri də belə qəribə yalanlardandır.
Bütün bu məzəli uydurmaları qələmə alan müəllif Erix Raspenin məharəti sayəsində Baron Münhauzen məşhur bir gopçu kimi geniş şöhrət qazanır. Yüz illərdən bəri, demək olar ki, bütün dünya xalqları arasında, hər xalqın öz sevimli rəvayət və məzəli lətifələrindəki mahir yalançı surətləri ilə yanaşı, Baron Münhauzenin də adı nümunəvi bir gopçu-yalançı kimi yad edilir. Belə bir ümumdünya şöhrəti qazanmış əsər həmişə maraqla, sevilə-sevilə oxunur.
все жанры