Məktəbə dəvət

Məktəbə dəvət
Полная версия:
Məktəbə dəvət
MİRZƏ FƏTƏLİ AXUNDZADƏYƏ XİTAB
Qiyam et, gözlərin aç, bax, bu əsri axtaran Mirzə!Səni təqdir edir, təzim edir el, kamıran80 Mirzə!Cahan, hər yerdə tamaşgahın idi bir zaman, Mirzə!Onun rəssamı idin, toxmi saçdın ələman, Mirzə!Di gəl məhsulunu dər, baği-elmə, bağiban Mirzə!Tanırmı əsri-mənhus səni, ey dahiyi-dövran,Gözü, fikri, dili bağlı, qolu bağlı olan insan?Təhəmmül etmədin, bar-bar bağırdın göstərib nöqsan,Sənin yazdıqlarından istifadə etmədi insan.Keçib indi o dövran, gəldi bambaşqa zaman, Mirzə!Yaratdın türk üçün türkün həyatın göstərən səhnə,Onu sadə oyuncaq məclisi sandı yetən səhnə,Tamaşaçıları güldürdü ancaq mən görən səhnə,Bu əsrə dərsi-qeyrət, dərsi-ibrət verən səhnə.Vücudun güzgü tək hər kəs görür onda, inan, Mirzə!Sənin asari-əşarın çıxıb dünyaya nəşr oldu,Gözəl simasan, eşqin zövq ilə qəlbimizə doldu,Vücudun heykəli el qarşısında izzətin oldu,Təərrüz81 daşlarından söylə, ey dahi, sənə noldu?Diz üstə çökdü istedadına əhli-cəhan, Mirzə!Bütün Şərq aləmini çulğamışdı fikri, namusun,Minillik yuxudan qaldırmaq idi eli məqsudun,Səni qurşaq kimi sarmışdı cəlladınla cəsusun,Gəlib bir öylə dövran, onlar olmuş indi kabusun.Fəxarət eylə, ey sahibqələm, sahibzəban82 Mirzə!Mənim tək şaki oldun, əsri-cəhlin zülmətin gördün,Əsarət çulğamış Şərqin halını, hikmətin gördün,Əməkçi kütləsinin zülm içində zillətin gördün,Yaxıldın, yandın atəş tək, sən ancaq töhmətin gördün.Ucal indi ucaldıqca, gəl al namü nişan, Mirzə!BAHAR
Bahar odu dağı-daşı qızardıb,Qıpqırmızı qızılgüllər açıldı.Çəmən yaşıllaşıb hər tərəfdəBənövşələr, qərənfillər açıldı.Sarmaşıqlar sarı gülə sarmaşıb,Boğaz çəkib çox sünbüllər açıldı.Yaşıllaşdı çəmənliklər, çayırlar,Dağdan-daşdan aşıb, sellər açıldı.Dərya kimi ağacların yarpağıLəpələndi, güclü yellər açıldı.Gözəl-gözəl quşlar hərə bir cürəCəh-cəh vurdu, şirin dillər açıldı.BAHARIN TƏRİFİ
Qış çıxıb, Novruz olub, bir görək, ayə, nə gəlir,Yaz olur, fəsli-bahar əyyamı meydanə gəlir.Enir ol vəqt havaya, suya və torpağa hava,Ot, ağac dirçələnir, hər birisi canə gəlir.Qaynayır körpə yaşıl ot, basır hər bir tərəfi,Göy çəmən xeyli gözəl bağ ilə bostana gəlir.Ağacın düymələri zoğluyuban yarpaq açır,Sonra əlvan çiçəyi gör nə zərifanə gəlir.Toxmacarlar83 açılandan sonra qurdlar dirilir,Küm84 tutan kümçülərin işləri tüğyanə gəlir.Sular artır, sel axır, çay daşıb ətrafı basır,Hər yana ağzı düşərsə, ora cövlana gəlir.Zəmiçi öz zəmisin bağlayır, ondan sonraDən tutur, hər taxılın sünbülünə danə gəlir.İsti yerlərdən uçub hər yerə quşlar yayılır,Oxuyub nəğmələnir, hər biri əfğanə gəlir.Al-əlvan açılır güllər, olur günə-günŞeh düşür türfələnir, xoş ətri hər yana gəlir.Arabir yaxşı yağışlar sulayur dünyanı,Hər göyərti boy atır, qüvvə tapır, canə gəlir.Arılar bal daşıyır hər çiçəyin şəhdindən85…BAHARİYYAT
Novruz gələndə hara baxsan, nə gözəldir!Gülüzlü çəmənlərdə çırağban nə gözəldir!Güllər aça al-qırmızı, əlvan, nə gözəldir!Gül şaxına bülbül qona, nalan nə gözəldir!Bu mənzərəni seyr edə insan, nə gözəldir!Axşam tərəfi çən basa, kəm-kəm ola çiskin,Həm güclü yağa, həm kəsilə, həm ola çiskin,Göy cisminə candır o ki, hərdəm ola çiskin,İllah ki, hər axşam havası nəm ola çiskin,Hər sübh çıxa gün belə, neysan86 nə gözəldir!Mən qılmış idim özümə bir məskəni-məva87,Yaz fəsli idi, hali-hava xeyli dilara88,Bir yanı şəhər, bir yan kənd, bir yanı səhra,Bu mənzərə olmuşdu mənə canlı tamaşa,Baxmaq belə əhvala hər erkən nə gözəldir!Bir yanda vurur cəh-cəhini qumru və bülbül,Bir yanda aça qönçəsini türfə89 qızılgül,Bir yanda atır boy, çıxarır başını sünbül,Bir yanda uçub arı edir şəhdi tənavül90,Hər şeydə bir əhvali-nümayan nə gözəldir!Əlvan geyinib tazələnir düz və yoxuşlar,Qartal kimi uçmaq diləyir dağdakı daşlar,İndi qayıdıb isti vilayətdəki quşlar,Hər sübh çağı nəğmələnib virdini91 başlar.Sən də ayılıb dinlə, gör heyvan nə gözəldir!Xoş nəğmələri dinləyən insan nə gözəldir!GÜL
Sarı gül, ağ gül, qızılgül,Bağda-bağçada açıb gül,Hər sabah səni dərim mən,Ətrini dağıt, yayıl, gül.Çəmənə zinət olan gül,Ömrü az olub, solan gül,Bülbülün şərqiləriniQulaqardına vuran gül.Gülüm, nə gözəl açıbsan,Gözəl ətir saçıbsan.Bürünüb kola tikana,Hansı zalımdan qaçıbsan?
BƏDBƏXT BALALAR
Gül budağında quş yuvası durur,Quş balası nizam ilə oturur.Müntəzirdir, anası bir gəlsin,Ağzına bircə-bircə yem versin.Hifz qılsın bəladan öz balasın,Oxusun layla, çalsın öz havasın.Hanı bu quşların havadarı?Bir talançı gəlir yuvaya sarı.Balalar səslərin kəsib yatır,Anası o zaman gəlib çatır.Zülmə adət edən yaman bir uşaqDutuban92 eyləyər quşu dustaq.Yuvada quşları qoyub ağlar,Kim onların anasını bağlar.Burax ol binəvayi-məzlumu,Etmə bədbəxt böylə məsumu.BƏXTƏVƏR BALALAR
İki quşdur: xoruzu, həm fərəsi,Ayrı-ayrı cəfa çəkir hərəsi.Sazlayırlar ağac budağında,Ağacın handa baş budağında.Yumuşaq, isti bir zərif yuva,Eyləyib ona hər biri məva93.Fərəsi bir neçə yumurta salır,Gecə-gündüz yumurta üstə qalır.Sonra yarılıb hər yumurta sınır,Cücələr başlayıb zühura çıxır.Bu sayaq ərsəyə gəlir quşlar,Sifəti xeyli xoş, səsi xoşlar.Bu iki quş: xoruz, fərə indiQuş balalarından ötrü bil kimdi.Fərəsidir ana, xoruzudur ata,Gecə-gündüz durub yanında yata.Növbə ilə əmək çəkir quşlar,Cücəsinə yemək tapır quşlar.QIRQOVUL
Qırqovul necə gözəl quşdu,Biri bir gün koldan uçdu,Camalına gözüm düşdü.İstədim, onu səsləyim:Qaçma, gəl səni bəsləyim.Qırqovulum – halal heyvan,Boynu, başı, döşü əlvan,Dağdan qaçıb düzdə uçan.İstədim, onu səsləyim:Qaçma, gəl səni bəsləyim.Qırqovulum cüt-cüt gəzər,Dağı-düzü hüsnü bəzər,Yerdə səkər94, göydə süzər.İstədim, onu səsləyim:Qaçma, gəl səni bəsləyim.
QURAQLIQ
Çox quraqlıq göyərtini qurudur,Çox yağınlıq da aləmi çürüdür.Bir zaman payıza yaxın yay idi,Yağmamışdı yağış neçə ay idi.Çox quraqlıq çəkirdi hər bir can,Hər cücü, hər göyərti, hər heyvan.Qurumuş yer cadar-cadar idi,Hava hər yerdə tozlu, tar idi.Ağacın yarpağı saralmış idi,Quruyub meyvəsi qaralmış idi.Yatmış idi çəmən, çiçək, lalə,Görən ağlar idi qan bu halə.Quşların nitqi bağlanıb lal idi,Tövşüyənlər qoyun idi, mal idi.Nə gülürdü gülün üzü fələyə,Nə də salmış idi bülbülə kölgə.Taxılın sünbülündə dən yox idi,Kökündən yanan taxıl da çox idi.Nagahdan bir bulud zühur etdi,Yayılıb hər yanı tamam örtdü.Göy üzün qapqara bulud aldı,Göy gurladı, ildırım çaxdı.Saçdı göydən yerə yağış rəhmət95,Yer üzü döndü oldu bir cənnət.KÜRT TOYUQ VƏ CÜCƏSİ
Fərəmi kürt basdırdım,Yanını hər gün kəsdirdim,Yaxşı qulaq asırdım.Apardı quzğun cücəsin,Handa yaxşısın, neçəsin.Bir ay bizim fərəYumurtladı beş-on kərə,Üç həftə yatdı bilmərrə.Apardı quzğun cücəsin,Handa yaxşısın, neçəsin.Yumurtadan diri çıxdı,Cücəsindən biri çıxdı,Dalınca bir sürü çıxdı.Apardı quzğun cücəsin,Handa yaxşısın, neçəsin.Dedim: “A kürt, başın batsın,Apar cücən hində yatsın,Ora fəryadına çatsın”.Apardı quzğun cücəsin,Handa yaxşısın, neçəsin.BOSTAN SEYRİ
Yaz fəsli açılmış idi güllər,Çıxmışdı xiyar, təzə nübar96.Altı yaşım o zaman olardı,Atam məni bostana apardı.Yolda atam ilə ata mindim,At minməyimə də sevindim.Bostan çox iraqda idi kənddən,Bostana yetişdik, endik atdan.Bir zorba düzü salıb hasara,Qazmışlar içini para-para.Hər səmti tamam xiyaban idi,Hər qisim göyərti tufan idi.Saç-saqqalı sarı qarğıdalı,Bəzərdi bostanı gül camalı.Almış başını dəyirmi qalxan,Günlə dolanırdı günəbaxan.Əmmamə kimi hərif kələmlər,Öz canını hər birisi bəslər.Yandan düzülübdü xeyli ləklər,Bostançı çəkibdi çox əməklər.Qarpız da, yemiş də var burda,Keşniş də, şüyüd də, hələ turp da.Ancaq yetişib xiyar zamanı,Göstərdi mənə atam da onu.Gördüm xiyarı xiyabanında,Baxdım tağına durub yanında.Kəndir kimi zoğlu yarpaq açmış,Yatmış yerə, torpağa bulaşmış.Yarpaq başına töküb xiyarı,Burnunda çiçəkdi ‒ rəngi sarı.O gecə yatıb orada qaldıq,Bir neçə xiyar nübar aldıq.
TAXIL BİTKİLƏRİ
Çəltik deyir:– Taxılların başıyam,Döyülməmiş naşıyam.Pullunun plovuyam,Kasıbların aşıyam.Buğda deyir:– Mənə “buğda” deyirlər,Çörək yapıb yeyirlər.Hər gün məni yeməyiHalvatək istəyirlər.Darı deyir:– Darıyam xaşxaş kimi,Buğdaya qardaş kimi.Buğdasız təkcə məndənÇörək bişər daş kimi.
QUŞ
Uçma, uçma, dayan, ey quş!Gəl ol mənə həyan, ey quş!Səni mən bağrıma basımSəhər ertə, axşamçağı.Sən gəl mənə inan, ey quş!Başla, oxu, aman, ey quş!Sevdiyin yerdə sal məskən,Arabir uç gəl yanıma,Mülküm sənə olsun vətən.Qalx, qon tağ və eyvanıma,Qorxma məndən, ürkmə məndən,Fərəh ver qəmli canıma.Tik özünə yuva, ey quş!Ey bizlərə mehman olmuş!BƏNÖVŞƏ
Qış çıxar, açar yazı bənövşəm,Eylər bizə nazı bənövşəm,Hər gülün sərəfrazı97, bənövşəm.Aman, ay bənövşəm, dərim səni,Stol üstünə qoy sərim səni.Yer ilə yeksan eyləyir özünü,Göstərir bizə göy, ala gözünü,Anlayan olmaz söhbətin, sözünü.Aman, ay bənövşəm, dərim səni,Stol üstünə qoy sərim səni.Ətri var gözəl, sadədir özü,Ətrinə valeh eyləyir bizi,Üzsələr də, heç yoxdur bir sözü.Aman, ay bənövşəm, dərim səni,Stol üstünə qoy sərim səni.Ey səhralarda bitən bənövşə,Fürsətin əgər bir əlinə düşə,Qoymaram ola məskənin meşə.Aman, ay bənövşəm, dərim səni,Stol üstünə qoy sərim səni.Dəstələr bağlaram, iylərəm səni,Aman, ay gülüm, bəslərəm səni.TƏBİƏT VƏ TORPAQ
Dünyaya gəl eylə yaxşı diqqət,Seyr eylə nizamına həqiqət.Bir başqa büsat, başqa hikmət,Bunlar hamısı anam təbiət!Torpaq özü nemət yaradandır,İnsan da ondan yaranandır.Heç vaxt demə, xak zir-zibildir,Hər bir ovucu onun qızıldır.Axtarma sən özgə mədəniyyət.Bir cüt öküz ilə bir xış et saz,Ya fəsli-payız gələndə, ya yaz,Bir parça yeri əməlli sən qaz,Səp hər cürə toxumu yerə bir az.Şəksiz, verəcək bizə otuz qat.Ya bir yerə meyvədar98 ağac ək,Qurd və quşunu təmizlə tək-tək.Yay fəsli sula, nə qəhri var, çək,Məhsul olacaqdır onda, bişəkk99,Yığ onu, apar bazarda qoy sat.Ya bir yerə bostan ək baharda,Ətrafını saxla bərk hasarda,Qarpız da, yemiş də ək, xiyar da,Məhsulu sat, apar bazarda.Hər işinə-gücünə özün çat.PAYIZ KÜLƏYİ
Yaz uzunu canım bişdi,Payız girdi, qabaq qışdı,Külək əsdi, soyuq düşdü.Əsmə, külək, əsmə, külək,Ümidimi kəsmə, külək!Külək əsir gün batandan,Bulud gəlir dörd bir yandan,Yağış verməz zərər hər an.Əsmə, külək, əsmə, külək,Ümidimi kəsmə, külək!Canım külək, gözüm külək,Başımıza açma kələk,Qoy barı-meyvəni dərək.Əsmə, külək, əsmə, külək,Ümidimi kəsmə, külək!Külək əsir bağa sarı,Tökəcək heyvanı, narı,Qalacaq yarıbayarı.Əsmə, külək, əsmə, külək,Ümidimi kəsmə, külək!Alma, armud, heyva, üzüm,Ağaclarda düzüm-düzüm,Aman, külək, eşit sözüm:Əsmə, külək, əsmə, külək,Ümidimi kəsmə, külək!Dağa-daşa duman çökür,Yarpaqları külək tökür,Ağacları burub bükür.Əsmə külək, əsmə külək,Ümidimi kəsmə, külək!BÜLBÜL
Bahar fəsli cavan bülbül,Açıldı gülüstan, bülbül,Gülü yada salan bülbül,Oxu bir qədər, can bülbül!Yazın hüsnü çəmən-güldür,Bənövşə, lalə, sünbüldür,Onun da hüsnü bülbüldür,Oxu, oxu, hər an, bülbül!Yazın divanəsi sənsən,Gülün pərvanəsi sənsən,Oduna onun yanan sənsən,Gül başına dolan, bülbül!Yaza yaşıl çəmən azdır,Bənövşə, yasəmən azdır,Gülün qədrin bilən azdır,Gül qədrini bilən bülbül!Yaz açılmaz, gül olmasa,Gül olmaz, bülbül olmasa,Bunlar bir, yekdil olmasa,Çəkər ah-fəğan bülbül!
FƏSİLLƏR
Qar gedər, yer açılar,Göydən rəhmət saçılar,Çəmən, çiçək açılar,Bil, bu, hansı fəsildir.Quşlar bala balalar,Maldar ot-ələf çalar,Sünbül çıxar, dən olar,Bil, bu, hansı fəsildir.Meyvə dəyib dərilər,Xırman-taxıl döyülər,Aləm behiştə dönər,Bil, bu, hansı fəsildir.Qar aləmi ağardar,Xalq malı dama salar,Hər evdə ocaq yanar,Bil, bu, hansı fəsildir.Üçü bizə yağıdır,Üçü cənnət bağıdır,Üçü yığıb gətirir,Üçü vurub dağıdır.
YAĞIŞ
Yağış gəlir yağa-yağa,Yarəb, yağa bizim bağa,Çəmən, gülə, dağa, düzə,Yeri doyunca içirə.Ey aləmin canı yağış!Yağ, islat dünyanı, yağış!Hava hərdəm gözəlləşə,Aça çiçək çəmən, meşə.Yağmur yağıb, günəş doğa,Çıxa əkinçilər işə.Ey aləmin canı yağış!Yağ, islat dünyanı, yağış!Bostançılar, əkinçilərYaz olanda yağış dilər.Yerə, yurda toxum əkər,Ağacların dibin qazar.Ey aləmin canı yağış!Yağ, islat dünyanı, yağış!Əkin elin süfrəsidir,Taxıl qeybi100 xəznəsidir.Öküz, kotan, mala, toxum.Xalqa ruzi təknəsidir.Ey aləmin canı yağış!Yağ, islat dünyanı, yağış!SÖHBƏT
Yaz olanda yağar yağış,Otlar uzanar bir qarış,Qaranquş eylər sifariş:– Mən sizə qonaq gələcəm,Olsun ki, sabah gələcəm.Yaz olanda açar güllər,Baş çıxardar qərənfillər,Xəbər göndərər bülbüllər:– Mən sizə qonaq gələcəm,Olsun ki, sabah gələcəm.Yaz olanda çölün düzü,Heyvanlara verər ruzu,Bunu qanıb deyər quzu:– Mən sizə qonaq gələcəm,Olsun ki, sabah gələcəm.Yaz olanda çəmən, çiçəkÇox gözəl olur, çox göyçək,Sabah açılsın bir görək.Mən sizə qonaq gələcəm,Olsun ki, sabah gələcəm.Meylin var isə ədəbə,Yaşayacaqsan şərəflə,Dur get hər gündə məktəbə.Mən sizə qonaq gələcəm,Olsun ki, sabah gələcəm.
KEÇİ
Başda uzun buynuzları,Yekəsaqqal, tükü sarıKeçim gedir dağ yuxarı.Aman, a keçim, a keçim,Dayan, a keçim, a keçim!Keçim, qurda rast olmayasan,Qabağında müc101 qalmayasan,Bizi əngələ salmayasan.Aman, a keçim, a keçim,Dayan, a keçim, a keçim!Sənsən sürünün seyizi102,Gəzir sürü sənsiz düzü,Cana gətirdin sən bizi,Aman, a keçim, a keçim,Dayan, a keçim, a keçim!Keçim gedir nə hal ilən,Zorba, şələ saqqal ilən,Dalda bir sürü mal ilən.Aman, a keçim, a keçim,Dayan, a keçim, a keçim!Keçim dırmaşar qayayə,Gəzər otun yeyə-yeyə,Bir kəs yoxdur ona deyə:Aman, a keçim, a keçim,Dayan, a keçim, a keçim!Keçim, adın Qurban ağa,Yavaş-yavaş en aşağa,Gözəl xanım səni sağa.Aman, a keçim, a keçim,Dayan, a keçim, a keçim!DURNA
Ey havada uçan durna,Bizi qoyub qaçan durna.Get, xoş gəldin, səfa gəldin,Gələcəksən haçan, durna?Göy çəməndə gəzən durna,Su üstündə süzən durna.Gəl bir, gözüm görsün səni,Al-yaşıla bəzən, durna!Getmə, getmə, gözüm durna,Sənə var bir sözüm, durna.Sən gedəndə necə səninHəsrətinə dözüm, durna!
DURNA ŞƏRQİSİ
Yaşılbaşlı durna quşum,Sənsən dərdimin çarəsi.Götür məni, ərşə uçum,Təbiətin mahparəsi103!Dağı-daşı aşıb keçək,Yetir məni muradıma.Yaylaların suyun içək,Durnam, gəl çat imdadıma.Səhralarda gəzəcəksən,Mən yazığam, aman durna.Dəryalarda üzəcəksən,Sən gəl mənə inan, durna.Aman, durna, canım-gözüm, canım-gözüm,Sənə budur axır sözüm, axır sözüm.Uçur məni, uçur məni, uçur məni,Dəryalardan keçir məni, keçir məni.GÜL NƏĞMƏSİ
Bir tazə cavan seyrə çıxıb, gəzdiyi bağdaGördü açılıb gülləri hər yanda, baharda.Reyhan, qərənfil gülü, əlvan çiçəklərYaşıl çəmənə ətir saçıb, cənnətə bənzər.Gül şaxına qonmuş, oxuyur bülbüli-nalan,O bağa saçır atəşi-eşqin dili-suzan.Bu hüsni-behişti bu təbiətdə görüb oƏl atdı gülün bir xəzəlinə yahu.Batdı əlinə şax gülün xar104 tikanı,Səthi-çəmənə axdı onun qırmızı qanı.– Qan tökmə, – dedi, – mərhəmət et, qaçma, üzül gəl,Ünsiyyətin olsun, burax o xarı, qızılgül!Təmsillər

XƏYAL
Gedirdi bir kişi çiynində bir tüfəng yolda,Bir az kənarda yatmışdı tülkü bir kolda.Tüfəngi çəkdi görən tək kişi, təsəvvür edibDedi öz-özünə, bir qədər təkfir105 edib:– Bunu atıb sataram, xeyli pul olar ondan,Qoyun alıb o pula, bəslərəm bəqədrimkan106.O da hər il doğub artar, yataq olar, şəksiz,Yeyib göy otlağı yaylaqda, çağ olar, şəksiz.Onun mədaxilinə ev tikib, həm evlənərəm,Neçə uşağım olar: Əhməd, Qədir və Kərəm.Cavanlaşar yetişən hər biri uşaqların,Mənim kimi kişinin axırı görər karın.Biri gedər əkinə, o biri gedər qoyuna,Belə kamallı uşaqlarımın dönüm boyuna.Bu tövr nərə vurub tülkünü qaçırdı kişi,Xəyala tövr verib, qışqırıb bitirdi işi.FƏQİR BÜLBÜL VƏ QƏNİ107 QARIŞQA
Bir çəməngah içində hər yan gül,Aşiyan108 eyləmişdi bir Bülbül.Hər zaman yaz günü sabah-axşamPeşəsi biqərar, biaramOxumaq idi fəxr edib səsinə,Cəh-cəhin dalbadal gəlməsinə.O çəməngahda torpağa bataraqGəzir idi qarışqalar çaparaq.Hər biri min əzabü zəhmətlə,Min əziyyətlə, min üqubətlə109Sürüdürdü yer üzrə öz yükünü,Görür idi qışın tədarükünü.Danə həm toxm110 cəm edirdi bütün,Yer üzünə xüruc111 edib hər gün.Bülbül ancaq uyub hava-həvəsəVermiş idi gücün sədavü səsə.Eylə ki, yay gəlib mürur112 etdi,Payızın sırsırı zühur etdi.
NAXA113 VƏ PİŞİK
Naxanın düşdü fikrinə getsin,Pişiyin sənətini işlətsin.Pişiyə söylədi: – Bir fikrim var,Kəsəyən114 tutmağa məni də apar.Zirzəmi içrə ovlayaq siçanı,Nə hesabı bilinsin, həm nə sanı.Dedi Məstan: – Aman! Aman!A Naxa, çox çətin peşədir şikar sana.Naxa başladı: – Doğrusun deyirəm,Mən həmişə şəma115 tutub yeyirəm.Mahirəm, ov işində ustadam,Gecə-gündüz şikara mötadam116.– Eybi yox, gəl gedək, – dedi Məstan,– Hazıram mən, bu sən, bu da meydan.Getdilər, hər yeri pişik gəzdi,Harda gördüsə ov, başın əzdi.Sonra gəldi yoluxmağa Naxanı,Gördü çıxmağa az qalıbdı canı.Ağzı açıq yatır Naxa bitab,Mışovul quyruğun yeyibdir lap.Su tərəf gəlməyə aman yoxdur,Canı çıxmayıbsa da, hal yoxdur.Çox güc ilə pişik sürütdü onu,Suya saldı əqilsiz heyvanı.Dedi: – Get, qismətin nə isə elə,Özgə kəsbin gətirmə heç dilə.Getmə sən görmədiyin özgə işə,Kəsəyən tutmağı heç etmə peşə.ASLANIN TƏQSİMİ117
İt ilə Tülkü, Qurd ilə AslanOldular dost, dörd heyvan.Şərt edib verdi əhd bir-birinə,Düşə ov hər kəsin əgər girinə118,Gətirib meydana onu qoysun,Dörd yana o ovu gərək bölsün.İttifaqən bu hiyləbaz TülküBir maral tutdu xeyli saz Tülkü.Dostların yığdı o ovun başınaKi, verə hissə cümlə yoldaşına.Tülkünün bu ovu gözəl şey idi,Kimsə verməz, əlinə düşsə idi.Gəldi məcmui, gəldi Aslan da,Çəkilib həm oturdu bir yanda.Çəngəlü cırmağın yumub-açaraq,Yoldaşı təftiş119 eyləyib baxaraq,Başladı ovu etməyə təslim.Dedi: – Ey dost, aşinayi-əzizim,Dörd nəfər yoldaşıq, onunçün mənBölmüşəm ovu dörd yana qəsdən.Rəsədimlə120 bu bir pay manadır,O biri pay da mən aslanadır.Sahibəm bu üçüncü paya, yəqin,Zorluyam sizdən, onu siz də bilin.Dördüncü paya əgər bir kəs,Nəfsini güdməyib edərsə həvəs,Bir qapaz başına salıb onun,O saətdə çıxardaram canın.NAXOŞ ASLAN VƏ EHTİYATLI TÜLKÜ
Naxoş olmuşdu bir günü Aslan,Elan etmişdi böylə bir fərman:“Cümlə heyvan gəlib məni görsün,Halını padşahının sorsun.Kəsb qılsın rizasın Aslanın,Çəkməsin heç bəlasın Aslanın”.Axışırdı, gəlirdi heyvanlar,Şaha qurban olurdu canlar.Tülkü ancaq gözə görükməz idi,Səmti-Aslana heç getməz idi.Tülküdən sordular bunun sirrin:“Niyə gizlənmisən, nədir fikrin?!Dedi Tülkü: “Mənə bu əl verməz,Aslanın yanına gedən gəlməz.Yuvası aslanın cəhənnəmdir,Nandan121 ehtiyat əlzəmdir122.Ehtiyat üzrə olmayan şaki,Heç bir işdə olmaz idraki”.KİRPİ VƏ DOVŞAN
Bir günü Kirpiyə dedi Dovşan:– Bədənin hər yerin basıbdı tikan.Sən məgər üstə-başa baxmırsan,Tikan içrə məyər darıxmırsan?Gey mənim eşməyim123 kimi kürkü,Yumuşaq, yaxşı, yox pası-çirki.Verdi Kirpi cavab Dovşana,Dedi eybini qanmaz heyvana:– Yaxşı eşmək mənim nə hacətimə,Batmasın canavar dişi ətimə.
UŞAQ VƏ GÜL
Bir uşaq yazda istədi, getsin,Bağı başdan-ayağa seyr etsin.Bağa girmişdi, gördü gül açılıb,Hər tərəfə güldən ətir saçılıb.İstədi gül budağını əysin,İyləsin, bir neçə gülün dərsin.Əlinə batdı yerbəyer tikanı,Uşağın bir qədər sıxıldı canı.– Nə tikandır, – dedi, – basıb səni, gül,Qonmasın üstünə yazıq bülbül?At yerə hər nə var tikan səndə,Qan tökən olma, bir usan sən də!HƏR PARILDAYAN QIZIL OLMAZ
Qızlarquşu ilə sarı bülbülEtmişdi qəfəs içində mənzil.Eyvana asılmış idi quşlar,Siması xoş, həm sədası xoşlar.Bir gün oxuyurdu sarı bülbül,Cəh-cəhləri söyləyirdi min dil.Asdı qulaq o evin uşağı,Oldu atasına bəndi bazı:– Göstər, ağa, quşları düşür, al,Kimdir oxuyan görüm o minval?Atası qəfəsləri düşürdü,Oğlunun qabağına götürdü.Dedi: – De görüm, oğul, bu quşdanHansı sənin əqlin aldı başdan?Quşlara uşaq baxırdı yaxşı,Hansı, görəsən, oxurdu yaxşı?Qızlarquşunu görən kimi oDedi: – Oxuyan, ağa, budur, bu.UŞAQ VƏ AYNA
Var idi xırda bir oğlan uşağı,İki-üç yaşına dolmuş o çağı.Tazə dil, tazə ayaq açmış idi,Anası yaxşı qulaq asmış idi.Anası xeyli ədəbli kəs idi,Oğlunun tərbiyəsiyçün bəs idi.Nə ciyər guşəsini döyməz idi,Nə acıqlanmaz idi, söyməz idi.Öyrədərdi ədəbi, mərifəti,Göstərərdi nə isə məsləhətin.Görməmişdi hələ aynanı özü,Bilməyirdi, necə şeydir güzgü.Kamilə aynanı sildi, aldı,Asmadı, söykədi zalda, qaldı.Uşaq oynarkən o zalda tənhaGörübən güzgünü oldu şeyda.Göz göyə sarı yönəldi, baxdı,Özünü gördü, ürəyi axdı.Bu, ona baxdı, o da baxdı buna,O da güldü bu gülən vaxt ona.Bu, geri keçdi, o da getdi geri,Bu yanaşdı, o da gəldi irəli.Qalxızarkən bu əlin bir azacıqElə bildi ki, o çəkdi yumruq.Hirslənib bu gedib aldı maşanı,İstədi, vursun acıqlandıranı.Anası gizli baxırmış, gəldi,Tələsik tutdu, buna qandırdı:– Əlini saxla! – dedi, – vurma, gözüm,Qulaq as, var sənə bir neçə sözüm.Sən acıqlanma, balam, bax yumuşaq,Sən uşaqsan, o da çox yaxşı uşaq.Gər gülər üz ona sən göstərsən,Özünə ram, həlim eylərsən sən.Oğul, ayna kimidir bu dünya,Hər nə etsən, o olar çöhrənüma124.QARĞA VƏ TÜLKÜ
Qarğa ağzında bir qırıq pendirQonubən sərvə, eylədi tədbir.Ki, yesin onu… bir qədər duruxub,Pendir ağzında fikr edirdi baxıb.Tülkü yügrək125 keçirdi o yerdən,Burnuna dəydi iy o pendirdən.Tülkü dərhal dayandı, bir baxdıPendirə, ağzının suyu axdı.Dırnaq üstə yanaşdı sərvə sarı,Bulayıb quyruğun baxıb yuxarı,Dedi nazü nəzakət ilə yavaşQarğaya: – Qarğa, ey əziz qardaş!Nə gözəlsən, sürahigərdənsən,Qaragöz varsa, bir gözəl sənsən.Pəh! Qanad, quyruğu, nə dimdiyi var,Çox gözəl bunda sövt126 olar, səs olar.Heç utanma, oxu, amma qardaş,Yoxdur gözəllikdə kimsə səndən baş.Bu camal ilə, bəlkə, vallahıOlasan cümlə quşların şahı…Mədhü tərifə aldanıb qarğa,Fərəhindən də dillənib qarğa,Bir qağırtı çıxart gənzikdən,Pendirin saldı qarğa dimdikdən.
ALQANAD VƏ GÖYƏRÇİN
Çətməyə127 düşdü alqanad quşu,Çətmə o saat elədi bənd quşu.Başladı quş çətmədə çırpınmağa,Hər yana sıxcınmağa, dartınmağa.Körpə göyərçin görüb əhvalını,Yoxlamayıb öz işinin dalını,Etdi məzəmmət o sitəmdidəyə,Eylədi çox töhmət o qəmdidəyə:– Sən necə əqilsiz, necə divanəsən!Mərifətin yox, mənə biganəsən.Kimsə məni aldadamaz dam ilə,Hiyləgərin hiyləsi var xam ilə.Çətməni görsəm, onu dərk eylərəm,Çətmə məqamın dəxi tərk eylərəm.Bu sözü ağzında deyərkən, sonraQəflət olub düşdü göyərçin tora.Şübhəsi yox, hər kəs edər rişxəndBaşqa bəlaya olacaq payi-bənd128.XORUZ VƏ QUQQU
– Banlayırsan gözəl, Xoruz qardaş!Yoxdu xanəndəlikdə səndən baş.– Quqqu qardaş, sənin səsin xoşdur,Nəğməsi başqa quşların boşdur.Eşidəndə sənin təranəni mənDeyirəm qəlbən sənə əhsən!– Ey Xoruz, afərin sənin səsinə,Valehəm, aşiqəm cahanda sənə.Banlayırsan, verir mənə ləzzət,Yetirir qəlbimə səsin behcət129.– Quqqu qardaş, sənin kimi gözəli,Həm sədası zərif, səsi məzəli,Başqa bir quş yaratmayıb Allah.Bülbülə tən edir sənin, billah!Xırda boylu, səsin əcəb sazdır,Belə nadir vücud çox azdır.Öz canımdan səni əziz tuturam,Səni xalqa nişan verib ötərəm.Sərçə bu göftüguyə130 verdi qulaq,Onlara tənə daşın atdı bayaq.Dedi: – Mədh eyləməklə yoldaşıUsta qılmaz olan kəsi naşı.Sizdə heç hüsn, mərifət yoxdur,Musiqi elminə bələd yoxdur.Xoruzu Quqqu mədh edir nə əcəb,