Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü şair-publisist Ramiz Duyğunun əsas yaradıcılıq amalı və əqidəsi Vətənpərvərlik duyğularını tərənnüm etməkdir.
Bu kitaba daxil edilən şeir və poemaların demək olar ki, əksəriyyəti Qarabağ müharibəsi ilə əlaqəlidir və bu əsərlər, əsasən, qədim mədəniyyət, incəsənət və sənət paytaxtımız Şuşa şəhərinin erməni-daşnak faşist işğalından sonra yazılıb.
Kitaba daxil edilmiş şeir və poemaların ruhunu ancaq silaha sarılmaq və Qələbəyə böyük inam nidaları təşkil edir və ərazi bütövlüyümüzün yalnız hərb yolu ilə bərpa olunacağına çağırışdır.
Nə xoş ki, şair intuisiyası yanılmamış və nəticədə Dağlıq Qarabağ münaqişəsi qüdrətli Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü məntiqli və uzaqgörən siyasəti nəticəsində dəmir yumruq sayəsində tarixi ZƏFƏRLƏ başa çatmışdır.
все жанры