Görkəmli alman alimi hüquqa mədəni dəyər baxışını əsaslandırır. Onun təhlilinin əsasını hüquqda şəxsiyyətin üstünlüyü və müstəsnalığı təşkil edir.
Hüququ ədalət iradəsi kimi müəyyən edərək, Radbrux qeyd edir ki, bu iradəni “udan” qanunlar qeyri-gerçəkdir və icra olunmamalıdır. Müəllif hüququn ayrı-ayrı institutlarını – mülkiyyət, müqavilə, nikah – təhlil edərək öz fikrini inkişaf etdirir və öz ideyalarını yuridik praktikaya tətbiq etməyin yollarını göstərir.
Fəlsəfi-hüquqi fikrin klassikasına çevrilərək, Q.Radbruxun bu kitabı hüququn mahiyyəti haqqında indiyədək davam edən ənənəvi və aktual fikir mübadiləsinin üzvi hissəsidir.
Kitab hüquqşünaslar, filosoflar, alimlər, praktiklər, tələbələr və doktorantlar üçün nəzərdə tutulmuşdur.
все жанры