banner banner banner
Qırmızı kitab
Qırmızı kitab
Оценить:
Рейтинг: 0

Полная версия:

Qırmızı kitab

скачать книгу бесплатно

Qırmızı kitab
Məhəmməd Qutlu

Türkün min illik dərin Ana Yasasının sirrinə hər kəs şahid olacaq… Türk Xaqanı Qərbin üstünə qaranlıq kimi çökəcək…

İddia edirik ki, bu kitabı oxuyanlar, “Əgər Türkiyə hakimiyyətinin başına belə bir lider keçərsə?” düşüncəsinə qapılacaqlar. Türkiyə və Asiyanın əvvəlki işıqlı günlərinə qayıtmasını hədəf seçən xarizmatik bir lider. qorxmaz, sui-istifadəyə, rüşvətə, Qərbli çıxar qruplarına bulaşmamış biri…

Əvvəlcə, neçə illərdir ki, kəşf edilməyi gözləyən nefti çıxarmağa başlayır. Türkiyə qısa müddətdə dünyanın ən böyük neft istehsalçısı olur. Bunun ardınca bölücülər tərəfindən Türkiyədən qopardılan Cənub-Şərqi yenidən qazanır. İllərdir Türkiyənin iliyini soran mənafe qruplarının, oğruların və xainlərin bütün etdiklərinin hesabını tək-tək soruşur.

Amerika və İsrail tərəfindən parçalanmış ərəb ölkələrini öz arxasınca aparır. Sonrakı mərhələdə, Rusiya ilə bir masaya oturur. Çin və digər Asiya nəhənglərini yanına alır. Asiya Birliyinin təməllərini atır. Dünya qısa müddətdə öz oxunu dəyişdirir. Güc Qərbdən Şərqə, Asiyaya keçir. Qərb ölkələrində qarışıqlıq və xaos başlayır. Bütün bunlar Türk dövlətinin başına milliyyətçi, azadlıq carçısı və yaxşı yetişmiş bir dövlət adamının keçməsiylə başlayır…

Məhəmməd Qutlu

QIRMIZI KİTAB

r o m a n

“Türkün min illik dərin Ana Yasasının sirrinə hər kəs şahid olacaq”

Türk Xaqanı Qərbin üstünə qaranlıq kimi çökəcək…

İddia edirik ki, bu kitabı oxuyanlar, “Əgər Türkiyə hakimiyyətinin başına belə bir lider keçərsə?” düşüncəsinə qapılacaqlar.

Türkiyə və Asiyanın əvvəlki işıqlı günlərinə qayıt-masını hədəf seçən xarizmatik bir lider. qorxmaz, sui-istifa-dəyə, rüşvətə, Qərbli çıxar qruplarına bulaşmamış biri…

Əvvəlcə, neçə illərdir ki, kəşf edilməyi gözləyən nefti çıxarmağa başlayır. Türkiyə qısa müddətdə dünyanın ən bö-yük neft istehsalçısı olur. Bunun ardınca bölücülər tərəfin-dən Türkiyədən qopardılan Cənub-Şərqi yenidən qazanır.

İllərdir Türkiyənin iliyini soran mənafe qruplarının, oğruların və xainlərin bütün etdiklərinin hesabını tək-tək soruşur.

Amerika və İsrail tərəfindən parçalanmış ərəb ölkə-lərini öz arxasınca aparır. Sonrakı mərhələdə, Rusiya ilə bir masaya oturur. Çin və digər Asiya nəhənglərini yanına alır. Asiya Birliyinin təməllərini atır. Dünya qısa müddətdə öz oxunu dəyişdirir. Güc Qərbdən Şərqə, Asiyaya keçir. Qərb ölkələrində qarışıqlıq və xaos başlayır.

Bütün bunlar Türk dövlətinin başına milliyyətçi, azadlıq carçısı və yaxşı yetişmiş bir dövlət adamının keç-məsiylə başlayır...

Görünüşündən, ömrünün 80-cı ilinin ikinci yarısını keçirdiyi təsiri bağışlayan qoca Sapanca gölünün sahilində qarmağını taqətsiz əliylə suya uzatmış, qatlanan stulunda mürgüləyərkən, birdən, başının üstündə duran nəvəsinin səsiylə diksindi:

– Baba! Bəs mən də gələcəkdim?

– Sən haradan çıxdın, aslan nəvəm?

– Eybi yox, nə olar ki! Həmişə məni qoyub gedirsən, hər dəfə…

– Sən məktəbdəydin. Bu vaxta qədər səni gözləyəy-dim? Balıqlar qaçardı axı.

– Guya, çox balıq tutubsan?

– Əlbəttə, tuturam. Bir dənəsini tutmuşdum. Sən gəl-məzdən əvvəl, vedrədən tullanıb qaçdı.

– Yaxşı, elə olsun.

Nəvəsiylə söz güləşdirmək, o vaxtların qüdrətli döv-lət adamının kefini açırdı.

– Baba, siz Mehmet Demirlə ölkəmizi xilas edəndə “Qırmızı Kitab”ı tapdınız?

– Nə, “Qırmızı Kitab”ı?

– Deyirlər ki, siz Türk dövlətlərinin gizli şifrlərinin yazıldığı “Qırmızı Kitab”ı tapıb, ondan sonra Türkiyəni xi-las etmisiniz…

Nəvəsinin bu sözləri yaşlı adamı hədsiz güldürdü. Ara verməyən gülüşlər öskürəyə çevriləndə, yaxınlıqda gözləyən asayiş polislərindən biri qaçaraq gəldi. Dərhal ma-şından su gətirərək əski dövlət adamına təqdim etdi. Qoca, titrəyən əlləri ilə bir neçə qurtum su içdikdən sonra, dərin-dərin nəfəs alaraq özünə gəlməyə çalışdı.

– Yaxşı, gözəl nəvəm. Madam ki, Qırmızı Kitabdan bəhs edirsən, sənə Mehmet Demir və dostlarının bu ölkəni necə xilas etdiklərini danışacağam. Amma, əvvəlcə evə qaç, dəftərini və həmişə üzümüzə tutduğun o kameranı gətir.

Babasının danışmağa qərar verdiyini hiss edən uşaq, bir anda ox kimi həvəslə evə yollanmışdı.

“Ey fani günlər, ey!” – deyə köks ötürərək, gölün parlaq sularına dalıb gedən yaşlı adam:

– Eh Mehmet. Xaqanım, can yoldaşım. Ölkəni necə qurtardığını danışmaq artıq boynumuzun borcu oldu. Barı danışım ki, gələcək nəsillərə “Qırmızı Kitab” olsun, – deyə içindən səsləndi.

Ahmet Bedinin gözlərindən süzülən iki damla göz-yaşı, bir müddət əvvəl itirdiyi böyük dövlət adamına hiss etdiyi həsrəti, üzünə nəqş edirdi.

Artıq nəvəsi yenidən başının üstündə peyda olmuş, kameranı ayaqları üstündə quraraq, babasının yanında oturmuşdu.

Beləcə, bir millətin küllərindən necə təkrar doğaraq, dünya dövlətləri sırasına qoşulduğu müdhiş hekayəni da-nışmağa və böyük vasvasılıqla nəvəsinə qeydə aldırmağa başlamışdı.

***

– Alçaq adam, rəzil kələkbaz!..

Bir dəstə çap kağızını divanın üstünə ataraq, qeyri-ixtiyari belə qışqırmışdı. Əli arxasında otaqda sürətli ad-dımlarla oyana-buyana gedir, orada olan üzləri sərt, müm-kün olduqca ciddi görünməyə çalışan iki adamın önünə gəl-dikcə, kəskin baxışlarla onlara baxırdı.

– Budurmu Təşəbbüskar İnkişaf Partiyasının sədri? Yəni, gələn il keçiriləcək seçkilərdə iqtidara gəlməsi gözlə-nilən partiyanın başında, bu adam durur? Dostlar, bu nə qə-dər alçaq adamdır belə?

Elə soruşmuşdu ki, adamların ikisi də eyni anda ud-qundu. Az qaldı ki, sualın şiddətindən onlar özlərində gü-nahkarlıq hiss etsinlər.

– Çox heyf ki, elədir, əfəndim. Ölkə gerçəkləri… – adamlardan biri dedi.

Bu cavabı eşidəndə, hələ otağın o biri tərəfinə get-məkdə olan əsəbi adam birdən dayandı.

– Əşiii, bu şərəfsizin necə yüz milyonlarla dollar mal-dövləti ola bilər? Universitet oxumaq üçün ailəsinin bir-cə inəyini satmağa məcbur olan tələbə bu deyil? Oğurladıq-ları bir yana qalsın, əclaf, məclisdəki rus katibəsinə ayrı-ayrı yerlərdə ev tutub. Hələ bunlar azmış kimi, hamının tanıdığı bu Fikrinin də xətirli müştəriləri arasında yer alır. Hər həftə Antalyada poker oyununda bir yerdə olduğu adamlar, Ru-siyanın və Türkiyənin ən azğın mafiya başçılarıdır. Budur-mu İYH-nin yerinə, iqtidara gələcək partiyanın başındakı adam? İnanılası deyil. Zərrə qədər inanılası deyil.

Bunları deyərkən otaqda gəzişməkdən əl çəkib, hirsli və əldən düşmüş halda yumşaq divanın üstündə oturdu. Bir-iki saniyə başını aşağı salaraq gözlədikdən sonra, gül-məyə başladı. Onun bu halı qarşısında oturan iki adamın üzündəki qaşqabağı da bir anda dağıtmışdı.

Xarizmasının şiddəti, ətrafındakı insanları bir anda gərgin bir atmosferə salırdı. Ciddi olduğu zaman, qaşqa-baqlı görünürdü. Ancaq güləndə, ətrafına müsbət ab-hava yayırdı.

Mehmet Demir 49 yaşında ölkədə tanınmış qəzet ya-zarı idi. Fərqli üslubu ilə, hələ 30 yaşlarından etibarən diq-qəti özünə çəkmiş, çox sayda jurnal və qəzetdə yazarlıq və idarəçilik etmişdi. Digər həmkarlarından fərqli olduğunu hər yazısında hiss etdirirdi.

Həmkarları arasında “Dərin Dövlətin mətbuat spi-keri” olaraq xatırlanırdı. Hər kitabında, hər yazısında Tür-kiyənin yenidən lider bir dövlət olacağını vurğulayır, bunun üçün görüləcək işləri, sanki partiya proqramı təqdim edir-miş kimi sıralayırdı.

Hər kəs neçə ildir ki, onun siyasətə addım atmasını gözləyirdi. O isə tələsmir, partiyalardan gələn təklifləri, "hə-lə vaxtı deyil" – deyərək, nəzakətlə istəmədiyini bildirərdi. Ancaq neçə illərdir ki, ölkənin ağzına düşdüyü məngənədən necə qurtulacağı haqqında dayanmadan düşünür, araşdırır, proyektlər hazırlayırdı. Bir yandan da, strateji mövqelərdə olan bir neçə adamla “özək bir heyət” yaratmışdı. Onlar il-mək kimi, ölkənin yenidən şahə qalxması üçün tətbiq olu-nacaq planları hörürdülər.

Üzündə yaranan təbəssümlə:

– Adam damazlıq öküz kimidir. Zarafat bir yana, o rus xatun inanılmaz dərəcədə gözəl deyilmi? Adam belə bir xatuna nələr verməz ki? – dedi.

Ahmet Zahit otağa yayılan müsbət ab-havanı güc-ləndirmək üçün, "iki ev və bol sıfırlı bank hesabları əfən-dim", – deyə güldü. Bu sözdən sonra, birdən otaqdakı üç adam eyni zamanda gülməyə başladı. Murat Alan gülüşünə qısa bir ara verərək:

– Bu nədir ki, mən hələ bütün mal-mülkümü fəda edə bilərdim – deyib, bol gülüşlü əhval-ruhiyyənin dozasını bir az da artırdı.

Mehmet Demir:

– Dünya nemətləri adamı bu vəziyyətlərə salır, düz-dürmü? – deyincə, qarşısındakı iki adam o dəqiqə ciddiləş-di.

Ahmet Zahit:

– Bəli, əfəndim. İndi bu adamı yaxşı əlimizə keçir-mişik. Hara çəksək, ora da gələcəkdir, – dedi.

Dosyenin hazırlanmasında məsul şəxs, o, idi. O, MİT

-in nazirlikdə saxladığı şöbə müdiri səviyyəsində agenti idi. Vətənpərvər və tərtəmiz keçmişi olan kəşfiyyat işçisi idi. MİT-in qurulmağında köməkçi olan və himayə edən ABŞ-ın illər keçməsinə baxmayaraq, hələ də təşkilat üzərindən əlini çəkməməsindən narahat idi.

CIA1-nın “mükafat” adı altında işçilərə payladığı qa-lın dollar zərflərini alsa da, tək qəpiyinə əl vurmadan yar-dıma möhtac insanlara paylanmasını təşkil edib.

Mehmet Demirin diqqətini bu duruşu və davranış-ları sayəsində çəkmişdi. Təxminən 7 il əvvəl tanış olduğu Dəmir ilə sübhə qədər danışdıqları uzun söhbətlərdən sonra tale onları bir yerə gətirmişdi. Doğrudan da, həm kəşfiyyat-çı olması, həm də baş nazirlikdə əhəmiyyətli bir vəzifədə yer tutması Mehmet Demirin baş qoyduğu böyük mübari-zəyə çox kömək göstərirdi.

Otaqda olan digər adam isə, Əhali İşləri Müdirliyin-də şöbə müdiri vəzifəsini icra edən Murat Alandı. Alanın, Demirin yaxınında olmasının ən əsas səbəbi vətənpərvər ol-masıyla bərabər, Dövlət Əhali Qeydiyyatının onun idarə-sində olması idi.

Mehmet Demir ilə işləməyə başladıqdan sonra, onun göstərişi ilə etnik quruluşu qarışıq olan bir çox bölgənin əhali qeydiyyatını fərqli bir məlumat bazasına yükləmiş, bu da öz növbəsində hərəkata bir çox fürsətlər yaratmışdı. Qa-ra dəniz, Şərqi Anadolu, Cənub-şərqi Anadoluda, Mərmərə bölgəsində, İç Anadolu, Ege bölgəsində, xülasə bütün böl-gələrin Osmanlıdan bəri hazırlanmış əhali qeydiyyatları əl-lərindəydi. Bunun sayəsində, əvvəlcə siyasətçilər, hərbçilər, polis işçiləri və üst səviyyəli, üst səviyyəyə aid edilə biləcək şəxslərin etnik köklərini araşdırmaq şansı yaranırdı. Kimsə əhəmiyyətli bir qurumda diqqəti cəlb edən formada yüksəl-məyə başladığı zaman, həmin an ailə şəcərəsinə baxıb səbə-bini başa düşməyə çalışırdılar.

Mətbuat qurumlarında fəaliyyət göstərənlər də eyni formada etnik yoxlamalardan keçirdi. Ümumiyyətlə, kimi şübhələnib araşdırırlarsa, erməni, yunan, aysor ya da sabu-tayist ailə şəcərələrinin olduğu ilə qarşılaşırdılar. Bu araş-dırmalar nəticəsində, ölkənin mətbuatından tutmuş Xarici İşlər Nazirliyinə qədər ən əhəmiyyətli yerlərində hər zaman gizli xristian və sabutaylarla qarşılaşmışdılar.

Çox gizli kodlarla gizlədikləri bu məlumatlar, ölkə-nin Osmanlıdan bəri heç bir zaman sadə Türklərin və Mü-səlmanların idarəsinə verilmədiyini bir daha ortaya qoyur-du. Türk olaraq bilinən o qədər baş nazir və nazir erməni, yunan və yəhudi çıxmışdı ki, bəzən ölkənin doğrudan da xi-lasının mümkünlüyündən ümidlərini kəsirdilər.

Başını tərpədərək Zahiti təsdiqləyən Mehmet Demir:

– Bəlkə də, şəxsiyyətsizin etdiyi bu səhvlər, vətən, millət üçün xeyirli oldu. Onu rahatlıqla aradan qaldırıb, mü-barizəmizi istədiyimiz səviyyəyə qaldıra bilərik – dedi.

Artıq Demirin adamları Mahmut Dilaverin yerlərə saçılmış olan çirkli əməllərini toplamağa başlamışdı. Bu dosyedəki sənəd və məlumatlar, təxminən 3 illik əməyin məhsulu idi. Çap kağızları ilə birlikdə iki qovluq sənəd və məlumatlar, eyni zamanda çox sayda kompakt disklə (CD) dolu çəkilişlər artıq onlardaydı.

Sənədlərdə yazılı olan nağd pullar alt-alta topladıq-da 120 milyon dollara çatırdı. Dilaverin ölkə içində və tez-tez getdiyi ABŞ-dakı mal-dövləti 60 milyon dollardan çox idi. Üstəgəl bütün bu mal-dövlət hələ iqtidara gəlmədən yı-ğılmışdı. Sadəcə bu pullar belə onun nə qədər qaranlıq adamlarla əlaqəli olduğunu göstərməyə bəs edirdi.

***

Mahmut Dilaver, Təşəbbüskar İnkişaf Partiyasının (TİP) sədriydi. Mehmet Demirin əlindəki əhali məlumatla-rına görə, köç artığı bir erməni ailəyə mənsub idi. Onun ailəsi də digərləri kimi cümhuriyyətin elanıyla türk ad və soyadı alaraq əraziyə uyğunlaşmışdı. O, Ankara Universi-teti Hüquq Fakültəsinin məzunuydu. Universiteti bitirdik-dən sonra Ankarada şansını yoxlamış, ayrı-ayrı sektorlarda öz yerini tuta bilmədiyi üçün Rizeyə qayıdaraq vəkillik etməyə başlamışdır.

İkinci dəfədir ki, Rize millət vəkili olaraq məclisdəy-di. Üç il əvvəl də, partiya başqanı Saim Sırıklıoğlu səhhətin-də yaranan problemlərə görə siyasətdən çəkilməyə məcbur qaldı. Sırıklıoğlunun o qədər etibarını qazanmışdı ki, əma-nəti təslim alacaq adamlar siyahısında onun da adı var idi.

Seçilməsində, ənənəvi Qara dəniz biznesmenlər lob-bisinin də böyük qatqısı olmuşdu. Bu lobbi böyük podratçı və nəqliyyat şirkətlərinin sahibləri olan, bir çox güclü biz-nesmendən təşkil olunmuşdu.

İqtidardakı İşıqlı Yol Hərəkatı (İYH) partiyası çox zə-ifləmişdi. TİP məclisdə üçüncü böyük partiya olmasına bax-mayaraq, anket nəticələrinə görə iqtidar yarışında ipi əlinə alacaq kimi görünürdü. Hiyləgər biznesmenlər bu rəsmin əsl mənasını dərk etməyi çox yaxşı bilirdilər. Bu adamlar daha əvvəllər də Türkiyəyə üç baş nazir, beş baş nazir kö-məkçisi və saysız-hesabsız nazir ərməğan etmişdilər. Özləri ərməğan etdiklərini düşünsələr də, biri yunan, digəri ermə-ni əsilli hər iki baş nazir Türk xalqına çox baha başa gəlmiş-di.

Fövqəladə konqresdə, siyasi tarazlığı yaxşı hesab-ki-tab edən biznesmenlər, Mahmut Dilaverin partiyanın başına keçməsi üçün kisənin ağzını sonuna qədər açmışdılar.

Konqresin birinci günündə, Mahmut Dilaverin ən güclü rəqibi İstanbul millət vəkili və partiyanın sədr kö-məkçisi Ahmet Karslı şanslı görünürdü. Çıxışında, milliy-yətçi və idealist bir duruş göstərmiş, nümayəndələrdən bö-yük alqış almışdı.

O gecə biznesmenlər lobbisinin həyata keçirdiyi əməliyyatla, nümayəndələrin verəcəyi səslərin yönü dəyiş-dirilmişdi. Bölgədəki biznesmenlərin oğulları və digər ya-xınlarından ibarət qrup, səsvermədə iştirak edənlərin qaldı-ğı otelləri bir-bir gəzirdilər. Özləri də nümayəndə olduqları üçün heç bir çətinliklə qarşılaşmırdılar. Nümayəndələri müxtəlif qruplar halında lobbilərdə bir yerə yığır, ətrafdakı maraqlı baxışların üzərlərində olduğunu gördükdə isə bun-dan yayınmaq üçün müvəqqəti qərargah olaraq otaqları is-tifadə edirdilər. Sübhə qədər böyük bir səylə düz 870 adam ilə üz-üzə görüşə bilmişdilər. Onları qarşılarına alıb:

– Bax dostum, Mahmut Dilaverin qalib gəlməsi öl-kəmiz üçün ən xeyirlisidir. Biz də bu məqsəd üçün çalışırıq. Elə sizin kimi. İndi səndən söz verməyini istəyirik ki, səsini Mahmut başqana verəcəksən. Yaxşımı? – deyə şirin dillərini işə salırdılar. Nümayəndə düşüncəli və fikirli üz ifadəsiylə vurnuxub udqunarkən, bir dəstə 500-lük avronun ucunu göstərirdilər. Avroları görən nümayəndənin tər basmış üzündə sevinclə iztirab dolu əcaib bir ifadə yaranırdı. Nü-mayəndə nəm-nüm edəndə, lobbinin adamı əlli min avroluq dəstəni onun cibinə basırdı. Bu anda eyni qrupdan bir digər adam mobil telefonla bu anın şəkillərini çəkərək kadrları ölümsüzləşdirirdi.

Bu şəkillərin çəkilməsi məsələsindən bir neçə nüma-yəndə çox narazı qalmışdı. Hətta bir ikisi dava salmaq istə-mişdi. Qarışıqlıq yaratmaq istəyən nümayəndələrə hədə ilə müdaxilə edilir:

– "Götür pulu sakit-sakit otur yerində" – mesajını ve-rirdilər. Doğrusu bu işdə çox püxtələşmişdilər.

TİP Fövqəladə Konqresinin ikinci günündə keçirilən səsvermədə, gözlənilənin tərsinə, Mahmut Dilaver qazandı. 1100 nümayəndədən 827-nin səsini alan Dilaver, əzici bir üs-tünlüklə TİP-in sədri olmuşdu. Bir gün əvvəl bütün göstəri-cilər Ahmet Karslını göstərsə də, bu vəziyyətdən sonra onun bütün ətrafı şoka düşmüşdü. Baş Nazirlik Divanına səsvermədə saxtakarlıq edildiyi haqqında müraciət edilsə də, heç bir nəticə almamışdılar. Doğrudan da hər şey niza-ma, qaydaya uyğun görünürdü.

Mahmut Dilaver partiya sədrliyinə keçmiş, partiya idarəetmə orqanları üçün nümayəndələr qarşısında irəli sürdüyü namizədlər də istədiyi kimi qəbul olunmuşdu.

Partiyanın başına keçən Mahmut Dilaver, artıq par-laq bir gələcək vəd edən yerin tək hakimi idi.

Nəticələr açıqlanarkən Dilaverin tərəfdarları səbir-sizliklə orada gözləyirdilər. 827 səslə Mahmut Dilaverin qa-lib gəldiyi elan olunanda, əvvəlcə tərəfdaşları sevincdən qış-qırmış, sonra bir-birlərini qucaqlayıb, sırtıq gülüşlərlə bir-bi-rinə baxmışdılar. 43 nümayəndə pul almalarına baxmayaraq Mahmut Dilaverə səs verməmişdi. Ancaq nəticəyə baxanda hədər gedən bir neçə milyon avronun heç əhəmiyyəti yox idi.

***

Orta Şərqdə vəziyyət 1978-ci ildə Bernard Levis adlı yəhudi mütəfəkkirin sədrliyində Princeton universitetində yığışan, Sionist Şurada ana xətləri müəyyən edilən Böyük Orta Şərq Planı, 2007-ci ildən etibarən tam mənada tətbiq üçün vüsət tapmışdı.

Tamamilə yəhudi məhsulu olan bu planla Orta Şərq-də hər bir dövlət ən az iki hissəyə bölünmüşdü. Bölgənin bu vəziyyəti, ABŞ-ın, əslində isə İsrailin daha rahat tikə kimi bu ərazini udması üçün idi. BOŞP ilə bölgədə düz 50 fərqli döv-lət yaradılmışdı. Qərb televiziya kanalları xəbərlərdə yeni xəritələr üzərində öz reportajlarını yayımlayırdılar. Ancaq bu süni sərhədlər bölgədə qəbul edilməmişdi. Türkiyə və İran xaricində cəmi 145 milyon olan Orta Şərq əhalisi, bu və-təndaş müharibəsi və üsyanlara görə 45 milyon azalmışdı.

Sanki Orta Şərq, cəhənnəmi dünyada yaşamağa baş-lamışdı. Ərəblərin, cənazədə, vuruşmada ya da nümayişdə olmadığı zamanlar bir yerə yığışaraq, əgər şansları varsa ta-pacaqları bir qurtum acı qəhvəni içərək etdikləri söhbətlər, ancaq və ancaq sonlarının nə olacağını müzakirə etməklə keçirdi.

Son dövrlərdə bu söhbətlərdə bir mövzu ön plana çı-xırdı. Allah onlardan türklərin intiqamını alırdı. Yüz il əvvəl bir ovuc ingilis qızılı üçün türkləri qəddarca arxadan vur-duqlarını xatırlayır, başlarına gələnlərə layiq olduqlarını dü-şünürdülər.

Fələstin və Süveyş cəbhəsinə əsgər və silah-sursat aparan qatarlardakı məhmətciyi heç düşünmədən öldürüb sursatlarını aparırdılar. İngilislərlə əlbir olub, türkləri böl-gədən uzaqlaşdırmışdılar.

Demək ki, Allah ədaləti göstərməkdə heç tələ-mir-di…Yüz ilə yaxın bir vaxtın sonunda, xidmət etdikləri qərbli ölkələrin atdığı bombaların başlarında partlamasıyla ədalət təcəlli edirdi.

Türklər! – deyirdilər. Ah türklər…, Türklər yeni bir təyyarə hazırlayıb, ama gizlidi – deyirdilər. Türklər daha dayanmaz – deyirdilər. Hazırlaşırlar. Arada digər biri: Atom bombaları da var – deyirdi. Türkiyədən gələn Am-mar demişdi, nüvə raketləri də hazırlayıblar. Yeraltında bir şəhər böyüklüyündə silah fabrikləri varmış – deyə fısıltı ilə danışırdılar. Söhbət edənlər bir ağızdan “İnşallah” deyə əl-lərini açıb yuxarıya doğru baxış göndərirdilər.

Türkiyə isə hər növ həngaməyə rəğmən, sərhədlərini qorumağı bacarmışdı. Mehmet Demir və dostlarının ən bö-yük təsəllisi də bu idi. Bu ölkəni Allah qoruyurdu. Nəsə et-mək üçün hələ də gec deyildi.

***

Mahmut Dilaver, artıq 6 ay idi ki, TİP-in başındaydı. 2019-cu il seçkilərinə bir ildən az bir vaxt qalmışdı. Araşdır-malar nəticəsində məlum olan ictimai rəy, hələ də TİP-in İYH-dən böyük fərqlə öndə olduğunu göstərirdi. Ölkənin iqtisadi vəziyyəti heç də müsbətə doğru getmirdi. Beynəl-xalq kredit dərəcələndirmə quruluşları Türkiyə üçün verilə biləcək kredit miqdarını aşağı salmışdı. Tətil və etirazların ardı-arası kəsilmirdi.

Mahmut Dilaver də, iqtidara namizəd partiyanın sədri olaraq, 6 ayda iyirmidən çox bölgədə mitinq keçirmiş, bir çox hotel yığıncaqlarında hökuməti var gücü ilə tənqid etmişdi. İqtidar qoxusu alan partiya lideri nə lazımdırsa, ar-tıqlamasilə edirdi.

Mehmet Demir və ətrafı da bekar dayanmırdı. Dila-verin saxtakarlıqlarını ortaya çıxarmaq üçün dosye və mə-lumatlar hazır idi. Gələn yeni məlumatlar günbəgün məlu-mat bazasında öz yerini tuturdu.

Demir və dostları ordunu da yaxından təqib edirdi-lər. Birbaşa əlaqə yaratmasalar da, ordu içindəki vətənpər-vər zabitləri ortaya çıxarır, ordu iyerarxiyası içində nə vaxt hansı rütbəni alacaqlarını diqqətlə hesablayırdılar.

***

Artıq hərəkata başlamağın vaxtı idi. Bir bazar günü, bütün xırdalıqları müzakirə etmək üçün Ankaradakı Ata-türk Bulvarı yaxınlığındakı binada, Demirin yaxın adamının sahib olduğu ofisdə bir yerə yığışdılar.