…bu şəklə diqqətlə baxın. Gördüyünüz sxemlər və rəngli xətlər sizə nə deyir? Siz bunu nəyə oxşadırsınız? İlk ağıla gələn hansısa bir cihazın sxemi və ya hansısa fiziki düstur olur çoxunda. Amma daha diqqətlə baxandan sonra şəklin sol aşağı və sağ yuxarı küncündə iki təyyarə işarəsi görə bilərsiniz. Bu işarələr təxmini hamıda elə təsəvvür yaradır ki, qırmızı, sarı, yaşıl xətlər və müxtəlif yazılar səmada təyyarələrin getdiyi yolun xəritəsidir və təyyarələr göydə kəsişməsin deyə onlar üçün cızılmış bir xəritədir. Siz təxmini düz tapdınız. Amma daha dəqiq desək bu yollar göyün üzündə yox, yerin altında olan yollardır. Bu Tokio metrosunun xəritəsidir. Tokio metrosunda təxminən 180-ə yaxın stansiya var, eləcə də metro 9 bəzi yerlərdə 13 dəmir yolu xəttindən ibarətdir. Məsələn o xətlərdən biri Ginza xəttidir, onun özü də müxtəlif hissələr və stansiyalardan ibarətdir. Hələ stansiyalar bir qırağa, bu ayrı xətlərdə olan dəmir yollarının özlərinin eni də müxtəlifdir, beləcə bir xətdə olan qatarlar o biri dəmir yolları üzərində heç cürə hərəkət edə bilməz, çünki qatarların təkərlərinin ölçüsü dəmir yolunun ölçüsünə uyğun gəlməyəcək.
все жанры