banner banner banner

BİRİNCİ ADDIM. “Beş anonim milyonçu“ – Qaraqan

Оценить:
Рейтинг: 0
Описание книги:

Salam, dost, bilmirəm bu oxuduğun ilk kitabımdır, ya artıq dəfələrlə həmsöhbət olmuşuq. Bil­mi­rəm məni nə dərəcədə yaxşı tanıyırsan. Sənin gö­zündə özün­­dənrazı və şöhrətpərəst bir ulduz, yox­sa sevdiyin, özü­­nə yaxın saydığın bir insanam? Bilmirəm, bu kitabı al­mısan, ya kimdənsə təsadüfən götürmüsən, ya da kitab dükanında açıb ilk cümlələri oxuyursan. Bilmirəm, ümumiyyətlə, kitab oxumaq həvəskarısan, yoxsa sənin gözündə bu boş bir şeydir. Bilmirəm… Amma sənə bir şeyi danışmaq istəyirəm. Bu aralar mənim həyatımda qəribə bir şey baş verdi. Bir anlıq geriyə çevrilib baxdım və qazandığım uğurları gördüm. Cəmi beşcə ilin içində o qədər irəliləyə bilmişdim ki, bu çox adam üçün təəccüblü də görünə bilərdi. 18 yaşımda olarkən arzu etdiyim yerə gəlib çatdığımı gördüm. Mən doğrudan da o vaxt özümlə bağlı arzu etdiyim bütün uğurları qazanmışdım. Yox, yox! Bu kitab mənim necə uğur qazandığımdan və şəxsi xatirələrimdən ibarət deyil. Heç vaxt istəmərəm özümü ağızdolusu tərifləyim və kimsə bunu oxusun. Əksinə, bu kitab mənim bu aralar keçirdiyim bir qəribə hisslə bağlıdır. Bunu bir gün sən də öz içində mütləq hiss edəcəksən, amma qorxuram ki, o gün artıq gec olsun. Bu elə bir hissdir ki, onunla üzbəüz qaldıqda artıq geriyə dönüb fikirləşməyə, hazırlaşmağa, nəyisə dəyişməyə vaxtın olmayacaq. Bu hiss özü ilə o qədər sual gətirəcək ki, sən az qala dəli olacaqan, fərqi yoxdur avtobus dayanacağında, yoxsa şəxsi təyyarəndə – amma bu hiss gələcək. Və sən hər iki halda eyni sualı verəcəksən.
Ona görə nə qədər ki gec deyil, bu kitabı oxu. Ola bilsin ki, bu boş söz yığını və axmaq fikirlərdən ibarət bir kitabdır. Amma əgər bircə cümləsi belə həmin an sənə kömək edə biləcəksə bunu oxu.

Информация о книге:

  • Язык книги: азербайджанский
  • Язык оригинала: русский

Полная версия:

Поделиться:

Комментарии к книге и рекомендации пользователей:

Вместе с этим произведением обычно скачивают книги:

О скачивании, разархивировании, чтении книг можно прочитать здесь.
В этот день...
26 декабря 1933 года умер Анатолий Луначарский, советский писатель, общественный и политический деятель, переводчик, публицист, критик, искусствовед, академик АН СССР (родился в 1875г.).
Новый отзыв
скачать книгу 'Когда-нибудь и я взмахну крылом'
limo7:
книга отличная!...
Новая подборка книг
В тренде
Детство. Время открытий. Время удивляться всему в мире. Радоваться, грустить, искать себя...