Nasirəddin şah Orta Şərqin sonuncu türk dövləti olan Qacarlar sülaləsinin (1795-1925) dördüncü hökmdarı olmuşdur. Yarım əsrə yaxın (1848-1896) hakimiyyətdə olmuş Nasirəddin şah ölkədaxili səfərlərlə yanaşı, Avropaya da üç dəfə səyahət etmişdir. Hər üç səfər o zaman Çar Rusiyasının tərkibində olan Cənubi Qafqazdan keçdiyindən şahın öz əli ilə qələmə aldığı və bu gün İran dövlət arxivlərində saxlanan yol qeydlərinin-səyahətnamələrinin müvafiq bölmələri bizim üçün zəngin faktları təqdim edən dəyərli tarixi mənbələrdir.
все жанры