“Min bir gecə” nağılları şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın “şirin xəyalların cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının – ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcədə mükəmməl ifadəsidir.
Sözlərdən toxunan bu abidə çox qədimdən yaranmışdır, onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün Yer kürəsinin üzərinə sərmişdir.
все жанры