S.M.Qənizadənin
""Məktubati Şeyda bəy Şirvani"" ümumi başlığı altında yazdığı «„Müəllimlər iftixarı“» hekayəsi və «„Gəlinlər həmayli“» romanı ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.
все жанры