“Şairin vətəni sevgidir” şeirlər kitabı tanınmış şair İlham Qəhrəmanın indiyə qədər Bakı, Tehran və Təbrizdə işıq üzü görən “Gülüm yarpıza döndü”, “Ağlama, qu quşu”, “Ey dil”, “Sevgi durna çırağıdır”, “Ağlama, qələm eşidir”, “Əsir dağlar”, “Məni bizə gətir” kimi şeir toplularından sonra oxucularla səkkizinci görüşüdür. Kitabda toplanmış insanı yüksək mənəvi ideallara – vətəni sevməyə, saf məhəbbətə, halallığa səsləyən şeirlərin önəmli bir qismi müəllifin son illərdə qələmə aldığı nümunələrdən ibarətdir.
все жанры