“Şah və Sultan” romanı Türk dünyasının qaranlıq və faciəvi tarixinin bədii-estetik təqdimatı olmaqla bərabər, həm də dramatik, lakin işıqlı Sevgi dünyasının təqdimatıdır.
Elə bir dünya ki, orada şah və sultan, müsəlman və xristian, sünni və şiə ayrı-seçkiliyinə yer yoxdur.
Yazıçı romanın ilk cümlələrindən buna işarə edir: “Ey yolçu, sevgiyə doğru get, ta ki həqiqətə çatasan!”.
Bu kəlamı Xətainin misraları ilə tamamlamaq olar: “Həqiqət bir gizli sirdir, aça bilərsənsə, gəl bəri!”
все жанры