Yeni kitabının ideyası və məqsədi barədə Əmir Pəhləvanın söylədiklərini öncə şübhə ilə qarşıladım, bu qədər fərqli xarakterli, müxtəlif taleli, ayrı-ayrı dövrlərdə yaşamış elm-sənət adamları, əfsanəvi və tarixi qəhrəmanlar, tanınmış şəxslər haqqında şeirlər yazmaq mənə inandırıcı görünmədi.
Bu işin nə qədər ağır və məsuliyyətli olduğunu anlamaq çətin deyil. Bir ehtiyatsız söz, bir yanlış ifadə – adamın zəhmətini yerə vurar.
Lakin əlyazmasını vərəqlərkən gördüm ki, doğrudan da, Əmir Pəhləvan ilhamla və yorulmadan öz işini davam etdirmiş və sevib-seçdiyi şəxslərin yalnız ona məxsus bir tərzdə poetik portretlərini yaratmışdır.
Kitabdakı seçim hansı prinsiplərə əsaslanır sualına müəllif özü cavab verə bilər; bu, rəsmi bir seçim deyil və əslində belə bir standart da yoxdur. Əmir Pəhləvan burada sərbəstdir, kimi bəyənib, kimi bəyənməmək hər kəsin zövqünə və hansı prinsiplərdən yanaşmasına bağlıdır; öz qəhrəmanlarını subyektiv dəyərləndirməsinə görə də onu qınamaq olmaz; eyni zamanda, nəzərə almaq lazımdır ki, kitab yarımçıqdır və növbəti hissədə kimlərin olacağı barədə heç bir məlumatımız yoxdur…
все жанры