Azərbaycan ədəbi camiəsinə imzası yaxşı tanış olan Abdulkadir Özkanın «Saxta mafiya» romanı indi çox dəbdə olan, bütün diqqət və maraqları üzərinə çəkən mövzuda yazılıb. İnstitut tələbələri əvvəlcə xəyallar qururlar, sonra isə birdən özlərini mafiyanın içində görürlər. Polisin diqqətini çəkməyən kiçik işlərlə məşğul olan dostlar çox keçmədən dolandırıcılıq, silah, narkotika, maşın satışı işinə girir, öldürməkdən belə çəkinmirlər. Öz həyatlarını da riskə atır, daima təhlükəylə, ölümlə üz-üzə olurlar. Beləcə həyəcan, gərginlik dolu hadisələr bir-birini izləyir. İşləri təkcə Türkiyə ilə məhdudlanmır, Gürcüstana, Azərbaycana da səfərləri olur. Xüsusi ilə də Azərbaycan səfərlərinin oxucularımız üçün çox maraqlı olacağını zənn edirik.
все жанры