Ceyn Ostin hələ də haqlı olaraq ingilis ədəbiyyatının “Birinci xanımı” hesab edilir. Onun əsərləri Böyük Britaniyanın bütün kollec və universitetlərində məcburi oxunan ədəbiyyatlar siyahısındadır, kitabları şedevr kimi qəbul edilir, süjetin səmimiliyi və sadəliyi oxucunu cəlb edir. “Emma” haqlı olaraq Ceyn Ostinin ən yaxşı əsəri sayılır, onun yaradıcılığının zirvəsi hesab edilir. Romandakı hadisələr varlı mülkədar Vudhausun Emma adlı qızının ətrafında cərəyan edir. Bu hekayətin kifayət qədər tipik olmayan qəhrəmanı kasıb deyil, onun hər şeyi var – yaxşı evi, sevən atası, var-dövləti, – yalnız əri yoxdur. O, ümumiyyətlə, öz həyatından tam razıdır, buna görə də kiməsə vurulmaq, ərə getmək arzusu yoxdur. Əvəzində onu əhatə edən insanların romantik hekayətlərinə qarışmağı daha çox sevir. Amma bu dəfə onun planları alt-üst olmağa məhkumdur…
все жанры