Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell (Erik Blair) Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış Paris və Londonda Qara Qəpiksiz əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir.
Daha çox 1984 və Heyvanıstan əsərləri ilə məşhur olan Corc Oruellin bu əsəri yoxsulluq və səfalətin ən yaxşı təsvirlərindən biri kimi qəbul edilir. Paris və Londonda Qara Qəpiksiz kitabında yoxsulluq və səfalətin Oruellvarı təsvirini görəcəksiniz.
Dəhşətli müsibətlər, yoxsulluğun əsas nəticəsidir!
Cefri Çoser
все жанры