
Полная версия:
Gəncəli müdrik. M.Ş.Vazeh
Axı uca hasarlı həyət, bu həyətin içərisindəki hər gün eyni hadisələrin təkrarından ibarət olan həyat, qızı daha darıxdırırdı.
Kişvərlə Zeynəb yavaş-yavaş söhbət edir, əslində isə – xüsusilə Kişvər – bütün diqqətləriylə Şəfini izləyirdilər.
Cavan bunu hiss edirdi. Buna görə də bütün iradəsini toplayıb, qıza başqa nəzərlə baxmaqdan özünü saxlayırdı.
– Bax, belə… «Əlif»in burasın belə yazmaq lazımdır. Bax, burda yaxşı yazmısan, burda da yaxşıdır. Həmişə belə yaz.
Züleyxa balaca, ağ əlini uzatdı, üç barmağı ilə lələyi sıxıb, əslinə çox az oxşayan hərfləri kağız üstə qaralamağa başladı. Şəfi gülümsədi:
– Ay sağ ol…
Bu tərifdən qızın zərif yanaqlarına qızartı gəldi, məxmər gözləri bərq vurdu, qabarıq sinəsi sakitcə enib-qalxdı. Elə gözəlləşdi ki, Şəfinin bütün varlığı titrədi.
Şəfi hərfləri, onların müxtəlif yazılış və birləşmələrini izah etdikcə, qəlbində sanki nəyinsə oyandığını hiss etdi. Ona elə gəldi ki, ürəyinin başında nəsə sökülüb dağılır, parça-parça olur. Bu, ələm qayaları, ümidsizliyin buz qayaları idi.
Züleyxa səsləri, sözləri uşaq kimi tələffüz etdikcə Şəfinin daxilindəki həsrət də get-gedə böyüyür, böyüdükcə, ağrı da dözülməz olurdu. Şəfi bu dəli xilqəti tanıyırdı. Onun qəlbində yaranan bu qüdrətli varlıq, həyat eşqi, gözəllik və məhəbbət həsrəti idi.
Nəhayət, Züleyxa lələyi mizin üstə qoyub yerində dincəldi, dərindən nəfəs aldı, məsumcasına gülümsədi.
– Yoruldum…
Kişvər xanımla Zeynəb xanım ayağa qalxıb mizə yaxınlaşdılar.
– Göstər görüm nə yaza bildin?
Onlar Züleyxanın qaraladığı vərəqləri nəzərdən keçirib razılıqla başlarını yırğaladılar.
– Yaxşı, Mirzə, qız bu iki günü neyləyəcək?
– Tapşırmışam, keçdiyimiz hərflərin hərəsindən bir səhifə yazacaq… Sağ olun.
– Xoş gəldin.
Şəfi çıxdı. Qəlbində iki hiss – qəzəb və riqqət bir-birinə qarışmışdı. Bir tərəfdən, Züleyxa ilə yaxınlığı, onun gözəl üzünü, gözlərini, saçlarını, əllərini yaxından görməyin sevinci, bir yandan isə xanımların nəzarəti…
«Eh, niyə də nəzarət etməsinlər?..»
Ancaq daxilindəki işıq o qədər qüdrətli idi ki, hüzn və şikayətlər yalnız darvazaya qədər fikrini məşğul edə bildi, sonra hiss etdi ki, bu ümidlərin hamısı Züleyxanın baxışları, əlləri, telləri, gözləri, yerişi idi.
«İki gün nə vaxt keçib gedəcək? İki günü necə başa vuracağam?»
Şəfi gedir, hara getdiyini də bilmirdi… Yanından faytonlar, arabalar ötüb keçirdi. Uzaqda məscid görünürdü.
…Bu günbəz nə qədər böyük, nə qədər gözəlmiş.
Şəfəqlərdən elə bil üstünə qalay çəkilib. Kərpic rəngli minarələr zirehli nizələr kimi elə bil maviliyə sancılıb.
Əlini cibinə saldı, pul kisəsini çıxarıb baxdı: hələ xırda-xuruş vardı.
– Gedib iki-üç girvənkə üzüm alım. Yaqubdan da bir çörək alsam, günortayla axşama bəs elər.
5
Şəfi Gəncə çayı sahilində oturub suya tamaşa edirdi. Axşam günəş Kəpəzlə Qoşqarın zirvələrinə sanki qızıl tac qoymuşdu. Dünya nə qədər gözəl idi. Ağaclar, evlər, bərəylə keçən adamlar, dəstəylə üzən qazlar – hər şey qürubda çimirdi.
Şəfi gözlərini çaya zilləmişdi. Su hər an bir rəngə çalır, şırıltıyla axır, axırdı. Zaman da belədirmi? Bütün bunların bir mənası varmı?
…Otlar, böcəklər, çiçəklər, heyvanlar, nəsil-nəsil gəlib gedir…
Bütün ömrünü ələm paltarına bürün – gedəcəksən… Bütün ömrünü toy-bayram içində yaşa – gedəcəksən… Bu nə gəliş, bu nə gediş, bu nə oyun, bu nə qanundur?
Otuz il gedib… Uşaqlıq günləri, almacıq sümükləri qabarmış mehriban simalı anasının, ciddi baxışlı atasının üzləri zaman arxasında, sanki hardasa, bilinməz, dumanlı, sirli bir aləmdə yenə yaşayır, həyatları eyni ilə təkrar olunurdu…
Axı niyə mənimki heç vaxt gətirmir, niyə?
Şəfinin dodaqlarını yandıran bu suala qədim Gəncə çayı eyni şırıltı ilə cavab verdi.
…Bəxt nədir?
Beş-altı il bundan əvvəl olmuş bir əhvalat yadına düşdü.
…Yay günüdür… Hacı Abdullagilin qonşuluğundakı uca binada bir qız görünürdü. Qız hər gün həyətə düşür. Hacı Abdullanın qardaşı qızları ilə saatlarla lingi-lingi oynayırlar.
Yenə başları oyuna elə qarışıb ki, hətta sakitcə gəlib yaxınlıqdakı oturacaqda əyləşən oğlanı belə görmürlər. Oğlan kitab oxuyur, arabir başını qaldırıb gözaltı qızlara baxır.
Oğlan hiss edirdi ki, qız da onunla maraqlanır. O, səbir və təmkinlə qızı izləyir. Qız yavaş-yavaş ona yaxınlaşmağa başlayır.
Günlər keçir… Budur, deyəsən yenə atılıb-düşməkdən, qaçmaqdan yorulub. Girdə, ağ üzündə zərrəciklər düzülüb. Uzaqdan dönə-dönə oğlana baxır. Oğlanı etinasız görüb, gəlib oturacağın lap o başında oturur. Guya yorğunluğunu alır.
Və günlərin bir günü qəfildən oğlanın yanında dayanır. Onun lap çiyni üstündən əyilib kitaba sarı boylanır. Ətirli nəfəsi oğlana toxunur. Gəncin elə bil qəlbi közərir. O, qızın parlayan iri qara gözlərini lap yaxınlığında duyur. Ürəyi yerindən oynayır. Ancaq qızı ürkütməkdən qorxub yenə susur.
Nəhayət, bir gün qız o biri qızlarla birgə oğlanın yanında əyləşir.
Cavan illər və xatirələr dumanı arxasında qalanları xatırlayıb gülümsədi. İlk söhbətləri yadına düşdü:
– Əsmər, sənin neçə yaşın var? (Əsmər Hacı Abdullanın qardaşı qızı idi.)
Əsmər rəqəmlərin sayını barmaqlarıyla göstərib.
– On iki. Bəs sənin? – deyir.
– İyirmi üç.
Sükut. Oğlan qıza baxır.
– Əsmər, bəs bacılığının neçə yaşı var?
– Neçə olar?
– On dörd.
Əsmər əl çalır:
– Eh, bilmədin, on beş.
Qız məlahətlə yırğalanaraq:
– Mənim yaşımın neçə olmasının kimə nə dəxli var?
Oğlan gözlərini qızın çəhrayı tül kimi zərif üzünə zilləyir.
Bəlkə birinə dəxli var, – deyir.
Zümrüd qızarır:
– On altı, – deyir, sanki söhbətin gerisindən qorxub qızlarla birgə qaçıb gedir.
Üç-dörd gün daha belə… Oğlan səadət yağışı altındadır. Xoşbəxtlik lap ovcundadır, ancaq bir gün birdən-birə qız yox olur. Oğlan səhərdən axşama kimi oturacaqda əyləşib gözəl Zümrüdü gözləyir. Ancaq məlum olur ki, Zümrüd daha yoxdur, olmayacaq da…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Seyid Səttar, bağdadlı dərviş.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов