Читать книгу Həqq Məndədir (Имадеддин Насими) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Həqq Məndədir
Həqq Məndədir
Оценить:
Həqq Məndədir

5

Полная версия:

Həqq Məndədir

«Qanı bir əhdü peymanı bütün yar…»

Qanı bir əhdü peymanı bütün yar?Qanı bir qövlü gerçək, doğru dildar?Qanı həqqi bilən bir gerçək ər kim,Ola doğru anın dilində göftar?Qanı dil ilə iqrar eyləyən kim,Həqə yoxdur anın könlündə inkar?Qanı bir incuyi-ari sədəf kim,Buluna anda min lö’löi-şəhvar?Qanı Mənsurləyin bir əhli-həq kim,Asıla eşq içində başı bər-dar?Qanı gerçəkləyin bir həqqə aşiq,Qanı görmüş həqi bir əhli-didar?Qanı qəflət şərabından bir ayıq,Qanı əsrüklərin cəm’ində huşyar?Qanı əhdində bir sabitqədəm kim,Qoyam adın anın doğru vəfadar?Qanı sadiqlərin razına məhrəm,Qanı aşiqlərin rəncinə timar?Qanı dünyada, yarəb, şol əmin kim,Kim, anda gizlənə min dürlü əsrar?Yar ilə çünki bir oldu Nəsimi,Nə qəm, gər cümlə aləm olsa əğyar.

«Üzünə əhli-nəzər surəti-rəhman dedilər…»

Üzünə əhli-nəzər surəti-rəhman dedilər,Oxuyanlar bu kəlamüllahı Qur’an dedilər.Səb’əxan hafizə sordum qaşın ilə üzünü,Həqq ilə batili fərq edici fürqan dedilər.Üzünə, arizinə xazini-cənnati-nəim,Xüldü firdövsi-bərin, rövzeyi-rizvan dedilər.Ləblərin çeşməsinə Xızrü Skəndər, DaraZəmzəmü kövsər ilə çeşmeyi-heyvan dedilər.Ləbi-lə’lin şəkərindən bal utandı, əridi,Səni Şirini-zaman Xosrovi-xuban dedilər.Sibqətüllah və mən əhsənə həqdən üzünə,Abidun gözlərinə sibqeyi-sübhan dedilər.Müntəhi sidrə boyun qaməti şümşadi-səhiKi, boyun sidrəsinə sərvi-xuraman dedilər.Üzün üstündə saçın cəm’i pərişan kimidir,Aşiqin könlünə məcmui-pərişan dedilər.Aşiq ol, eşq ilə bil məntiqi-eşqin dilini,Mö’minə Nuhi-nəcat, kafirə tufan dedilər.Əkrəmüzzeyf əmanət dedi peyğəmbəri-həq,İzzət etgil bu gün ol nitqə ki, mehman dedilər.Mən ərəfna tanıyan nəfsini ol kimsənədir,Bildi rəbbini, anın adını insan dedilər.Səcdə qıl, məscidi bul, sacidü məscudunu bil,Kim ki, torpağa sücud etmədi, şeytan dedilər.Möhkəm ayatü dəlilü rüxü vəchül-həsənəKi, Nəsimi sözünə höccətü bürhan dedilər.

«Üzündür gülsitan, billah, degilmi…»

Üzündür gülsitan, billah, degilmi?Sözündür kün-fəkan, billah, degilmi?Ələl-ərş istiva rəhman yəqin kim,Üzündür ol məkan, billah, degilmi?Rüxün bağında, ey hurisifətlü,Cahan oldu cinan, billah, degilmi?Saçındandır Xətavü Çinü Ruma,Səba ənbərfəşan, billah, degilmi?Dodağındır ki, sirri-küntə kənzənBəyan eylər, bəyan, billah, degilmi?Xətindən buldum ərrəhmanü taha,Budur səndən nişan, billah, degilmi?Ləbin abi-həyatındandır, ey canKi, Xızr oldu rəvan, billah, degilmi?Sana Şirindəhan, ey Xosrovi-hüsn,Deyən şirindəhan, billah, degilmi?Qaşınla kirpigin, üzün günündə,Əcəb tirü kaman, billah, degilmi?Səni həq görməyən zahirdə ə’ma,Gözündən həq nihan, billah, degilmi?Üzündən çün cahan gəldi vücuda,Gözündən həq nihan, billah, degilmi?Ləbin eşqində can vermək həmişəHəyati-cavidan, billah, degilmi?Dəhanından hədisi qılmayan guş,Sözü qeybü güman, billah, degilmi?Üzündür, ey qəmərsurətli fitnə,Zaman axırzaman, billah, degilmi?Həq oldu könlümün şəhrində zahir,Zəhi Mazandaran, billah, degilmi?Vüsalın kişvərin fəth eyləyən can,Şəhi-kişvərsitan, billah, degilmi?Qılından incə gördüm, incədir həm,Belin nazikmiyan, billah, degilmi?Səvadi-ə’zəmilə Misri-came’Üzündür, ya filan, billah, degilmi?Saçınla arizin can müshəfidir,Adı nurü düxan, billah, degilmi?Üzündür Kə’bəsi əhli-səlamın,Mübarək xanədan, billah, degilmi?Məni vaiz bu gün-fərdaya salar,Yalançı qissəxan, billah, degilmi?Mana can sordu kim, zülfün nə yerdir,Dedim, darül-aman, billah, degilmi?Üzündən ta qəmər fərqü təfavütZəminü asiman, billah, degilmi?Deyən kim, nöqtədir adı dəhanın,Əcaib xürdədan, billah, degilmi?Cahanı dutdu hüsnün dasitanı,Zəhi xoş dasitan, billah, degilmi?Qiyamət qamətindən oldu zahir,Bəlayi-nagəhan, billah, degilmi?Nəsimi cövhəri-fərd oldu, anınMəkanı laməkan, billah, degilmi?

«Mərhəba, insani-kamil, canımın cananəsi…»

Mərhəba, insani-kamil, canımın cananəsi,Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?Vəchini səb’ül-məsani oxuyan gündən bəri,Gör ki, nə divana düşmüş aşiqin divanəsi.Ta səqahüm şərbətindən içdi bu xəstə könül,Seyri-öv ədnayı buldu, qaynadı xümxanəsi.Çün bizə mə’lum olubdur mə’niyi-ümmül-kitab,Arifəm, səm’imə sığmaz zahidin əfsanəsi.Şol Xızır biçarə içmiş abi-heyvan dedilər,Ta ləbin eyninə irməz, yoxdur onun xanəsi.Əhsəni-təqvim bilən nəçük ənəlhəq deməsin?Bəs nədən bərdar olubdur Mənsurun divanəsi?Kafirin bütxanəsi var, mö’minin – Beytülhəram,Aşiqin yar eşigidir Kə’bəvü bütxanəsi.Şəm’i-vəhdətdir camalın, söhbəti rövşən qılır,Qarşıda xoş-xoş yanadır Seyyidin pərvanəsi.

«Nə tubadır boyun, yarəb kim, irdi ərşə balası…»

Nə tubadır boyun, yarəb kim, irdi ərşə balası,Nə sünbüldür saçın gör kim, cahanı tutdu sevdası.Günəş təl’ətli üzündür bu gün aləmdə, ey dilbərKi, hər mə’nidə kamildir, bulunmaz mislü həmtası.Nə yəğmaçı moğolçindir gözün, yarəb ki, dövründəYayılmışdır yasağından yedi iqlimə yəğması.Sədəfdən gərçi, ey dilbər, çıxar qiymətli incular,Vəlakin özgə cövhərdir dişin lö’löi-lalası.Camalın vəslini həqdən dilər aləmdə hər aşiq,Vəli şol dürri-məknunun bulunmaz qə’ri-dəryası.Qaradır geydigi ya gög həmişə zahidin, yarəb,Nə matəm düşmüş ana kim, tükənməz heç anın yası?Şərabü şahidin zikri dilimdən getmədi ta kim,Məni sevdadan əsritdi nigarın eyni-şəhlası.Riyalı zahidin daim işi təzvirü iğvadır,Vəli kar etməz ol divin mana təzvirü iğvası.Qül Allahümmə malik çün mana tə’vizi-hirz oldu,Xilas oldum yüvəsvisdən, gedir sən də bu vəsvası.Bu gün-fərdadan, ey vaiz, məni qorxutma, əbsəm durKi, qorxusuzdur ol arif ki, imruz oldu fərdası.Üzün lövhündə, ey huri, ilahı görməyən qafil,Yəqin kim, güzgüsü anın üzündən getməmiş pası.Nəsimi çün səni buldu, irişdi cümlə məqsuda,Muradı cümlə xətm oldu, tamam oldu təmənnası.

«Dün gecə bir dilbər ilə eyşimiz mə’mur idi…»

Dün gecə bir dilbər ilə eyşimiz mə’mur idi,Leykin ol xunxarə gözlər uyxudan məxmur idi.Gözlərin süzmüş və üzmüş canını aşiqlərin,Asılı zülfündə yüz min Şiblivü Mənsur idi.Sözlərindən zahir oldu şol Məsihin mö’cüzat,Dodağından bir işarət aşiqə pək dur idi.Hüsnü lövhündə yazılmış xubların şahı, deyü,Sümmə ənşə nahu xəlqən axərin məşhur idi.Zülfü sübhanəlləzi-əsra, biəbdi ayəti,Yanağı üzrə müsəlsəl xətt ilə məstur idi.Boyu tuba, üzü cənnət, adə kəlurcun qaşı,Gözləri vənnəcm, anın sinəsi vəttur idi.Həmnişin idi Nəsimi dün gecə bir yar ilə,Könlü şadü vəxti xürrəm, məclisi pürnur idi.

«Ey binəzirü vahid, hüsnün camal içində…»

Ey binəzirü vahid, hüsnün camal içində,Üzün qiyamət eylər xoş xəttü xal içində.Sübhi-əzəldə hər kim buldu səninlə vüslət,Qaldı səninlə daim eyşi-vüsal içində.Mən məndə həqqi buldum, həqqəl-yəqin həq oldum,Uyxuda qaldı münkir nəqşü xəyal içində.Ey aləmin həyatı, eşqin nə nar imiş kim,Qərq eylədi cahanı abi-zülal içində.Fərdiyyətin kamalı oldu sənə müsəlləmKim, qayətə irişdi hüsnün kamal içində.Ağzınla zülfi-mişkin müşkati-nuri-həqdir,Gəl həqqi xəlqə göstər şol mimü dal içində.Ey istəyən liqayı, yarın günündə həqdən,Fərdaya düşmə, qalma fikri-məhal içində.Üzünlə xəttü xalın şol şəmsi-xavəridir,Heç kimsə görməz anı hərgiz zaval içində.Üzün şəmayilindən, qaşın dəlayilindənQövğayi-fitnə düşdü bədrü hilal içində.Ruhül-əminə sordum əsrarını dodağın,Nitqi dutuldu, qaldı ol bu sual içində.Eşqin qəmidir, ey can, şadlığı əhli-eşqin,Şad olmayan bu qəmdən qalsın məlal içində.Ey məkr içində sufi, aldanmaz ala, dilbər,Get, ömrünü çürütmə təzvirü al içində.Şol qəmzə şivəsindən bir hala düşmüşəm ki,Baxan bu hala, istər düşmək bu hal içində.Üzün kimi Nəsimi, ey xubların əmiri,Xurşidi-ləmyəzəldir miğü zilal içində.

«Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma…»

Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma!Gülzari-cinanı qoyuban xara yapışma!Məhbubi-əzəl, yari-əbəd var ikən, ey yar,Əğyar ətəgin dutmavü əğyara yapışma.Mənsur kimi istər isən mənzili-ali,İtirmə bəqa darı, fəna dara yapışma!Ey küpəyi incudan edən, məndən eşit pənd,Söz dürrünü dut, lö’löi-şəhvara yapışma!Qaludan əgər aləmə iqrar ilə gəldin,İqrarını tərk eyləmə, inkara yapışma.Ey mə’rifətin müshəfi, uş kənz ilə müsbah,Miftah budur, məcməi-muxtara yapışma!Mənlik satanın çünki dəğəl çıxdı qumaşı,Var, ari mətah istə, bu bazara yapışma!Kəsb eyləməyən axirəti, anı dəli bil,Ey əql iyəsi, dünyayi-qəddara yapışma!Saçı qaranın zülfünə yapışdı Nəsimi,Ey badə verən ömrünü, zünnara yapışma!

«Çarə yoxdur yara, əbsəm, ey könül, yar istəmə…»

Çarə yoxdur yara, əbsəm, ey könül, yar istəmə!Dərdə çün dərman bulunmaz, rəncə timar istəmə!Dünyanın yarından istərsən vəfa, əqlin qanı,Hasil olmaz nəsnəyi, fikr eylə, zinhar, istəmə!Münkirin iqrarı yoxdur həqqə, ey sahibnəzər,Həqqə iqrar eylə sən, münkirdən iqrar istəmə!Möhnəti çoxdur cahanın, zülmətindən gəl, saqın,Ey gözüm aydınlığı, zülmətdən ənvar istəmə!Güzgünü arıtmayınca, ey liqadan bixəbər?Surətin görmək təmənna etmə, didar istəmə!Dünyanın miqdarı yoxdur, gər bilirsən qədrini,Qədrinə inanma, andan qədrü miqdar istəmə.Dəgmə naməhrəm nə bilsin aşiqin əsrarını,Məhrəm ol, əsrara gir, ya məndən əsrar istəmə.Bunca möhnət çəkməyincə hər dikəndən bir zaman,Bülbüli-aşiq kimi çağırma, gülzar istəmə!İstəyən murdarı kərkəsdir müdam, ey türfə quş,Həzrətin şahbazı ol, yə’ni ki, murdar istəmə!Varlığı fanidir, ey qafil, bəqasız dünyanın,Şol bəqasızdan bəqa mümkün degil, var, istəmə!Gərçi həqdən vahid oldu nur ilə anəstunar,Ey Nəsimi, çün ulaşdın nuruna, nar istəmə!

«Sən sana gər yar isən var, ey könül, yar istəmə…»

Sən sana gər yar isən var, ey könül, yar istəmə!Yarü dildar ol sana, sən yarü dildar istəmə!Bivəfadar çün bu aləm, kimdən istərsən vəfa?Bivəfa aləmdə sən yari-vəfadar istəmə!Gül bulunmaz bu dikənli dünyanın bağında çün,Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!Mə’rifətdir xalis altun, sikkəsi fəzlü hünər,Altunu tanı, zəğəldən ari dinar istəmə!Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,Yoxdur ol cinxilqətin zatında iqrar, istəmə!Ari göftar, ey könül, gerçəklərin nitqidürür,Hər diliəgridə yoxdur ari göftar, istəmə!Cifədir dünya, anın talibləri adı kilab,Olma kəlb anın kim, oldu adı murdar, istəmə!Şərbəti ağuludur fani cahanın, sən anınŞərbətindən nuşudaru umma, zinhar istəmə!Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,Nəfsini yük etmə ana, ey səbükbar, istəmə!Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün,Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə!

«Ey qəflətin meyindən məstü xərabü heyran…»

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner