banner banner banner
Tap-tapmaca
Tap-tapmaca
Оценить:
Рейтинг: 0

Полная версия:

Tap-tapmaca

скачать книгу бесплатно

Çıxdı on beş, o nədir?

160. Qırmızı xəşən,
Atılıb-düşən,
Dəyirmanlardan
Təndirə düşən.

161. İlim-ilim iynəsi,
İlin xatın düyməsi,
At ocağa, bas qucağa,
Getsin illər xəstəsi.

162. Yerə girər, əllənər,
Külək vurar, dillənər,
Köynəyi göy, özü sarı,
Nə buğdadır, nə də darı.

163. Gün çıxar, gülər,
Axşam mürgülər.

164. Meşədi, çəməndi oylağım mənim,
Özümdən yekədir papağım mənim.

165. Otlardan necə otdur,
Nə dişi var, nə ağzı,
Dişləyir heyvan kimi.

HEYVANLAR

166. Ağ saqqalam, bəyirrəm,
Qıllarımı əyirrəm,
Mən keçdiyim yollardan
Qoyun-quzu gətirrəm.

167. Ağa nəzər, ay nəzər,
Adı dağları bəzər,
Başında ağac gəzər.

168. Ağzın açar,
Zəhər saçar,
Hamı görüb
Geri qaçar.

169. Ağzı var, dili olmaz,
Yüz ağac vur, çığırmaz.

170. Adam deyil, əl-ayağı, dişi var,
Əcəb şeydir, qaravəlli işi var.

171. Altı bulaq, içərlər,
Üstü zəmi, biçərlər.

172. Altı daşdı, daş deyil,
Üstü daşdı, daş deyil,
Heyvan kimi otlayır,
Heyvana yoldaş deyil.

173. Altı taxta, üstü taxta,
Oturub bir ağ otaqda,
Qoyun deyil, ot otlayır,
Toyuq deyil, yumurtlayır.

174. Araba gedər, izi yox,
Ulğun yanar, közü yox,
Zirzəmidə gizlənib,
Qabığı var, gözü yox.

175. Bağda sürünər, gəzər,
Az-az görünər, gəzər,
Oxşayar bir yumağa,
Qorxuram əl vurmağa.

176. Balaca mənzər
Dağları bəzər.
Qayıdıb gələr,
Obada gəzər.

177. Bənzəri var çatıya,
Hücum çəkər Fatıya.

178. Bir quşum var,
Dərisi puldan,
Gözləri nurdan.

179. Bir yağlı böyrək
Çuvaldan çıxdı,
Xorhaxor kişi
Ağzına tıxdı.

180. Boyu bənzər əriyə,
Qaçar, girər dəliyə.

181. Dağdan-qayadan aşar,
Pişik kimi dırmaşar,
İlan kimi sürünər,
Divardan bərk yapışar.

182. Evimizdə bir kişi var,
Xorhaxor yatışı var.

183. Əkdim palıd,
Çıxdı şabalıd,
Ortasından bir zoğ çıxdı,
Nə palıddır, nə şabalıd.

184. İynəsi çox,
Tikəni yox,
Əti dərman,
Özü heyvan.

185. İlan yolu, keçi qılı,
Qatarlaşıb gedərlər hey.

186. Yatanda yumru yatar,
Ətinə dərman qatar,
Kim istəsə tutmağa,
Tikanı ələ batar.

187. Yer altında yağlı qamçı,
Suyu içər damcı-damcı.

188. Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa.

189. Gedər, gedər, izi yox,
Şıllaq atar, dizi yox.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)