banner banner banner
Tap-tapmaca
Tap-tapmaca
Оценить:
Рейтинг: 0

Полная версия:

Tap-tapmaca

скачать книгу бесплатно

İçi şirin şəkərdi.

104. Çil toyuq, çiləmə toyuq,
Başını kəsdim, qanı yox.

105. Çoxlu tağ atar,
Torpaqda yatar,
Qoyma yetişsin,
Kal-kal dər apar.

106. Ağac başında al yanaqlı qız.

107. Ağac başında sarı yemiş.

108. Ağac başında sarı yumaq,
Üstünə səpilib ağ sumaq.

109. Ağac başında tüklü yumaq,
Bir üzü ağ, o biri sarımtraq.

110. Ağac başında unlu dağarcıq.

111. Ağzı bağlı bir təndirim var,
İçi bircə kündə tutar.

112. Aldım bir dənə,
Açdım min dənə.

113. Altı dəri, üstü \dəri,
İçində bir ovuc darı.

114. Altı taxta,
Üstü taxta,
İçində yaşıl paxla.

115. Biz biz idik, yüz qız idik,
Bizi büzdülər, ipə düzdülər.

116. Bir ağacım var, dam boyda,
Meyvəsi badam boyda.

117. Bir balaca boyu var,
Al atlazdan donu var.

118. Bir balaca boyu var,
Qırmızıdan donu var.

119. Bir yanı ağ,
Bir yanı al,
Ağzına al,
Dadıdır bal.

120. Bir təndirim var, iki çörək tutur.

121. Qızıl ağac yırğandı,
Sırğaları sallandı.

122. Qutu qutu içində,
Sandıq qutu içində,
Fatmanın ağ yaylığı,
O da qutu içində.

123. Dağ kolunda bir damcı qan,
Hər tərəfi yaşıl orman.

124. Dağdan bir qab aş yumarladım,
Dənəsi də yerə düşmədi.

125. Dörd qardaş bir qundaqda yatıb,
Göbəklərin bir-birinə çatıb.

126. Ətindən kabab olmaz,
Qanından kasa dolmaz.

127. İpsiz iynə, deşiksiz muncuq,
Allah düzər, adam üzər.

128. Yeri qazdım, qum çıxdı,
Qumdan minarə çıxdı,
Bildirki keçəl oğlan
Bu il çinara çıxdı.

129. Yupyumru fincan,
İçi dolu mərcan.

130. Kiçik-kiçik sandıqlar,
İçi dolu fındıqlar.

131. Göydən gələr, millənər,
Yerə düşər, dillənər.

132. Gülsüz olar meyvəsi,
Şirin şəkər dənəsi.

133. Məmmədəli ilikdən,
Bir kürkü var, sümükdən,
Dağdan atsan, əzilməz,
Bir təpiyə dözəmməz.

134. Məmmədbağır bağında,
Gül bitər budağında.
Yel vurar, yelləndirər,
Sırğası qulağında.

135. O yanı taxta,
Bu yanı taxta,
Yumru bəy otaqda.

136. O nədir ki,
Qış göyərir,
Yaz qızarır,
Payız qaralır?

137. O nədir ki, əl vursan, qanı tökülər?

138. Salxım-salxım sallanar,
Çox qaldıqda ballanar.
Göydə nərdivan olsa,
Çıxar, ordan sallanar.

139. Sap-sarıca yemişəm,
Ərəbidən gəlmişəm,
Baldan şirin dadım var,
Adda-sanda adım var.

140. Tək çərdəkli yemişəm,
Nabatdan da şirinəm.

141. Uzaqdan gördüm çalı-çəpər,
Yaxına getdim, məni çəkər,
Əlimə alsam, qan damar,
Ağzıma qoysam, qənd, şəkər.

142. Üstü dəri, içində şəkər pəri.

143. Üstü məxmər,
İçi şəkər,
Üstünə sürt,
Ağzına dürt.

144. Fındıqdan iri,
Yumurtadan balaca,
Payız vaxtında
Bəzək verər ağaca.

145. Heyva kimi sapsarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.

146. Çölü sarı,
İçi darı.

147. Ağca qız suda.
Fəni-fənnicə,
Burnu əyricə.

148. Ağca fərə suda oynar,
Zəmzəmnən belə oynar.

149. Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.

150. Aşıq ağladı getdi,
Ciyər dağladı getdi,
Əlli dəvə, yüz qatır
Bir mıxa bağladı, getdi.

151. Balacayam, sarıyam,
Deməyin ki, darıyam,
Sizə çörək oluram,
Zəmilərin barıyam.

152. Bizdə bir gəlin gəzər,
Saçıyla yer təmizlər.

153. Bizim bir itimiz var,
Yetmiş yeddi dili var,
Ağzı yox, adam tutar.

154. Bir bölük atlar,
Meşədə otlar,
Gün dəyən kimi,
Sağrısı çatlar.

155. Bir damım var,
Tək dirəkli.

156. Bir il əkərlər,
Yeddi il biçərlər.

157. Boyu bir qarış,
Saqqalı iki qarış.

158. Qara toyuq qapıda yatar.

159. Qara toyuğun qanadı,
Kim vurdu, kim sanadı,
Yerə düşən bir danədir,